2018-ci ildə Texnologiyada Dizayn Trendi

2018-ci ildə Texnologiyada Dizayn Trendi

Son illərdə texnologiya dünyasında nə kimi dəyişikliklər oldu deyə düşündüyünüzdə ağlınıza gələn ən önəmli dəyişiklik nə olar? Mənim ağlıma o saat hər şeyin rəqəmsallaşmağa başladığı gəlir. Günlük həyatda ən çox işlətdiyimiz şeyləri bir düşünək. Oxuduğumuz kitablar rəqəmsallaşdı, yazdığımız dəftərlər rəqəmsallaşdı. Dinlədiyimiz musiqi, izlədiyimiz film rəqəmsallaşdı. Rəqəmsallaşan hər şey bizi ekranlara bağladı. Bu ekranların sayı gedərək çoxaldı; kimisi qonaq otağımızın küncündə böyüdü, kimisi cibimizdə kiçildi. Bu bir gerçək ki, son illərdə analoq dünyalarımızdan digital olana doğru bir köç başladı.

2018-ci ilə gəldiyimizdə bu trendin yavaş-yavaş dəyişməyə başladığını görürük. Artıq nostalgiya deyəkmi buna, yoxsa digital doyumluluqmu, bilmirəm. Ancaq bu bir gerçək ki, analoqa doğru bir dəyişiklik başladı.

Geçən günlərdə bir yoldaşıma Kindle almağa getdik. Kindle bilirsiniz bir elektron kitab oxuyucu cihazdır. Mənə fərqli bir marka hədiyyə edildiyi üçün mən işlətmirəm, ancaq başlıca olaraq elektron mürəkkəb (e-ink) cihazlar dedikdə ağla Kindle gəlir. Ona görə yoldaşım məndəki cihazı gördükdə o da almaq istədi. Elektron kitabları oxumaq üçün elektron bir cihaz almaq istəsəniz nə edərsiniz? O cihazın istehsalçısı və dünyanın ən böyük elektron ticarət saytlarından biri olan Amazon.com-a girər, məhsulu satın alarsınız, elə deyilmi? Biz də belə etdik, ancaq digital deyil, analoq olan Amazon-a getdik. Belə web saytda filan deyil, bir alış-veriş mərkəzndə gerçək bir dükan. Çünki keçən il Amazon fiziki kitabxanalar açmağa başladı. Maraqlı deyilmi? Hər kəs digitala köç etməyə çalışarkən dünyanın ən böyüklərindən biri digitaldan analoqa doğru yönəlir. Amazon sadəcə kitabxanalar açmaqla qalmadı, bir də Whole Foods adında bizdəki Migrosa bənzər böyük bir market zəncirini satın aldı.

İnkişaf etməkdə olan bu yeni trendə bəziləri “O2O – Online to Offline” adını verir. Və bu trendə Amerikalı Amazonun Çinli rəqibi Alibaba da qoşuldu. “Hema” adında fiziki marketlər açmağa başladı. Bunların içində hər şey cip telefonuyla edilə bilər. “Artırılmış gerçəklik – augmented reality” uyğulamalarıyla məhsullar haqqında daha geniş bilgi almaq olur. Hətta ödəmələr “üz tanıma sistemi”ylə aparıla bilər. Dizaynerlər bu çalışmaları dizayn edərkən mümkün olduğu qədər “oyunlaşdırmağa” çalışırlar. Əslində bütün bu teknoloji yeniliklərin arxasında bir əyləncə qatı da görürük. Misal üçün, yenə Alibaba “See Now Buy Now – İndi gör, indi al” adında interaktiv bir əyləncə tamaşası qurmağa başladı. Bunu izlərkən bəyəndiyiniz gəzən bir geyimi görsəniz, o anda pulunu ödəyib ala bilərsiniz.

