Sənin Yazı Tipin Hansıdır? Dünyanın Ən Önəmli Şriftləri

0
Sənin Yazı Tipin Hansıdır? Dünyanın Ən Önəmli Şriftləri

Sənin Yazı Tipin Hansıdır? Dünyanın Ən Önəmli Şriftləri

Həyatınızda hər gün mütləq gördüyünüz, sizi yaxşı, ya da pis olaraq etkiləyən bir dizayn məhsulu var. Yox, mobil telefonunuzdan danışmıram. Bu elə bir dizayn məhsuludur ki, əgər kompyuterlə yazı yazırsınızsa onu işlədərək əslində siz də bir dizayn edirsiniz. Seçəcəyiniz tipə görə sizi vəzir də edə bilər, rəzil də… Yazı tiplərinin rəngli dünyasına xoş gəldiniz…

Tez bir giriş edək. Doğurdan bir dizayn edən kimi davranmaq üçün bilməyiniz gərəkən sadəcə iki şrift (font) var: Helvetica ve Comic Sans. İkincisini yazının ən sonuna saxlayaq, çünki sizi vəzir edəcək olan, yaxşı bir dizaynçı kimi göstərəcək olan yazı tipimiz Helvetica. O qədər önəmli bir yazı tipidir ki, haqqında 80 dəqiqəlik bir sənədli film çəkilmişdir. Önəmlidir, çünki işlədilməsini indi hər yerdə görə bilərsiniz: loqolarda, reklamlarda, plakatlarda…

Bu yazı tipi niyə bu qədər məşhurdur? Çünki tipoqrafiyanın istəyinə çox uyğun bir dizaynı vardır. Oxunuşlu, kəsin, asan anlaşılan. Dizaynı deyil, içərini sizə göstərir. Helvetica, Latınca dizaynerin yerlisi olsa gərək İsviçrəli deməkdir.

Bu qədər yayılmış olmasına baxmayaraq Helveticanı ilk dəfə eşidən kompyuter nəsli üçün bir açıqlama: her kompyuterə yüklənmiş olan Arial şrifti var ha.. Bax o əslində Helveticanı lisenziyasız işlədə bilmək üçün yaradılmış bir Helvetica oxşarıdır. Bütün ölçüləri Helveticanın eynisidır. Ancaq güvənlə işlətmək olması üçün 10 kişilik bir komanda tərəfindən detallarda fərqliləşdirilmişdir. İkisini ayırmaq üçün C hərfinə baxmağınız yetərlidir.

Yazı tiplərinin də bir xarakteri var. Hətta insanlar kimi cinsiyyətləri… Qalın, dırnaqsız, yəni bir az kobud kimi yazı tipləri daha çox kişi kimi görsənərkən; incə, qıvrımlı, dırnaqlı yazı tipləri qadın kimi olaraq qəbul edilir.

Yaxşı, bəs bu dırnaqlı-qırnaqsız nə deməkdir? Dırnaqlı şriftlərin adətən əlləri-ayaqları, omuzları vardır. Dırnaqsız olanlar düzdür. Gənəl olaraq uzun mətinlərdə dırnaqlı şriftlərin oxumağı asanlaşdırdığı qəbul edilir. Dırnaqsız olanlara daha qısa olan başlıqlarda, çox kiçik yazılarda və digital ekranlarda tərcih edilir.

Courier üçün kitabxanaçıların işlətdiyi ciddi bir yazı tipidir və yararlansanız inək kimi görünə bilərsiniz deyirlər amma Hollywood üçün bir senariya yazmaq istəsəniz bundan başqa bir yazı tipi işlədə bilməzsiniz. Senariya standartı Courier 12 puntdur. Çünki bu şəkildə yazılan bir səhifə senariyada üç aşağı beş yuxarı, hardasa bir dəqiqəlik görüntüyə bərabərdir.

Kino dünyası üçün senariya yazmaq yerinə afişa dizayn etmək istəsəniz işlədəcəyiniz şrift təbi ki, Trajandır. Haradasa posterlərin yarısından çoxunda bu şrift işlədilir.

