Websaytın URL ünvanında WWW olsa yaxşıdır, yoxsa WWW-siz?

0
Websaytın URL ünvanında WWW olsa yaxşıdır, yoxsa WWW-siz?

Websaytın URL ünvanında WWW olsa yaxşıdır, yoxsa WWW-siz?

Hər dəfə saytın URL ünvanında www olması, yoxsa www-siz olması məsələsinə qayıtdığımızda ilk olaraq ağlımızda bir sual yaranır: bunlar arasında nə fərq var?

Heç suallar bununla da bitməyəcək: SEO üçün www-li ünvan daha faydalıdır, yoxsa www-siz? Buna görə saytımın URL ünvanını dəyişdirimmi?

Bu bloq yazımızda www-li və www-siz saytlar arasındakı fərqi tam açıqlamağa çalışacağıq. Ancaq başlamazdan öncə, sayt düzəltmə işində yeni olanlar və kiçik biznes sahibləri üçün qısaca olaraq onu deyək ki, www-li və www-siz ünvanlar (bunlara çox zaman çılpaq ünvanlar da deyilir) arasında heç bir böyük fərq yoxdur. Bu tamamilə sizin bizimlə seçimimizdən asılıdır. Birinin başqası qarşısında heç bir SEO üstünlüyü də yoxdur. Bizə inanmırsınızsa, bunu Google da deyir.

Doğrudur, texniki olaraq kiçik fərqlər var və bunu bir az sonra araşdıracağıq. Hələlik daha önəmli olan məsələlərə baxaq.

Önəmli olan isə, websaytınız üçün ən başdan hansını seçmisinizsə, elə onunla davam etməyinizdir. Yəni ki, www-li, ya da www-siz URL seçməyinizdən asılı olmayaraq heç zaman birini o birinə dəyişmək üçün www-ni silməyin, nə də artırmayın.

Sadəcə olaraq Google-a hansı versiyanı işlətdiyinizi bildirin və onlar bunu bildirdiyinizə görə sizdən razı qalsınlar. Seçiminizi bildirmək üçün Google Webmaster Tools (Google Search Console) hesabınızdan saytınızı seçərək, Sayt Quraşdırmaları bölümünə girib üstünlük verdiyiniz versiyanı göstərin.

WWW-li və WWW-siz URL arasında Texniki Fərq

Siz websaytın URL-ı qarşısına www. artırdıqda, bu hostname kimi çalışmağa başlayır və DNS dəyişkənliyinə yardım etmiş olur, çox sayda subdomenlər açdığınızda cookie fayllarının yığışdırılmasına imkan yaradır, və başqa. Ancaq bunu əminliklə deyə bilərik ki, çılpaq domenlərin heç bir texniliki üstünlüyü yoxdur. Bəlkə bir balaca qısa görsənir?!

İnanırıq ki, bu bloq yazımız sizə çılpaq və www-li domenlər arasındakı fərqi tam anlamağınıza yardımçı olacaqdır. Ən önəmlisi,

  • onların hər ikisi SEO üçün tam doğru seçimdir;
  • öncəki seçiminizi heç vaxt dəyişməməyə çalışın;
  • axtarış sistemlərinə hər ikisini göndərdikdən sonra əsas olanını bildirin.