Dünyanın Ən Tanınmış və Ən Şanslı Uçan Aslanı

0
Dünyanın Ən Tanınmış və Ən Şanslı Uçan Aslanı

Leo Dünyanın Ən Tanınmış və Ən Şanslı Uçan Aslanıdır

Dünyanın ən tanınmış aslanı: Leo. Yüzlərlə filmdə oynadı. Kükrədiyində sizin üçün zaman durar. Gerçəkliyə ara verirsiniz. Macəraya, gözəlliyə, sənətə buyur deyərsiniz.

Görər-görməz tanıdınız, elə deyilmi? Metro Goldwyn Meyer – MGM film şirkətinin maskotu Aslan Leo. Əslində bu loqoda fərqlı dönəmlərdə bir deyil, tam yeddi fərqli aslan görəv almışdır.

Dünyanın Ən Tanınmış və Ən Şanslı Uçan Aslanı

Haradasa 100 il öncə aslan maskotu ilk dəfə işlənildiyində yaradıcı şirkət hələ sadəcə Goldwyn-dən ibarət idi. Üstəlik Slats adındakı bu aslan eləcə ətrafı seyr edirdi. Kükrəmirdi heç. Buna gərək yox idi. Çünki səssiz sinema dönəmiydi. 1917-ci illərdən danışıram. Dünyanın bu tərəfində 1-ci Dünya Savaşı davam edir. Hələ Türkiyə Respublikası qurulmamışdı. Başqa tərəfdəysə adamlar bir film yaradan şirkətin loqosunu dizayn edib, maskotunu aslan seçmək düşüncəsini yetişdirir. Biz döyüşləri bitirib, Resbublikanı qurduğumuz dönəmdə, onlar həftədə ən azı bir dənə uzun metrajlı film çəkə bilmək üçün üç ayrı yaradıcı şirkəti birləştirib Metro Goldwyn Meyer halına gətirmişlər. Metro və Meyer şirkətləri aslan fikrini çox sevmişdilər. Hətta bu fikri alıb genişləndirək, artıq səsli film dönəmi başlayır, bu aslanı kükrətdirək demişlər. Bunun üçün də kükrəməsi etkiləyici ikinci bir aslan tapmışlar: Jackie. Səsini o zamanın ən inkişaf etmiş texnologiyası olan qramofonla yazmışlar. Yəni həyatında heç gerçək bir aslan görməyən insanlığın 99,9 %-nin duyduğu ilk aslan səsi Jackie-ye aiddir. Niyə dünyanın ən tanınmış aslanı dediyimi indi anladınızmı?

Amma şöhrət göründüyü qədər yaxşı olmaya bilər, bəzən insanın başını bəlaya soxa bilər. Ya da bizim hekayəmizdə aslanın başını… Bizim aslanın şöhrətini bir marketing kampaniyasına çevirmək istəyən MGM şirkəti, aslanı ABŞ turuna çıxarmaq istəmiş. Qocaman aslanı necə gəzdirəcəkdilər? Özəl qəfəsli bir təyyarə düzəltməyə qərar vermişlər. Adına da “flying lion – uçan aslan” demişlər. Təyyarə San Diego-dan New York-a getmək üzrə havalanmış və aslanımız doğurdan da uçmağa başlamış. Amma sadəcə qısa bir ara üçün. Təyyarə Arizonanın üzərindən keçərkən yerə düşmüş. Nəysə ki, pilota da, aslana da bir şey olmamış. Mən pilotun yerində olsaydım görəsən qəfəsə bir şey olmuşmu deyə maraqlanardım. Nəysə ki, qəfəs də sağlammış. Pilot qəfəsdəki aslanın südünü, suyunu, yeməyini verib yardım axtarmaq üçün yollara düşmüş. Qəzadan 4 gün sonra bir telefona çatmış və MGM-ə zəng etmiş. Telefondakınin soruşduğu ilk sual “Aslanımız necə, yaxşıdırmı?” Bu olaydan sonra “uçan aslan”ın ləqəbini “şanslı aslan” olaraq dəyişdirmişlər. Qəzaya düşən təyyarənin parçaları hələ də eyni yerdə durur.

