Dünyada 300 Milyondan Artıq Domen Adı Qeydiyyatdan Keçib

Dünyada 311,5 Milyon Domen Adı Qeydiyyata Alınıb

Dünyada 311,5 Milyon Domen Adı Qeydiyyata Alınıb

Avropa milli domen qeydiyyatçılarını birləşdirən Centr assosiasiyasının 2015-ci ilin son rübünə olan hesabatına əsasən, dünyada 311,5 milyon domen adı qeydiyyata alınıb. Bundan 158,7 milyonu əsas domenlərin payına düşür və .Com domeni Çin üzrə satışların sayəsində daha da genişlənərək əsas domenlər üzrə liderdir.

140,1 milyon domen adı milli domen zonalarında, 10,9 milyon isə yuxarısəviyyəli yeni ümumi domen zonalarında qeydiyyatdan keçirilib, 1,6 milyon isə milli zonalarda beynəlmiləlləşdirilmiş domenlərin sayıdır.

Dünya üzrə Çox Satılmış Ölkə Domenlərinin İlk Onluğu

Ölkə Domen Satılmış Domen Sayı
(milyonla)
1. Çin

2. Almaniya

3. Böyük Britaniya

4. Hollandiya

5. Rusiya Federasiyası

6. Avropa Birliyi

7. Braziliya

8. Avstraliya

9. Fransa

10. İtaliya

.Cn

.De

.Uk

.Nl

.Ru

.Eu

.Br

.Au

.Fr

.It

16,4

16,0

10,0

5,6

5,0

3,9

3,7

3,0

2,9

2,9

Çinin ölkə domeni olan .Cn 2015-ci ilin son rübündə rekord olaraq 30,8 % artım tempi ilə eyni zamanda ən çox qeydiiyatdan keçirilmiş ölkə domeni kimi ilk pilləyə qalxmışdır.

Hesaba əsasən, 20,8 % göstərici ilə Estoniyanın domen adı .Ee ölkə domenləri arasında artım tempinə görə 2-ci olub. 3-cü ən böyük artım tempi isə (18,1 %) üzdəniraq qonşumuz Ermənistanın .Am domenindədir.

Onu qeyd edək ki, artım tempinə görə sıralamada qeydiyyatdan keçmiş domenlərinin sayı 100 minlər aralığında olan ölkə domenləri diqqətə alınmamışdır. Çünki, belə az sayda qeydiyyatdan keçmiş ölkə domenlərinin artım tempi faizlə böyük rəqəmlər olsa da rəqabət üçün ciddi göstəricilər deyil. Yenə də bildirək ki, 100000-dən çox qeydiyyatdan keçmiş .Ee (Estoniya), .Lv (Latviya) və .My (Malaziya) domenləri böyük artım tempi ilə artmaqdadır.

Statistikada.Tk (Tokelau) kimi pulsuz domen qeydiyyatı təklif edən ölkələr də diqqətə alınmamışdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın milli domen seqmentində isə indiyədək qeydiyyata alınan domenlərin sayı çox az – toplam 24404-dür. Belə ki, .Az domen adının əldə edilməsi aşağıdakı hallarda qadağandır:

– Kiberskvotinq, yəni, gələcəkdə satışını həyata keçirmək məqsədi ilə başqasına aid olan ticarət markasının, ya da əmtəə nişanının adına və ya digər sui-istifadə halları ilə nəticələnən domen adların alınması;

– Tanınmış saytların, ticarət markalarının və ya əmtəə nişanlarının adına oxşar olan domen adların alınması.

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar