Google Webmaster Tools Rebranding: Google Search Console

1
Google Webmaster Tools Rebranding Google Search Console

Google Webmaster Tools Rebrand Oldu: Google Search Console

Son on ilə yaxın müddətdə Google Webmaster Tools öz istifadəçilərinə – dünyanın hər bir guşəsindən olan webmasterlərə Google axtarışlarında yer alan saytlar yaratmalarında böyük yardımı olmuşdur. Bu alətin köməyilə internetin ən böyük axtarış sistemi olan Google-da veb-saytların qeydiyyatı, tanıdılması və axtarışlar üçün optimizasiyası mümkündür. Webmaster aləti kimi bu xidmətdən yararlananlar arasında kimlər var idi? Sadəcə maraqlananlar, xobbi sahibləri, kiçik sahibkarlar, SEO və SEM ekspertlər, marketoloqlar, proqramçılar, dizaynerlər, uyğulama yaradıcıları və əlbəttə ki, webmasterlər.

Bütün onların hər birinin arzusu öz saytının Google Search axtarışlarında tapılmasıdır. Elə buna görə də Google yönəticiləri aləti daha sadə və asan etmək yönündə çalışmağı qərara aldılar. Əvvəllər Google Webmaster Central adını daşıyan Google Webmaster Tools artıq rebrandinq olaraq Google Search Console kimi saytı olan hərkəsin yararlana biləcəyi bir alətə çevriləcək. Doğurdan da belə bir alətin adında webmaster sözünün olması başqa istifadəçilərin yan keçməsinə gətirib çıxara bilərdi. Bu alət saytı olan hərkəsin işinə yaraya bilər və ondan istifadə etmək üçün heç də webmaster olmaq vacib deyil.

Google Webmaster Tools məhsulunun sözsüz ki, ən çox istifadə olunan bölümü Search Analytics saytınızın axtarış sistemindəki durumu ilə bağlı geniş məlumat verir. Bu da webmasterlərlə birlikdə, hətta demək olar daha çox SEO (Search Engine Optimization) və SEM (Search Engine Marketing) ekspertlərinin işinə yarayır.

Google Search Console: g.co/SearchConsole

Alətə hələ də əvvəlki (Google Webmaster Tools) internet ünvanından qoşulmaq olsa da Google rebrand olmuş məhsulu üçün yeni qısa web-ünvanı elan etmişdir: g.co/SearchConsole

Google Search Console

Bir sözlə, Google web-dizaynerlərdən SEO-masterlər, marketoloqlardan hobbi sahiblərinə qədər hərkəsə hədəflənmiş məhsul yaratmağı düşünür. “Sizin hər biriniz paylaşdıqlarınızın onlayn çalışmasını və Google Search axtarışlarında tapılmasını arzulayırsınız” deyə Google Search Console məhsul yönəticisi Michael Fink öz bloq yazısından səslənmişdir.

Saytınızı Google Webmaster Tools-da qeydiyyatdan keçirmisinizmi? Əgər cavab “yox”dursa, onda məsləhət görərdik ki, bunu edəsiniz. Qarşılaşdığınız çətinlikləri rəylərdə bildirməyi unutmayın.