Təbii ki, Amazon rəqabətdə bir addım daha irəliyə gedə bilmək üçün bu dəfə Amazon Go adında yeni bir dükan konsepsiyası ilə qarşımıza çıxdı. Bu yeni konsept haradasa tamamilə analoq, tamamilə orqanik. Bildiyiniz bakkal. Təbii ki, yeni nəsil indi bakkalı da bilmir ola bilər, ancaq nəysə. Biz market deyək. Bu marketə girdiyinizdə teknologiyanı və digitalı haradasa tamamilə unudursunuz. Əlinizi qolunuzu sallayaraq içəri girirsiniz. Sadəcə girişdə cip telefonuyla özünüzü tanıtmağınız yetərlidir. Bundan sonra cip telefonunu da aradan qaldırmaq olar. Sonra da dilədiyin kimi alış-veriş et. Rəflərdən aldığın hər şey avtomatik olaraq hesabına yazılır. Fikrini dəyişdirib geri qoysan da silinir. Eynilə keçmişdə uşaq olarkən bizim bakkaldan alış-veriş etdiyimiz kimi. O zaman da biz belə bakkala gedər, biskvitimizi alıb çıxardıq. Bakkal dayı da aldıqlarımızı nisyə dəftərinə yazardı. Amazon Go-nun ən önəmli fərqi bakkal dayını da ortadan qaldırmasıdır. Onun yerinə dərin düşünmə (deep learning) alqoritmləri, sensorlar və kompyuter dəstəkli görüntüləmə sistemləri qoşulmuş hər yerə. Təbii ki, siz onları görmürsünüz. Başınızı qaldırmadıqca… Yəni artıq digital olan hər şey gözümüzün önündən çəkilməyə, adətən saxlanmağa başladı.

Fiziki bir ortalıqda digitalın bir-birinə keçməyə başladığı bir başqa ortalıq da restoranlardır. Gözəl bir axşam yeməyini daha zəngin bir təcrübəyə çevirmək üçün nə edərsiniz? İşıqları bir az azaldarsınız, fona gözəl bir yemək musiqisi qoyarsınız, filan. Tokioda Sagaya adında bir restoran bu məsələni çox daha irəli bir səviyyəyə daşımışdır. Yemək sənətiylə göstəriş sənətini birləşdirmişlər. Eyni zamanda analoq dünyayla digitalı. Süni intellekt, sensorlar və proyektorlar sayəsində masanızın üstü bir anda dənizin altına çevrilə bilir. Həm yediyiniz yemək, həm onun gətirildiyi boşqab, həm də onu yediyiniz ortalıq bir dizayna çevrilmiş durumdadır. Analoq boşqabınızın üstündəki kəpənəklərə, digital olanlar yoldaşlıq edir. Ortalıqda ekstra bir işıqlandırmaya gerək yoxdur, çünki divarların özü işıqdandır. Dörd mövsümü yaşadır. Belə bir yerdə yemək yedikdən sonra bir də üstünə Miyazakinin bir animasiyasını izləmək lazımdır.

Zaman-zaman dizayner olmaq istəyənlərdən suallar alıram. Hansı sahədə özümüzü inkişaf etdirək kimi suallar. Dizayn sözünü dar anlamda açıqlamamaq lazımdır. Məsələ sadəcə qrafik dizayndan, ya da web dizayndan ibarət deyil. Hətta dizayner olmaq, ya da olmamaqla da bağlı deyil.

Təcrübəni dizayn etmək gərəkdir. İnsan təcrübəsini. Dizaynersinizsə bunu başqaları üçün edəcəksiniz, dizayner deyilsizsə özünüz üçün. Teknologiyayla birlikdə öncə web dizaynı, sonra da mobil dizayn məsələləri gündəmimizə girdi. Bu cür dizaynlarda hər şey digital bir dünyada başlayıb digital bir dünyada bitir. Dizayn etmək üçün işlətdiyimiz Photoshop, ya da Illustrator kimi proqramlar da digitaldır, onların yardımıyla yaratdığımız dizaynlar da. Oysa artıq digital olanla analoq olan arasındakı sərhədlərin bulanıqlaşmağa başladığı yeni bir dönəmə giririk. Dizayner olanlarla olmayanlar arasındakı sərhədlər da bulanıqlaşmalı. Artıq bu dönəmdə fiziki dünyayla olan qarşılıqlı əlaqələrin dizaynını qura bilərik.

Qeydlərinizi almaq üçün digital bir uyğulama da işlədə bilərsiniz, sıradan bir dəftər də. Önəmli olan o qeydin özüdür. Yazma prosesidir. Oxuduqlarınızı fiziki bir kitabdan da oxuya bilərsiniz, digital bir kitab oxuyucusundan da. Fərq etməz. Yetər ki, özünüz üçün ən gözəl oxuma təcrübəsini dizayn edin. Gününüzün 2 saatı avtobuslarda keçirsə o zamanı digital bir kitab oxuyucuyla keçirəcək şəkildə dizayn edin. Evə döndüyünüzdə artıq daha çox ekran görmək istəmirsinizsə, bu dəfə də fiziki kitabınızı çıxarıb oxumağa başlayın.

Yeri gəlmişkən kitablar məsələsində də oxşar bir trend gözlənilir. Öncə bütün kitabların digitallaşacağını düşünürdük. Hər şey e-kitab halına gələcəkdi sözdə. Ancaq elə olmadı. İllər boyunca e-kitab satışları azaldı, fiziki kitab satışları artdı.

Düşünün. Texnologiya öncə her şeyi bir araya toplamağa çalışdı. Öncə kompyuterləri, sonra da cip telefonlarını bir İsveçrə bıçağına çevirdi. Mikrofonu, dinamiki, kameranı, ekranı, sensoru bir araya gətirdi. İndiysə bu parçaların bir-birindən ayrıldığı yeni bir dönəmə giririk. Artıq dinamikləri olan kompyuterlər, ya da cib telefonlarının yanında kompyuterləri olan dinamiklər işlətməyə başlayırıq. İnternetdə axtarış etmək üçün barmaqlarımızın yerinə artıq səsimizi də çıxardıb o dinamiklərlə danışa bilirik.

Öncə bakkal dayının önünə kompyuterli yazan kassanı qoyduq. Sonra həm kassanı, həm də bakkal dayını ortadan qaldırdıq. Ətrafımız internetə bağlanan şeylərlə dolmağa başladı: Internet of Things – Əşyaların İnterneti anlayışından söz açıram. İnternetə bağlana bilən bu əşyaların sayı 2025-ci ildə 75 milyardı keçəcək. Bu fiziki dünyamızdakı analoq insan sayının 10 qatı qədər digital cihaz anlamına gəlir. Elə bir dünyada “Görəsən kitabımı haradan oxusam”dan çox daha qarışıq bir bağlantınız olacaq texnologiya ilə. Elə bunlarla olan qarşılıqlı əlaqələrimizin dizaynını düşünmək lazımdır. Sadəcə professional anlamda deyil. Bu söylədiklərimi sadəcə dizaynerlərə, ya da dizayner olmaq istəyənlərə söyləmirəm. Həyatını dizayn etmək istəyən hər kəsə səslənirəm. Planlarınızı qurarkən belə iki ölçülü bir ekrana, ya da üç ölçülü bir gündəliyə sıxışmayın. Həm zamanınızı, həm də içində yaşadığınız məkanları dizayn edin. İşlətdiyiniz kompyuter, cip telefonu, ya da IoT qurğularını və bunlarla olan qarşılıqlı əlaqələrinizi. Digital dünyanızı analoq həyatlarınıza sağlıqlı bir şəkildə adaptasiya edə bilmeyin bir yolunu tapın. Bunun üçün teknologiyanı anlamağa, onu doğru oxumağa çalışın ki, həm həyatınızın bir parçası olsun, həm də aranızda bir məsafə yaransın. Digital dünyanın içindəki analoq varlığınız qorunsun.

2018 Teknoloji Tasarım Trendi

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar