Kiber Transformasiya (Cyber Transformation) Nədir?

0
Kiber Transformasiya (Cyber Transformation) nədir?
Kiber Transformasiya (Cyber Transformation) nədir?

Sadə dillə desək, “Kiber Transformasiya” və ya “Kibertəhlükəsizliyin Transformasiyası” məlumat təminatını gücləndirməyə və məlumat bazalarını kiberhücumlardan qorumağa kömək edən, eyni zamanda təşkilatın əməliyyat təhlükəsizliyi və başqa texnoloji infrastrukturlarındakı kritik boşluqları, çatışmamazlıqları aşkarlayan və əsaslı şəkildə aradan qaldırılmasına kömək edən vahid yanaşma modelidir. 

“Kiber transformasiya” optimal nəticələr əldə etmək üçün Strateji planlaşdırmanı vaxt və resurs ayırmağa, həmçinin kritik boşluqları, çatışmamazlıqları aşkarlayan xüsusi texnologiyalara üstünlük vermək üçün təşviq edir. Belə ki, mövcud infrastrukturun qiymətləndirilməsi, işçilərin təlimi və maarifləndirilməsi, köhnə texnologiyanın ən müasir sistemlərlə əvəz edilməsi üçün vaxt və resurs sərf edilməlidir.

Rəqəmsallaşmanın həyatımıza zamanla daha da çox nüfuz etməsi həqiqət olmaqla yanaşı, qaçınılmaz bir prossesdir. Biz media və rəqəmsal platformalar vasitəsilə alış-veriş edir, işləyir, şəxsi məlumatları saxlayır, hətta dünyanın müxtəlif ölkələrində yaşayan insanlarla ünsiyyət qururuq. Bu səbəbdən, rəqəmsallaşan həyatımızın mühafizəsinə ciddi diqqət ayırmalıyıq.

Rəqəmsal Müdafiə

Təşkilatların yol verdiyi ən böyük səhvlərdən biri, kiber risklərin İT-nin mühasirəyə alınmış alt hissəsi olduğuna dair yanlış təsəvvürdür. Belə ki, Kibertəhlükəsizlik yalnız texniki deyil həmçinin biznes problemidir. Məhz bu səbəbdən kiber transformasiyalar inteqrativ bir prossesdir. Odur ki, yalnız infrastrukturun dəyişdirilməsi yetərli olmaya bilər, eyni zamanda biznes liderlər başda olmaqla, bütün biznes proses iştirakçılarının təşkilatdaxili davranış, düşüncə və təfəkkürününün düzgün formatda yenilənməsi və formalaşdırılması hədəflənməməlidir. Habelə, qurumdaxili mənfəət və mühafizə arasında stimullar uyğunlaşdırılmaqla hər bir biznes qərarının alınması zamanı kibertəhlükəsizliyin optimallaşdırması hədəflənməlidir.

Mövcud təhlükəsizlik modelləri reaktiv olmağa meyllidir, yeni idarəetmələr etibarsız olan köhnə İT arxitekturasına bağlandığından, hücum səthinin və kiber riskə məruz qalma ehtimalının artmasına səbəb olur.

Kiber Transformasiyasının Faydaları 

Kiber transformasiyasının faydaları

Kiber Transformasiyanın Əsas Mərhələləri

Kibertəhlükəsizliyin inkişafına birbaşa aparan yol kibertəhlükəsizlik transformasiyasının tətbiqidir. Bu isə öz növbəsində, təşkilatınızın geniş çeşidli kibertəhlükələrə qarşı proaktiv gücləndirilməsini təmin etmək üçün mühüm yollardan biridir.

Kiber transformasiyanın 6 (altı) əsas addımı var:

1-ci addım: Dəstək üzrə müqavilə ehtiyacının müəyyənləşdirilməsi

Kiber transformasiyanın təşkilatın gələcək fasiləsiz və uğurlu fəaliyyəti üçün investisiya olduğu unudulmamalıdır. Belə ki, təşkilatın kiber transformasiyasına keçid etmək məqsədilə ilk addım olaraq büdcə və daxili imkanlar qiymətləndirilərək mövcud daxili və ya xarici İT resurslardan istifadə etməsinə qərar verilməlidir.

