Dizaynerlər Kodlamağı, Yoxsa Kodlar Dizayn Etməyi Öyrənməlidir?

0
Dizaynerlər Kodlamağı, Yoxsa Kodlar Dizayn Etməyi Öyrənməlidir?

Dizaynerlər Kodlamağı, Yoxsa Kodlar Dizayn Etməyi Öyrənməlidir?

İllər öncə agentlikdə ən çox mübahisə etdiyimiz məsələlərdən biri “dizaynerlər kodlamağı öyrənməlidirmi?” sualıydı. Daha sonra Adobe-da dizaynerlərə yardımçı olan proqramlaşdırma parçaları üzərində çalışmağa başladıq. Misal üçün, artıq Photoshop işlədərək fotolar üzərində çalışan bir dizayner o fotonun kadrını dəyişdikdə yaranan boşluqları bir alqoritm avtomatik olaraq doldura bilir. Yəni normalda orada olmayan bölümlər bir süni intellektin yardımıyla artırıla bilər. Sizə süni intellektin dizayn dünyasını necə dəyişdirdiyi ilə bağlı çarpıcı örnəklər verəcəyəm.

2017-ci ildə Almanyanın Hamburq şəhərində açılan bu bina indi dünyanın ən böyük və akustik olaraq da ən çağdaş konsert salonlarından biridir. Onun ən önəmli özəlliyi 870 milyon avroya çatan maliyyəti, ya da bayırdan baxdıqda dalğa şəklində görünən memarı deyil. İçəridəki Escher-vari nərdivanlarla dolaşıla bilən oturma düzəni də deyil. Onun ən önəmli özəlliyini ancaq yaxından baxdıqda görə bilərsiniz. Divarlarını və tavanını örtən akustik panellər. Eynilə bir mərcan qayalığı kimi bütün salonun içini sarıyır. Bu akustik panellərdən 10000 dənə dizayn edilmişdir. Çünki hər bir panelin digərindən fərqli bir dizayna sahib olması istənilmiş. Bunun üçün 10000 dizayner çalışdırmaq yerinə 40000 sətirlik bir koddan qurulmuş özəl bir süni intellekt yazılmış. Bu süni intellekt də 10000 panelin üzərində 1 milyon kiçik hüceyrə dizayn edilmiş. Dəniz qabıqlarına bənzəyən bu hüceyrələr salonun içində yaranan səs dalğalarını akustik olaraq ən uyğun şəkildə yansıdır.

Bir çoxumuz süni intellektin yardımıyla dizayn edilən bu konsert salonunda musiqi dinləyə bilməyəcək. Ancaq alqoritmik dizaynlar biz heç fərqində olmadan həyatımızın bir parçası halına gəldi belə.

İnternetin binaları deyəbiləcəyimiz web saytları misalçün. Artıq tamamən süni intellektlə dizayn edilən bir web saytına sahib ola bilərik. The Grid adı verilən bir içərilik yönətim sistemi sizin əmrinizə Molly adında bir dizayner verir. Molly bir insan deyil. The Grid onu bir xanım süni intellekt olarak tanıdır. Gənç, yoxlamalara açıq və daim öyrənən bir kişiliyi varmış. İndidən yüz minlərcə web sayt dizayn edib. Bir web saytı dizayn edərkən bir dizayner olaraq bir çox qərar verirsiniz. Rənglər, şriftlər və təbii ki, loqonun böyüklüyü kimi (müştəriyə görə qanun olaraq hər zaman bir tık daha böyük olmalıdır). Budur, Molly-nin sadəcə son 3 ayda verdiyi dizayn qərarları qalaksiyamızdakı ulduzlardan daha çoxdur. Verdiyi hər qərarın sonuclarını da gözə alır və daha yaxşı qərarlar verməyə çalışır. Açığı mən onun bu ana qədər dizayn etdiyi web saytları elə də bəyənmədim, ancaq bir neçə il içində nə hala gəlir, onu birlikdə görəcəyik.