Dünyanın Ən Tanınmış və Ən Şanslı Uçan Aslanı

Kükrəyən aslanın məşhurluğu bu olaydan sonra daha da artmış. O qədər məşhur olmuş ki, onun animasiyalı bir versiyası da yaradılmış. O sıralar səsli filmlərin arada bir rəngli film texnologiyası da yaranmağa başlamış. MGM bu texnologiyaya uyğun olaraq loqo dizaynını yeniləmək üçün iki fərqli aslanı daha işə almış: Telly və Coffee. Bu dənəmələrin ardından Tanner və George adında iki aslan daha rəngli filmə çəkilmiş və Hollywood-un qızıl çağındakı bir çox filmin başında kükrəyib durmuşlar.

Aslanların Aslanı Leo

Yəqin ki, siz bu saydığım altı aslanı deyil də yeddincisini, yəni aslanların ən tanınmışını, aslanların aslanı Leonu gördünüz. Çünki 1957-dən sonrakı bütün MGM filmlərində bu aslan işlədildi. Gördüyünüz aslan bu ola bilər, ancaq qulaqlara qazınan kükrəməsi 1982 ilindən sonra duyulmağa başlandı. İşin maraqlı tərəfi bu kükrəmə aslan Leonun öz səsi deyil, elektronik olaraq yaradıldı. Yəni aslanımız playback edir. Holywood bu! Yuxu fabriki. Gördüklərinizə də, duyduqlarınıza da inanmayın.

İnanmayın deyirəm, çünki bu aslanla bağlı bəzi şəhər əfsanələri də var. Misalçün, öz tərbiyəçisini öldürdüyü söylənilir.

Dünyanın Ən Tanınmış və Ən Şanslı Uçan Aslanı

Ancaq bu doğru deyil. Öz tərbiyəçisini öldürmək bir yana, onu zəngin etmişdir. Tərbiyəçisindən öncə ölən Leo, birbaşa onun tərəfındən bağçasında basdırılmışdır. Aslan Avropalı olduğundan, öz məmləkətinin qaydalarına uyğun bir şəkildə məzarının başına bir şüşə ağacı basdırılmışdır. Ağacın kökləri aslanın ruhunu tutsun deyə…

Aslan fikrinin haradan ağıllarına gəldiyini hər zaman mərak etmişəm. Nədənsə o illərdə sinemayla sirk arasındakı sahə bənzərliyindən yola çıxıldığını düşünmüşdüm. Ancaq əslinda bir idman klubundan ilham almışlar. Yox, aslan deyincə ağlınıza gələn ilk klublardan deyil,  Kolumbiya Universitetinin idman komandasından … Adı “Aslanlar”mış və sloqanları da “Kükrə, aslanım kükrə!”. Kükrəyən aslan fikrini bu şəkildə alıb, heç dəyişdirməmiş eynilə uyğulamışlar. Sadəcə sloqanı dəyişdirip Latınca yazmışlar: “Ars Gratia Artis” yəni “Sənət sənət üçündür”.

Maskot olaraq seçərkən bunu düşündülərmi bilmirəm, ancaq aslan; gücü, cəsarəti, otoritarizmi simvolizə edir. Eyni zamanda günəşi və qızılı təmsil edər. Zatən MGM loqosuna düzəldilən son böyük rolikə, aslanın çərçivəsi qızıl rənginə çevrilmiş və bu halıyla Rocky 4-ün başında sərgilənmişdir.

Film sənəti və buna paralel olaraq loqonun dizaynı, texnologiyaya ayaq uydurmağa davam edir. Bu an sinema dünyasının ən gözdə texnologiyası 3 ölçülü (3D) filmlər. MGM-in aslanlı loqosunun ən yenilənmiş halında da Leonun gözündən açılaraq 3-cü ölçüyə doğru genişlənirik.

Aslan kraldır. Kükrədimi səsini, mesajını kilometrlərcə uzaqlarda duydurur. Bir film başlarkən kükrəyən bir aslan görsəniz mesaj açıqdır: “otur oturduğun yerə və izlə bu filmi”.