
Website nədir, nə üçün lazımdır? Sayt necə hazırlanır? Veb saytların hazırlanması neçəyədir? SEO necə işləyir, neçəyə başa gəlir? Bu suallarının cavabını bilmədən “Qara SEO nədir?” sualına cavab tapmaq olarmı? Məncə olar. WEB Dizayn Studiyanın indiki bloq yazısında tam bu sualın cavabını tapmağa çalışacağıq.
Ancaq öncə yuxarıdakı suallara qısa da olsa, asan cavablar tapmağa çalışacağıq. Beləki, “Sayt nədir, nə üçün və kimə lazımdır?” sualı ilə bağlı artıq çox geniş bloq yazısı yazmışıq. Saytların hazırlanması necə olur, necə olmalıdır və sayt sifarişi neçəyə başa gəlir – bunları da başqa bloqlarda araşdıracağıq. Çox qısa olaraq:
Web Saytların Hazırlanması
Öncə ondan başlayaq ki, saytların hazırlanması çox asan işdir: bir domen alırsan, qoşursan veb-hostinq xidmətinə və WordPress yüklədikdən sonra başlayırsan dizayn etməyə. Bütün bunlar 1 saat vaxtınızı aparacaq. Ancaq əsas suallar Sizədir: Nə üçün vebsayt açırsan? Sayt hansı işləri görəcək, ya da nə satacaq? Saytın tanıtımı/reklamı necə olacaq?
Bütün bunları bilmədən də sayt açmaq olar. Əsas odur ki, doğru domeni seçəsiz və saytın quruluşunu öncədən düzgün qurasız. Saytın özünü isə sonradan genişləndirmək və yenidən dizayn etmək olar. Uğurlu domen seçmək çox önəmlidir. Saytların qurulması üçün WordPress proqramı heç də zəif deyil: həm yeni başlayanlar özləri nələrsə edə bilər, həm də genişləndirmək lazım olarsa, gələcəkdə çox böyük bir portala da çevirmək olar – imkanları var.
Search Engine Optimization (SEO) Nədir?
Hə, artıq yavaş-yavaş gəlirik cavabların çətinləşməsinə: SEO-nun Search Engine Optimization sözlərinin qısaltması olduğunu artıq hər kəs bilir. SEO nədir? O da adından anlaşıldığı kimi, saytların axtarış sistemlərinə uyğunlaşdırılmasıdır (Optimallaşdırılması da deyə bilərik). Yəni Google və başqa axtarış sistemləri necə istəyirsə, saytların elə hazırlanması.
Başa düşmədim, mən saytımı nə üçün Google istədiyi kimi hazırlamalıyam? deyən varsa, bu suala da cavab verək, ancaq bloq uzandı deməyin. İlk öncə onu deyək ki, Google kimi başqa bütün axtarış sistemləri saytlar qarşısında elə şərtlər qoyur ki, bütün bunlar hər bir saytın düzgün işləməsi üçün önəmlidir. Qoyulan tələblərdən heç biri saytın görüntüsünü, rahatlığını, sürətini və başqa göstəricilərini zəiflətmir. “Əksinə, bütün bunların yüksəldilməsi tələb olunur.
İkincisi, hər bir sayt ziyarətçilərinin 70 %-ni axtarış sistemlərindən qazanır. Əlbəttə, söhbət artıq hazırlanıb bitmiş və müəyyən sayda ziyarətçiləri olan saytlarlardan gedir. Bunun da böyük hissəsi (təqribən 80 %) Google-un payına düşür.
SEO işləri hansılardır?
SEO işləri müxtəlifdir və çoxdur. Qurum, şirkət, brend, ya da hər nə olursa-olsun, sayt nə üçün qurulmuşsa, həmin işin davam etdiyi müddətdə SEO işlərinin aparılması mütləqdir. Çünki hər kəs saytına gələn ziyarətçilərin sayının artmasına çalışır. Bunun da yolları çox olduğu qədər də müxtəlifdir. Bu işləri daha yaxşı anlamağımız üçün SEO-nu qruplaşdırıb, Daxili və Xarici SEO kimi 2 yerə bölürlər.
Daxili SEO – saytın içərisində axtarış sistemləri üçün aparılan optimallaşdırma işləridir: meta əmrləri, şəkillərin optimallaşdırılması, daxili keçidlərin qurulması, qırıq keçidlərin tapılması, content, sayt xəritələrinin qurulması, saytın sürətləndirilməsi, səhifələrin keşlənməsi və b. Bir sözlə saytın içərisində saytın hazırlanması ilə bağlı nə işlər varsa, hamısı daxili SEO-ya aiddir.
Xarici SEO isə axtarış sistemləri üçün saytdan qıraqda aparılan işlərdir: sosial media marketinq (SMM), video marketinq, lokal biznes marketinq, axtarış sistemləri və kataloqlarda qeydiyyatlar, backlink building (geri keçidlər) qurulması və s.
Ağ və Qara SEO nədir?

