Axtarış Sistemlərinə Optimallaşdırılmış Dizaynda Sayt Açmaq

0
Axtarış Sistemlərinə Optimallaşdırılmış Dizaynda Sayt Açmaq

Axtarış Sistemlərinə Optimallaşdırılmış Dizaynda Sayt Açmaq

Baxmayaraq ki, hazır saytı axtarış sistemləri üçün optimallaşdırmaq mümkündür, sayt açmaqdan öncə SEO komponentlərin dizayna uyğunlaşdırılması daha effektiv olar. Fərqi yoxdur saytı özünüz dizayn edirsiniz, hazır şablondan yararlanırsınız, yoxsa ki, bizin WEB Dizayn Studiyada sifariş edirsiniz, websaytların SEO-su haqqında baza biliklərinə sahib olmalısınız. Başdan saytı elə dizayn etmək lazımdır ki, o həm ziyartəçilər, həm də axtarış motorları üçün optimallaşdırılmış olsun. Buna görə yaxşı olar ki, sayt açmağa başlamazdan qabaq aşağıdakı 8 məsələyə diqqət yetirəsiniz.

Domen Adı və URL Ünvanlarını Düzgün Seçin

Sayt açarkən onu axtarış sistemlərinə optimallaşdırılması (başqa sözlə SEO) işləri domen adı seçməkdən başlanır. Domen adının qısa, yaddaqalan, açarsözlərini özündə daşıyan olması saytın axtarış sisteminə optimallaşdırılmasını önəmli dərəcədə asanlaşdırır. Hələ köhnə domenlər (çoxdan açılmış) yeni domenlərə nisbətdə daha avantajlıdır. Uğurlu domen adı seçmək üçün öncəki bloq yazımızı oxumağı unutmayın.

Domen adı alıb sayt açmağa başladıqda ilk görülməli olan işlərdən biri də saytın URL strukturunun düzgün formalaşdırılmasıdır. Saytın hər bir səhifəsinin URL ünvanı onun içəriliyindəki (content) yazıları başlıq kimi tam əks etdirməlidir. Qısa olmasında fayda var, ancaq tərkibində açar sözlərinin də yer alması səhifənin SEO-su üçün yaxşı olacaqdır. Bir neçə sözdən ibarət URL ünvanlarında aşağı xətlərin yerinə defis işarəsi qoyun.

Əlbəttə ki, dinamik URL əvəzinə static URL ünvanları hər ikisi – həm ziyarətçilər, həm də axtarış motorları üçün daha anlaşılan olacaq. Buna görə də məzmunu tam əhatə edəcək və başlıqdakı açarsözlərindən ibarət mümkün qədər qısa ünvan yazın. Misal üçün,

  • Dinamik URL ünvan: web.com.az/?bloq=62742
  • Statik URL ünvan: web.com.az/axtaris-sistemlerinə-optimallasdirilmis-dizaynda-sayt-acmaq

Saytın Açılmasını Sürətləndirin

Normal bir saytın kompyuterdən açılma surəti 3, mobil telefondan isə 5 dəqiqə olmalıdır. Bu sürət şəkillərin düzgün optimallaşdırılması, CSS və JavaScript faylların minimallaşdırılması, brauzer caching və sıxlaşdırma funksiyasının işlədilməsindən asılıdır. Saytın açılma sürətini yoxlamaq üçün WebPageTest, ya da Google-un öz  PageSpeed Insights alətindən yararlana bilərsiniz.

Saytı hələ açmamısınızsa, daha doğrusu yerləşdirmək üçün web-hosting xidməti seçməmisinizsə bir daha araşdırma aparmaqda fayda var. Əlbəttə ki, yerləşdiyi serverin işləməsində problem olan saytlar daha gec açılar. Ya da qısa fasilələrlə açılmasında çətinlik olarsa axtarış sistemləri işləmir kimi qəbul edə bilər. Həm də serverləri Azərbaycanda yerləşən saytlar yerli (local) axtarış nəticələrində daha yaxşı dəyərləndirilir. Ancaq yenə də Bakıda keyfiyyətli hosting xidməti tapmağın mümkünsüz olduğuna görə biz beynəlxalq hosting provayderlərinə üz tutmalı oluruq.

Sayt Naviqasiyasını Sadə və Rahat Qurun

Websaytın naviqasiyası insanlar üçün mümkün olduğu qədər asan olması Google üçün də önəmlidir. Hər ikisi – ziyarətçi və axtarış sistemləri saytın istənilən səhifəsinə ən çoxu 3 addımla yetişə bilməlidir. Bütün səhifədən başlanğıca, bağlı olduğu bölmə və alt-bölmələrə, önəmli səhifələrə keçid olmalıdır.

