Yeni Başlayanlar Üçün A-dan Z-yə: Sayt Necə Qurulur

Yeni Sayt Qurmaq/Yaratmaq Yolları

Yeni Websayt Qurmaq / Sayt Yaratmağın Yolları

Burada sayt qurmağa / yaratmağa lap yeni başlayanlar üçün nə etmək lazım gəldiyini addım-addım yazacağam. Bu yazı ilə siz öz saytınızı qurmağın / yaratmağın hansı mərhələlərdən keçdiyini ümumi şəkildə görəcəksiniz. Buna görə də bəzi hallarda bloqumuzun başqa səhifələrinə keçməklə hər hansı addımla bağlı daha geniş məlumat almış olarsınız.

Websayt Qurmağın / Yaratmağın Yolları Addım-Addım

Hər Şeydən Öncə Domen Adı Alınmalıdır

Domen adları həm də saytın internet ünvanıdır. Bir çox hallarda saytın uğur qazanması domen adından asılıdır, buna görə də saytınız üçün domen adı düşünərkən bir çox xırdalıqları bilməyiniz vacibdir. Domen adı almaq isə çox asandır: www.online.az saytından .Az zonasında olan istənilən domeni (əgər hələ sahibi yoxdursa) ala bilərsiniz. Başqa zonada (.Com və ya .Net kimi) domen adı almaq üçün internetdə çox sayda onlayn xidmət saytları vardır, misal üçün: http://hostinq1.com/, ya da www.domain.com

Web Hostinq Xidməti Seçin və Yeni Hesab Açın

İnternetdə hostinq xidmətləri təklif edən bir çox şirkətlər var, onlardan birini seçib qeydiyyatdan keçirsiniz və sizcə sizə uyğun olan hostinq paketlərindən birini alırsınız. Demək olar ki, bütün hostinq şirkətləri sonradan seçmiş olduğunuz servis paketini dəyişmək imkanı verir. Örnək olaraq onlaran birini göstərək: 2 milyona yaxın domenə hostinq xidməti göstərən Bluehost.com internetin ən böyük 20 hostinq şirkətindən biridir. Biz saytımız üçün Hostinq1 şirkətinin xidmətlərindən yararlandıq və Premium planında hostinq aldıq: http://hostinq1.com/shared-services/premium/

Saytın Web Səhifələrini Dizayn Edin

Saytın dizaynı üçün bir çox həllər vardır, onlardan WordPress.comBlogger.com tamamilə ödənişsiz və çox da çətin olmaması ilə seçilir. Daha asan yol axtarsanız Drag&Drop sistemi ilə işləyən WeeblyWix və IM Creator işinizə yaraya bilər. WYCIWYG prinsipi ilə işləyən Adobe Dreamweaver CC kimi web-dizayn proqramlardan birini öz kompyuterinizə yükləyib saytın dizaynına başlaya bilərsiniz. Yenə çətinliklə üzləşsəniz dizayn studiyamız sizə saytınızı yaratmaqda köməklik göstərər.

Saytın Yoxlanılması və İnternetdə Yerləşdirilməsi

Onlayn servislər vasitəsilə sayt yaratdıqda saytınızla artıq bağlantı qurulmuş olur. Lakin PC proqramlarla yaratdığınız vebsaytı File Transfer Protocol (FTP) ilə öz hostinqinizə yükləməlisiniz. Bunun üçün sizə FTP proqramları lazım olacaq: Core FTPFileZilla və SmartFTP.

Saytınızın Olmasını Bütün İnternetə Bildirin

Saytınız hazır olub tam işlək vəziyyətə gəldikdən sonra bunu bütün internetə bildirmək lazımdır – axı saytı özünüz üçün hazırlamamısınız. Öz saytınızı internetdə olan axtarış sistemlərində qeydiyyatdan keçirin: Google-a Öz Saytını Göndər, Yahoo-ya Öz Saytını Göndər və b.

Google Webmaster Tools (2015-ci ilin may ayından Google Search Console) və Bing Webmaster Tools ilə həm saytınızın axtariş sistemində indeksləşməsini tezləşdirə, həm də saytda olan problemlər haqqında məlumatlar ala bilərsiniz.

Sonuc: Əlbəttə ki, bu məlumatlar uğurlu / gəlirli sayt yaratmaq üçün kifayət deyildir. Siz bu yazıdan ancaq ümumi tanışlıq kimi yararlana bilərsiniz. Əgər doğurdan gəlir gətirəcək, başqa saytlardan seçiləcək və sizin üçün çalışacaq saytlar yaratmaq / qurmaq istəyirsinizsə WEB Dizayn Studiyasının gələcək bloq-yazılarına da göz atmağınızı məsləhət görürəm.

Oxumağa Dəyər:

23 Rəylər

  1. indi fikirlewek demek olar ki internet erasidi ve dunyada ne qeder saytlar yaranir ki hansi oz hazir platformtoralarini teklif edirler (konstruktor saytlar ortaya chixir choxlu )ve internetden rahat istifade ede bilen insanlarin sayi artiqca sizce bu kutle genclerden sohbet gedir wirketler uchun artiq saytlari ozleri hemin saytlarda ucuz qiymete yarada bildiyi halda web sayt yaradan wirketlere muraciet azalacaqmi ?

    • Geniş suala görə çox sağ olun, Tural bəy. Özünüz də vurğuladığınız kimi internet istifadəçilərinin və konstruktor saytların sayı getdikcə artmaqdadır. Deməli ki, günü-gündən bu sahəyə maraq, bununla da tələbat artacaq.

      Sayt konstruktorlar saytların qurulmasında yardımçı olur. Ancaq bu o demək deyil ki, profesional sayt hazırlamaq üçün sadəçə istifadəçi olmaq yetərlidir.

