
İnternetdə Pul Qazan: Online Biznesə Başlamağın 9 Yolu
Məncə bunu eşitməyən yoxdur, yenə də “axı, bəs necə?” sualını verirsinizsə, bu bloq yazımızda internetdə pul qazanmağın başlıca 9 yolu haqqında danışacağıq. Bu o demək deyil ki, bu 9 yoldan birini seçəsiniz. Sadəcə olaraq bu işlər online biznesdə çox geniş yayılmışdır və siz də internetdən pul qazanmağı düşünürsünüzsə, ən azından bunlardan xəbərdar olmağınız işinizə yaraya bilər.
Beləliklə, online biznesin qurulması üçün böyük məbləğdə pula eyhiyac yoxdur, çünki siz şəhərin mərkəzində mağaza, ya da ofis götürmürsünüz, xadimə, gözətçi, kassir kimi işçilər də lazım olmayacaq. Sizin biznesin internetdə yerləşdirilməsi üçün yaxşı düşünülmüş domen adı və etibarlı hostinq xidməti lazım olacaq. Ancaq bunların olması çox önəmli və qaçılmazdır. Düşünmək ki, “Heç xərc çəkmədən Facebook səhifəmdən satışlar edəcəyəm”, ya da “Instagram səhifəmdə reklam xidmətləri göstərəcəyəmsə sayt nəyimə lazımdır?!” – bu çox yanlışdır. Heç düşünməyək ki, sosial şəbəkələr bir gün qaydalarında edilmiş dəyişikliyə görə səhifənizi tamamilə bağlaya bilər (Belə hallar isə çox ola bilər, məsələn, Youtube kanalında 2 dəfə başqasının videosunu öz adınızdan yayımlasanız, Instagramda bir anda çox insanı izləməyə başlasanız, ya da Facebook səhifəniz çox şikayət olunarsa, bağlana bilər). Ümumiyyətlə, bu heç kirayəyə kiçik bir köşk götürməyə də bənzəmir, çünki siz yalnız həmin platformanın qaydalarına uymalı, onu reklam etməli, ordakı imkanlarla çərçivələnməli və ən əsası isə alıcılarınızı yalnız həmin platformadan axtarmalı olacaqsınız.
Beləliklə, heç bir online biznesə domen adı və web hostinqsiz başlanmaq düzgün deyil. Websayt yaratmaq üçün baza bilikləri və kommunikasiya qurmaq bacarığınızla ildə 365 gün, həftədə 7 gün, gündə 24 saat fasiləsiz çalışan ofis aça bilərsiniz.
ONLINE BİZNES İDEYALARI: İNTERNETDƏ PUL QAZANMAĞIN 9 ASAN YOLU
Yenidən xatırladım ki, biz burda ən çox yayılmış 9 internet biznes tipindən danışacağıq, onların necə başladığını açıqlayacağıq. Bunlar biznes plan, ya da pul qazanmaq üçün 100%-lik çıxış yolu deyil. Sadəcə Beyin Fırtınası (Brainstorm) olsun deyə sizə ipucları veririk. İnternetdə də həyatda olduğu qədər biznes növləri var və bəlkə də daha çoxdur. İnternetdə də pul qazanmaq üçün nələrisə başqalarından daha üstün etməyi bacarmalısınız. Və hər kəsin başqalarından daha yaxşı gördüyü işlər var. Uğur qazanmaq üçün siz də öz bacarığınıza uyğun sahəni seçsəniz daha asan olar (örnək, əgər polis işçisi qanunvericiliyi gözəl bilirsə, onlayn hüquq məsləhətçisi kimi çalışa bilər). Beləliklə, bacarığınızı nəğd pula çevirmək üçün 9 yol:
1. Online Vasitəçilik

Online Vasitəçilik
Ən çox yayılmış Reseller program isə web hosting sahəsindədir. Resellers Panel-ə qoşulmaqla bir neçə dəqiqəyə web hosting satışına başlaya bilərsiniz. Heç bir ödəniş etmədən asanlıqla qoşula bilərsiniz, hətta sizə hazır sayt da veriləcək. Özünüzə domen alsanız həmin saytı sizin domenə yerləşdirərlər. Sizə qalır sadəcə satış etmək.
