Instagram alqoritmi necə işləyir? Paylaşımlarda 3 əsas kriteriya

0
Instagram alqoritmi necə işləyir? Paylaşım edərkən nəzərə alınmalı 3 kriteriya

Instagram alqoritmi necə işləyir? Paylaşım edərkən nəzərə alınmalı 3 kriteriya

Instagram-ın ölkəmizdə artan reytinqi və istifadəçi aktivliyinin yüksəlməyə davam etməsi bu platformanın necə işləməsi ilə bağlı çoxlu suallar yaradır. Hər kəs bilir ki, biz Instagram-da (həmçinin başqa sosial media platformalarında) izlədiyimiz hər kəsin və hər səhifənin paylaşımlarını görmürük. Əgər sizin izlədiyiniz şəxslərin və səhifələrin sayı bir neçə mindirsə bütün paylaşımları görmək fiziki olaraq da mümkün deyil.

Bəs Instagram bizə hansı paylaşımları göstərir? Bizə göstərdiyi paylaşımları seçərkən hansı parametrləri nəzərə alır? Instagram alqoritmi necə işləyir?

Son günlərdə Instagram rəsmiləri bununla bağlı bir neçə açıqlama veriblər. Qeyd olunan kriteriyalar Instagram-da qarşımıza hansı paylaşımların çıxdığını, həmçinin biz paylaşım edərkən kimlərin qarşısına çıxacağını müəyyən etməyimizə yardım edir.

Instagram-da Ana səhifəmizə çıxan paylaşımlar aşağıdakı kriteriyalara görə müyyən olunur.

3 əsas kriteriya:

  • Sənin maraq çevrənə uyğunluq dərəcəsi – Instagram sənin öncəki çalışmalarını analiz etməklə (hansı paylaşımları bəyənirsən, hansılara şərh yazırsan, hansı profilləri izləyirsən və b.) hansı mövzulara maraqlı ola biləcəyini təxmin edir. Və çalışır ki, sənə daha çox sırf maraqlandığın mövzularda paylaşımlar göstərsin.
  • Paylaşımın nə qədər yeni olması – Instagram alqoritminin son dəyişikliklərindən biri inanların qarşısına mümkün qədər yeni paylaşımları çıxarması ilə bağlıdır. Belə ki, son dəyişikliklərdə Instagram buna özəl önəm verib. Artıq yeni paylaşımlar keşmiş paylaşımlara baxdıqda daha çox istifadəçilərin qarşısına çıxır.
  • Paylaşan şəxslə sənin yaxınlıq dərəcən – Instagram-ın önəm verdiyi 3-cü məsələ paylaşan şəxsin səninlə nə dərəcədə yaxın olmasıdır. Bunu məyyən etmək üçün Instagram sənin o şəxsin palaşımlarına verdiyin qarşılıqları, o şəxslə bir yerdə etdiyin paylaşımların sayını və b. parametrləri hesablayır. İki oxşar paylaşım varsa sən ilk öncə daha yaxın dostunun (səhifənin) paylaşımını görəcəksən.

Bundan başqa Instagram alqoritminin işinə təsir edən başqa faktorlar da var. Bunların arasında sənin Instagrama hansı tezliklə girməyin, neçə profil izləməyin, gün boyunca ortalama Instagram-da nə qədər vaxt keçirməyin və başqa göstəricilər var.

Məsələn, sən Instagram-a gündə bir dəfə girirsənsə alqoritm son bir gündə qaçırtdığın ən maraqlı paylaşımları sənin ana səhifənə çıxartmağa çalışır. Yox, əgər gündə 5-6 dəfə girirsənsə, sonuncu dəfə Instagram-dan çıxdıqdan sonra yenidən Instagram-a girənədək hansı dəyişikliklər olub, onlara uyğun olaraq ana səhifəni hazırlayır.

Nəzərə alın ki, Instagram heç bir paylaşımı gizlətmir. Əgər sizin izlədiyiniz profillər bir gündə 5 000 paylaşım edibsə, siz Instagrama girib, dayanmadan Ana Səhifənizə çıxan bütün paylaşımlara baxsanız 5 000 paylaşımın hamısını görəcəksiniz. Sadəcə olaraq istifadəçilər adətən 30-50, ya da bir neçə yüz paylaşımı gördükdən sonra Instagram-dan çıxırlar deyə bəzən bir dostunun və ya bir səhifənin paylaşımını uzun müddət görə bilmirlər.

Instagram alqoritmi foto və ya videoya heç bir fərq qoymur. Bəzi insanlarda foto-paylaşımlar, bəzilərində isə video-paylaşımlar daha effektiv olur. Bunun da səbəbi yuxarıda vurğuladığımız faktorlardır.

Qeyd edilənləri nəzərə almaqla daha uğurlu Instagram çalışmaları həyata keçirə bilərsiniz.

Qaynaq: Orxan Rzayevin bloqu