Süni intellektin artıq film posterləri də dizayn etdiyini bilirsinizmi? Netflix-i açdığımda hər səfərində mənə eyni filmin fərqli posterlərini göstərdiyini gördüm. Tam “Black Mirror“-un yeni sezonu çıxdı deyə sevinəcəkdim ki, anladım ki, öncəki sezonun yeni poster dizaynıymış qarşıma çıxan. Yaxşı, bir film, ya da film üçün neçə dənə poster dizayn edirlər, bu iş üçün neçə dizayner çalışdırırlar görəsən deyə bir araşdırma apardıqda anladım ki, bunların dizaynını da alqoritmlər edir. Süni intellekt milyonlarca görüntü arasından insanların ən çox diqqətini çəkəbiləcək olanları seçir. İnsanların ən çox nə diqqətini çəkir? Təbii ki, başqa insanlar. Öncə içində insan olanları ayırır. Sonra bunları tam bədən, yarı planda, ya da yaxın planda kimi kompozisiya texnikalarına görə çeşitləyir. Əgər içində heç insan olmayan bir video, ya da film olarsa bu dəfə də görüntünün içindəki cizgiləri incələyərək qərar verməyə çalışır. Ən maraqlı görüntüyə qərar verdikdən sonra bu dəfə onu yenə kompozisiya qaydalarına və insan psixologiyasına ən uyğun olacaq şəkildə kəsir. Poster dizaynında olmazsa olmazlardan biri də yazılardır. Yazıların yerini də süni intellekt seçir. Ən sonunda eyni video, ya da film üçün bir çox fərqli poster dizaynı yaratmış olur. Bunun yanında bir-birinə çox bənzəyən, ancaq kiçik fərqliliklər daşıyan versiyalar da hazırlanır və test edilir. İnsanlar bu posterlərə tıkladıqca əslində bir anlamda süni intellekti də öyrətmiş olur. O da öz dizaynına xal verir və daha sonra yaradacağı dizaynları buna görə şəkilləndirməyə çalışır.

Görüntü süni intellektiylə bir başqa örnəyi hamınız mobil telefonunuzdan işlədə bilərsiniz. Prisma uyğulaması. Əslində bu uyğulama sadəcə bir süni intellektdən ibarət deyil. Eyni zamanda üç fərqli süni neyron şəbəkəsi işlədilir. Bu sistemi yaradan Rus programçı Aleksey Moiseyenkovun söylədiyinə görə süni neyron şəbəkələri Van Gogh, Picasso kimi rəssamların sənət əsərlərini incələyir və bunlardakı bənzərlikləri, tipik özəllikləri təsbit edərək süni intellektini öyrədir. Siz uyğulamaya bir foto qoyub da bir süzgəc (filtr) seçdiyinizdə əslində o fotonun üzərində heç bir şey etmir. Bir yandan fotonu, bir yandan da sənət əsərlərindən öyrəndiyi stillərdən yararlanıb yepyeni bir görüntü dizayn edir.

Bir də davamlı dəyişən loqo dizaynı sifariş verənlər var. Brazilyanın telekom şirketinin loqosunun rəngi və şəkli ətrafındakı səslərə, ya da musiqiyə görə dəyişə bilir. Yenə bir alqoritm gerçək zamanlı olaraq ətrafını dinləyib uyğun rənkləri və şəkilləri seçərək dizaynı dəyiştirməyə başlayır. Oi, Oi, Oi.

Bənzər bir çalışma Nutella tərəfindən qutu dizaynı üçün yaradıldı. Bu dəfə süni intellekt alqoritminin işi çeşidli toxumalardan və rənglərdən qurulan bir verilənlər bazasından yararlanaraq 7 milyon dənə fərqli dizaynlanmış qab qutusu yaratmaq idi.

No Man’s Sky oyunundakı bütün görüntü elementləri də insan əli dəymədən dizayn edilmişdir. Bu ulduz sistemləri, planetlər, bu planetlərin içindəki ekosistemlər, florası, faunası və bütün strukturlarıyla kompyuter içində kompyuter tərəfindən dizayn edilmiş bir oyun dünyasıdır.

İllər öncə ən çox mübahisə etdiyimiz məsələnin “dizaynerlər kodlamağı öyrənməlimidir?” sualı olduğunu söyləmişdim ha. Artıq yeni sual bu: “kodlar dizayn etməyi öyrənməlidirmi?” Sizcə öyrənməlimidir? İndi sadəcə kodlardan qurulan bu süni intellekt irəlidə insani robotlara dönüşüncə bütün dizayn işlərini də etməyə başlarmı, nə deyirsiniz?

Bu dizaynı insanmı etdi, yoxsa süni intellektmi?