Seinfeld - Zənciri Qırma! Prinsipi ilə Öz Hədəfinə Çat

Seinfeld – Zənciri Qırma! Prinsipi ilə Öz Hədəfinə Çat

Həyatda uyğuladığım ən verimli prinsiplərdən ikisini paylaşmaq istəyirəm. İkincisini mən uydurdum, amma ilkini bir gülüş ustasından öyrəndim: Seinfelddən. O deyir ki: “Zənciri Qırma!”

Seinfeld 90-cı illərin ən önəmli gülüş ustalarından biridir. Öz adıyla yaratdığı televiziya verilişi mənə görə gəlmiş-keçmiş ən yaxşı standup-komediya filmidir: “Heç bir şey haqqında bir show.”

2007-ci ildə sevgili həyat yoldaşım Devletşah, Seinfeldlə bağlı bir məqalə oxuyub bunu bloqunda yazdı. Zənciri Qırmayın! O gündən bəri yoldaşımla birlikdə öz həyatlarımızda bu qaydanı bir çox sahədə uyğulamağa çalışdıq və işə yaradığını gördük. Bu uyğulanması son dərəcə asan bir prinsipdir.

Hədəfini bəlli et. O hədəfə yetişmək üçün hər gün bir şey elə. Etdikdən sonra da önünə bir təqvim al və o günün üstünə qocaman bir X qoy. Hər gün bu işləri təkrarla. Təqvimini X-larla doldur. Yan-yana gələn bu X-lardan bir zəncir düzəlt. Yeni hədəfin bu zənciri qırmamaq olsun!

Seinfeld özünə “daha yaxşı gülüş ustası olmaq istəyənlərə nə önərirsən?” deyə soruşulduğunda bunu söyləmişdi: Daha yaxşı bir gülüş ustası olmaq üçün daha yaxşı zarafatlar yazması gərəkdiyini düşünmiş və bunun üçün də hər gün yazmağa qərar vermişdi. Özünü motivasiya etmək üçün işlətdiği bu zəncir metaforu işə yaramış, onu işinə sım-sıx bağlamışdı.

Bunu uyğulamaq üçün etməyiniz gərəkənləri təkrar bir gözdən keçirək. Öncəliklə bir məqsədimiz, bir hədəfimiz olmalıdır. Misal üçün, daha sağlıqlı bir insan olacağam. Ya da daha çalışqan bir tələbə; məsləyində daha uzman, daha mədəniyyətli, daha yardımsevər biri kimi…

İstərsəniz, önümüzdəki il uyğulamaq üçün ortaq bir hədəf bəlli edək. Seinfeldin izindən gedək. Hər gün yazı yazaq. Hansı temada olursa. Nəyi yaza bilirsək. Gündəlik tuta bilərik, ya da qeydlər yaza bilərik. Oxuduğumuz, izlədiyimiz şeylərlə bağlı qeydlər tutub, başlıqlar çıxarda bilərik. Amma hər gün yazaq. 20 dəqiqəyə nə deyirsiniz? Görülməsi asan bir şey kimi görsənir, elə deyilmi? Hədəfimizi yüksək səslə bir dəfə daha təkrarlayaq: “Hər gün 20 dəqiqə yazı yazacağam.” Belə söyləyincə bir az çətin kimi gəldi, elə deyilmi? Tamam, o halda hədəfimizi dəyişdirirəm: “Hər gün 20 dəqiqə kitab okuyacağam.” Bunu edə bilən varmı? Gərçəkləşdirilməsi çox daha asan bir hədəf.

İndi sizinlə bir başqa prinsipi paylaşmaq istəyirəm. Bu prinsip tamamən mənim uydurduğum bir şeydir və adı “ikiyə böl!” Etmək üçün gözünə kəsdirdiyin hədəfi “ikiyə böl!” Edərəm dediyin şeyin yarısını et.

Buna görə hədəfimizə yenidən baxaq. Nə demişdik? “Hər gün 20 dəqiqə kitab oxuyacağam.” 20 dəqiqə nədir ki bunu rahatlıqla edə bilərəm deyirsiniz. Amma hədəfinizin çox önəmli bir ikinci parçası var, bunu “hər gün” edəcəksiniz. Hər gün. Təqvimə yeni bir X qoymaq. Bu X-lərlə bir zəncir düzəltmək. Bir gün belə X qoya bilməsəniz zəncir qırılar, unutmayın.

Budur, tam da buna görə ikinci bir prinsip uydurma gərəyi duydum. 20 dəqiqəni “ikiyə bölməliyik.” Yeni hədəfimiz “Hər gün 10 dəqiqə kitab okuyacağam.”

Hədəfimiz bəlli olduğuna görə sıra təqvimdə. Qocaman bir yeni il təqvimi alın. Hər gün görə biləcəyiniz bir yerə asın. X-lərlə quracağımız zəncir ardıcıl gözümüzün önündə dursun ki, onu qırmamaq üçün çalışaq. Təqvim tapa bilmirsinizsı, sizin üçün gözəl bir təqvim dizayn etdim. Printerdə bu təqvimi çap edə bilərsiniz. Hətta birdən çox hədəf seçib birdən çox təqvim işlədə bilərsiniz. Mənim həyatım digital, mən belə analoq/çap edilmiş işlərlə uğraşa bilmərəm deyənlər üçün “there is an app for that!”, mən iPhone işlədə bilmərəm deyənlər üçün də “Don’t Break the Chain” adında bir web sayt var. Amma sonra web saytın ünvanını unutdum, ya da evdə elektriklər kəsilmişdi, telefonuma enerji doldura bilmədim, ona görə də zəncirim qırıldı diyə çıxmayın qarşıma. Əsil məsələ “zənciri qırmamaq!”

Bu arada bəzi çalışmalar üçün dik zəncirlər qurmaq da mümkündür. Örnək, mənim hədəflərimdən biri YouTube kanalımdan “Hər Bazar bir video yayınlamaq.” Həftəlik bir iş bu, amma yenə də zəncirə dönə bilər. Dik bir zəncir.

Sonucta hər kəs oxuyub/yazır, deyilmi? Amma bu il gərçəkdən oxuyaq, gərçəkdən yazaq deyə belə bir ortaq hədəf seçdim. Siz istəsəniz hər gün 5 dəqiqə idman edin, 10 dəqiqə düşünün, ya da 20 dəqiqə səssizliyin səsindəki ağ boşluğu yaxalayın. Amma özünüzü daha yaxşı birinə çevirmək üçün o zəncirə her gün mütləq yeni bir halqa artırın və onu heç qırmayın.

Qeyd: Hədəfinizi bəlli edib “Zənciri Qırma Təqvimi”nə artırdıqdan sonra fotosunu çəkib mənimlə paylaşa bilərsiniz. Baxaq kimlər ən uzun zənciri quracak?

ZƏNCİRİ QIRMA TƏQVİMİNİ ENDİRMƏK ÜÇÜN TIKLAYIN!

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar