Hər bir kəs özü üçün yeni sayt yarada bilər. Bunun necə asan bir iş olduğunu bilsəniz siz də özünüzə bir sayt qurmaq fikrinə düşə bilərsiniz. Bəs vebsayt açmağa nədən başlamalı? İnternetdə hər gün minlərlə yeni saytlar yaradılır. Bunun üçün o qədər də dərin biliklərə gərək yoxdur. Sadəcə doğurdan istəmək yetərlidir. Bu bloq yazımızda isə sizə yeni sayt yaratmağın 3 fərqli yolundan danışacağıq.
WordPress, ya da Blogger ilə 100% Pulsuz Sayt Yarat
Yeni bir sayt qurmağa başlamağın ən sadə yolu WordPress.com və ya Blogger.com-dan istifadə etməkdir. Onların hər ikisi sayt və bloq yaratmaq üçün istifadə olunan internet nəhənglərdir. Beləliklə, siz tamamilə pulsuz, heç bir ödəniş etmədən (hətta qeydiyyat zamanı kredit kartınızı da göstərmədən) ilk saytınızı qura bilərsiniz. WordPress bu işdə daha böyük usta sayılsa da, Blogger Google-un məhsuludur. Hansı sizə xoş gəlirsə, ikisindən birini seçə bilərsiniz.
Sayt / Bloq yaratmaq üçün olan bu internet xidmətləri tamamilə ödənişsiz olduğuna görə bəzi məhdudiyyətlər olacaq. Misal üçün, sizin yeni saytın domen adının sonunda həmin saytların ünvanları olacaq: www.sizinsayt.wordpress.com
Başqa bir çatışmamazlıq bu ola bilər ki, siz yalnız həmin sayt yaratma xidmətlərinin qaydalarına uyğun olaraq icazə verilmiş içərilikli saytlar yarada bilərsiniz. Həm də istənilən zaman qaydaları pozduğunuzda, ya da başqa hər hansı bir səbəbdən saytınız tamamilə bağlana bilər. Qayda-qanunları isə istədikləri zaman dəyişmək hüququnu özlərində saxlayırlar.
Ən pis cəhəti isə yəqin budur ki, bu yolla yaratmış olduğunuz saytlardan kommersiya məqsədləri üçün istifadə edə (yəni ki, pul qazana) bilməzsiniz. İndi özünüz düşünün və qərar verin ki, sizə bu platformalarda tamamilə ödənişsiz sayt yaratmaq lazımdır, yoxsa yox?!
Yeni Sayt Yaratmağa Öz Domen və Hostinginlə Başla!
Əgər çox kiçik ödəniş edə bilərsinizsə, bu zaman özünüzə domen adı və hosting alın. Beləcə gələcək saytınızın 100%-lik sahibi özünüz olun. İllik ödəniş qarşılığında gələcək biznesinizi, lap olsun kiçik sayt və ya bloqunuzu heç kiminlə paylaşmağına dəyməz. .Com zonasında domen almaq üçün sizə illik 10 $ ödəniş etmək lazım gələcək. Əgər .Az zonasında domen almaq istəsəniz birinci il üçün 40 AZN, ikinci ildən başlayaraq 20 AZN texniki xidmət haqqı ödəyəcəksiniz. Hosting xidmətləri üçün ödəniş satıcıdan, saytın böyüklüyündən, xidmət səviyyəsindən və genişliyindən asılı olaraq dəyişə bilər.
İnternetdə hosting xidmətləri təklif edən şirkətlər də çoxdur. Onlardan biri olan Hostinq1.com-da həm yeni bir domen adı qeydiyyatdan keçirə bilər, həm də aylıq 3,75 $ ödəyərək limitsiz həcmdə disk sahəsi (hosting) ala bilərsiniz. Domeni hostinglə birlikdə eyni saytda qeydiyyatdan keçirdiyinizə görə onları bir-biri ilə əlaqələndirməkdən yazmırıq. Artıq sizə verilmiş Control Panel-də (İdarəetmə Lövhəsi) saytınızın domenini də seçə bilərsiniz.
Öz domeniniz / hostinginiz olduqdan sonra saytı qurmaq üçün proqramlar axtarmağa başlaya bilərsiniz. Bu işdə də sizə WordPress platforması yardım edə bilər. Bunu asanlaşdırmaq üçün demək olar bütün hosting şirkətləri one-click (bir tıklama ilə) WordPress quraşdırma təklif edir.
Saytınızı “Drag&Drop Website Builder” ilə Qurun / Yaradın
Əgər hər hansı bir səbəbdən WordPress sizin üçün çətin görsənirsə, alternativ olaraq “Drag&Drop Website Builder” platformalardan yararlana bilərsiniz. Adından da görsəndiyi kimi Drag&Drop Website Builder (ing: Çək və Burax Sayt Quran) asandır.
Əvvəllər öz saytını qurmaq üçün hər kəs veb dizayn proqramları öyrənməli, HTML kodları yazmalı və saytda nəyisə dəyişdirmək üçün FTP ilə yükləməli idi. Bu çalışmalar isə olduqca yorucu və çətin işdir.
Bu gün bütün hosting şirkətləri Drag-and-Drop Builder xidmətləri ilə sayt qurmağı da təklif edir ki, bu doğurdan da çox asandır və heç bir program öyrənməyə gərək yoxdur. Sayt yaratmaq üçün bu formada xidmətlər təklif edən platformalar arasında ən tanınmışlar: Weebly, Wix və IM Creator-dur.
Bu platformalar pulsuz olaraq drag-and-drop editor ilə təmin etmələri qarşılığında sonrakı mərhələlərdə başqa xidmətlər üçün ödəniş istəyə bilərlər. Misal üçün, pulsuz hosting xidməti göstərdiyi saytların aşağısından onların saytına keçidi silmək üçün, 2-ci saytı qoşmaq üçün və öz domeninizi artırmaq üçün ödəniş tələb edəcəklər.
Bu 3 platformadan hansını seçsəniz çox asanca və tezliklə öz saytınızı qurmağa başlaya bilərsiniz. Öyrənmək üçün çox şey yoxdur: çək-burax prinsipi ilə işləyən bu sistemlərin hər birində sayt qurmaq olduqca asandır.
İndi İlk Saytımı Necə Açım ki, İnternetdə Tam İşləməyə Başlasın
İndi siz sayt və blog yaratmağın 3 ən sadə yolları ilə tanış oldunuz. Bu çıxış yollarından hər hansı birini seçib öz saytınızı qurmaq üçün işə başlaya bilərsiniz. Əgər indi sayt yaratmaq fikrinə düşmüsünüzsə mən sizə WordPress/Blogger-dən başlamağı məsləhət görürəm. Ya da “drag-and-drop builder” təklif edən platformaları da yoxlaya bilərsiniz, çünki onların hər biri xidmətin keyfiyyətinə, programların işləmə prinsipinə baxmağınız üçün ödənişsiz planları var.
Saytı qurmağın ilk addımları ilə tanış olduqdan sonra Domen və Hosting alaraq öz saytınızın tam sahibi olmağınızı məsləhət görərdim. İndi nəysə yaratmaq üçün növbə sizindir!
yoxdur
Görəsən bu hansı sualın cavabıdır? ;) ya da yarımçıq düşüb
sarh yoxdu sadece sayt
Salam doslar mene kim sayit acmaqi oyreter
ne oldu bes
Mən nece açım sait
1. Domen (10$) və hosting (33$ / illik) alın: https://hostinq1.com/shared-services/compare-all/
2. Qeydiyyat zamanı yüklənmiş CMS kimi WordPress seçin.
3. Emailinizə gəlmiş istifadəçi adı və parolun köməyiə admin panelə girin.
Sayt artıq açıqdır, qalır yazıb-yaratmaq…
Hostinq1 saytina girirem men orda neyi secmeliyem? Cox sey gelir adam bas acmir casib qaliram. Xahis edirem domen yaratmaq ve hostinq nece almagida izahli videosun cekesiz.
Gülnar xanım, sizin çətinliyiniz nədədir, bəlkə onu yazasınız. Çünki, qeydiyyatdan keçəndə doğurdan da çox damaları doldurmaq lazımdır. Ancaq ingilis dilini bilənə Name/Surname/Address/Country/Email/Phone Number/ZIP Code kimi suallara cavab yazmaq çətin olmamalıdır.
Ödənişsiz olaraq 1 aylıq hostinq xidmətini trial ala bilərsiniz. Çox çətindirsə, bütün məlumatları [email protected] ünvanına yazın, sizin üçün edək.
salam men bna saa corpationun sahibiyem size ne lazimdi deyin komek edim
Sayt acmak isdyre yardmnza ehdyacim var odenwsiz olsun amama
Salam.
https://ru.wordpress.com/ saytında qeydiyyatdan keçib (pulsuz) aça bilərsiniz.
Məncə isə 33 dollar hostinq və 7 dollar domen üçün ödəyib buradan açsanız daha düzgün olar: https://hostinq1.com/
Nə sualınız olsa buyurun.
salam.sayt acmaga kim komeklik ede biler
Salam, Günel xanım. Bizim studiya sizə hər bir köməkliyi (məsləhətlər, anlatmaq) ödənişsiz göstərməyə hazırdır. Professional sayt istəyirsinizsə də bizə yazın: web @ web.com.az
Mende acmaq isdeyirem sayt ama alnmir
salam mende domain hosting var sayti yigmaq ucun hardan giris edim?
Salam, Nərmin x., maraqlı sualdır: Siz haradan bilirsiniz ki, sizdə domain və hosting var?