Təhlükəsizlik xərcləri hər bir təşkilatın büdcəsinin kritik hissəsidir və proaktiv mühafizə üçün tələb olunan vəsait şəbəkənin dayanması, ransomware riskləri, beynəlxalq standartlar üzrə uyğunluq pozuntuları və uğurlu kiberhücumdan qaynaqlana biləcək xərclərdən dəfələrlə azdır. Müdafiə üçün xərclənən pul həm də maraqlı tərəflərin etibarına həmçinin indiki və gələcək aktivlərin qorunmasına investisiyadır.

2-ci addım: Zəifliklərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi

Hal-hazırda məlumatlar müxtəlif platformalarda saxlanılır və yayılır. Lakin məlumatlara giriş nöqtələrindəki bu cür sürətli artım- əməliyyatları risk altına qoyur. Habelə, Pandemiya ilə əlaqədar olaraq distant iş rejimindəki artım bir çox aktivlərin qorunmayan serverlər və şəbəkələrdən hərəkətinə zəmin yaratmışdır. Belə ki, bir şirkətin yüzlərlə qoşulma nöqtəsi ola bilər.

Hakerin düşüncəsinə görə, hər bir sistem üzrə boşluq və zəif tərəflər mövcuddur. Mövcud sistem boşluqlarınının və zəif tərəflərin proaktiv aradan qaldırılması prosesinə başlamaq – təşkilatın zəifliklərini tapmaq, nəzərdən keçirtmək və qiymətləndirmək deməkdir. Təşkilatdakı ən kritik çatışmamazlıqları müəyyən etməklə, ilk olaraq hansı zəifliklərin hədəf alındığını strateji olaraq prioritetləşdirmək olar.

3-cü addım: Prioritetlərin müəyyən edilməsi və hədəflərin qoyulması

Daxili boşluq və zəifliklərin harada olduğunu hərtərəfli başa düşdükdən sonra prioritetləşdirmə və hədəf təyini işə düşür. Uğurlu güclü (mükəmməl) mühafizənin tətbiqi kiber təhlükənin aradan qaldırılması üçün ideal həll yolu kimi görünə bilər, lakin güclü mühafizə baha başa gələ bilər ki buda öz növbəsində biznesin məhdud resursları üçün yolverilməzdir.

Diferensial müdafiə planları son dərəcə həssas və ya qiymətli aktivləri hədəf almalıdır. Spesifik hədəflərin müəyyən edilməsi şirkətlərə məlumatların ötürüldüyü kanalları daha yaxşı izləməyə imkan verir.

Uğurlu kiber transformasiya qısa müddətli – ani olan, həm də uzunmüddətli əməliyyatları vahid şəkildə sintez etmək imkanı verir. Bütün əsaslar daxil edilməklə təsdiqini tapdıqdan sonra kibertəhlükəsizliyin transformasiyası üzrə komanda üzvləri əvvəlcədən müəyyən edilmiş prioritetləri hədəfləmək üçün vaxt cədvəlləri hazırlaya və xüsusi vəzifə və məsuliyyətləri qeyd edə bilər.

4-cü addım: Daxili strategiyaların həyata keçirilməsi

Xarici komandanın risklərin qiymətləndirməsi, İT sistemlərin davamlı olaraq izlənməsi və müxtəlif həll strategiyalarının tərtibatında dəstək göstərməsinə baxmayaraq, təşkilatın işçiləri arasında kibertəhlükəsizlik mədəniyyətini inkişaf etdirmək və gücləndirmək məlumat sızmasına qarşı risklərlə mübarizədə həlledici rol oynayır.

Kiber transformasiyasının bu mərhələsi müxtəlif formalarda ola bilər və o dövri olaraq yenilənməlidir.

