Facebook Verifed Page – Facebookdan Doğrulanmış Səhifələr
Tanınmış biri, yerli bizneslərin və başqa qrupların səhifəsində adlarının qarşısında Facebok Doğrultması Nişanı (Verification Badge) ola bilər. Bununla da Facebook istifadəçilərə həmin səhifənin və ya şəxsin yoxlanıldığını, doğurdan da sahibinin rəsmi Facebook səhifəsiolduğunu bildirir. Əgər siz səhifədə, ya da hər hansı profildə mavi rəngdə nişan görürsünüzsə, bu o deməkdir ki, həmin səhifə ictimai şəxs, media qurumu, ya da markanın rəsmi səhifəsidir. Əgər doğrulama nişanı boz rəngdədirsə Facebook bu səhifənin doğurdan da bir biznes və ya quruma aid olduğunu təsdiqləyir.
Misal üçün, Facebookda çox sayda Mark Zukerberq (Mark Zuckerberg) adında səhifə var. Ancaq bu səhifənin qarşısında doğrulama nişanı olduğu üçün hər kəs asanlıqla onun Zakın rəsmi səhifəsi olduğunu anlayır: https://www.facebook.com/zuck
Əgər siz bir Facebook səhifəsinin adminisinizsə və səhifə təsdiqlənmə nişanını almaq üçün yetəri qədər tanınmışdırsa, bu nişanı almaq üçün səhifənin Quraşdırmalar (Settings) bölümündən Səhifə Doğrulanması (Page Verification) seçimini tapa bilərsiniz.
Facebook Səhifəsi Üçün Doğrulanma (Verified) Nişanı Necə Almaq Olar
İlk olaraq onu deyək ki, Facebookda hər səhifəyə bu nişan verilmir. Aşağıdakı kateqoriyalardan heç omasa birinə uyğun olan səhifələr sözügedən işarəni ala bilər:
- Məşhurlar
- Jurnalistlər
- Dövlət rəsmiləri
- Məşhur brendlər və qurumlar (Reklam vermək yolu ilə)
Əgər bu seçim Səhifə Quraşdırmaları bölümündə yoxdursa, deməli ki, sizin səhifəniz hələ doğrulanma üçün uyğun deyil. Bu nişanı saxta yollarla almaq qeyri-mümkündür. Səhifəni bəyənənlərin sayı isə bir o qədər də rol oynamır. Əgər sizin yuxarıdakı kateqoriyalardan birinə uyğun səhifəniz varsa, “Verified” (Doğrulanmış Səhifə) nişanını almaq üçün aşağıdakıları etməlisiniz:
- Səhifənin Haqqında (About) bölməsini hərf sayı çox olmaqla doldurmalısınız. İngiliscə yazmağınız üstünlükdür;
- Səhifənin rəsmi saytı varsa, Sayt bölməsinə artırın. Rəsmi saytın başqa səhifəsində Facebook səhifənizə keçidin olması şərtdir;
- Bir neçə dəfə səhifəni reklam etməlisiniz. Bu, Facebookun əminliyini artırır.
Şəxsi profili doğrulamaq üçünsə yoldaşlıq sorğusu göndərilərək abunəyə düşən, ya da birbaşa abunə olan izləyicilərin sayı 100.000-200.000 arasında olmalıdır. Proqramla izləyici toplasanız, doğrulanma nişanını ala bilməyəcəksiniz. Müəyyən qədər tanınmış şəxs olmalısınız.
Əgər artıq Səhifə Doğrulanması (Page Verification) seçimi yaranmışdırsa, o zaman sorğu göndərməyə başlaya bilərsiniz. Bunun üçün:
- Səhifənin lap yuxarısından Quraşdırmalar (Settings) bölümünə keçin
- Bütün (General) yazılan səhifədə Səhifə Doğrulanması (Page Verification) üzərinə tıklayın
- Bu Səhifəni Doğrula (Verify this Page), sonra isə Başla (Get Started) düymələrinə basın
- Şirkətinizin telefon nömrəsini, ölkə və dil bölümlərinə düzgün məlumatları yazın
- Mənə İndi Zəng Et (Call Me Now) basaraq Facebook-dan doğrulama kodunu almaq üçün zəng gözləyin
- 4-rəqəmli doğrulama kodunu aldıqdan sonra onu yazın və İrəli (Continue) düyməsinə basın.
Əgər hər hansısa səbəbdən siz səhifəni bir sənədlə təsdiq etmək istəsəniz Bu Səhifəni Sənədlərlə Doğrula (Verify this Page with documents instead) seçdikdən sonra lap aşağı hissədə sənəd yükləmək üçün düymə yaranacaqdır.
Səhifədə olduğu kimi profil doğrulaması üçün də eyni qayda üzrə lazım olan sənədlər göndərilməlidir. Məsələn: “CNN”, “BBC” jurnalistisinizsə, press kartınızın fotosunu göndərə bilərsiniz. “Government-issued photo ID” bölməsində sizin “verified” işarəsinə layiq olduğunuzu təsdiq edəcək sənədin fotosu olmalıdır. Bu text və ya word faylı da ola bilər. Məsələn: Saytınızın səhifəsini təsdiq etmək istəyirsinzsə, tekst və ya word formatında media qurumunuz haqqında geniş yazaraq, ya da rəsmi sənədin fotosunu çəkərək göndərə bilərsiniz. Mətnin ingilis dilində versiyasının olması daha yaxşıdır.
Facebook sizin sorğunuzu aldıqdan sonra bir neçə gün ərzində sənədləri yoxlayacaq və doğru olduğu halda (səhifədə göstərilmiş məlumatlar göndərilmiş sənədlərə uyğun olarsa) sizə 4-rəqəmli doğrulama kodu göndəriləcək.
Səhifəniz doğrulandıqdan sonra, Facebook sizə “Facebook Mentions” uyğulamasından istifadə etməyi tövsiyə edir. Əgər belə bir səhifənin adminisinizsə özünüzdə qoşulmaq üçün sorğu göndərə bilərsiniz. Bu uyğulamadan yalnız səhifəsi doğrulanmış şəxslər yararlana bilər.
Qeyd: Artıq 2 aydır ki, Facebookda Azərbaycandan göy doğrulama nişanlarının alınması üçün sorğular qəbul edilmir.