Deməli SEO işlərini daxili və xarici kimi 2 yerə böldük. Bunu ona görə etdik ki, saytların hazırlanması prosesində hansı işləri görəcəyimizi səliqəyə salaq və sıralaya bilək. İndi isə bütün bu işləri səliqəylə və sıra ilə bir-bir etməliyik. Hansı sayt üçün daha çox SEO işləri görülərsə, o da axtarış sistemlərindən daha çox ziyarətçi qazanar. Öncə yazdığımız kimi, SEO işləri baha, geç və çətinliklə başa gələn işlər toplusudur.
Buna görə də, bir çoxları işləri asanlaşdırmaq və axtarış sistemlərini aldatmaq üçün qanunlardan qırağa çıxmağa çalışırlar. Onlar bir işi görüb, 3 iş görmüş kimi görünməyə çalışırlar. Ya da nə etmək olmazsa, gizlincə edirlər. Oğurlayırlar, asırlar, kəsirlər (saytları). İstər Daxili SEO olsun, istərsə də Xarici SEO – hər birində görüləsi işlərin düzgün olmayan yollarla aparılmasına Qara SEO (Black Hat SEO) deyilir. Düşünürəm ki, düzgün olan yollara ad qoymağa gərək yoxdur. Sadəcə adsız qalmaması üçün Ağ SEO (White Hat SEO) da demək olar.
Qara SEO təhlükəlidirmi?

Hər bir qayda pozuntusu, cinayət kimi Qara SEO-nun da cəzası var. Əgər Google bir gün qaydaları pozduğunuzu öyrənərsə, saytı cərimələyər və axtarış nəticələrindən gizlədər. Ya da daha pis: Google saytınızı birdəfəlik axtarış sistemindən silə bilər. Geri qaytarılması isə illər çəkə bilər. Bu ziyarətçilərin 80 %-ni itirmək, daha doğrusu saytın ölməsi deməkdir.
Qara SEO-ya nələr aiddir və sayt qurarkən nələri etmək olmaz? Daha yaxşı olar ki, siz Ağ SEO-ya köklənəsiz və nələr etmək lazımdırsa, onları edəsiz. Çünki görüləcək işlər doğurdan da çoxdur. SEO işində səbrlə və düzgün çalışmaq önəmlidir. Səbrsiz, tez-bazar və sürtlə görülmüş işlərsə düzgün alınmaya bilər.
Misal üçün, əgər hər bir səhifədə minimum 300 söz olmalıdır. Baxmayaraq ki, məhsul səhifəsində 200 söz də yetərlidir, məlumat verən tekstin uzunluğu nə qədər çox olarsa o qədər yaxşıdır. Söz sayı nə üçün bu qədər önəmlidir? Çünki Google belə istəyir: Google istəyir ki, axtarış aparanlara daha dolğun məlumat verən saytları göstərsin. Beləliklə axtarış sistemləri 1000 söz olan səhifələri 300 söz olan səhifələrdən daha yüksək qiymətləndirir və axtarış nəticələrində daha yuxarılarda göstərir. Əlbəttə ki, yazdığnız yazılar keyfiyyətli və səhvsiz olmalıdır. Eyni zamanda tekstlər SEO tələblərinə uyğun yazılmalıdır.
Hətta 2500-dən çox söz daha yaxşıdır və bir çoxları 9000 sözün olduğu səhifələri sayt üçün cornerstone content (təməl daşı məzmunu) adlandırırlar. Bu səhifələr axtarış sistemlərində bol məlumatlı qaynaq kimi ilk yerləri tutar və başqa səhifələrin də göstəricilərinin yüksəlməsinə yardımçı olar.
Nə üçün Black Hat SEO – Qara SEO?
Adından da göründüyü kimi Qara SEO sayt hazırlanmasında pis, dürüst olmayan işlərdir. Qara rəngi də pis rəng olaraq bu işləri simvolizə etmiş olur. Nə üçün Black Hat SEO-nun tərcüməsində papaq sözünü yox etmişik? Çünki papağın burada nə demək olduğunu biz də bilmirik. Sanki papaq qeyrəti çəkənlər kimi, ağ və qara işlərin dürüstlük simvolu kimi papağı seçiblər? Yox, nəysə düz gəlmir.. Elə papaqsız yaxşıdır: Ağ SEO və Qara SEO.
Qara SEO-da Açarsözləri ilə Doldurma
Qara SEO işlərinə nümunə istəyirsiz? Yaxşı gəlin, biz onlardan birini burda aparaq. Ancaq Qara SEO adından da göründüyü kimi, lazımsız, heç də gözəl iş olmadığı üçün bundan sonrasını oxumaya da bilərsiz. Əslində oxuyursuz, oxuyun, sadəcə oxuyun ki, bunları etməyəsiz.
Axtarış sistemlərinin istədiyi 9000 sözü hardan tapaq? Ağlımıza gələni yazsaq, səhifə mövzudan uzaq olduğu üçün yenə axtarış sistemləri tərəfindən cəzalandırıla bilər. Buna görə də Qara SEO ilə məşğul olanlar səhifədə Keyword Stuffing (Açarsözlərlə doldurma) edirlər. Biz də dolduraq səhifəni sayt yaratmaq haqqında sözlərlə.
