Şahmat – Həyat Kimi Oyun

0
Şahmat - Həyat Kimi Oyun

Şahmat Həyat kimi Oyundur: Şah və Mat!

YouTube-da video yaratmağa başladıqdan sonra fərqinə vardığım bir şey var. Buraların güc mərkəzi oyun videosu yaratmaq. O üzdən mən də bir oyun videosu hazırlamağa qərar verdim. Sizə həyat kimi bir oyundan danışacağam.

İndiki oyunlarda hekayənin çox önəmli olduğunu bilirsiniz. Mənim seçdiyim oyunun hekayəsi olduqca qədimdir. Haradasa 1500 il öncə bir alimlə bir zalımın qarşılaşmasıyla başlayır. Zalım olan təxmin edə biləcəyiniz kimi bir şahdır. Hindistanda yaşayır və savaşı çox sevir. Xalqı da bundan çox çəktiyi üçün artıq dayana bilməyip barışı çox sevən alimdən yardım istəyir. Alim düşünür, daşınır, sonunda ən cahil və Zalım birinin belə xoşuna gedəcək şahanə bir çıxış yolu tapır. Bir oyun!

Qarşılıqlı oynanan bütün oyunlarda hər zaman bir rəqib, bir də qurban vardır.

“Şahım, siz savaşmağı çox sevirsiniz. Mən də sizə dilədiyiniz kimi savaşa biləcəyiniz bir oyun gətirdim. Bu balaca daşlar əskərləriniz, “piyada”larınız. İki dənə “at”lı, iki dənə de “fil”li birliyiniz var. İki dənə də “top”unuz… Siz təbiki “şah”sınız və yanınızda da yardımçınız “vəzir”iniz var. Artıq dilədiyiniz qədər savaşa bilərsiniz.”

Şah “Chaturanga” adlı bu oyunu çox sevmiş. Alimə “dilə məndən nə dilərsən” demiş. Alimin zalıma verdiyi cavap başlı-başına başqa bir oyun olmuş. Demiş ki, “Çox şey istəmirəm. Bu oyunun ilk daması üçün bir, ikinci daması üçün iki dənə buğda istəyirəm. Hər damada bir öncəkinin iki misli buğda versəniz yetər…”

Zalım şah özü kimi böyük və qüdrətli birindən bu qədər kiçik bir şey istənilməsinə çox sinirlənmiş və “hesablayın, payına düşəndən bir dənə belə artıq verməyin” demiş. Və hesablamışlar. 15-ci damada verilməsi gərək olan buğdaları dartdıqda 1,5 kiloqram olduğunu görmüşlər. 25-ci damada 1,5 ton və 31-ci damada 92 ton hesablamışlar. 49-cu damaya gəldiklərində 24 milyon ton buğda vermələri gərəkdiyi ortaya çıxmış ki, bu rəqəm Türkiyənin illik istehsalından çoxdur. Sonucda o gündən bəri, 1500 ildir sadəcə Türkiyənin, Hindistanın deyil bütün dünyanın buğdalarını alimə verməyə davam etsələr bu borcu yenə də ödəyə bilməyəcəkləri ortada. Çünki 64-cü damaya gəlindiyində istənən buğda dənəsi 1+2+2²+2³+…+263 = 264 – 1 = 18 446 744 073 709 551 615 yəni on səkkiz kentilyon dörd yüz qırx altı katrilyon yeddi yüz qırx dörd trilyon yetmiş üç milyard yeddi yüz doqquz milyon beş yüz əlli bir min altı yüz on beş.

Qayda 1: Sadəcə daha ağıllı bir rəqiblə oynayaraq daha ağıllı ola bilərsən.

Bəzən bu alimin gətirdiyi oyunumu, yoxsa bu cavabınımı daha çox sevirəm bilmirəm. Sonucda həm oyun, həm də cavab böyük bir ağılın məhsuludur. Sonradan adı dəyişdirilmiş, qayda dəyişdirilmiş, amma bu özəlliyini heç itirməmiş bu oyun. Ağıla yaddaşı da qoşmaq istəyən bəzi Türklər at üstündə, taxta olmadan korlama şahmat oynamağa başlamışlar. Taxtanı qaldıra bilərsiniz bu oyundan, amma rəqibinizi qaldıra bilərmisiniz? İnsan olmayan biriyle şahmat oynaya bilərmisiniz? İstər inanın, ister inanmayın, izləməkdə olduğunuz və 1809-da oynanan bu oyunda şahmat taxtasının bir tərəfində oturan kişi Napalyon Bonapart. Başqa tərəfdə isə bir robot var. Şahmat oynayan bu robotun adı Türk! Sizcə oyunu kim udmuş? Alimlə zalımın hekayəsindən ipucunu yaxalaya bilərsiniz.

Şahmat Həyat kimi Oyundur: Şah və Mat!

