Domen Adı Alıb Hostinq Xidmətinə Necə Qoşaq

0
Domen Adı Alıb Hostinq Xidmətinə Necə Qoşaq
Domen Adı Alıb Hostinq Xidmətinə Necə Qoşaq

Ödənişli hostinq xidməti və yeni domen adı qeydiyyatdan keçirmək sadəcə ilk dəfə çətin görsənə bilər. Əslində isə bu Facebookda yeni hesab açmaq qədər asan bir prosesdir. İlk dəfə web-hosting təklif edən saytı seçməkdə çətinlik çəkə bilərsiniz. Bu seçimi etmək elə sonradan da mürəkkəbdir. Buna görə də güvəndiyiniz bir hosterdə kiçik həcmli hostinqdən başlaya bilərsiniz. Sonradan paketi dəyişmək üçün heç bir çətinliyiniz olmayacaq.

Domen Adı Hostinq Xidmətinə Necə Qoşulur

Domen adıweb-hosting xidmətini eyni provayderdən aldığınızda heç bir texniki əməliyyata ehtiyac qalmır: bütün lazımlı kodları sizin yerinizə hostinq şirkəti daxil edir, ya da avtomatik olaraq köçürülmüş olur.

Ancaq domeni .az zonasından seçmisinizsə, onu yalnız və yalnız Online.az saytında qeydiyyatdan keçirə bilərsiniz. Orada isə veb-hostinq xidməti yoxdur. Sonradan domenlə hostinq xidməti arasında bağlantı qurmaq üçün Domain Name Servers (DNS), ya da qısaca Name Servers (NS) kodlarını domen qeydiyyatının saytında yazmalısınız.

Qeydiyyatı bitirdikdən sonra hosterin saytında seçdiyiniz istifadəçi adı və şifrəni yığaraq Control Panel-ə (Cpanel – İdarəetmə Paneli) giriş edə bilərsiniz. Cpanelə ilk girişinizdə sizi xoş sözlərlə, açıqlamalarla qarşılayacaqlar – sonradan həmin xatırlatmaları görməmək üçün onları gizlədə bilərsiniz.

Hostinqin DNS Kodlarını Domen Qeydiyyatında Yazın

Hoster şirkətlərinin saytları bir-birindən fərqlənir və NS-ləri hara yazmaq lazım gəldiyini bir az axtarmalı olacaqsınız. Ola bilər ki, heç tapmayasınız. Belə olan halda narahat olmağına dəyməz. Saytdan əks bağlantı qurmaqla, ya da yardım bileti açaraq (Support Ticket) adminlərdən bunu sizin üçün etmələrini istəyə bilərsiniz.

Demək olar ki, bütün veb-hostinq şirkətlərinin istifadəçiləri dəstəkləmək üçün qurulmuş Support Ticket sistemi olur. Misal üçün, bizim birlikdə çalışdığımız Hostinq1 şirkətinin yardım sistemində hər bir sorğunun uzağı 15 dəqiqə içində cavablanacağına zəmanət verilir.

Bütün qeydiyyat işləri bitdikdən sonra bir neçə dəqiqə ərzində domen işləməyə başlayacaq. Ancaq .az domenini qeydiyyatdan keçirdikdə həftəsonu və bayram günlərinə düşərsə bu mərhələ bir neçə gün uzana bilər, əks halda 24 saat içində saytınızda dəyişikliklər edə biləcəksiniz.

Sayta Fayllar Köçürmək üçün FTP Bağlantısı Qurmaq

Saytda dəyişikliklər etmək üçün CPaneldən “Mənim Fayllarım”, ya da buna bənzər bir bölməni açırsınız. Susmaya görə yalnız public_html qovluğundakı fayllar saytda görüntülənir. Bütün qalan qovluqlardakı fayllar  Saytın səhifələrini hostinqə – həmin qovluğa yükləməyin ən asan yolu  FTP-dir. Bunun üçün istənilən ftp bağlantısının köməyilə saytınıza  qoşulursunuz.

Güvənlik üçün hostinq saytına və FTP-hesabına girişdə fərqli istifadəçi adı və parol seçsəniz daha yaxşı olar.