Sayt Nədir? Saytlar Nə Üçün və Kimə Lazımdır

2
Sayt Nədir? Kimə Lazımdır?
Websayt nədir? Kimə və nə üçün lazımdır sayt?

Sayt nədir? Websayt (web-site kimi də yazıla bilər) qısaca olaraq sayt kimi də adlandırılır. Hər bir sayt ən azı bir serverdə yerləşdirilmiş faylların bir-biri ilə əlaqələndirilməsindən yaradılmış bir qovluqdur. Saytlara internet şəbəkəsi vasitəsilə baxmaq imkanı yaradılır və beləliklə informasiya yayımı qat-qat asanlaşdırılmış olur. Bunun üçün brauzerin ünvan hissəsində baxmaq istədiyimiz saytın internet ünvanını – Uniform Resource Locator (URL) yazırıq.

İlk Saytlar Nə Vaxt Yaradıldı

1990-cı ildə Tim Berners-Li (Sir Timothy John Berners-Lee) dünyada ilk olan info.cern.ch saytını yaratmışdır. O, öz saytını yeni texnologiya olan WWW-yə həsr etmişdi. Saytda HTTP verilənləri göndərmə protokolundan, URL ünvan sistemindən və HTML hipertekst dilindən danışırdı. 1991-ci ildə WWW standartı qəbul edildi və bundan sonra sürətlə yeni saytlar yaradılmağa başladı.

Əvvəllər internet saytları çox sadə statik quruluşda – vizitka kimi hazırlayırdılar. İnternet şəbəkəsi genişləndikcə, daxili və xarici keçidlərin sayı da çoxalmağa başladı. Beləliklə saytlar təkcə arayış, bildiriş funksiyalarını yerinə yetirməməyə, daha çox funksiyaları yerinə yetirməyə başladı. Dinamiklik və interaktivlik artırıldıqca, saytlar virtual ofis, media mərkəz, onlayn mağaza kimi başqa bir çox funksiyaları özündə cəmləyən yeni texnologiyaya çevrildi .

Bəs Saytlar Nə Üçün və Kimə Lazımdır?

Müasir həyatımızda demək olar ki, nə qədər biznes növü varsa, o qədər də sayt var. İndi təkcə hər bir şirkət deyil, hər kəs özünün personal saytının (ya da blogunun) olmasına çalışır. Saytlar informasiya mübadiləsində yeni, eyni zamanda əvəzolunmaz texnologiyaya çevrilmişdir. Günümüzdə saytları bu qədər önəmli edən bir neçə səbər var:

Saytlar 7×27 Çalışlır

Çünki sayt üçün şirkət və ya insandan fərqli olaraq istirahət etmək lazım deyil. Saytları internet üzərindən həftənin 7 günü 24 saat fasiləsiz olaraq ziyarət etmək mümkündür.

Məhsullarınızı müştərilərə göstərəcək show-room lazımdır? Yoxsa birbaşa satış edəcək yeni kanal? Bunun üçün əlbəttə ki, yeni obyekt icarəyə götürməli, bir neçə satıcı tapmalı, işə təmir, təmizlik, təhlükəsizlik, anbar, mühasibat və başqa bir çox başqa işləri yerinə yetirəcək əməkdaşlar götürməlisiniz. Yeni əməkdaşlar gündə təqribən 8 saat işləyəcək.

Ancaq düzgün qurulmuş onlayn mağaza (online shop) internet üzərindən gündə 24 saat, həftədə 8 saat fasiləsiz işləyə bilər. Belə bir alətin texniki xidmət üçün illik xərci bir işçinin aylıq əmək haqqı qədər olacaqdır. Bundan başqa, sayt ailə problemləri və ya hər hansı başqa səbəbə görə işdən icazə almayacaq.

Sayt Bir Neçə İşçini Əvəz Edə Bilər

Eyni zamanda dükan, ofis, satıcı və katibə kimi saymaqla bitməyən bir çox funksiyaları yerinə yetirərkən, saytın illərlə səhvsiz çalışma bacarığı vardır. Əlbəttə, bunun üçün saytın düzgün hazırlanması və vaxtaşırı texniki xidmət göstərilməsi gərəkdir.

Saytın Gördüyü İşlər Qarşılığında Minimal Xərcləri Var

Bütün bu üstünlüklərə baxmayaraq hazırlanması və işlədilməsi qat-qat az maliyyə dəstəyi tələb edir ki, bu da saytları hər kəs üçün əlçatan bir alətə çevirir.

Doğrudur, müasir dizaynda gözəl hazırlanmış sayt üçün müəyyən məbləğdə xərciniz olacaqdır. Hələ saytın domen adı, veb-hostinq və texniki xidmətləri üçün illik ödəniş etməlisiniz. Ancaq birincisi, bu ödənişlər illikdir. İkincisi, bu xərclər heç bir obyektin aylıq kirayə xərci ilə müqayisə edilməyəcək qədər kiçikdir. Bu hətta 1 işçinin aylıq əməkhaqqından da azdır.

Websaytların Hələ Kəşf Edilməyən Üstünlükləri Var

Yuxarıda göstərdiyimiz kimi, dünyada ilk internet saytı 1990-cı ildə quruldu. Bu isə o deməkdir ki, sayt texnologiyası hələ çox gəncdir. Sürətlə inkişaf etməsinə və geniş yayılmasına baxmayaraq veb saytlar yeni texnologiya sayılır. Hər kəs bu istiqamətdə hələ kəşf ediləcək çox daha sahələrin olduğunu düşünür. Bu da saytları insanlar üçün daha cəlbedici və prestijli edir.

Bəs sizin veb-saytınız varmı? Əgər hələ də öz biznesinizə uyğun saytınız yoxdursa, tələsin: WEB Dizayn Studiyamız yeni texnologiyaların köməyilə hər bir biznesə uyğunlaşdırılmış internet proyektlərin yaradılmasında yardımçınız olar.

Sayt Nədir? Saytlar Nə Üçün və Kimə Lazımdır – WEB