2. Öz Brendini Sat

Öz Brendini Sat
3. Mobil Uyğulamalar (Apps) Yarat

Mobil Uyğulamalar (Apps) Yarat
4. Domen Adlar Al-Sat

Domen Adlar Al-Sat
Domen adları alıb-satmaq üçün Afternic.com, Sedo.co.uk, ya da başqa domen auksiyonu saytlarına qoşulun. Ən yaxşı domen adı tapmağın yolları, ideyalar və domen adlarında populyar olan açarsözləri öyrənmək üçün həmin saytlarda da öyrədici məqalələr, tapşırıqlar var. Bu zamana qədər dünyada satılmış ən bahalı domen adlarının siyahısı: https://www.domaining.com/topsales/
5. E-Ticarət Saytı Yarat
E-ticarət üçün online shopun olması çox önəmlidir. PrestaShop, OpenCard, Shopify və Woocommerce kimi asan proqramların köməyilə böyük investisiya qoymadan tez bir zamanda öz online dükanınızı özünüz qura bilərsiniz. Bundan sonra Dropship Commerce kimi xidmətin sayəsində siz nə məhsulun yerləşdirilməsi üçün anbar, nə də son müştəriyə çatdırılması üçün daşıma problemlərini düşünməyə bilərsiniz.
6. Sosial Media Marketinq (SMM) Meneceri Ol
Böyük şirkətlər Facebook, Twitter, Facebook, Instagram və GooglePlus kimi sosial şəbəkələrdəki hesablarına nəzarət üçün ayrıca vakansiya aça bilərlər. Ancaq kiçik şirkətlər adətən bunu qıraqdan başqa işçilərin gücü hesabına edir. Onların isə başqa məsuliyyətləri olduğu üçün və bu sahədə professional olmadıqlarından çox vaxt gözlənilən nəticəni vermir. Əgər sosial səhifələrdə aktivsiniz və çox şeyi bilirsinizsə, öz xidmətlərinizi eyni anda bir neçə şirkətə təklif etməklə işi böyütmək olar. Zəhmətinizin nəticəsi görsənərsə onların biznesi uğur qazanar və sizin də gəlirləriniz arta bilər.
7. Professional Freelancer Xidmətləri
İnternet üzərindən Freelancing professional bacarıqları nəğd pula çevirməyin daha bir çıxış yoludur. Freelancer bazası, ya da əlavə işçilər axtaran özəl proyeklərin siyahısını toplayan saytlar var. Onlardan biri Upwork web-dizaynerlər, mobil uyğulama yaradıcıları, proqramçılar, İT və şəbəkə mühəndisləri, araşdırmaçılar, analitiklər, memarlar, arxitektorlar, qrafik dizaynerlər, rəssamlar, content yazarlar, tərcüməçilər, hüquqşünaslar, administratorlar, mühasiblər, marketoloqlar, satış və müştəri məmnuniyəti işçilərinin qeydiyyatını aparır. Öz iş qrafikini özün seçirsən və gördüyün işdən qazandığın gəlirin 2%-ə qədərini sayta xidmət haqqı kimi ödəyirsən.
Ya da sırf tərcümə üzrə ixtisaslaşmış saytlardan tərcüməçi kimi uyğun işlər tapa bilərsiniz. Onlardan ən tanınmışlar kimi Translated.com, Translation Cloud və TransPerfect saytlarını göstərə bilərik.
8. Ekspert Bloqqer
Maraqlı və qramatik cəhətdən düzgün yazmağı bacarırsansa onda özünü bloqqer kimi də sınaya bilərsən. Bu da çox asan görsənən işlərdən biridir, çünki bloq yazmaq üçün böyük texniki və ya proqram bilikləri tələb olunmur. Yalnız yaxşı xəbərdar olduğun sahə üzrə gözəl bloq yazıları yazaraq böyük pullar qazanmaq olar. Bu ilk baxışdan çox asan görsənsə də hər kəsdə alınmaya bilər: 1-ci tapşırıq çox sayda oxucu kütləsi toplaya bilməkdir. Əgər bunu etməyi bacaracaqsansa, ondan sonrası asandır. Aşağıdakı üsullardan birindən, ya da bir neçəsindən birlikdə istifadə etməklə ziyarətçi sayını pula çevirmək olar:
- Google AdSense Reklamları – bu reklamlar tematik olduğuna görə eyni zamanda bloqun kontentini genişlətmək üçün də yararlıdır.
- Vasitəçilik (Affiliate) Proqramları – sizə inanan ziyarətçilərə doğru məsləhətlər verməklə onları partnyorluq etdiyiniz şirkətlərin saytına yönləndirirsiniz. Şirkət sizə hər bir gətirilmiş alıcının alışlarına görə komisyon ödəyir. Belə əməkdaşlıqdan həm bloqqer, həm satış edən şirkət, həm də oxucu razı qalır.
- Reklam Xarakterli Ödənişli Bloq Yazıları – Müəyyən kiçik ödənişlər qarşılığında növbəti bloq yazınızda hər hansısa brendi yada salmaqla, ya da dərindən incələməklə reklam xidməti göstərə bilərsiniz.
- Reklam Banerlərinin Yerləşdirilməsi – birbaşa olaraq tanınmış marka sahibləri ilə də görüşə bilərsiniz. Əgər bloq saytınızda reklam yerləşdirmək istəyən sahibkar tapsanız bu stabil gəlir ola bilər.
- Member Areas – Üzvlük sataraq saytın müəyyən hissəsini yalnız ödənişli şəkildə görə bilən izləyicilərdən qazanmaq üçün doğurdan da dəyərli bloq yaratmaq lazımdır.
Azərbaycanda belə təcrübə olsa da çox güclü olmayacaq, ancaq misal üçün, bu evdar qadın özünün Dooce.com saytında uşaqları və ev heyvanları haqqında gündəlik olaraq bloq yazıları yazaraq qazanc əldə edir.
Bloq yaratmağa bir domen almaq, hostinq xidməti ilə internetdə yerləşdirmək və tanınmış CMS-lərdən (Content Management System) birini qoşmaqla (misal üçün, ən məşhur və geniş yayılmış olan WordPress ilə) başlamaq olar.
9. WordPress üçün Tema və Qoşmaların Yaradılması
Web dizayn bacarıqlarınız var və HTML kodlarından anlayırsınızsa onda WordPress və websayt temaları (themes) yaradaraq bunu daha da inkişaf etdirə bilərsiniz. Onları ThemeForest və TemplateMonster kimi platformalarda yerləşdirərək pul qazanmaq olar. Hətta qoşmalar (plugins) da yaradıb satmaq olar. Hər şey bacarıqdan asılıdır.
Bu 9 biznes istiqamətləri internetdə çox geniş yayılmışdır, ancaq yenə də biz reytinq siyahısı yaratmaq üçün araşdırma aparmadıq. Ya da bir zamanlar uğur qazanılması o demək deyil ki, bu yolla hər kəs asanlıqla öz biznesini qura bilər. Bonus olaraq daha 7 biznes ideyası da yazırıq ki, onlar da bu siyahıda ola bilərdi:10. Forex Trading
Mənim kimi bir çoxları bu sahəni çox riskli sayır. Ancaq çox kiçik məbləğlə başlayıb bilik səviyyənizi yoxlamaq olar.
11. Content Yazarlar
Yaxşı yazırsan, ancaq bloq yaratmaq üçün vaxt və SEO biliklərin yoxdursa PayPerPost, Textbroker, ya da Helium kimi saytlar üçün yazmaq olar. Eyni zamanda e-kitablarların da çap və başqa xərcləri yoxdur.
12. Araşdırma Apar
Dizayn, kod və bloq işlərini sevməyənlər şirkətlər üçün internet araşdırmalar apara bilər (xaricdə belə sifarişlər də olur).
13. Online Marketing
Ödənişli SEO (Search Engine Optimization) və SEM (Search Engine Marketing) xidmətləri göstərə bilərsiniz.
14. Fotolar Sat
Boş vaxtlarında gözəl foto çəkməyi sevənlər sonradan onları Shutterstock və Fotolia kimi saytlarda sata bilər.
15. Virtual Köməkçi
Telefon, email, ya da Skype-la professional xidmətlər təklif etmək olar. Belə köməkçilər çay gətirmək işində bacarıqsız olur.
16. Online Müəllim və ya Təlimçi
Yaxşı təlimçinin leksiyalarını istənilən anda dinləyə bilməkdən yaxşı nə var?! Skype-la dərslər deyin, ya da Youtube kanalınızı açın.
Bloq saytı açmaq və ziyarətçilərin sayını artırmaq üçün bizim saytı izləməyi unutmayın. Gələcək online biznesinizdə uğurlar!