Sizi iki xəyal edilmiş xarakterlə tanış edəcəyəm. İkisində də özünüzdən bir parça görəcəyinizə əminəm.
İlk xarakterimiz tipik bir ofis işçisidir. Hər sabah 08:00-da evindən çıxır. Əlində çantası və üzərində səliqəli geyimi işinə, ya da məktəbə çatmağa çalışan qarışıqlıqların arasında irəliləyib avtobusa minir. Tam vaxtında işlədiyi ofisə çatır. Özünə verilən tapşırıqları böyük bir həvəslə tamamlayır. Axşam işdən çıxıb yenidən evinə qayıdır.
Həyatının son 25 ilini səhər 09:00-axşam 05:00 işində keçirmişdir. Sıxışdığı dörd divarın arasında həyatını qazanmaq zorunda olduğu üçün… Bu axından heç cür özünü qopara bilmir. Çünki baxmalı olduğu bir anası və bacısı var. Necəsə çiyinlərində daşımağa məcbur qaldığı yüklənmələri…
Buna görə olmaq istədiyi adamı davamlı ertələyir. Onun olmaq istədiyi adam əslində gizlicə sevdiyi qızın da axtardığı mükəmməl insan: Macəraçı, Cəsur, Yaradıcı. Dırnaq içinde (ya da iş sahibi). Kim belə olmaq istəməz ki? Xəyali xarakterimiz də macəraçı, cəsur və yaradıcı olmaq istəyir əlbəttə, ancaq çalışmaqdan dünyanın gəzməli yerlərindən heç birini belə görməmişdir.
- Şey, mənim gəzməli bir yerə getdiyimi söyləmək olmaz.
İndi işin ən ironik qisminə gələk. Bu xəyali xarakterimiz gerçək bir dərgidə işləyir. Artıq yayında olmayan LIFE dərgisində. Bizdə də HAYAT adıyla 80-ci illərə qədər yayınlanmışdı bu dərgi. İnsanları, dünyanı, qısaca həyatı bol fotolu hekayələrlə anlatan bir dərgiydi. Zatən xarakterimizin gördüyü iş dərgidə yayınlanmaq üzrə göndərilən bu fotoları işləmək, düzənləmək, arxivləmək. 25 il boyunca bu işi görərkən dünyadakı həyatı sadəcə önündən keçən bu fotolardan görmüş, uzaqdan izləmişdi. Doğrudur, bir işi var. Ancaq bu iş özünə içindəki “macəraçı, cəsur və yaradıcı” olmaqla ilgili istəkləri davamlı ertələməsinə gətirib çıxarmışdır.
Gələk ikinci xarakterimizə. Birincinin heyran olduğu bu keyfiyyətlərin təcəssüm olunmuş halına… Həyatın tam mərkəzində yaşayıb, gördüklərini çəkən bir “freelance” fotoqraf. Hər hansı bir kurumdan asılı olmayarak uzaqdan çalışır. Onun ofisi, dünyanın özüdür. İslandiyada bir vulkan partladımı? Atılır uçağa fotosunu çəkməyə gedir. Hə, sözün tam anlamıyla uçağın üstünə atılır. Bir az şişirtməkdə problem yoxdur, sonda xəyali bir xarakterdir. Ancaq gərçək olan tərəfi bu. İş gördüyü müştəriləri, fotolarını satdığı şirkətləri görmür belə. Öz zamanını və bacarığını özü seçdiyi kimi işlədir. Ofislərə, qurumlara uzaqdan iş görür, ancaq insanlara, həyata, yaxından baxır.
Bu iki xarakterdə də özünüzdən bir parça görəcəyinizi söyləmişdim. Ən azından mən özümdə görürəm. Həyatımın bir çağında ofis çalışanı oldum. Dünyanın ən yaxşı fotoqrafçıları da daxil olmaqla professionalların çəktiyi fotoları digital olaraq işləyən proqramlar yaradan bir şirkətdə çalışdım. Freelance fotoqrafçıların həyatın dörd bir yanını dolaşıb fotolar çəkərkən mən bu fotoları işləyən bir kompüter proqramının özəlliklərini anlatdım, təlimlər keçdim, çıxışlar etdim. Yaxşı bir iş sahibi idim, ancaq bu mənə içimdəki bir sıra istəkləri ertələməyimə gətirib çıxarırdı. Önümdəki kompüter ekranında bəzən xəyalımın yansımalarını görürdüm. İçimdəki o xəyala “haralardaydın?” deyə soruşduğumda bu cavabı verirdi:
- Haralardaydın?
- İnsan ruhunun sərhədlərini zorlamakla məşğul idim.
Bilirəm, çox şişirdilmiş və romantik. Ancaq ən azından xəyallarda bu cür şeylərə izin vermək gərəkdir. Gerçəklərə dönəcək olursaq… Soyuq bir gündə qarlı bir zirvəyə dırmaşıb fotolar çəkmək yerinə, indilərdə isti bir gündə və bir parkda şəkil çəkə bilirəm. Ancaq xəyallarımı bir kənara atmadım. Pandemiya bitər-bitməz onları gerçəkləşdirməyin bir yolunu tapacağam. Hətta daha tam olaraq bitmədən bu yay çox uzun bir maşın yolçuluğu bir “roadtrip” planlamağa başladım belə…
İşdə bu yönüylə də özümü şanslı duyuram, çünki o freelance fotoqrafa bənzəyirəm. Öz özümün müdiriyəm. İstədiyim zaman, istədiyim yerdən işləyə bilirəm. Həyatımın böyük bir parçasında onsuz da sərbəst bir çalışan oldum, ancaq haradasa son 10 ilimi tamamilə “freelance” olaraq keçirdim. Başlanğıcda digital dizayn işləriylə uğraşdım. Sonra tanıtım filmləri, videolar, animasiyalar hazırladım, səsləndirmələr etdim. Bunları çox bacarıqlı olduğum için deyil, həyatımın kontrolunu əlimə ala bilmək üçün etdim. Tipik bir ofis işçisinin xərclədiyi maaşdan çox daha artığını xərclədiyim zamanlar oldu. Fədakarlıqlar etmək zorunda qaldığım zamanlar. Yəni “free” olmağın, özgürlüyün, sərbəstliyin də bir bədəli var. Mən bu zorluqları qarlı bir zirvəyə dırmaşmağa oxşadıram. O zorluqlara qatlandım, çünki gələcəyin çalışma şəklinin bu olduğuna inanıram.
Özəlliklə pandemiya, çalışma mədəniyyətini adəti üzrə “force majeure” bir etkiylə dönüşdürdü. Şirkətlər çalışanlarının sadəcə ofisdən deyil, evlərindən də “gerçəkdən” çalışa bildiklərini gördü. Mak Kinseyin hazırladığı olduqça geniş bir hesabata görə, inkişaf etmiş iqtisadiyyatlarda pandemiya sonrasında çalışanların 25 %-i ofislərə geri dönməyəcək. Həftənin ən az 3 günü uzaqdan çalışmağa davam edəcək. Kompüterlərlə iş görənlərin çox daha böyük bir qismi istədiyi yerdən çalışa biləcək. Hesabatın videolu özətində diqqətimi çəkən şeysə fotoqraflara olan tələbin artacağı yönündəki əminlik oldu. Gedərək artan görüntülü əlaqə ehtiyaclarını ünvanlamaq üçün bu tələbin artacağı öngörülmüş. Diqqət etsəniz hesabatın videolu özəti deyirəm. Artıq hesabatlar belə videoyla, animasiyayla, hərəkətli qrafiklərlə hazırlanır. Bunu hazırlayan kişinin Mak Kinseydə çalışan olmasına gərək yoxdur. Bacarığı olan hər hansı biri dünyanın hər hansı bir yerindən bunu hazırlaya bilər.
