
Dünyada 311,5 Milyon Domen Adı Qeydiyyata Alınıb
140,1 milyon domen adı milli domen zonalarında, 10,9 milyon isə yuxarısəviyyəli yeni ümumi domen zonalarında qeydiyyatdan keçirilib, 1,6 milyon isə milli zonalarda beynəlmiləlləşdirilmiş domenlərin sayıdır.
Dünya üzrə Çox Satılmış Ölkə Domenlərinin İlk Onluğu
Ölkə | Domen | Satılmış Domen Sayı (milyonla) |
1. Çin
2. Almaniya 3. Böyük Britaniya 4. Hollandiya 5. Rusiya Federasiyası 6. Avropa Birliyi 7. Braziliya 8. Avstraliya 9. Fransa 10. İtaliya |
.Cn
.De .Uk .Nl .Ru .Eu .Br .Au .Fr .It |
16,4
16,0 10,0 5,6 5,0 3,9 3,7 3,0 2,9 2,9 |
Çinin ölkə domeni olan .Cn 2015-ci ilin son rübündə rekord olaraq 30,8 % artım tempi ilə eyni zamanda ən çox qeydiiyatdan keçirilmiş ölkə domeni kimi ilk pilləyə qalxmışdır.
Hesaba əsasən, 20,8 % göstərici ilə Estoniyanın domen adı .Ee ölkə domenləri arasında artım tempinə görə 2-ci olub. 3-cü ən böyük artım tempi isə (18,1 %) üzdəniraq qonşumuz Ermənistanın .Am domenindədir.
Onu qeyd edək ki, artım tempinə görə sıralamada qeydiyyatdan keçmiş domenlərinin sayı 100 minlər aralığında olan ölkə domenləri diqqətə alınmamışdır. Çünki, belə az sayda qeydiyyatdan keçmiş ölkə domenlərinin artım tempi faizlə böyük rəqəmlər olsa da rəqabət üçün ciddi göstəricilər deyil. Yenə də bildirək ki, 100000-dən çox qeydiyyatdan keçmiş .Ee (Estoniya), .Lv (Latviya) və .My (Malaziya) domenləri böyük artım tempi ilə artmaqdadır.
Statistikada.Tk (Tokelau) kimi pulsuz domen qeydiyyatı təklif edən ölkələr də diqqətə alınmamışdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın milli domen seqmentində isə indiyədək qeydiyyata alınan domenlərin sayı çox az – toplam 24404-dür. Belə ki, .Az domen adının əldə edilməsi aşağıdakı hallarda qadağandır:
– Kiberskvotinq, yəni, gələcəkdə satışını həyata keçirmək məqsədi ilə başqasına aid olan ticarət markasının, ya da əmtəə nişanının adına və ya digər sui-istifadə halları ilə nəticələnən domen adların alınması;
– Tanınmış saytların, ticarət markalarının və ya əmtəə nişanlarının adına oxşar olan domen adların alınması.