Webin Qat Teoriyası: İndi İnternetin Hansı Qatındayıq?

0
Webin Qat Teoriyası: İndi İnternetin Hansı Qatındayıq?

Webin Qat Teoriyası: İndi İnternetin Hansı Qatındayıq?

İnternet sadəcə məlumat toplayıb saxlamaq üçün bir baza sistemi deyil. Bilinən terminallar arası bağlantı qurmaq, məlumat mübadiləsi təminatıdır. Ancaq bu məlumatların hamısı hər kəs üçün əlçatan deyil. İnternetin (webin) bir buzdağı (aysberqi) olduğunu düşünsək, o halda tanıdığımız bütün saytlar (sosial media şəbəkələri, xəbər saytları, bloqlar, onlayn proqram platformaları, oyun, film-serial saytları və ağlınıza gələn hər tip saytlar) onun sadəcə görünən hissəsi qədər olacaqdır. Buzdağının görünməyən hissəsi isə (hardasa 96 %) webin qalan qatlarının payına düşür.

Deep Web deyilən dünya da, başlıca olaraq insanların öz serverlərini işlədərək, içindəkilərə hər kəs qoşulmasın deyə qurduqları bağlı və özəl bir şəbəkədir. Qoşulabilinməsinə görə deep web və bu an içində olduğunuz standart dünyanın yer aldığı qatlar bu şəkildədir:

1-ci Qat: Surface Web

Surface web – özəl bir bələdçidən yararlanmadan qoşulduğumuz, gözümüz önündəki webdir. Sosial şəbəkələr, xəbər saytları və bu ana qədər Google işlədərək tapıb ziyarət etdiyimiz bütün saytlar.

2-ci Qat: Bergie Web

Axtarış sistemləri ilə tapabilməyəcəyimiz web məzmunlardır. FTP servərlər, indekslənməyən yetişkin (18+) içəriklər bu qatda yer alır. Axtarış sistemləri ilə bu məzmunlara yetişməyimiz haradasa imkansızdır, çünki ya axtarış üçün gizlədilmiş, ya da sırada ən sona atılmışlardır.

Bundan sonraki qatlar için proxy istifadə etməyiniz lazımdır.

Google-dan Gizli 1 Dünya: Deep Web (Dərin İnternet)

Google-dan Gizli 1 Dünya: Deep Web (Dərin İnternet)

3-cü Qat: Deep Web

Proxy səviyyəsi

3-cü qatı iki grupa ayırmaq olar. İlk qrupda yer alan proxy ilə yetişmək olan saytlar, .onion uzantısını olmayan, ancaq axtarış sistemləri tərəfindən əngəllənmiş, qanunsuz məzmunu olan hər cür saytın olduğu ölçüdədir. Qanundankənar araşdırma nəticələri, xaker qruplarına aid yazılar, sui-qəst videoları, rahatsız edici adult (yetkin) məzmunlar, VIP dedi-qodular, PC güvənliyi ilə bağlı məsələlər bu səviyyədə yer alır.

Tor səviyyəsi

Deep web dünyasının gerçək sərhədləri burada başlayır. Saytlar özəl hostinqlərdədir və .onion uzantıları var. Tapmaq üçün axtarış sistemləri ilə deyil, yalnız kataloqlar üzərindən yönləndirmə ilə qoşulacağımız deep web saytlarının məzmunları, “başlıca olaraq şəhər əfsanələrinə dayanır olsa da” belədir:

Xakerlərin oğurladığı baza məlumatları, məlumat alverçiləri, gizli dövlət sənətləri, wikileaks sənədləri, cəsuslar tərəfindən satılan dövlət sirləri, terror qurumları ilə bağlı sənətlər, bomba və silah dərsləri, federal məlumatlar, cinayət işlərinin araşdırmaları, qanunsuz elmi araşdırmalar, elm adamları, shell network, assembly proqramçıları, gerçək xakerlər, microsoft gizli şəbəkə bilgiləri, güvənlik və data analitikləri və b.

