Pulsuz Yüklə: Adobe Photoshop üçün Long Shadow Generator

0
Adobe Photoshop üçün Long Shadow Generator Pulsuz Yüklə

Adobe Photoshop üçün Long Shadow Generator Pulsuz Yüklə

Websaytların dizaynında trend bu sahənin inkişafı ilə eyni sürətdə irəliləməkdədir. Aylar öncə sadə cizgili dizayn (flat design) dəb halını almağa başlamışdı. Doğurdan da, olduqca sadə – yalnız cizgilərdən ibarət ikonlar, düymələr, şəkillər gözlərin lazımsız yerə yayınmasının qarşısını alırdı. Ən əsası isə, olduğundan daha böyük görkəm verərkən daha yüngüldür və mobil qurğular üçün olduqca asanlıqla uyuşur. Mən düşünürdüm ki, görəsən daha bundan sonra dizaynda hansı trend ola bilər ki?!

Budur, Yeni Trendi Qarşılayın: Long Shadow Design (Uzun Kölgəli Dizayn)

Long Shadow Design - Uzun Kölgəli Dizayn

Long Shadow Design – Uzun Kölgəli Dizayn

İndi isə qrafik dizaynda yeni trandin çağları başlamışdır: Long Shadow Design (Uzun Kölgəli Dizayn)

Mən cizgili dizaynı (flat design) bəyəndiyimə görə bunu da əvəzsiz yenilik kimi qarşıladım: bu cizgili dizayna sanki 3D effekti verir. Baxışların istənilən önəmli əşyalara yönəlməsinə yardımçı olur. Yenə də həmişə hər yerdə uzun kölgələrdən istifadə olunması yorucu ola bilər. Buna görə də bu effektlərdən əsasan loqo və kiçik ikonlarda istifadə olunması daha məqsədəuyğun görsənir.

Bir necə örnək əsasında özünüz qiymət verin:

Ev Səhifəsi - Homepage

WEB-in Ev Səhifəsi – Homepage

Info - Məlumat

Info – Məlumat

Sitemap - Saytın Xəritəsi

Sitemap – Saytın Xəritəsi

Facebook Səhifəmizi Bəyən

Facebook Səhifəmizi Bəyən

Adobe Photoshop CS6 və CC üçün Long Shadow Generator

Long Shadow Generator bir tıklama ilə Adobe Photoshop üzərindən uzun kölgə effekti yaradan bir artırmadır. Öz dizaynınıza bir az ölçü əlavə etmək istədiyiniz zaman bu mükəmməl alət tipik açılan kölgələrdən istifadə etmədən bir xətt boyu uzun kölgə yaradacaqdır. Bu effektin web dizaynerlər üçün saytlarla iş zamanı çox yararlı olacağını düşünürük.

Siz bu proqramın köməyilə kölgənin istiqamətini, qeyri-şəffaflıq və uzunluğunu dəyişə, eləcə də qara və ya ağ kölgələr yarada bilərsiniz. Long Shadow Generator Adobe Photoshop CS6 və CC ilə işləyir və tamamilə pulsuzdur.

Adobe Photoshop CS6 və CC üçün Long Shadow Generator alətini buradan tamamilə pulsuz yükləyə bilərsiniz: Long Shadow Generator (Free Download)

Uzun kölgəli dizayn trendini bəyənirsinizmi? Görəsən web-dizaynda bundan sonra hansı trend gələcək? Fikirlərinizi rəylərdə bildirməyi unutmayın.