Gələcəyin bu yeni tip çalışma ölçüsü üçün ən önəmli məsələlərdən biri əlbəttə ki, bacarıqdır. Ancaq bu doğuşdan qazanılan bir şey deyil. Sizin bilərək, istəyərək inkişaf etdirə biləcəyiniz bir şeydir. Asan olduğunu söyləmirəm, ancaq bir yerlərdən başlamağınızı tövsiyyə edirəm. Maraq sahələrinizə görə, etməkdən xoşlandığınız bir şeyi kəşf edin. Örnək, mən bir ara moda olan filmlərin girişlərini çox sevərdim. Sizə örnək verdiyim xəyali xarakterlərin olduğu filmin girişindəki bu animasiyaya baxın. Gerçəkliyin kəskin çizgiləri və boz tonlarından, xəyalların qıvrımlı və rəngli dünyasına bizi necə də soxur. Sonra da bir yuxudan oyanır kimi parça-parça gerçək dünyaya geri dönürük.
Xəyali olan hər kəs bir bacarıq inkişaf etdirə bilər. Heç uzun bir film çəkməyə gərək yoxdur. Az öncəki örnəyə bənzər introlar yarada bilərsiniz. Animasiya, qurğu, video reklam ilk ağla gələnlərdir. Videolu hesabat hazırlamaq kimi daha öncə gündəmdə olmayan neçə yeni iş kateqoriyaları ortaya çıxır. O hesabatda pandemiyanın uzun vadəli etkilərindən biri olaraq 2030-cu ilə qədər 100 milyon kişinin bu anda etdiyindən fərqli bir iş görəcəyini söyləyir. O 100 milyon adamın içində mən də varam, siz də… Mən 2030-larda indikindən fərqli nə edəcəyimi hələ bilmirəm, ancaq özümü hazırlamağa, bacarıqlarımı çoxaltmağa davam edirəm.
Gələk gələcəyin bu sərbəst çalışma modelinin ən çətin qisminə. Başım hazır, bacarıqlarımı tapdım və genişlədirəm. Yaxşı, bunları necə dəyərləndirəcəyəm? Heç görmədiyim insanlara, markalara özümü necə tanıdacağam? Təbi ki, bütün iş dünyasının gələcəyini şəkilləndirən ən önəmli teknologiyayla. İnterneti işlədərək.
Özünüzə bir portfoliyo hazırladıqdan sonra bunu görünən etməyiniz gərəkdir. Öncələr bunun üçün web saytı hazırlamaq yetərli olurdu. Ancaq bu günümüzdə web saytı olmayan qaldımı? Bəlkə hələ var, ancaq son 10 ildə sadəcə freelance çalışanların görüşdüyü platformalar yüksəlişə keçdi. Bunlardan biri də bu videonun sponsoru olan Bionluk.
Bionluk – Bacarıqlı Freelancer Platforması
Bionluk, bacarıqlı freelancer-lərin özlərinə uyğun qurumlar və startaplarla görüşdüyü, toplum məntiqiylə işləyən özgürlükçü bir çalışma platformasıdır. Bionluk-da internet reklamçılığından video ve animasiya produksiyasına, web dizaynından web proqramlaşdırmasına, mətin yazarlığından səsləndirmə və dublyaja, qrafik və dizayn xidmətlərindən orqanizasiya və planlamağa qədər bir çox iş sahəsində öz bacarıqlarınızı bir xidmət olaraq dəyərləndirə bilərsiniz.
Freelancer olmağa qərar vermək asan deyil. Bəlkə də bu çalışma modelinə keçməyi çoxdandır düşünürdünüz. Ancaq iş tapa bilərəmmi, tapsam ödənişi ala bilərəmmi, alarsam bunu davamlı hala gətirə bilərəmmi kimi suallara görə heç cəsarət edə bilmirdiniz. Bu özəlliklə haradan və necə başlayacağını bilməyənlər üçün Bionluk Türkiyədəki ən geniş şəbəkəyə sahib və ən güvənilən platformadır. Sizə bacarığınıza görə seçdiyiniz bir kateqoriyada iş görərək ustalaşma və portfoliyo quraraq daha böyük proyektlər alma imkanları verir. Düşüncələrinizi, xəyallarınızı işə çevirmək; gələcəyin çalışma modeliylə bugündən tanış olmaq üçün açıqlamalar bölümündəki linkə tıklayın, həmən başlayın!
