Onlayn biznesin qurulması və ya rebrendinq edilməsi işində zəhmət tələb edən məsələlərdən ən birincisi uğurlu internet mağazanın işlənib hazırlanmasıdır. Bir də ki, düzgün planlaşdırma və səbirlə bu prosesi çox xoş işə çevirə bilərsiniz.
WEB Dizayn Studiyası olaraq bir çox işadamları ilə çalışmışıq və hər zaman onlardan internet market (online shop) saytının dizaynını qurmaqdan qabaq düşünməli olduqları 10 ən önəmli məsələyə baxmaqlarını xahiş etmişik. Bütün bu e-ticarət elementləri bir-biri ilə sıx bağlıdır, ancaq diqqətlə baxsanız, onların hər birinin ayrı-ayrılıqda Sizi düzgün yola bir addım daha aparacağını görəcəksiniz.
1. Öz Məqsədlərinizi Dəqiq Müəyyən Edin
Bu, çox vacibdir: siz layihəyə başlamazdan əvvəl nə əldə etmək istədiyinizi aydın şəkildə düşünməli və bu məqsədə çatmaq üçün müxtəlif mərhələləri müəyyənləşdirməlisiniz. Bu sizə son nəticəni görməkdə kömək edəcək. Nə üçün e-ticarətə başlayırsan? Onlayn mağaza saytını nə üçün işə salırsan? Bu suallar saytın dizaynında hansı proqramlaşdırmadan istifadə olunacağından və ya hansı rənglərə üstünlük verməkdən qat-qat önəmlidir. Fərqi yoxdur ki, siz artıq mövcud olan saytın yenidən qurulması üzərində işləyirsiniz, yoxsa yeni brend layihəyə başlayırsınız. Bilməlisiniz, məsələn, bununla əsas məqsədiniz bazar payını artırmaqdır, yoxsa müştərilərin gözündə sizin şirkətin imicini dəyişəbiləcək yeni obyektə ehtiyac var. Ola bilər ki, özünüz üçün bütün məhsulları (və ya xidmətləri) bir arada topladığınız online kataloq istəyirsiniz və ya bütün bunların hamısı birlikdə məqsədiniz ola bilər. Unutmayın ki, məqsəd nə qədər dar götürülərsə ona doğru irəliləmək daha aydın olar. Bunun üçün düşündüyünüz bütün planlar yerinə yetirilib bitdikdən sonra əldə edəcəyiniz son nəticəni gözünüz önündə canlandırmağınız işinizə yaraya bilər.
2. Brendinq Önəmlidir: Brend Yaradılmalıdır
Sizin saytın vizual görünüşü və struktur quruluşu şirkətin, məhsulların imicini özündə göstərməlidir. Saytın istənilən səhifəsinə düşən qonaq ilk qarşılaşdıqda hansı saytda olduğunu açıq-aydın görməli və özünəməxsusluğu ilə yaddaşlarda qalmalıdır. Həm də brendinq istehlakçılarda inam yaratmaq üçün də önəmlidir. Bu çox vaxt online marketin loqosundan başlayır: Yaxşı loqo sizin yeni saytın qrafik cizgilərini, rənglərini və ümumi estetikasını müəyyənləşdirməyə kömək edəcək. Əgər loqo sizi qane etmirsə, yeni sayt işləyib hazırlamağa başlamazdan əvvəl loqonun yenidən qurulmasına çalışın.
3. Satılacaq Məhsulları Düşünün
İnternet marketdə nə satılır və necə satacaqsınız? Hər bir biznes sahəsi fərqlidir və bu, o deməkdir ki, siz öz məhsulunuzu satmaq üçün onları göstərməli və danışmalı olacaqsınız. Bütün məhsulların müvafiq detallarının açıqlanmasına ehtiyacı olan konkret atributları var: rəngi, ölçüsü, aksesuarlar, texnologiya və başqa. Bir çox başqa məhsul və xidmətlərin arasından seçilmək üçün hər bir təklif səhifəsini sadə və ətraflı qurmaq lazımdır ki, qərar qəbul edərkən alıcıda cavabsız suallar qalmasın. Bura alıcının qeydiyyat, ödəniş və çatdırılma mərhələlərində itirəcəyi vaxtı da əlavə etmək lazımdır.