Veb Saytların Hazırlanması
Bu bloq yazısının açarsözləri olsun veb saytların hazırlanması: indi biz də bütün səhifə boyunca sayt hazırlamaqla bağlı sözləri yazıb dolduracağıq. Ancaq fərqli variantlarda ki, Google bizi də cərimələməsin, yoxsa siz bu bloq yazısını tapıb oxuya bilməzsiz. Beləliklə, getdik:
- Saytların hazırlanması
- Vebsaytlar açmaq
- Website qurmaq
- Web saytların düzəldilməsi
- Veb sayt hazırlamaq
- Sayt sifarişi
- Sayt hazırlanması
- Saytların qurulması
- Veb-saytların yaradılması
- Veb-saytlar;n haz;rlanmas;
Elə bilirsiz bitdi? Yox bir də bu sözləri Azərbaycan dilində olub İngilis dilində olmayan hərflərlə yazaq. Bu zaman eyni mənalı sözlərin sayı daha da çoxalacaq. Ancaq fikir verin, Google cəriməsi almamaq üçün biz sözləri təkrar-təkrar yazmırıq:
- Saytlarin hazirlanmasi
- Websayt acmaq
- Web-site qurmaq
- Web saytlarin duzeldilmesi
- Veb sayt hazirlamaq
- Sayt sifarishi
- Sayt hazirlanmasi
- Saytlarin qurulmasi
- Veb-saytlarin yaradilmasi
- Saytlar;n haz;rlanmas;
Websaytlar hazırlamaq
Hələ bunun sayını nə qədər uzada bilərik. Yarı Azərbaycanca, yarı İngilis dilində o qədər müxtəlif variantlar düzəltmək olar ki! Sayt da bilinmir ki, düzgün olaraq necə yazılmalıdır: vebsayt, veb-sayt, yoxsa veb sayt? Bir siyahı da belə alındı:
- Vebsaytlarin hazirlanmasi
- Saytlar acmaq
- Sitelerin qurulması
- Websaytlarin duzaldilmasi
- Veb-sayt hazirlamag
- Saytlarin sifarisi
- Vebsayt hazirlanmasi
- WebSaytların qurulması
- Vebsaytlarin yaradilmasi
- Websaytlar;n haz;rlanmas;
Gördüyünüz kimi, bizim yazdığımız açarsözləri eynidir, ancaq birə-bir təkrarlanmır. Həm də Google Azərbayan dilini bilmir. Yəni Google və başqa axtarış sistemləri də həmçinin hərfləri simvollar kimi gözdən keçirir. Yəni onlar sözləri simvol yığını kimi görür və simvolların eyni olub-olmadığını yoxlayırlar. Aydın məsələdir ki, Google sözlərin mənasını düşünmür. Ancaq Google başqa dillərdə sözlərin sinonimlərini də bilir və əgər site və website sözləri yazılıbsa, bunları 1 sayır. Azərbaycan dilində isə bir çox hallarda belə deyil.
- Vebsayt hazirlanmasi
- Saytlar hazirlamaq
- Siteler acmaq
- Websaytlar hazirlamaq
- Veb-sayt hazırlanması
- Sayt sifarişi
- Vebsayt qurmaq
- Sayt yaradilmasi
- WebSaytlar düzəltmək
- Sayt yaradılması
Web Saytların Hazırlanması üçün Qara SEO Lazımdırmı?
Bizə bu tekstləri belə mənasız yazmaq lazımdırmı? Əlbəttə ki, yox! Bizim işimiz web saytların hazırlanmasıdır və bununla bağlı nə qədər lazım olsa yazmağa sözümüz var. Riskə getməyinə dəyərmi? Eyni zamanda ziyarətçilərin də lazımsız söz yığınını oxumaq istəməməsi sayta olan marağı öldürər.
Saytların hazırlanmasında Boz SEO

İndi biz bilmədik, bu yazdıqlarımız Qara SEO-dur, yoxsa Ağ SEO?! Yəni bir tərəfdən bu yazdığımızı heç özümüz də bəyənmədik – bunu kim oxuyar ki?! Sırf “Saytların Hazırlanması” sözlərinin təkrarlanması üçün yazılmış bir tekstdir. Ancaq burada Google-un gözündə təkrarlanmış sözlər olmadığı üçün bu səhifə cəza almayacaq, Hətta tərsinə, daha uzun və bol məlumatlı olduğuna görə yüksək dəyərləndiriləcək. Buna da Boz SEO (Grey Hat SEO) deyirlər.
Bu da təhlükəlidir, çünki bir müddət sonra Google Azərbaycan dilində daha yaxşı işləyə bilər. Ya da bəlkə bu qədər asan sözləri başa düşdüyü üçün söhbətin nədən getdiyini anlaya bilər. Ancaq bu mübahisə mövzusudur. Eynilə saytların hazırlanmasında bütün Boz SEO işlərinin hamısı kimi.