Bu saytlar özəl hostinqlərdə və başlıca olaraq HTML kodlama ilə hazırlanmış saytlarda yer alır. Sayt sahibləri hostinqlərini qorumaq üçün hər şeyi edə bilərlər.

4-cü Qat: Charter Web

İnternetin 4-cü qatı da iki qrupda incələnir, Tor Browser işlədilərək giriş edəbiləcəyiniz ilk səviyyədə hiddenwiki, ya da başqa standart kataloq saytları üzərindən asanlıqla qoşula bilməyəcəyiniz ünvanlar yer alır. Bu saytların içərisindəkilərə yönəlmiş iddialar (iddialar demək gərəkdir, çünki deep web şəhər əfsanələri ilə də dolu bir dünyadır, aşağıda yazılanların önəmli qisminin isbatı yoxdur) aşağıdakı şəkildədir:

Gizli şirkət və bazar bilgiləri, öncədən danışılmış milyonluq mərc nəticələri, milyard dollarlıq satışlar, dünyanın tanınmış silah qaçaqmalçıları, tank – raket- qorunma sistemi satışları, qadağan edilmiş filmlər – videolar – kitablar – musiqilər, yüksək vəzifəli dövlət cəsusları, önəmli səs yazıları, xüsusi təyinatlı döyüşçülər, muzdlu ordular, satılan komandalar, qara qutular, ən qanunsuz və qadağan edilmiş adult məzmunlar, dövlət adamlarının seks kasetləri, detallı gizli wiki ensiklopediyaları, insan alveri, uyuşdurucu ticarəti, qadağan olunmuş kimyaçı və dərman hazırlayanların ticarəti, qan banklarından qaçırılan qanların satışı, uşaq pornoları, adamyeyənləri – vampirləri öldürmək üçün insan axtarışı, qanunsuz eksperimentlər üçün insan axtarılması…

Bura qədər danışdığımız qismə hər bir internet istifadəçisi, Tor Browser ilə girə bilər, ancaq bundan sonrasında…

Qoşulmaq üçün bir veb brauzerə deyil, özəl qurğulara ehtiyac duyulan “Bağlı Sistem”

Hər internet istifadəçisinin Tor ilə qoşulduğu qismi geridə qoyduq. Charter web olaraq adlandırılan özəl qoşulma səviyyəsinə, yalnızca bir sıra router qurğular ilə girə bilərsiniz.

Dünyada çox az adamın girə bildiyi “closed shell system” olaraq adlandırılan bu qata bir neçə qurğu olmadan qoşulmaq olmaz. Bu cihazları tapmaq da asan deyil. Özəl qoşulma sistemi olan bu qurğulara, özünə xas quruluşlu CPU quraşdırılır, onun ardından bağlantı dalğasına girə bilərsiniz. Danışdığımız özəl qurğularınız yoxdursa, bu qismə və daha dərinlərə qoşula bilməyəcəksiniz.

Heç üzülməyin, mənim də yoxdur.

Closed Shell System

Saytların uzantısı .clos olaraq tanınmışdır. Uyğun tezliyə girəbiləcək bir routeriniz olmadığı üçün kodlaşdırılmış .clos saytlarının kriptolu halı normal istifadəçilərə bağlı görsənir.

Wikileaks sənədləri bu səviyyədən çıxmışdı

Dünyanı sarsıdan Wikileaks sənədlərinin bağlı sistemdə gizlədildiyi və üst qatlara – aramıza çatdırıldığı söylənməkdədir. Qurucusu Culian Asanj (Julian Assange), dark net üçün önəmli bir fiqurdur. Gizliliyin səviyyəsini bu olayla da anlaya bilərsiniz.

Bağlı sistemdə nələr var?