4. Öz Auditoriyanızı Hədəfə Alın
Online marketinizin hədəf bazarını müəyyən edin. Sizin e-ticarət saytının interfeysi sizin potensial müştəriləriniz üçün uyğunlaşdırılmalıdır. Onlar kimdir, özlərini necə aparırlar və məhsulları əsasən harada axtarır, haradan alırlar. Əgər bir qismin müstəsna əhəmiyyəti varsa, sayt onların davranış modellərinə adaptasiya olunmalıdır. Demoqrafik marketinq araşdırmaları hansı tip istifadəçi təcrübəsi ilə qarşılaşacağınızı müəyyən etməlidir.
Konkret misal: Targeting (hədəflənmə) gənc istehlakçılar üçün olarsa, daha çox “cəsarətli” və istifadəçi təcrübəsi baxımından yeniliklərə yönlənməyə imkan verəcəkdir. Gənc demoqrafik kütlə ilə məhsulların satışı üçün yeni yolların uyğunlaşdırılması və qəbul edilməsi daha asan olacaq. Daha sonra, gənclərin qərar qəbul etməsində yoldaşların məsləhəti (sosial şəbəkələrdən və b.) daha önəmli rol oynayır.
5. Rəqabətdən Yuxarı Qalxmaq Üçün İstifadə Edin
Birinci iş təbii ki, rəqibin təhlilidir: Sizin rəqibləriniz kimlərdir və necə öz e-kommersiya saytlarını necə işlədir? Uğurlu proyektin həyata keçirilməsi üçün çox şeyləri bilmək, onları təcrübədən keçirmək üçünsə vaxt lazımdır. Lakin siz rəqiblərinizə baxaraq fərqli olmalağa çalışmaqla yanaşı, onların səhvləri üzərində öyrənməlisiniz. Araşdırmaq lazımdır: Onlar nəyi düzgün (ya da tam) etmirlər ki, siz öz saytınızda həyata keçirə bilərsiniz.
6. Büdcə Yaradılması
Peşəkar e-ticarət saytın işə salınmasına bayağı baxılmamalı, bu iş hobbi deyil: Siz öz gələcək şirkətinizin işləməsinə imkan verən alət – sözün əsl mənasında, “qurğu”-ya sərmayə qoyursunuz. E-ticarət saytı vahid interfeys vasitəsilə ekspert, satıcı, kassir və başqa bir çox rolu oynayır. Sizə lazım olan səmərəli aləti almaq üçün büdcənin ayrılması vacibdir.
7. Qurulacaq Yayım Kanallarını Müəyyənləşdirin
Yuxarıda göstərilən bütün elementlərin əsasında yayın üçün düzgün texniki seçim edilməlidir: qonma səhifələri, video kanallar, modullar, domen adları, hostinq, mobil uyğulama, email, bloqlar və b. yazılar üçün nə lazımdır. Gələcək e-ticarət saytına trafiki artırmaq üçün email marketinq, SMM və məzmun strategiyası yolları haqqında düşünməyiniz lazımdır.
8. Biznes Planı Hazırlayın
Yuxarıdakı bütün elementləri özündə toplayan və hər birini geniş şəkildə açıqlayan plan yazın. Bu sənədin yaradılması sizə yalnız düşüncə prosesində yardım etməyəcək, eyni zamanda sizin hər dəfə layihənin müddəti zamanı geriyə və ya qarşıdakı tapşırıqlara baxmaq üçün bir ardıcıllıq verəcək. Bu, potensial zəif cəhətlərinin müəyyənləşdirilməsi, onların aradan qaldırılmasında həll yollarının axtarılması üçün geri addım atmaq imkanı verəcək. Növbəti, ancaq sonuncu olmayan üstünlüyü budur ki, əgər siz ideal şəraitdə layihəni başlamaq üçün peşəkar veb dizaynerlə işləmək istəyirsinizsə, belə bir sənədin olması düzgün bazanın yaradılmasında yardımçınız olacaqdır.
9. Peşəkar Məsləhətlər Üçün Ekspertləri Dinləyin
İndi ki, siz bütün bu sadalananları hesaba aldınız, hazır e-ticarət saytı şablonundan istifadə edəcəyinizə və ya peşəkar web dizaynerlə işləyəcəyinizə qərar verə bilərsiniz.
Əgər ekspertlə işləmək istəyirsinizsə, web dizaynerin portfoliosu və istinadlarını dəyərləndirin. Layihə üçün düzgün tərəfdaş seçmək lazımdır: təklif edəbiləcək kimsə yuxarıda göstərilən elementlər əsasında qərarlar uyğunlaşdırmalıdır. Tamamilə fərdi e-ticarət saytının layihələndirilməsi asan və qısa zamanda bitəcək iş deyil. Buna görə də sizinlə tərəfdaş arasında əlaqələrin yaxşı olması tələb olunur. Çalışın ki, etibar edə biləcəyiniz seçim edəsiniz.