Yəni onu haradan almısınız? Hardan almısınızsa elə ordan da giriş edin.
Bəlkə bu bloq yazımız işinizə yarayar? Domen Adı Alıb Hostinq Xidmətinə Necə Qoşaq
Çətinlik varsa, web @web.com.az ünvanına yaza bilərsiniz.
Mene sayt nece acilir kim oyredecek
Nece acmaliyam sayti mene komek edin
Biz daha geniş və asan anlatılmış bloq yazana qədər istəsəniz suallarınızı, çətinlikləri web @ web.com.az emailinə yazın.
Salam cox ela
Yaxşı
Xosuma gelmedi
Cox pis
Sayt / Bloq yaratmaq üçün olan bu internet
xidmətləri tamamilə ödənişsiz olduğuna görə bəzi
məhdudiyyətlər olacaq Misal üçün, sizin yeni
saytın domen adının sonunda həmin saytların
ünvanları olacaq: sizinsayt.wordpress.com
))))) Bunu sizə kim deyir? Yəqin sizin xeberiniz yoxdu amma cpanelden sayti yukleyende. sadece directory bölməsində wp sözünü silməklə dediyiniz bu mehdudiyyət asanlıqla legv olur. Əlavə olaraq da onu da deyim ki hetda saytın footer bolmesinde (powered by wordpress ) sözünüdə silmek çox asandır və kodla yigilmiş saytdan heçcürə fərqlənmir. Özü sayt yaratmaq istəyənlər heç olmasa HTML öyrensinler. Onda daha asan olacaq
İndi bütün sayt düzəldənlər ya wordpress ya joomla vasitesi ile saytlar yaradir. Çünkü wordpress sürətli sayt yaratmaq üçün çox əlverişlidi və pulsuz. Heç bir mehdudiyyəti yoxdur amma HTML bilikleri saytınızı daha gözəlləşdirə bilərsiz.
Sualınız varsa sayt yardmaqla baglı soruşun.
Tural bəy, http://www.sizinsayt.wordpress.com WP-də açılmış ödənişsiz domendir və buna görə də wordpress.com-un silinməsi saytın yox olması deməkdir.
Ola bilər ki, siz http://www.sizinsayt.com/wordpress/ kimi URL-dan wordpress sözünün silinməsindən, ya da WordPress.org xidmətindən danışırsınız.
Biz burda HTML bilməyənlərə sayt açmağın yollarını göstərməyə çalışmışıq. Əlbətə ki, HTML bilikləri ilə çox iş görmək olar, ancaq WP bu olmadan asanlıqla sayt açmağa imkan verir.
Siz kodlarla işləyə bilmirsiz deye yaradıgınız saytlar gələcəkdə irəlləyə bilməyəcəklər və seo optimizasiya mənfi təsir göstərilər. Sayt yaradılır ki baxımlı olsun insanlar təklif etdiyiniz brendle tanış olsun və internetdən yeni müştərilər google vasitesi ile sizi tapsınlar. Amma bele siz insanlara saytlar yaradırsız. hansıki heç bir faydası olmur gələcəkdə. İşi profesianallara tapşırən həmişə. Proqramlaşdırma barədə heç anlayışı olmayanlara sayt yaratmahı etibar etməyin. Kimə məsləhət və mömək lazımdırsa kömək edə bilərəm buyurun yazın. [email protected]
Tural bəy,
sizin saytınız da WordPress.org-da yığılmışdır.
Azərbaycan dilində sayt açmısınızsa, elə saytdakı yazıları da Azərbaycan dilinə çevirin: bunun üçün Parametrlər-Əsas bölmədən Saytın dili hissəsində Azərbaycan dilini seçin.
burdan sayt ac qeyd ol
Gozel bir sayt acmag isdeyrem
Salam, Qabil bəy. Sayt açmağı kitab yazmağa da oxşadardım, ancaq daha geniş imkanlarla.. Gözəl sayt açmaq isə bu işi ən azı 2-qat gözəl edir.. Belə çıxır ki, saytdan pul qazanmağı yox, doğurdan da açılacaq saytdan insanların faydalanmasını istəyirsiz. Belə saytlar çox uğurlu ola bilər, çünki qarşısında tez reklam yerləşdirib, ya da başqa yolla pul qazanmaq tapşırığı qoyulmayıbsa (və vaxt varsa), çox işlər görmək olar. Siz sayt açmaq üçün özünüzün çox yaxşı bacardığınız sahəni seçməlisiz. Ancaq unutmayın ki, sayt açmaq eyni zamanda dizayn, programlaşdırma, kiber-müdafiə, kontent yazar, fotoqraf, marketinq və başqa onlarla bacarıq (eyni zamanda bu işlər üçün vaxt) istəyir.. Biz komandamızda istənilən addımda yardımçı olmağa hazırıq.