Süni intellektli ölüm maşınları, süni zəka prosedur aparatları, GGGEQP prosedur aparatları, Teslanın planları, kristal güc qaynaqları, hava durumunu dəyişə bilən qurğular, gizli HAARP layihələri, Atlantida torpaqlarının və haqqındakı gizli araşdırmalar, hətta Atlantida yerləşdiyi yerin geniş koordinatları, özəl istehsal mühərriklərinin planları, Tanrının olduğunu qəbul etməyənlər və sübutları, masonlar, illuminati, gizli alqoritmlər və hesablamalar, qlobal terror şəbəkəsi, qlobal cinayət şəbəkəsi, qlobal narkotik şəbəkəsi, qlobal insan alveri şəbəkəsi, super kompyuterlər və süni zəkaların bu səviyyədə yer aldığı iddia edilir.

5. Hələ araşdırılmamış “Mariana Çökəkliyi” və daha da dərinləri

Adını dünyanın ən dərin nöqtəsi olan Mariana Çökəkliyindən almış bu qat üçün bir çox iddialar var. Hələ öyrənilməməsinin səbəbi isə günümüzdə kompyuter texnologiyasının bunun üçün yetərsiz olmasından irəli gəlir. Kvant ilə işləyən kompyuterlərdən Mariana webə girmək olacağı söylənilir.

Bu qat üçün “əgər bir gün qoşulmaq olarsa, internetdəki döyüş qurtaracaqdır” deyilir.

6-cı Qat

Deep web dünyasında bilinən ən təhlükəli səviyyə olduğu söylənir.

7-ci Qat: The Fog/Virus Soup

Döyüş bölgəsi olaraq tanıdılan bu bölgə, Mariana və 6-cı qat kimi, haqqında heç bir şey bilinməyən, ancaq teoriyalarda yaşayan bir yerdir. Döyüş bölgəsi olaraq adlandırılmasının səbəbi, hər kəsin 8-ci qata başqa kimsənin çıxmaması üçün döyüşməyə hazır olmasıdır.

8-ci Qat: The Primarch System

Bu qat, internetin son nöqtəsidir. Günümüzdə hər hansı bir kişinin, ya da dövlət qurumunun bilmədiyi bir “Primarch Sistem” tərəfindən yönəldilir. Qatın qarşılıqsız olduğu və internet dünyasına dəyişdiriləməyən göstərişlər göndərdiyi deyilir. Primarch sistemlə bağlı dövlət qaynaqları arasında məlumatların olmaması ilə birlikdə, standart qat 8-in tanıdılmasından başqa xarici qaynaqlarda da hər hansı bir məlumat yoxdur.

Deep webin ticarət mərkəzi “Silk Road”

“İndiyə qədər görülmüş ən qarışıq və ən qanunsuz bazar yeri” olaraq tanıdılan Silk Road (İpək Yolu), bir çox uyuşdurucu satıcısının, bir çox qaçaqmalçının yüzlərcə kiloqramlıq satışlar etdiyi bir mərkəz halına gəlmişdir.

Saytda hansı malların satıldığını görə bilərsiniz. Qiymətləndirmələri isə BTC olaraq verilmiş və izlənilməməsi üçün kodlanmış digital pul vahidi Bitcoinlə ödəniş edə bilərsiniz.

Qurucusu tutuldu: Ömürlük həbs cəzası ilə saxlanılır

Toplamda 1,2 milyard dollarlıq bir satış gerçəkləşdirilən bu sayt, Ross Ulbricht tərəfindən qurulmuşdu. Ulbrichtin 18 milyon dollar dəyərində Bitcoini bu sayt üzərindən əldə etdiyi təxmin edilir. Anonim kimliyini qoruya bilməyərək tutulan Silk Road qurucusu, Mannathanda baş tutmuş məhkəmədə günahkar sayıldı. Silk Roadı qurmaq, uyuşdurucu satışı etmək kimi cinayətlərlə günahlandırılan Ulbrichtin ən azı 30 illik həbs cəzası alacağı iddia edilir.

Sonda yenidən bildirmək istəyirik ki, bu başlıqdakı bütün yazılarımızda olduğu kimi, internetin görünməyən qatlarına girməyiniz məsləhət deyil. Bu yazını yalnız internetin başqa qatlarında nələrin olmasını bilməyinizdən ötrü yazdıq.