10. Layihənin Texniki Şərtləri
Online market saytının dizaynı sizin layihənizin və onun müxtəlif parametrlərinin (funksiyaları, qoşmalar, qrafik, diaqram, rebrendinq və s.) bütün aspektlərini özündə toplamalıdır. Dizayn prosesinin sonu bütün tələblərə cavab verən və sizin ilkin məqsədinizə nail ola biləcək internet saytın yaradılmasına gətirib çıxaracağından əmin olun.
Qarşıya çıxabiləcək çətinliklərdən qaçmaq lazım ola bilər. Bu, sizin layihənizin və sizin “hünərinizdir”, lakin subyektiv olaraq sizi sevindirmək də lazımdır. Burada doğru seçilmiş peşəkar tərəfdaş seçim etməkdə yardımçınız olmalıdır: hər hansı bir element sayta sadəcə siz istədiyinizə və bəyəndiyinizə görə yox, eyni zamanda doğurdan da ona gərək olduğu üçün artırılmalıdır.
Bəs sizi e-ticarət saytınızın qurulmasından əvvəl hansı suallar düşündürür? Burdakı, ya da başqa məsələr haqqında fikirlərinizi bizimlə bölüşün, rəyinizi bildirin.
Online Marketdə dizayn ən son işdir, bütün önəmli işlər ondan öncə görülməlidir:
– Online satışı doğru-düzgün (güvənli) platformada yaradın;
– Saytın domen adını düşünün və ödəniş edərək alın;
– Məhsulların keyfiyyətli şəkillərini çəkin və ya hazırlayın;
– Online marketin loqosunu professional şəkildə yaradın.
salam bu sayti acmag isdirem
SonUmud.biz domenini almaq üçün illik 12.50 $, hostinq xidməti üçün 33 $ ödəniş etməlisiniz. Bu saytdan ala bilərsiniz: https://hostinq1.com/ Bacarmırsınızsa, bizə yazın köməklik edək: [email protected]
Salam
1) E-ticarət saytları qazandıqları vəsaitdən dövlətə necə vergi verirlər və hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlərmi???Məsələn; lalafo.az tap.az kimi saytlar
2) E-ticarət saytını başqa ölkədə yaradıb bizim ölkənin .az domenini almaq mümkündürmü???
3) E-ticarət saytının qurulub hazırlanması üçün minimum nə qədər vəsait tələb olunur??Misal üçün lalafo.az kimi bir sayt
4) E-ticarət saytını qurmuşuq tutalım. Saytın proqram təminatı, interfeysi və çıxacaq problemləri həll etmək üçün bizə hansı işçilər lazım olacaq??
Əvvəlcədən təşəkkürlər
Salam, Eltun! Hər bir suala sevinirik və sizin suallarınız da çox maraqlıdır. Sadəcə qısa yazmağa çalışacağam ki, dolaşıqlıq olmasın.
1) Bildiyiniz kimi, hər kəs qazancından dövlətə vergi verməlidir. E-ticarət saytları hüquqi, ya da fiziki şəxsin ola bilər.
2) .az domeni almaq üçün Azərbaycan vətəndaşı (ya da şirkəti) Azərbaycanda olmalıdır. Ancaq sonradan haradan istəsəniz işləyə/qura bilərsiniz.
3) Minimum vəsait artıq sizin bacarığınızdan asılıdır. Əgər ingilis dilini bilirsinizsə, ya da bu bloqumuzu oxusanız, bunu özünüz də edə bilərsiniz.
4) Sayt tam qurulubsa, artıq heç bir problem çıxmamalıdır. Yəqin ki, malların şəkillərini və düzülüşünü daha cəlbedici etmək üçün orta səviyyə bir web-diazyner mütləqdir. İM, SEO, SMM, Content menecer kimi əməkdaşlarla işi çox daha səmərəli təşkil etmək olar..
Onlayn alış veriş saytının idarə olunması üçün məsələn geyimlə bağlı olan bir saytda işləmək üçün hansı işçilər lazım olacaq??
1 adda mal satmaq üçün 1səhifəli sayt açmaq isəyirəm. Müddəti və qiyməti nə olar.
100-200 AZN, sifariş verildikdən sonra 1-7 gün içində hazır olur. Bu emailə yazın: [email protected]