Təşkilat miqyasında kibertəhlükəsizlik istiqamətində maarifləndirməni gücləndirərkən aşağıdakı üsullardan bəziləri nəzərdən keçirilməlidir:

  • Təlim sessiyaları işçilərə gündəlik əməliyyatlarında istifadə edə biləcəkləri hər hansı yeni texnologiyaları anlamağa kömək edir. Bu həm də işçilərə hər hansı yeni təhlükəsizlik protokolları ilə tanış olmağa kömək edir.
  • Kitablar və virtual dərsliklər təlim sessiyaları arasında boşluqları doldurur. Eyni zamanda gün ərzində rəhbərlər yerində olmadıqda, ya yda aranan suallara cavab vermək üçün əlçatan olmadıqda, aidiyyatı əməkdaşlar təqdim edilmiş məlumat mənbələrinə istinad edilə bilər.
  • Yeni protokollar distant iş üçün istifadə olunan və daha az qorunan avadanlıqların riskini azaltmağa kömək edəcək. Məsələn, B.Y.O.D. (Bring Your Own Device) siyasətinin yaradılması distant iş prosesini sadələşdirə və effektiv edə bilər. B.Y.O.D. siyasətlərə məlumat şifrələmə standartlarının, ikili autentifikasiyanın və VPN-lərin tətbiqi daxil ola bilər.
  • Maarifləndirmə kampaniyaları işçilərə kibertəhlükəsizliyin onlar üçün hansı səbəbdən vacib olduğunu, hər bir işçinin müəssisənin təhlükəsizliyində hansı rolu oynamalı olduğunu və təhdidləri necə müəyyən edib onlara cavab verə biləcəyini öyrədir. İşçilərin təhlükəyə hazır olması və qarşısının alınmasında şəxsi öhdəliyi olmalıdır.
  • Hesabatlılıq və hesabat sistemləri işçilər fırıldaqçılıq, fişinq hücumları və ya digər kibertəhlükələrlə üzəlşdikdə kritik rol oynayırlar. Onlar təhdidlər barədə məlumat vermək üçün öz məsuliyyətlərini və öhdəliklərini başa düşməlidirlər, həmçinin potensial hücuma necə cavab verməli olduqlarını bilməlidirlər.
  • Təşkilat böyüdükcə müştərilər və satıcılar/təchizatçılarla əlaqə saxlamaq mürəkkəbləşə bilər. Bununla belə, onları məlumatlandırmaq və təhlükəsizlik protokollarındakı dəyişikliklər və ya qarşılaşa biləcəkləri mümkün təhlükələr barədə xəbərdar etmək faydalıdır.

5-ci addım: Axının qəbul edilməsi

Kiber transformasiya işi davamlı və adaptiv olmalıdır. Zaman kəsiyi həmişə qısadılmaya bilər və yol boyu yeni problemlər yarana bilər. İdarəetmə baxımından səbr və əzmkarlıq vacibdir.

Kiber transformasiyasının məqsədlərindən biri proaktiv və reaktiv kibertəhlükəsizlik strategiyalarının yaradılmasıdır. Həm insan dəstəyi, həm də süni intellekt sayəsində təşkilat müntəzəm olaraq inkişaf edən təhdidləri aşkar etməyə və onlarla mübarizə aparmağa hazır olmalıdır.

6-cı addım: Gələcək planların hazırlanması

Keçid dövründə yeni İT sistemlərinin mövcud köhnə texnologiyaya inteqrasiyası təşkilatın kibertəhlükələrə qarşı həssaslığını müvəqqətidə olsa artıra bilər. Buna görə də bu son addım həm proaktiv, həm də reaktivdir.

Ən pis ehtimal baş verərsə, aşağıda qeyd olunanlara hazır olmaq arzu olunandır:

  • Fəlakətin bərpası planı fəlakət baş verdikdən sonra dərhal qüvvəyə minəcək siyasətləri, prosedurları, alətləri, vaxt qrafiklərini və məsuliyyətləri birləşdirir. Kibertəhlükəsizlik planlarına əlavə olaraq, onlara bərpa üçün maliyyə, hüquqi yönümlü təlimatlar daxil ola bilər.
  • Kiber sığorta kiberhücumlar və onların nəticəsində məlumat itkiləri və ya pozuntuları, biznesin dayandırılması, uyğunluq problemləri və s. ilə bağlı öhdəlikləri öz üzərinə götürə bilər.
  • Vaxtaşırı patch tətbiqlərinin yüklənməsi proqram təminatını yeni saxlamaqla yanaşı onu təhlükələrə qarşı daha keçilməz edir.
  • Verilənlərin ehtiyat nüsxələri mühüm məlumatların itirilməsi, oğurlanması və ya zədələnməyə məruz qalması halında, onların nüsxələrinin təşkilatın bərpası üçün asanlıqla əlçatan olmasını təmin edir.