Yol lövhələrində hamısı böyük hərflə yazılmaz, çünki yüksək sürətlə gedərkən kiçik hərflər daha yaxşı oxunandır.

Əgər kompyuterlə yazı yazanlardansınızsa yəqin ki, yazı tipiniz Calibri-dir. 8 ildən daha uzun bir vaxtdır yazı yazırsınızsa keçmiş sevginiz Times New Roman-dır. Dırnaqsız şriftlər dünyasında Helvetica nə qədər məşhurdursa, dırnaqlı şriftlərin dünyasında Times New Roman da o qədər məşhurdur və əslində İngilis qəzeti The Times üçün ta 1931-ci ildə dizayn edilmişdir.

Dünyanın ilk şriftini əslində mətbəəni də icad edən Gutenberg dizayn etmişdir: 1455-ci ildə çap edilən ilk kitab olan İncil üçün dizayn edilmiş və dik hərflərdən toplanmış bir şriftdir. Şriftlərin bu xarakterliliyinə, yəni dik yazılımına “Roman” adı verilir. 1500-cü illərdə mətbəəçilik işinə İtalyanlar da girir və əl yazısına daha çox bənzəyən yatıq xarakterli şriftləri dizayn edirlər. Nə üçünmü? Çünki bu şəkildə eyni səhifəyə daha çox yazı sığa bilər. Dolayısıyla bu tərz şriftlər işlədildiyində kitabın səhifə sayı azalır, qiyməti ucuzlaşır. Yatıq yazı xarakterini icad etdikləri üçün buna da İtaliyadan anlamında “italik” adı verilmişdir.

Xarakterləriylə yanaşı şriftlərin bir də psixologiyasının olduğu deyilir. Mənə yazı tipini söylə, sənə hansı xarakterdə olduğunu söyləyim:
Times New Roman: Güvənilən
Bodoni: Etkiləyici
Georgia: Sayğılı
Garamond: Əzimli
Baskerville: Ənənəvi
Helvetica: Universal
Verdana: Təmiz
Arial: Modern
Century Gothic: Obyektiv
Calibri: Stabil
Rockwell: Cəsur
Courier: Güclü
Museo: Modern
Clarendon: Sağlam
Bevan: Ehtişamlı
Lobster: Feminen
Zaphino: Seçilən
Pacifico: Yoldaş canlısı
Lucida: Çaşdıcı
Brush Script: Yaradıcı
Infinity: Özəl
Eurostyle: Modaya uyğun
Majaram: Stil sahibi
Matchbook: Kəskin
Politica: Zəki

Gələk şrift dünyasının yaramaz uşağına. Başqa bütün şriftləri indi unuda bilərsiniz. Helvetica-dan sonra bilməyiniz gərəkən ikinci önəmli şrift: Comic Sans. Dünyanın ən qalmaqallı, incə xarakterli, sevilməyən, itici şrifti. Buna baxmayaraq bir o qədər də yayılmışdır. Profesional araşdırmaçılar bu şrifti hər gördüyündə sinir krizisləri keçirməyə başlayır. Hətta bəziləri o qədər irəliyə getmiştir ki, şriftin yasaqlanması üçün bir web sayt açılmışdır: Ban Comic Sans (Comic Sansı Əngəllə). Biraz abartmışlar sanki.

Yazı çatdırılmasının təməli və gördüyünüz kimi yazı tipləri bunu doğrudan etkiləyir. Hamımız yazdığımıza görə ən azından yazı tipini doğru seçərək dizayna bir addım ata bilərik. yaxşı, bəs sizin yazı tipiniz hansıdır? Buyurun, gecikmədən rəylər qutusunun içinə Arial şrifti ilə yazın. Daha çox işarət dilindən xoşlanırsınızsa buna basmağınız da yetərlidir.

Dizayn, texnologiya və bunların kəsişdiyi yerlərdəki sənətlə bağlı hekayələrim davam edəcək. Abunə olaraq bizi izləyə bilərsiniz.