      Başqa yandan baxaq: böyük rahat yollar və avtomat karobkalı maşınlar çoxalır, bununla da maşın sürmək asanlaşır. Ancaq yenə də profesional sürücülərə tələbat azalmır.

  2. salam mən sayt yaratmaq istəyirəm,səifələri və keçidləri düzətmişəm, amma saytda axtarış sistemini, saytda istifadəçilərin qeydiyyat profillərin yarada bilmirem.bunları necə düzəldə bilərəm???

    • Salam, İslam bəy, siz saytı hansı platformada, ya da hansı proqramla qurursunuz?

  3. bir daha salam. Microsoft Office FrontPage 2003–proqraminda qurmusam.

  4. Sağolun, köməkliyə görə təşəkkür)

    • Buyurun, başqa suallarınız olarsa yaza bilərsiniz.

    • Kömək edə bildiksə nə gözəl. Ancaq biz heç sayt qurmaq üçün MS FrontPage məsləhət görmürük və fikrimcə çətindir. Bəlkə də öyrəşməkdən asılıdır.

  5. salam Adobe Dreamweaver CS6—praqramiyla sinaq imtahani sayti yaratmaq istəyirəm. bilmək istəyirəm bu proqramla belə bir sayt yatmaq mümkündürmü ki, hər hansi səxs bu saytda qeydiyyatdan kecib, profilini yaratsın, imtahan versin və imtahaninin nəticəsi və onların düzgün cavablarının onun səxsi profilində qalsın? əgər mümkündürsə mənə köməklik edin yox mümkündeyilsə hansi proqramda bunu işləmək mümkün oldugun deyərsiz. əvvəlcədən təşəkkür

  6. koməyiniz üçün sağ olun.
    Saytda müxtəlif funksiyalar- şəxsi profil, imtahanlar bölməsi və s. yaratmaq üçün CMS-dan istifadə etmək üçün sayt aktiv olmalıdır??? ya hələ internetə buraxilmamiş təzə yiğilmaqda olan saytlarda istifadəsi mümkündür? bu funksiyaları-xüsusilə də saytda istifadəçi profilinin yaradilması üçün CMS-lardan istifadə etməyi online öyrənmək üçün kurs və ya dərslik var? yoxdursa siz bu formali sayt hazırlaya bilərsinizmi və bunun üçün sizinlə necə əlaqə saxlamaq olar??

    • Buyurun, Əli bəy. CMS-lər böyük funksiya seçimləri verir: internetdə açıq olmasa da daxildə saytı düzəltməyə davam edə bilərsiniz. Ya da local serverə qoşub işləmək olar.

      Bu funksiyaları öyrənmək üçün internetdə sonsuz sayda online kurslar var. Ancaq ingilis dilini baza səviyyədə bilsəniz bunu etmək üçün sadəcə zaman ayırmaq yetərlidir. http://www.hostinq1.com saytında bir domen alırsınız (illik 9.95$), hostinq alırsınız (aylıq 2.75$) və quraşdıracaq CMS deyək ki, WordPress seçirsiniz (ən asan və geniş yayılmış olanı budur). Bununla da hər şey hazırdır. Saytın admin panelinə giriş geçidi sizə veriləcək. Saytda istifadəçilərin yaradılması funksiyası avtomatik yüklənmiş olur. Dil olaraq Azərbaycan dilini seçsəniz qalan hər şey ana dilimizdədir.

      Hər zaman suallarınızı cavablamağa hazırıq. Professional bir iş üçün studiyamıza müraciət edə bilərsiniz. Bizimlə burdan, ya da web@web.com.az ünvanına yazaraq bağlantı qura bilərsiniz.

  7. 1-2-3 yazılsaydı daha yaxşı olardı. Mən indi sayt açmaq üçün nədən başlamalıyam?

  8. Salam. Proqram tipli birsey yaratmaq isteyirem yəni dərslərdə onu asanləqla kompütərə və ya planşetə yükləyib işləmək olsun. Bu wordpressle mümkündürmü?

    • Salam. Əgər sayt yaratsanız onu mobil telefondan, smartfon, planşet və kompyuterdən də açıb işlətmək olar (mobil uyğulamalı sayt olsa yaxşıdır). Kompyuterlər Mac, ya da Windows əməliyyat sistemi ilə işləyir, ancaq mobil qurğular əsasən Android-lə çalışır. Androidlər üçün uyğulama deyilən proqramlar (application, qısaca app deyilir) yazmaq olar.

  9. Salam sayt yaratmaq üçün minimum nə qədər vəsait lazımdır?

    • Salam. Minimum deyəndə, heç bir vəsaitsiz-pulsuz domen/hostinq xidmətləri ilə sayt qurmaq olar: http://www.ucoz.net/. Ancaq belə saytdan gözləntilər nədir? Biz heç olmasa .com domen adı alıb (illik 9.95$) kiçik bir hostinq xidmətinə (illik 33$) qoşmağı məsləhət görürük: http://hostinq1.com/

  10. Salamlar kim bacara biller

  11. Salam sayti idare etmek ucun xususi proqram lazimdir yoxsa ele internet brauzerlerin birindende idare etmek mumkundur?

    • Salam. Bu saytın quruluşundan asılır. Əgər sayt WordPress ilə yığılarsa, bütün işlər admin paneldən asanlıqla görülə bilər. Çox çətin proqramlaşdırma fikrinə düşsəniz FTP bağlantısı üçün proqram lazım ola bilər.
      Belə isə FTP (File Transfer Protocol) ilə saytın içərisindəkilər qovluq və fayllar şəklində açılır. İstənilən faylı yazıb-pozmaq olur.

      Xüsusi proqramlar yalnız işi asanlaşdırmaq üçündür.

Bir Rəy Bildir

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir