Websayt Qurmağın / Yaratmağın Yolları Addım-Addım
Hər Şeydən Öncə Domen Adı Alınmalıdır
Domen adları həm də saytın internet ünvanıdır. Bir çox hallarda saytın uğur qazanması domen adından asılıdır, buna görə də saytınız üçün domen adı düşünərkən bir çox xırdalıqları bilməyiniz vacibdir. Domen adı almaq isə çox asandır: www.online.az saytından .Az zonasında olan istənilən domeni (əgər hələ sahibi yoxdursa) ala bilərsiniz. Başqa zonada (.Com və ya .Net kimi) domen adı almaq üçün internetdə çox sayda onlayn xidmət saytları vardır, misal üçün: http://hostinq1.com/, ya da www.domain.com
Web Hostinq Xidməti Seçin və Yeni Hesab Açın
İnternetdə hostinq xidmətləri təklif edən bir çox şirkətlər var, onlardan birini seçib qeydiyyatdan keçirsiniz və sizcə sizə uyğun olan hostinq paketlərindən birini alırsınız. Demək olar ki, bütün hostinq şirkətləri sonradan seçmiş olduğunuz servis paketini dəyişmək imkanı verir. Örnək olaraq onlaran birini göstərək: 2 milyona yaxın domenə hostinq xidməti göstərən Bluehost.com internetin ən böyük 20 hostinq şirkətindən biridir.
Biz isə saytımız üçün Hostinq1 şirkətinin xidmətlərindən yararlandıq və Premium planında hostinq aldıq: http://hostinq1.com/shared-services/premium/ Sizə isə ilk başdan Standart paketi seçməyi məsləhət görürük.
Saytın Web Səhifələrini Dizayn Edin
Saytın dizaynı üçün bir çox həllər vardır, onlardan WordPress.com və Blogger.com tamamilə ödənişsiz və çox da çətin olmaması ilə seçilir. Daha asan yol axtarsanız Drag&Drop sistemi ilə işləyən Weebly, Wix və IM Creator işinizə yaraya bilər. WYCIWYG prinsipi ilə işləyən Adobe Dreamweaver CC kimi web-dizayn proqramlarından birini öz kompyuterinizə yükləyib saytın dizaynına başlaya bilərsiniz. Yenə çətinliklə üzləşsəniz dizayn studiyamız sizə saytınızı yaratmaqda köməklik göstərər.
Saytın Yoxlanılması və İnternetdə Yerləşdirilməsi
Onlayn servislər vasitəsilə sayt yaratdıqda saytınızla artıq bağlantı qurulmuş olur. Lakin PC proqramlarla yaratdığınız vebsaytı File Transfer Protocol (FTP) ilə öz hostinqinizə yükləməlisiniz. Bunun üçün sizə FTP proqramları lazım olacaq: Core FTP, FileZilla və SmartFTP.
Saytınızın Olmasını Bütün İnternetə Bildirin
Saytınız hazır olub tam işlək vəziyyətə gəldikdən sonra bunu bütün internetə bildirmək lazımdır – axı saytı özünüz üçün hazırlamamısınız. Öz saytınızı internetdə olan axtarış sistemlərində qeydiyyatdan keçirin: Google-a Öz Saytını Göndər, Yahoo-ya Öz Saytını Göndər və b.
Google Webmaster Tools (2015-ci ilin may ayından Google Search Console) və Bing Webmaster Tools ilə həm saytınızın axtarış sistemində indeksləşməsini tezləşdirə, həm də saytda olan problemlər haqqında məlumatlar ala bilərsiniz.
Sonuc: Əlbəttə ki, bu məlumatlar uğurlu / gəlirli sayt yaratmaq üçün kifayət deyildir. Siz bu yazıdan ancaq ümumi tanışlıq kimi yararlana bilərsiniz. Əgər doğurdan gəlir gətirəcək, başqa saytlardan seçiləcək və sizin üçün çalışacaq saytlar yaratmaq / qurmaq istəyirsinizsə, WEB Dizayn Studiyasının gələcək bloq-yazılarına da göz atmağınızı məsləhət görürəm.