Bildiniz, oyunu robot qazanır. Amma əslində tam bir robot deyil, “automaton” deyilən bir aparat. Adının Türk olması sizi yanıltmasın, yaradan bir Türk deyil, Kempelen adında bir Macardır. Amma aparata baxınca nə üçün Türk deyildiyi çox rahat anlaşılır. O illərdə Avropada güclü bir “oriental marağı” vardı. Məsələn, Motsart Mehtər Marşından etkilənib “Türk Marşı”nı bəstələmiş. Kempelen də 1770-də beylə bir aparat yaratmış və ona “Türk” adını vermişdi. Çox maraq görüncə də Avropanı və hətta Amerikanı turlamağa başlamış. Çox uzun bir sürə kimsə bu aparatın necə çalışdığını və rəqiblərini necə udduğunu anlaya bilməmişdi. Amma sonra bunun bir aldatma olduğu ortaya çıxmış. Əslində aparatın içinə gizlənən bir kişi onu yönləndirirmiş.

Aparata, daha doğrusu onun içindəki kişiyə uduzanlardan bir başqa tanınmış da Benjamin Franklindir. 1779-cu ildə bir məqaləsində “həyat bir yandan şahmat kimidir” deyə yazmışdı. Bununla bağlı açıqlamanı sona saxlayıram, ancaq rahatlıqla “şahmat həyat kimidir” deyə bilərəm. Vaxtı bəlli olmayan bir oyun. Nə zaman bitəcəyini bilməzsiniz. Bəzən bir şeyləri əldə etmək üçün başqa bir şeyi fəda etmək zorunda qalarsınız. Her zaman iləriləyə bilməzsiniz, bəzən geri addım atmaq gərəkir. Amma hər addımınızda düşünməlisiniz. Seçimlərinizi ağılla etməlisiniz. Strateji hərəkət etməlisiniz. Hədəfinizə çatmağın tək bir yolu yoxdur. Fərqli şeyləri yoxlaya bilərsiniz. Əyilmədən, yarulmadan, sıxılmadan təkrar-təkrar yoxlamalısınız. Çünki həyatdakı kimi olacaqlar sonsuzdur. Hər daşın özünə görə bir anlamı və önəmi vardır. Eynilə heç bir insanın önəmsiz olmaması kimi, heç bir şahmat daşı da önəmsiz deyildir. Bir piyadanın belə vəzir olma potansiyalı vardır.

Şahmatın özünə görə bir dili vardır və bu dil bütün dünyanın dilidir. Eyni dildə danışa bilməyən iki kişi qarşılıqlı şahmat oynaya bilər. 7 yaşındakı biriylə 70 yaşındakı biri eyni həyəcanı paylaşa bilər.

Şahmat oyunçusu eyni anda həm bəstəkar, həm də musiqiçidir. Yaradıcı olmaq zorundadır. Etdiyimiz hər gedişin bir sonucu vardır və bu sonuclara qatlanmaq zorundasınız. Yəni sizə sorumluluğu öyrətir. Bu yönüylə dünyanın ən stresli oyunlarından biridir. Tanınmış şahmat ustası Kasparova görə ağlın işgəncəsidir. Çünki konsentrasiya gərəkdirir. Bu çağda bəlkə də ən çox ehtiyac duyduğumuz özəllik. Odaklanabilmə gücü!

Qayda 2: Oyun qarmaşıqlaşdıkca rəqib də qarmaşıqlaşır.

Napalyon bir aparata uduzan ilk tanınmış insan olduğunu düşündü uzun bir sürə. Bu duyğunu yaşayan bir başqa tanınmış kişi də Kasparovdur. İstər inanın, istər inanmayın, izləməkdə olduğunuz və 1997-ci ildə oynanan bu oyunda şahmat taxtasının bir tərəfində oturan kişi Qari Kasparovdur. Dünya şahmat çempionu. Başqa tərəfdə isə bir aparat var. Daha doğrusu bir yastı zəka. IBM-in yaratdığı Deep Blue. Qazanan aparat oldu. Bu dəfə içində insan olma ehtimalı da yoxdur – mu görəsən? Kasparov 2-ci oyunun bir gedişində Deep Blue-ya insanlar tərəfindən müdaxilə edilərək yardım edildiyini iddia etdi. Çünki belə bir durumda bir kompyuterin başqa bir gediş edərək bir piyada qazanma istəyində olması gözlənilirdi və bu gözləməsi bir çox şahmat ustaları tərəfindən də doğrulandı. Fəqət IBM bu iddianı və Kasparovun yenidən oyun önərməsini rədd edərək Deep Blue proyektini sona çatdırdı. Bu durumda bir insan müdaxiləsi varmı, yoxmu?

Şahmat həyat kimidir, ancaq həyat tam olaraq şahmat kimi deyildir məncə, qüsura baxma Benjamin Franklin. Əgər elədirsə də başqa birilərinə, ya da aparatlara qarşı oynamırıq. Bəlkə də ölümlə şahmat oynayırıq. İnqmar Bermanın klassik filmi “Yedinci Möhür”dəki kimi…

Həyatı bir şahmat olaraq, bir savaş olaraq görmürəm. Barış olaraq görürəm. Tək amacımız qazanmaq olmamalı. Bizim qazana bilməyimiz üçün başqa biriləri uduzmaq zorunda qalmamalı. Baxmayın siz buraya, həyat şahmat taxtasındakı kimi sadəcə ağ və qaradan ibarət deyil. Bozun yüzlərcə tonu var. Amma sonucta yenə də bir oyun. Dünya həyatı oyundan başqa bir şey deyil. Şahmatdan çox daha qarmaşıq bir oyun.

Ölümlə oynanan bir oyun.

Şah Mat!