5 Strategiya Planı ilə Mobil Uyğulamanı Dünya Bazarında Tanıt

1
5 Strategiya Planı ilə Mobil Uyğulamanı Dünya Bazarında Tanıt

5 Strategiya Planı ilə Mobil Uyğulamanı Dünya Bazarında Tanıt

Bu gün bir çox proqramçılar smart telefonlar üçün uyğulamalar (application, bəzən ingiliscədən proqram, qoşma, əlavə, ya da tətbiqetmə, hətta qısaca olaraq tətbiq kimi də tərcümə edənlər olur) yaradır, ancaq qlobal marketə çıxmaqda çətinlik çəkirlər. Öncə mobil uyğulamanın bir yerli bazarda tanıdılmasından sonra xarici bazarlara çıxmağı planlaşdırmaq haqqında düşünə bilərsiniz. Dünya bazarında uğur qazanmaq üçün görüləcək işlər fərqli olduğu üçün yeni strategiya planına gərək olacaq.

Gəlin birlikdə mobil uyğulamaların beynəlxalq bazarlarda tanıdılması üçün strategiya planı və görüləcək 5 işlə tanış olaq:

1. App Store (Uyğulama Bazarı) Açıqlamasını Optimallaşdırın

İlk baxışdan heç də yeni fikirə bənzəməsə də, mobil uyğulamanın dünya bazarında tanıdılması və optimallaşdırılması onun sıralamadakı durumundan başlayır. Fərqi yoxdur Apple-in App Store, yoxsa Google Play marketi üçün – optimallaşdırma elementləri aşağıdakılardır:

  • Title (Başlıq) – Sizin uyğulamanın title başlığı Azərbaycan dilində olduğu kimi başqa dillərdə də eyni olmasına fikir verin. Bu yeni brend adı yaratmağa bənzəyir və xarici bazarlarda başqa adla tanıdılmasına gərək yoxdur. Ancaq başlığın xarici dildə necə tərcümə olunmasını araşdırmaqda fayda var, çünki çoxları başqa dilə pis tərcümə edilən adı olan uyğulamanı yükləməyə bilər.
  • Description (Açıqlama) – Sadəcə uyğulamanın app store açıqlamasının hədəf dil(lər)ə tərcümə edilməsi yetərli olmaya bilər. Çünki başqa ölkələrdə istifadəçilərin sayı, yönəldiyi hədəf kütləsi, onların adət-ənənəsi fərqli olacaq. Bütün bunların nəzərə alınması sizin uyğulamanın xarici bazarda rəqiblərin arasından seçilib daha irəliyə getməsinə gətirib çıxarar.
  • Keywords (Açarsözləri) – Title və Description yazdığınızda olduğu kimi açar sözlərini də seçərkən hədəf kütləsinin nə axtardığını, onların dilinin incəliklərini nəzərə almağınız önəmlidir. Bəzən hərfi tərcümələr istədiyiniz nəticəni verməyə, hətta neqativ təsir göstərə bilər.
  • Screenshot və videolar – Bütün yazılar, hətta screenshotlar və videolar da yerli marketə uyğunlaşdırılmaldır. Bütün bu özəlliklər sizin uyğulamanın əhatə dairəsini artırmaqla daha baxımlı edər və yükləmələrin sayının artmasına gətirib çıxarar.

Mobil uyğulamanızın app store açıqlamasının optimallaşdırılması ilə hətta tərcümə edilməmiş uyğulamanızın xarici bazarda potensialını ölçə bilərsiniz. Çünki, adətən istifadəçilər sadəcə axtarış sözlərini öz dillərində yazaraq istədikləri uyğulamanı tapmağa çalışırlar.

Çində Google Play işləmədiyi üçün, uyğulama yaradıcıları öz məhsullarını Baiduda tanıtdırmağa çalışır ki, o da öz növbəsində istifadəçiləri dünyanın 2-ci ən böyük uyğulama bazarı olan Apple Store-a yönləndirir.

Keçən il bütün dünya üzrə uyğulama yükləmələrinin 59 %-nin Çinin payına düşdüyünü (8 % Amerika Birləşmiş Ştatlarının payına düşür) nəzərə alaraq ən çox istifadəçilərin və ən böyük axtarış bazarının olduğu yerləşmədə tanıtım kampaniyalarının aparılması bir o qədər də düzgün olardı.

2. Uyğulamanızın Marketing Websaytını Yaradın

Mobil uyğulamanızı inkişaf etdirməyinizə və vaxtaşırı yeniləmələri yayımlamağınıza baxmayaraq marketing websaytının yaradılmasını unutmamalısınız. Bununla da siz öz uyğulamanız haqqında daha çox məlumat verə bilər və app store açıqlamalarına qoyulan limitləri aşaraq daha çox açarsözləri üçün çalışa bilərsiniz. Bu uyğulamanın tanıdılması üçün əvəzedilməz yoldur. Düzgün qurulmuş marketinq taktikləri və tanıtım kampaniyaları ilə axtarış sistemlərində tapılan uyğulamanızın başqa kanallarda da tanıdılması və tapılması işi asanlaşar.

Bunun üçün saytın tam bir portal kimi böyük olmasına gərək yoxdur. İndi bütün saytyaratma proqramları və ya online tətbiqetmələr bir düyməylə uyğulamanın yüklənməsinə imkan verən bir səhifəlik saytlar yaratmağa imkan verir.

Saytı bir neçə dilə tərcümə etməklə başqa bazarlar üçün lokallaşdırma işləri apara bilərsiniz. Beləliklə, uyğulamanı xarici dilə tam tərcümə etməkdə çətinlik çəksəniz belə, saytdakı bir düymə ilə quraşdırma funksiyasının konvertasiya dərəcəsini ölçərək həmin bazarın səmərəli olub-olmadığına qərar vermək olar.

3. Bütün Kanallarda Marketinq İşləri Aparın

Sosial şəbəkələrin verdiyi imkanlarla başqa ölkələrdəki, ya da dildə danışan istafadəçilərə çatmaq olduqca asanlaşıb. Doğurdan yaxşı və lazımlı uyğulama yaratdığınızı düşünürsünüzsə, onda Facebook, Twitter, ya da Instagramda sadəcə bir neçə qısa cümlə paylaşmaqla böyük səs sala bilərsiniz.

Bu kanallarda Sosial Media Marketing (SMM) ilə ödənişli reklamların imkanlarından da yararlana bilərsiniz. SMM uyğulamanızın yuxarı yerlərdə görünməyini və axtarışda tapılmasını artırmaqla birlikdə sizə potensial alıcıların demoqrafiyasını kontrol etməyinizə də kömək edəcək.

4. Feedbacklər (Geribağlantılar) Erkən Cavablandırılmalı

Mobil telefonlar üçün uyğulama yaradıb böyük istifadəçi kütləsinə çatdırmaq istəyirsinizsə, feedbackləri mümkün olduğu qədər tez cavablandırmalı, yaranmış çətinlikləri erkən həll etməyə çalışmalısınız.

Geribağlantılar və dəyərləndirmələr həm uyğulamanın tanıdılması yolunda, həm də nə etməli olduğunuz haqqında gələcək planların yol xəritəsini hazırlamaqda əvəzolunmaz vasitədir.

Daha çox dəyərləndirmə qazanmaq üçün aşağıdakı yollardan birini seçə bilərsiniz:

  • Uyğulamada bir düyməylə dəyərləndirməyə çağırış – İstifadəçilərə birbaşa iOS və Android uyğulamanın menyusundan dəyərləndirmə düyməsini sıxabilmələri üçün bir düymə artırın. İndi bir çox pluginlər (qoşmalar) bu funksiyanı dəstəkləyən seçimləri verir. Həmin düymə dəyərləndirmə üçün istifadəçini uyğulamanın app store-dakı səhifəsinə aparır.
  • Müştəri dəstəyi söhbətlərini artırın – Müştəri məmnuniyyəti komandanız varsa, mütləq hər bir email, ya da çat danışığının sonunda onlara nə qədər yardımçı olduğunu ölçmək üçün dəyərləndirmələrini istəyib uyğulama səhifəsinə keçid paylaşılsın.
  • Həvəsləndirmə kampaniyaları ilə istifadəçiləri aktivləşdirin – Baxmayaraq ki, Apple onu dəyərləndirən istifadəçilərə güzəştlər verən uyğulamaları silir, başqa sosial şəbəkələr, sayt, bloq, forum və başqa platformalar üzərindən həvəsləndirmə kampaniyaları təşkil edə bilərsiniz.

Yeni-yeni xarici dillərdə uyğulamanın beta testlərini aparmağnız istifadəçilərdən daha çox feedbacklər almağınıza gətirib çıxarar. Demək olar ki, bütün app store-larda son yeniləmələri olan uyğulamalar “yeni nələr var” bölməsində yerləşdirilir. Bununla da distibyusiya kanalında öz uyğulamanız üçün daha çox görünmə qazana bilərsiniz.

5. İstiadəçi İnterfeysi və Reputasiyanı Unutmaq Olmaz

Ümumiyyətlə, istifadəçi təcrübəsi hər bir uyğulamanın uğuru üçün çox önəmlidir: onun ilk dəfə açıldığından istifadəsi rahat olmalı, aydın istifadəçi interfeysi olmalıdır. Dünyanın app store bazarlarında öz sözünü deyən, çox istifadəçi toplamağı bacaran yaradıcılar bilirlər ki, gözəl və faydalı uyğulamanın yaradılması hələ müharibənin ilk döyüşləridir.

Uyğulama sahibi, ya da yaradıcısı kimi istifadəçilərin təcrübəsini və məmnuniyyət siyasətini məhsulun keyfiyyətinin artırılması və inkişaf etdirilməsində istifadə edin. İnsanların yeni məlumat və yeniləmələr üçün təkrar-təkrar sizə geri dönməsinə çalışın. Bu feedbacklər sizin uyğulamanın danışan səsi olacaq, yazanların hər biri öz yoldaşı, ailə üzvləri və başqa istifadəçilərlə körpü rolunda olacaqdır.

Bütün bu 5 strategiya planını tətbiq etməklə öz məhsulunuzu istənilən xarici bazara çıxara bilərsiniz. Artıq nə qədər uğurlu alınıb-alınmayacağı sizin yaratdığınız mobil uyğulamanın həmin ölkədə yaşayan və ya hədəfə aldığınız dildə danışan insanlar üçün faydalı olmasından asılıdır.