Macəraçı, Cəsur və Yaradıcı Olmağın Yolu
Bu gün iki xarakterlə tanış olduq. Biri “gerçəkdən” bir iş sahibiydi. Tərif etdiyinizdə nənəsinin belə anlayacağı kimi bir iş. Sabah getdiyiniz, axşam döndüyünüz bir ofisi olan. Başqa biri isə macəraçı, cəsur və yaradıcı. İkisi birdən olunamazmı? Aradakı “və ya” kəliməsi “və”yə dəyişə bilməzmi? Bu bir az da çalışma mədəniyyətinin dəyişməsiylə əlaqəli bir sualdır.
Birinci xarakter, dəyişmək istədiyi o ikinci xarakteri tapa bilmək, ona çata bilmək üçün hərəkətə keçir və bu sırada dünyanın ən gözəl yerlərini görür. Nəhayət qarlı bir dağın soyuq yamaçlarında telefonla danışarkən onunla qarşılaşır.
- Bağışla, ancaq burada işləyirəm.
Freelance də olsanız, istədiyiniz bir dağa çıxıb, orada fotoqraflıq da etsəniz yinə çalışırsınız. Həyatın gerçəyi budur. Çalışmağın sadəcə şəkli, yöntəmi dəyişir. Bütün məsələ nə üçün çalışdığınızı unutmamaq. Çünki onu unutsanız, bir də baxarsınız ilk xarakterimiz kimi girdiyiniz iş yerində yarım əsr keçib getmiş. Ertələyə-ertələyə nəyi ertələdiyinizi belə unutmuşsunuz.
İkinci xarakterimizin əsil xeyiri məncə burada. Həyatını keçindirmək üçün freelance fotoqrafçılıq etdiyini söyləmişdim. O dağa dırmaşmasının səbəbi də bu. Çox az tapılan bir qar leopardının fotosunu çəkmək istəyir.
- Bir qar leopardı tapdım. Elə bu təpənin arxasındadır.
Qar leopardı. Ləqəbı “Ruh pişik.” Nə üçün? Çünki özünü çox göstərmir. Çünki:
- Gözəl şeylər maraq istəməz.
Gözəl şeylər maraq istəməz. Həyata gerçəkdən baxdığınızda, sizin marağınız üçün yalvarmayan necə gözəlliklərlə çevrili olduğunuzu görməyə başlayırsınız. Hansı işi necə edirsiniz edin, ancaq bunu unutmayın.
Böyük çətinliklərlə dırmaşdığı və günlərcə görə bilmək üçün gözlədiği o ruh pişik sonunda kamerasının obyektivində göründüyündə nə edir bilirmisiniz? “O saat fotosunu çəkəcək!” deyə gözləyirsiniz. Çünki işi budur. Həyatını bu fotolarla qazanır.
- Nə vaxt çəkəcəksən?
Hə, nə vaxt çəkəcəksən?
- Bəzən çekmirəm. Xoşuma gələn bir an olarsa, fotoaparatın o anı pozmasını istəmirəm. Anın içində qalmaq istəyirəm.
Bax, gerçək özgürlük budur. Nə üçün çalışırıq ki? Həyatı yaşamaq üçün. Həyatın içində qalmaq, belə anları qaçırmamaq üçün. Bunun yeri və zamanı yoxdur. Sadəcə buna hazır olub olmamaq var.
Ətrafımızda maraq istəmədən dolaşan ruh gözəlliklərin fotosunu çəkə bilmək üçün belə uzun və güclü obyektivlərə gərək yoxdur. Öncə gözümüzü hazırlamalıyıq. Sonra anlayışımızı, dünyaya baxış bucağımızı. Gerçəkdən macəraçı, cəsur və yaradıcı olmağın yolu bu. Təbi mötərizə içində bir də iş sahibi olmaq gərəkdir. Bu baxış bucağını qazandıkdan, həyatı darıxdıcı etmədikdən sonra o zatən sizi tapacaq. Siz də bir dahaki səfər “nə işlə məşgulsunuz?” deyə soruşanlara bu cavabı verirsiniz: “insan ruhunun sınırlarını zorlamaqla məşğulam.”