İşləyərkən musiqi dinləmək olarmı?

İşləyərkən musiqi dinləmək olarmı?

İşləyərkən musiqi dinləmək olarmı?

İşdə çalışarkən müsiqi dinləmək olar? Musiqi sizin faydalılığınızı artırır, yoxsa konsantrasiyanınızı düşürür? Musiqini çox sevən biri olaraq inanın ki, sizə tam dolğun bir cavab vermək istərdim. Ancaq 2016-cı il üçün bu suala veriləbiləcək müsbət, ya da mənfi, qısa və tam bir cavab yoxdur. Hansı durumlarda nə cür musiqi dinləyə biləcəyimizlə bağlı bir çox önərmələr var. Gəlin indi bunlara bir qulaq verək.

Hər qarma-qarışıq problemin ən azından bir dənə açıq və asan bir cavabı vardır və bu cavab çox vaxt yanlışdır. Ona görə sizə doğru cavablar verəbilmək üçün bəzi suallar soruşacağam.

Yeni bir şeylər öyrənməyə çalışırsınızmı?

O halda musiqini söndürün. Beyniniz durmadan analizlər edib yeni öyrəndiyi anlayışları yada salmağa və daha öncəki bilgilərlə qarşılaşdırmağa çalışarkən bir də qulakdan gələn musiqi verilənlərini çözməyə çalışırsa ona öncəlik verməyə başlaya bilər. Daha öncəki bir bloq-yazımızda “Eyni anda neçə işe birdən yönələ bilərsiniz?” deyə soruşmuşdum ha. Elə bu tam da onunla bağlı olan bir mövzu.

Tələbəsiniz və dərs çalışırsınızmı?

O halda musiqini söndürün. Sonunda siz də yeni bir şeylər öyrənirsiniz. Bu məsələylə bağlı belə bir araşdırma var. Dərs çalışan tələbələri qruplara ayırıb kontrollu sınaq aparmışlar. Bir qrup səssiz bir yerdə çalışarkən, bir qrupa çalışarkən sevdikləri musiqini, başqa bir qrupa da sevmədikləri musiqini dinlətmişlər. Bir qrupa da ən böyük işgəncəni etmişlər. Çalışarkən yanlarında birisi durmadan onlarla danışmış. Sonuçda nə olmuş bilirsinizmi? Səssiz yerdə çalışanlar daha uğurlu olmuş. Daha da maraqlısı başqa qrupların hamısı da bir-birinə bənzər ölçüdə uğursuz olmuşlar. Yəni yeni bir şey öyrənməyə çalışarkən sevdiyiniz, ya da sevmədiyiniz musiqi heç fərq etmir. Səssizlik daha yaşıdır. Ancaq bunun bir istisnası ola bilər.

Çalışdığınız yer gurultuludurmu?

O halda musiqini açın. Ancaq mümkünsə sözlü olmayan, yəni instrumental bir musiqi. Gurultulu yerlərdə yandan qarmaqarışıq səslər gəlir. Onda beyniniz onları ayrı-ayrı  çözərkən enerji işlədir. Halbuki o enerji sizə konsantrasiya üçün gereklidir. Gurultunun bir yan təsiri daha var. Stres hormonu olan kortizol yaradılmasına səbəp olur. Dopamin seviyyənizi düşürür. Bu hormon dəyişiklikləri də prefrontal korteksinizə pis təsir  edər. Belə bir durumda sakitləşdirici bir musiqi dinləmək çalışmağınıza yaxşı yöndə qatqı sağlaya bilər.

Təkrarlanan bir iş üzərində çalışırsınızmı?

O halda musiqini açın. Təkrarlanan bir iş deyincə təkcə fabrikdə istehsal dəzgahında bütün gün eyni işi görməkdən danışmıram. Yeni bir şey öyrənmədiyiniz, zatən bildiyiniz bir məsələ üzərində gördüyünüz çalışmalardan söz edirəm. Bunun kimi durumlarda musiqi sizin performansınızı artıra bilər. Deyək ki, cərrahsınız. Taxın qulaqlıqları qulağınıza. Alın əlinizə neştəri. Açın belə gözəl bir musiqi… Gerçəkdən. Aparılan bir araşdırmaya görə musiqi, cərrahların belə performansını artırırmış. Cərrahlara kiçik bir xatırlatma, içəridə qulaqlıq unutmasaq yaxşı olar.

Maşın sürürsünüzmü?

O halda musiqini açın, amma sözlü bir musiqi açdınızsa siz də mahnıya yoldaşlıq etməyə çalışmayın. Çünki yenə aparılan başqa bir araşdırmaya görə maşın içində mahnı söyləmək sürücünün idarəetmə qabiliyyətini zəyiflədirmiş.

Çalışarkən yeni bir musiqi dinləyirsinizmi?

Dinləməyin. Zatən musiqiçiyə də ayıb olar. İçində surpriz və yenilik faktoru olan hər cür aktivlik beyninizin marağını çəkər. Dopamin hormonunun yaradılmasına səbəp olar. Bu da sizə bir dərəcəyə qədər keyf verər. Amma sonrasında keyf verdiyi üçün beyniniz onunla daha çox maraqlanmağa başlar. Bu da çalışmaq üçün gərək olan konsantrasiyanızı pozar.

Yaxşı, nə zaman musiqi dinləyək?

Çalışmadan lap öncə. Doğru seçilmiş bir musiqi ruh halınızı dəyişdirər. Sevincli və enerjili duymağınızı sağlayar. Sizi görəcəyiniz çalışmaya hazırlayar. Hətta bəzi şirkətlərin çalışanlarına başlamazdan qabaq mahnı söylətdiyi də bilinir. Hər nə qədər mən çox sevərək dinləsəm və bir çox uzman tərəfindən tövsiyyə edilsə də sadəcə klassik musiqi, Bethoven, Motsart deyil, musiqinin her cürü bu təsiri verə bilər. Çalışmağa başlamazdan, bir işə girişməzdən öncə özünüzə yaxşı bir motivasiya musiqisi seçin. İşe yarar. İnanmırsızsa bu dəqiqə yoxlayın. Bunu dinləyin!

Əminəm, sizlərin də bu məsələdə söyləyəcək çox sözü, çalışma öncəsində dinləmək üçün önərəcəyi çox nəğməsi vardır. Haydı açıqlama yazın, paylaşın və sonra hamımız birlikdə dinləyək.


İşləyərkən musiqi dinləmək olarmı?

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar

1 Açıqlama

  • Yayımlandı:  July 1, 2017

    XakerMətanət

    istənilən ikinci iş birinci işin keyfiyyətini aşağı salar.

Bir Cavab Yaz