Məlumatların sızması ehtimalı haqqında danışmaq sistemdəki zəifliyinin göstəricisi deyil. Əksinə olaraq riskə qarşı olan hazırlığın göstəricisi kimi qəbul edilməlidir.

Kiber transformasiyanın effektiv həll yolu olmasıyla yanaşı, zəruri olmasının bir çox səbəbi vardır:

  • Kibertəhlükəsizlik üzrə reaktiv yanaşmadan proaktiv yanaşmaya keçmək istəyən təşkilatlar üçün kiber transformasiyanın tətbiqi mütləqdir. Proaktiv yanaşma hücumdan əvvəl potensial təhdidləri təxmin etmək, aktivlərə dəyə biləcək zərərləri müəyyənləşdirmək və minimuma endirməklə yanaşı qurumun ictimai reputasiyasına dəyə biləcək ziyanın qarşısnı almağa kömək edir. Belə ki, tədqiqat nəticələri kiber hücuma məruz qalmış hər hansı bir qurum müştərilərinin 57%-nin məlumatlar oğurlandıqda hakerdən daha çox şirkəti günahlandırdığını müəyyən etmişdir.
  • Kiberhücumlar yalnız varlı, iri qurumlara deyil, kiçik bizneslər daxil olmaqala yanaşı, hər kəsə təsir edir. Belə ki, məhz kiçik bizneslərin təhlükəli infrastrukturda fəaliyyətini davam etdirmək ehtimalı daha yüksək olduğundan, dinamik bazar mühitində məhz onların tez-tez hədəfə alınaraq kiber təhlükəyə məruz qalması heç də təəcüblü hal deyildir. Odur ki, məhz Kiber transformasiya kiçik biznesi kiber təhlükələrdə qorumaqla yanaşı inkişaf sürətinin artmasına kömək edə bilər.
  • Zamanla bir sıra qurumlar aktivlərinin böyük hissəsini onlayn mühitə köçürməklə, “kiber silahlanma yarışı” kimi tanınan fenomenin yəni təhlükəsizlik texnologiyalarının inkişafı ilə yanaşı, istənilmədən təhlükəsizlik tədbirlərnə qarşı çıxmaq üçün haker texnologiyalarının qarşılıqlı inkişafı və silahlanması prosesinin iştirakçılarına çevrilmiş olurlar. Odur ki, müxtəlif biznes sahələrinin inkişafda olan yeni kiber təhlükələrə qarşı hazır olmaları üçün onlar barədə daim məlumatlı olmaları vacibdir.
  • Kiber transformasiya həmçinin qurumun əhatə dairəsini genişlənmək və istehlakçıların tələblərinə uyğunlaşmaq qabiliyyətini artırmaq üçün də faydalı ola bilər. Bunu da qeyd etmək lazımdır ki, getdikcə qloballaşan mühitdə xarici tərəfləri birləşdirən təchizat zəncirləri və biznes modellərinin inkişafı səbəbindən system boşluq və zəifliklərin sayı daim artmaqdadır.
  • Əgər təşkilatınız birləşmə və ya satınalma üçün nəzərdə tutulursa, maraqlı tərəflər və investorlar qarşısında etibarlılıq və hesabatlılıq imkanlarını nümayiş etdirmək vacibdir. Kiber transformasiya əməliyyatların effektiv davamlılığını sübut etməklə yanaşı mövcud biznesin bazarda güvən qazanmasını da təmin edə bilər.
  • Qeyd etmək lazımdır ki, məlumat təhlükəsizliyinə təsir edən mütəmadi əsasda yeni qanunlar, qaydalar və uyğunluq standartları formalaşmaqdadır və bütün yeniliklər adətən yeni kiber transfromasiyalar tələb edir.
  • Beynəlxalq statistikanın bildirdiyi kimi pandemiya səbəbilə distant işçi sayının artması kibercinayətkarlıqda heyrətamiz artıma səbəb olmuşdur. Belə ki, həssas məlumatların zəif qorunan və ya şifrələnməmiş avadanlıqlar vasitəsilə əldə edilməsi onların kiber hücuma məruz qalmasını labüd etmiş olur.