Sual-Cavab

Bir sualınız var? Biz “Sual-Cavab” bölməsində ən çox soruşulan sualları və həmin suallara cavabları topladıq. Bəlkə sizin suala cavab da onların arasındadır. Əgər sualınıza cavab tapmadınızsa, buyurun, öz sualınızı bizə göndərin.

Ən Çox Soruşulan Suallar

Sayt nəyə lazımdır?

İşi olan, ya da planlaşdıran hər kəsin saytı olmalıdır. Saytın ən böyük üstünlüyü ildə 12 ay, həftədə 7 gün və hər gün 24 saat yorulmadan çalışmasıdır. Siz istirahətdə, ya da toplantıda olduqda belə sayt sizin təmsilçinizə çevrilərək potensial alıcıların suallarını cavablayacaq. Saytınız mal və xidmətlərinizi təqdim edər, onlar haqqında məlumat verər və necə göründüyünü göstərər. Elektron poçtunuzun sonunda öz domeninizin olması isə sizə inamı artırar, başqalarının gözündə daha ciddi işadamına çevrilərsiniz.

Domen adı nədir? Necə qeydiyyatdan keçmək olar?

Domen sizin saytın internetdəki ünvanıdır. Misal üçün, səhifələrini oxuduğunuz bu saytın domeni web.com.az-dır. Hər bir ölkənin öz domen zonası vardır: .az – Azərbaycan, .kz – Qazaxstan, .ru – Rusiya və başqaları. Bundan başqa, spesifik sahəni bildirən domen zonaları da vardır: kommersiya qurumları üçün .com, qeyri-kommersiya qurumları üçün .org, dövlət saytları .gov, təhsil saytları .edu uzantısı ilə seçilir. Azərbaycan domenlərini Online.az, başqa domenləri isə Hostinq1.com kimi domen qeydiyyatçılarının saytında onlayn ödəniş edərək asanlıqla ala bilərsiniz.

Veb hostinq nədir? Mən saytım üçün hostinq xidmətini necə seçməliyəm?

Veb hostinq sizin saytın bütün fayllarının kəsintisiz internetə qoşulmuş data mərkəzdə yerləşdirilməsi xidmətidir. Siz saytınız üçün internetdən sonsuz sayda hostinq provayder tapa bilərsiniz. Misal üçün, Hostinq1.com 1 domen üçün standart veb hostinq xidməti təklif edir: illik 33 dollara limitsiz disk yeri, limitsiz trafik, limitsiz subdomen və park edilmiş domenlər, 100 email hesabı və 5 dənə MySQL verilənlər bazası.

Mən pulsuz qeydiyyatdan keçirdiyim domen və heç bir ödəniş etmədən qoşulduğum hostinq xidməti ilə sayt açmışam. Nə üçün yenisini açmalıyam?

Bunun üçün bir neçə səbəb var. Pulsuz qeydiyyatdan keçirdiyiniz domen subdomendir, ya da başqa domenin içində bir qovluqdur. Pulsuz hostinq də eynilə sizə yüksək keyfiyyət söz verə bilməz. Ümumiyyətlə, saytın tam sahibi siz deyilsiniz. Qaydaları pozsanız, ya da onlar istədikləri zaman qaydaları dəyişib sizin saytı birdəfəlik bağlaya bilərlər. Hələlik isə pulsuz açdığınız saytdan yalnız qeyri-kommersiya məqsədləri üçün yararlana bilərsiniz. Ancaq belə saytların tanıtımını eləmək çox çətindir.

Saytımın Google axtarışlarında ilk yerlərdə tapılması üçün nə etməliyəm?

Bunun iki yolu var: 1-cisi ödənişli PPC reklamları ilə. Bu zaman axtarış nəticələrinin üstündə sizin reklam görünür və hər tıklamaya görə müəyyən edilmiş məbləğdə ödəniş edirsiniz. 2-cisi isə SEO işləridir: bu zaman saytı axtarış sistemlərinin tələblərinə uyğun və düzgün dizayn edərək keyfiyyətini artırmalısınız. Bundan başqa, saytda özəl olaraq Google axtarış sisteminin tələbləri üçün çalışmalısınız.

Bizim şirkətin sosial media səhifəsinə gərək varmı?

Bu gün bütün bizneslər sosial mediada təmsil olunmalıdır. Əgər sizin şirkətin reklama, ya da heç olmasa PR-a ehtiyacı varsa, o zaman heç şübhəsiz ki, SMM ən güclü alətiniz olacaqdır. Hətta aktiv şəkildə işlətməsəniz belə, brendə uyğun qısa URL ünvanı alıb saxlayın və ziyarətçilərin aktiv olduğunuz kanala gəlmələri üçün mesaj yazın.

Ən Son Bloq Yazılarımız