Saytların əsas menyusu əsasən yuxarıda eninə, ya da solda yuxarıdan aşağıya doğru dizayn edilir. Başqa yaradıcı fikirlərlə yaradılmış menyular özəl görünüşlə birlikdə həm insanlara, həm də axtarış sistemlərinə nəyin harada olduğunu anlamaq üçün əlavə çətinlik və vaxt itkisi gətirər.

Saytın Açılmasını Gecikdirən Hər Şeyi Silin

Saytın açılma sürəti SEO üçün çox önəmlidir. Ağır həcmli hər şey – böyük ölçülü şəkillər, musiqi pleyerləri, video fayllar, flash qrafiklər və lazımsız qoşmalar (pluginlər) saytın geç açılmasına gətirib çıxarır.

Saytı Responsive (Mobil Uyğulamalı) Dizayn Edin

Ziyarətçilərin hansı qurğudan – kompyuter, planşet, yoxsa smartfondan girməsindən asılı olmayaraq saytın tam və düzgün açılması üçün onu responsive (ya da başqa sözlə desək, mobil uyğulamalı) dizayn etməlisiniz. Mobil uyğulamalı saytlar SEO-da uğur qazanması ilə yanaşı həm də ziyarətçilərin işini asanlaşdıracaq. Saytın mobil versiyası da bu işi görə bilər deməyin, çünki hər iki versiyaya zaman itirməkdənsə bir dəfə responsive dizaynla sayt qurmaq yaxşı olar.

Saytınızı Sosial Media Platformalarına İnteqrasiya Edin

Sosial şəbəkələr vaxt itkisidir deməyin, çünki Google social şəbəkələrdə bizdən daha çox vaxt itirir. Əsasən Facebook, Twitter və GooglePlus paylaşmalarının nə qədər diqqətə alındığını axtarış nəticələrindən görmək olar. Buna görə saytın bütün bloq yazıları və məhsul səhifələrində asanlıqla paylaşma etmək üçün sosial şəbəkələrin düymələrini quraşdırın. Beləcə saytın SEO backlinklərinin sayı artar, internetdə yayılmaqla daha çox insanın qarşısına çıxar, kiminsə yaddaşında qalır, yaxşı tanınar, müəlliflik göstəricisi yüksələr və haqqında danışılan mövzu kimi qəbul edilər.

Saytdakı Foto və Başqa Qrafik Şəkilləri Optimallaşdırın

Websayt dizayn edərkən şəkillərin normal görsənməsi  üçün yetərli olan ən minimal ölçüyə gətirin. Bu saytın açılmasını sürətləndirməklə yanaşı, axtarış sistemlərində istifadəçi rahatlığı göstəricisini yüksəldər.

Şəkillərin adında anlamsız, heç bir məna daşımayan kodlar yazmaqdansa, insanların oxuyabiləcəyi və axtarış sistemlərinə optimallaşdırılması üçün açar sözlərini işlədin. Şəkillərin metadatalarını da yazmağınız böyük üstünlük ola bilər. Bununla da bitmir. Bütün foto və şəkil qrafiklərinin alt HTML əmrlərini də yazmağı unutmayın. Saytın loqosunda, header (başlıq) şəklində, düymələr və başqa qrafik şəkillərin alt açıqlamasında açarsözlərindən istifadə edin.

İstifadəçilər və Axtarış Sistemləri üçün Sitemap-lər Hazırlayın

Hər ikisi – həm istifadəçilərin saytda gəzintisini asanlaşdırmaq, həm də axtarış sistemlərinin saytın bütün səhifələrini asanlıqla oxuması üçün XML sitemap-lərin hazırlanması lazımdır. Əgər saytı WordPress üzərindən qurmusunuzsa  HTML Page Sitemap və Google XML Sitemaps qoşmaları (plugin) ilə bunu asanlıqla edə bilərsiniz.

Saytınızı açıb dizaynını doğru-düzgün işləyib bitirdikdən onu sonra axtarış sistemlərinə göndərin. Link-building və SMM məsələrinə zaman ayırın. Beləliklə, saytınızın müəlliflik göstəricisi artacaq və zaman keçdikcə axtarış sistemlərindən daha yüksək nəticələr əldə edəcəksiniz.