Mobil Uyğulamalı Saytların Yaradılması SEO üçün Önəmlidir

Mobil Uyğulamalı Saytı Olmayan Bizneslər Nə İtirir?

Mobil Uyğulamalı Saytı Olmayan Bizneslər Nə İtirir?

Websaytınız mobil qurğular üçün uyğunlaşdırılmışdırmı? Ya da ən azından saytın mobil versiyası varmı? Əgər saytınızın SEO-suna (SEO Nədir?) biganə deyilsinizsə və Google axtarışlarında ilk sıralarda yer almağı düşünürsünüzsə bu çox önəmlidir. Statistika göstərir ki, artıq istifadəçilər stolüstü komputerlərdən çox mobildən internetə girirlər. Bütün bunları nəzərə alaraq Google axtarışda saytların mobil versiyasını reytinq əmsalı kimi qəbul edir və “mobile friendly sites” üçün daha yuxarı nəticələr verilir.

Ola bilər ki, sizin saytınız artıq hazırdır və onun dizaynını heç də dəyişmək istəmirsiniz. İnanın ki, bunu etməyə dəyər: elə bu gün saytın mobil uyğulamalı versiyasının hazırlanmasına başlayın!

Nə Üçün Saytlar Mobil Uyğulamalı Hazırlanmalıdır

1997-ci ildə internetdə təqribən 1 milyon sayt var idi. Bundan 10 il sonra, 2007-ci ildə internet saytların sayı 150 milyona çatmışdı. O zamanda vebsaytların cəmisi 1 milyonu mobil uyğulamalı saytlar (mobile friendly sates) idi. İndi gözlənildiyinə görə, 2017-ci ildə mobil qurğulara uyğunlaşdırılmış saytların sayı 150 milyona çatacaq. Görsənən budur ki, mobil saytların sayı durmadan artmaqdadır. İnternet stolüstü kompyuterlərdən başlamışdır, ancaq bütün dünya üzrə 3 milyard mobil telefon istifadəçisi bizə göstərir ki, artıq bir çox insanların internetlə ilk tanışlığı mobil qurğulardan başlayır. Bu sürətli dəyişikliklər biznes dünyasına onlara uyğunlaşmaqdan başqa seçim yolu saxlamamışdır. Mobil cihazların personal kompyuterlər üzərindəki bir çox üstünlükləri mobil uyğulamalı saytı olmayan işlərin özünə intihar etməsi təsəvvürünü yaradır.

Müasir insan qısa müddətdə mümkün qədər daha çox xidmət və informasiya almağa çalışır, buna görə də tələsir. Son texnologiyaların inkişafı ilə artıq bütün məlumatları mobil telefondan da almaq mümkündür. Hələ də mobil qurğulara adaptasiya olmamış bizneslər bu fürsəti əldən qaçıra bilər. Öz müştərilərinə mobil telefondan xidmət etmək şirkətlər üçün çox mühüm məsələyə çevrilmişdir. Mobil rabitə şəxsi komunikasiya üçün güclü alətə çevrilmiş və öz əhəmiyyətini daha da möhkəmlətməyə davam edir. Əgər siz müştərinizə mobil telefondan bağlansanız, onu bütün başqa platformalarda da qazanmış olarsınız.

Mobil Uyğulamalı Saytlar Daha Sürətli Olur – Əlbəttə ki, əgər biz sayta mobildən giririksə deməli biz vaxt udmağa çalışırıq. Mobil saytlar hazırlayarkən bunu əsas tutmaq çox önəmlidir. Sayt çox gec yüklənir, saytın açılmasını uzun zaman gözləmək lazımdırsa onda həmin sayta mobildən girməyin bir mənası qalmır. Mobil internetdən asanlıqla açılması üçün saytın səhifələrini yüngül və tez yüklənən hazırlamaq lazımdır.

Artıq Hər Kəs Smartfonlardan İstifadə Edir – Son bir neçə il ərzində smartfonlar hər kəs üçün vacib alətə çevrilmişdir. İndi hamı özünə bir smartfon almağa çalışır. Bu cihazların əldə istifadəsi olduqsa asanlaşdırılmışdır. Smatfonların satışı ildən-ilə artmağa başladıqdan sonra şirkətlər mobil xidmətlərinin sayını çoxaltmağı özlərinə məqsəd seçmişdir. Bu biznesin inkişaf etditilməsi üçün yeni inkanlar verir.

Ucuz Seçimlər – Mobil ekranlar kompüter ekranlarından fərqli olduğundan, daha dəqiq desək kiçik (1/5 hissəsi qədər) olduğundan müvafiq dizayn dəyişikləri sadəcə azaltma və kiçiltmə olacaqdır. Bu da çox vaxt istəməyən ucuz prosesdir.

GPS İstifadəsi – GPS çox faydalı texnologiyadır. Bu lazım olan yer və ya istiqamətləri tapmaq üçün bir çox mobil istifadəçilər tərəfindən istifadə olunur. GPS həmçinin yaxınlıqdakı xidmət və ya biznesi tapmaq üçün istifadə edilir. Əgər sizin həmin yerə uyğun mobil saytınız varsa, onda öz potensial müştərinizi itirməzsinz.

Rəqibləriniz Tərəfindən Əzilməyin – İnsanlar səyahət edərkən axtarışda olmağı sevirlər. Təsəvvür edək ki, websaytınız mobildən açılmır. Əgər sizin müştəriləriniz eyni xidmətləri təklif edən, ancaq PC-dən olduğu kimi mobil qurğudan da eyni rahatlıqla istifadə imkanı verən başqa bir saytla rastlaşarsa, inanın ki, heç düşünmədin seçimini rəqibinizə doğru edər.

Mobil SEO – Mobile friendly website Google və Yahoo kimi mobil qurğulara uyğunlaşdırılmış axtarış sistemlərindəki reytinqlərə yaxşı təsir göstərir. Axtarış sistemlərinin mobil versiyalarının nəticələrində ən yuxarı yerlərdə əlbəttə ki, mobil uyğulamalı saytlar dayanır.

Mobil Uyğulamalardan Fərqli Olaraq Bütün Platformalarda İşləkdir – İndi siz mobil uyğulamalı saytların yerinə öz mobil uyğulamalarınızı (tətbiqetmə – application) yaratmağı düşünə bilərsiniz. Eyni funksiyaları yerinə yetirən mobil uyğulamaların hazırlanması çox uzun və üzücü məsələ ola bilər. Hər bir platforma üçün başqa bir uyğulama yaratmalı olduğunuzu düşünsək bu həm də çox baha başa gələcəkdir. Bundan sonra oxşar xidmətləri təklif edən rəqib uyğulamaların arasından seçilmək üçün başqa çalışmaların sürdürülməsi gərəkəcəkdir.

2D Bar Kodları – Mobil uyğulamalı saytlar kimi 2D bar kodları da biznesiniz üçün böyük bir bonusdur. Onlar adət etdiyimiz bar kodları kimi görünür, lakin daha çox faydası var. Misal üçün, güzəştlər üçün istifadə edilə bilər. Müştəri öz mobil telefonu ilə kodu bir şəkil kimi çəkir və həmin anda saytın açılması ilə birlikdə, həm də satın almaq istədiyi məhsulun texniki göstəricilərini nəzərdən keçirir.

Daha Zəngin Təcrübə – Əvvəllər çox kiçik ekran imkanları və mobil internetin sürətinin aşağı olmasına görə mobil qurğulardan istifadə etmək üçün asan olan saytların hazırlanması mümkün deyildi. Ancaq son zamanlar bu durum çox dəyişib və əmin ola bilərsiniz ki, düzgün çalışan mobil uyğulamalı saytdan istifadə sizin müştəriləriniz üçün zəngin təcrübə olacaqdır.

 

Bütün bu yuxarıda saydığımız üstünlüklərdən yararlanmaq üçün saytınızın mobil versiyasını və ya mobil uyğulamalı yeni saytın qurulmasına dəyərmi? Özünüz qiymət verin və düşüncələrinizi bizimlə bölüşün. Rəylərinizi gözləyirik.

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar