Google Yeni Loqosunu Təqdim Etdi

Google Yeni Loqosunu Təqdim Etdi

Google yarandığı 17 il bundan qabaqdan başlayaraq bugünə qədər çox şeyləri dəyişdi: məhsul sahəsindən və çeşidindən başlayaraq onların görünüşü, duyğuları çatdırma xüsusiyyətlərinə qədər hər şey dəyişildi (Google-un rəsmi bloqunda belə deyilir). İndi isə Google hər şeyi yenidən dəyişir.

Dünyanın ən böyük axtarış sistemi olan Google reklam sahəsində ixtisaslaşmış transmilli şirkətdir. Mərkəzi ABŞ-da yerləşən şirkətin əsası hər şeydən öncə yüksək keyfiyyətli ixtisas təhsili almaq istəyən 2 tələbə yoldaşı tərəfindən universitet araşdırması kimi qoyulmuşdur.

Hər Şey Necə Başladı

Stenford universitetinin tələbələri Serqey Brin və Larri Peyc hər ikisi 1973-cü il doğumlu idi və hər ikisi Avropanın tanınmış professor ailələrinin yetirməsi sayılırdı, onların ata və anaları riyaziyyatdan dərs deyir və kompyuter texnologiyaları ilə məşğul olurdular. Yoldaşlar hələ Stenfordda aspirant olduqları vaxt, külli miqdara strukturlaşdırlmamış informasiya massivində axtarış ilə bağlı mövzunu araşdırırdılar. Əvvəlcə, yəni başlanğıcda sayt ən çox tələb olunan məhsulların müəyyən edilməsi ilə məşğul olmalı idi. Sonradan isə planlar dəyişdi. İnternet vasitəsi ilə axtarış məsələsi Google yaradıcılarının düz vaxtında əlinə düşmüşdü. Google-un yaradıcıları, bir az ondan əvvəl yaradılmış Yandex-dən əlbəttə ki, geri qalırdılar, lakin onlar çox tez bir zamanda hər şeyi bərpa edə bildilər.

Page Rank – Renkinq Sisteminin Yaranması

O zamanki axtarış saytları praktiki olaraq öz vəzifələrinin öhdəsindən gələ bilmirdi. İstifadəçi öz sorğusunun cavabında axtarışın nəticəsi kimi çox aşağı korrelyasiyası olan məlumat əldə edirdi. Məsələ ondadır ki, həmin dövrdə sənədlərin renkinqi (səhifələrin reytinqlənməsi) və relevantlığın müəyyən edilməsi zamanı başlıca faktor kimi sorğuya göndərilən sözün həmin mətndə işlənmə tezliyi (yəni sözün mətndə təkrarlanması) əsas götürülürdü. Bu isə istifadəçilərin mənafeyinə o qədər də, bəzən isə ümumiyyətlə uyğun gəlmirdi və onların istəklərinə cavab vermirdi.

Beləliklə, sadəcə açar sözlərin işlədilməsi tezliyini artırmaq kifayət idi ki, seçim çox asanlıqla veb administratorun qurduğu tələyə düşsün. Artıq neçə ilidi ki, yazı spamı deyilən məhfum vardı. Yalnız indi, axtarış sistemləri ciddi şəkildə bu məsələnin üstünə düşüb, spam ilə mübarizə aparmaq və onun kökünü kəsməyə çalışırdılar. Çünki indi də səhifələrin renkinqi zamanı açar sözlərin mətnə ya tam, ya da qismən daxil edilməsində tezliyinin əhəmiyyətini nəzərə çarpacaq qədər aşağı salan çox saylı faktorlar meydana çıxmışdır.

Larri Peyc hələ uşaqlıqdan tez-tez yüksək səviyyəli elmi təbəqələrin görüşlərində iştirak edən valideynlərinin timsalında başa düşmüşdü ki, istənilən bir alimin uğuru ona istinad edən elmi işlərin sayından asılıdır və önəmli deyil, o alım əsərin ilkin müəllifdir, ilkin mənbədir və ya sadəcə nüfuzlu bir mütəxəssisdir. Ona nə qədər çox istinad etsələr, həmin alimin avtoriteti bir o qədər çox olar.

İndi siz soruşacaqsınız ki, bəs bu deyilənlərin Google-a nə aidiyyəti var? Bütün məsələ ondadır ki, Larri Peycdə renkinq sistemini internet-axtarışı dünyasına gətirmək ideyasını meydana gəldi. O ayrı-ayrı sənədləri alimlər ilə assosiasiya edirdi, qeyd etmək lazımdır ki, ayrı-ayrı veb səhifələrə istinadlar artıq dünya hörümçək torunun kəşfi zamanı yaranmışdı: World Wide Web (WWW) – bu ixtira Tim Bernson-Li tərəfindən 1989-cu ildə edilmişdi. Yeri gəlmişkən, elə o da vur-tut bir neçə il sonra bu gün də olduqca populyar olan HTML dilini tərtib edərək hazırlamışdı.

Beləliklə, yeni sistemin sınaqlarına başlanılmış və bütün bunların sonucu olaraq, indi da bir sıra axtarış sistemlərinin hesablaşmaq məcburiyyətində qaldığı, Page Rank və ya Google Page Rank adı ilə tanınan məşhur renkinq faktoru yaranmışdır.

Bu mürəkkəb termindir. Rank – tam, ya da hissəli renkinq edilmə anlamına gəlir, Page – sözü isə gah bu parametrin Larri Peyc tərəfindən düşünülməsinə görə, ya da veb səhifə sözünün ingilis yazı variantına bənzədildiyi söylənilir.  Hər iki variantı ağlabatan hesab etmək olar, onların ikisinin də yaşamaq hüquqları bərabərdir, amma çox güman ki, yaradıcının soy adının bu məsələyə aidiyyəti yoxdur. Çünki, həqiqətən də söhbət Larri Peycdən deyil, məhz səhifədən gedir.

Page Rank sistemi axtarış prosesinin keyfiyyət səviyyəsini və gələcək axtarış saytının nəticələrinin relevantlığının demək olar ki, əlçatmaz bir həddə yüksəlməsinə gətirdi və bununla da sözün həqiqi mənasında bir inqilaba imza atmış oldu. Həmçinin də Page Rank sənədlərin gələcəkdə renkinq olunması zamanı nəinki bu və ya başqa istinadların sayını, həm də onların keyfiyyətini nəzərə alırdı.

Google Adı Necə Yarandı

Keyfiyyət isə öz növbəsində, birbaşa olaraq donor səhifəyə gələn hiper-istinadların sayından asılı olurdu. Donor istinadın öz başlanğıcını götürdüyü səhifə, akseptor isə istinadın çatdırıldığı səhifədir. Bu isə o deməkdir ki, internetdə səhifənin statik çəkisi deyilən bir anlayış meydana gəlir ki, indi məhz bu çəkiyə müvafiq olaraq adətən istinadın nisbi keyfiyyəti müəyyən olunur. Bütün bunlar Google-da cəmi bir neçə keçid ərzində öz həllini tapmışdı.

Nəticədə Peyc və Brinin ixtirası Stenfordda təhsil alan bütün tələbə kontingentinin işinə yarayır və onlar üçün axtarış vasitəsi qismində çıxış edir. İlk dəfə axtarış sistemi daha böyük kütlənin ixtiyarına 1997-ci ildə Google.Stanford.edu saytının səhifəsində verilir. Stenford Google-dan olan Page Rank texnologiyaları ilə bağlı lisenziya almaq üçün müraciət edir və bütün bununla da internet-nəhənginin bugünkü inkişaf tarixinin başlanğıcını qoyur.

Əvvəlcə bu axtarış saytını GooglePlex adlandırmaq təklif olunmuşdu, bu isə 10 üstü 100 deməkdir, yəni 1-dən sonra 100 dənə sıfır olan rəqəm, amma çox uzun olduğu üçün onlar sözü qısaltmaq qərarına gəldilər və sonda Google variantının üstündə dayandılar. Onlar bu rəqəmlə gələcəkdə axtarış sayları içərisində liderlik edəcək Google-un möhtəşəm indeks bazasının nə qədər nəhəng olacağına işarə etmək istəyirdi.

Bəs indi bu loqo dəyişmələri nəyə gərəkdir? Hər zaman biz Google-a öz stolüstü kompyuterimizdən qoşulurduq. İndi isə hər kəs Google ilə fərqli platformalardan, uyğulama və qurğulardan bağlantı qurur. Onun məhsulları istər mobil telefondan, istərsə də smartfonlardan, planşetlərdən, TV ekranlarından, avtomobil tablolarından yardım etmək üçün bizi gözləyir. Gördüyünüz kimi şirkətin loqo və brendi isə yalnız kompyuter ekranları üçün dizayn edilmişdi. Öncəki loqo 14,000 bayt idisə, indiki loqo 305 bayt olmaqla daha çok imkanlar vəd edir: Kişik g hərfi rəngli G ilə dəyişdirilmiş, Sans-serif-siz yeni şrift və Google nöqtələri yaradılmışdır. Bu Larri Payc və Sergey Brinin Google-u qurduqdan sonra brendin ilk loqo dəyişdirilməsi deyil və sonuncu da olmayacaq. Artıq loqosunda 6-cı dəyişikliyi edən brend asan, aydın, rəngli və yoldaş qalacağına söz verir.

Yaxında Google-un Bütün Məhsulları Yeni Loqo və Brend Dizaynına Uyğunlaşdırılacaq

İnternet Məhsulları

  • Google Axtarış – Milyardlarla internet saytlarda axtarış apar
  • Google Chrome – Güvən, sürət və sadəlik üçün yaradılmış brauzer
  • Bookmarks – Qısayollar və başladığın işlərə tez çatmaq giriş nöqtəsi

Mobil Telefonlar

  • Google Mobile – Google məhsullarına öz mobil telefonundan qoşul
  • Maps for mobile –  Öz mobil telefonundan xəritəyə, yerləşdiyin yerə bax və gediş istiqamətlərini öyrən
  • Search for mobile – Harada olmağından asılı olmayaraq Google Axtarışı səninlədir

Biznes üçün

  • Google AdSense – Reklamı Google-la birlikdə et, saytın sənə gəlir gətirsin
  • Google AdMob – Uyğulamalarından pul qazan

Media

Geo

  • Google Maps – Xəritələrə və istiqamətlərə bax
  • Google Earth – Öz kompyuterində Dünya səyahətinə çıx

Özəlləşdirilmiş Axtarış

  • Custom Search – Öz toplumun üçün özəlləşdirilmiş axtarış təcrübəsi yarat
  • Google Scholar – Elmi işlərin axtarışı
  • Google Trends – Keçmiş və indiki axtarış trendlərini kəşf et

Ev və Ofis üçün

  • Gmail – Sürətli, axtarışlı email, həm də çox az tullantı ilə
  • Google Drive – Bütün bəlgələrini bir yerdə yarat, saxla və paylaş
  • Google Docs – Sənədlər yarat, aç və düzəliş et
  • Google Sheets – Cədvəllər yarat, aç və düzəliş et
  • Google Slides – Təqdimatlar aç, düzəliş et və yarat
  • Google Forms – Pulsuz sorğular yarat
  • Google Drawings – Dioqram və blok-sxemlar yarat
  • Google Sites – Websayt və güvənli wiki-lər yarat
  • Google Calendar – Öz cədvəlini planlaşdır və toplantıları yoldaşlarınla paylaş
  • Google Translate – Azərbaycan dili də daxil olmaqla 50-dən çox dildə yazı, web-səhifə və faylların tərcüməsi

Sosial

  • Google+ – Sosial paylaşmalar, internetə başqa baxış
  • Blogger – Öz yaşamını bir bloqda canlı-canlı paylaş: bu sürətli, asan və pulsuzdur
  • Google Groups – Mail siyahıları və araşdırma qrupları yarat
  • Google Hangouts – Həyatınıza girəcək dialoqlar. İstənilən zaman, istənilən yerdə, pulsuz

İnnovasiya

  • Google Code – Yaradıcılar üçün alətlər, API-lər və başqa şeylər

Bütün bunlardan əlavə olaraq Google-un Android əməliyyat sistemi və YouTube video paylaşma şəbəkəsinin sahibi olduğunu da bilirik.

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar