Startup nədir? sualını araşdırdıqdan sonra tanışlıq üçün 2016-cı ilin əvvəlinə Azərbaycanlıların iştirakı ilə yaradılmış və ən çox tanınmış 20 startup seçdik. Startupların sayı qat-qat çox idi və hansılarının yer almasını seçmək də çox çətin idi. Yenə də bizim bilmədiyimiz startupların olduğundan əminəm. Bizim hazırladığımız bu sıralamada başlıca olaraq KİV-də hər hansı informasiyanın getməsi, saytın işləməsi və sosial şəbəkələrdə həmin startupların danışılmasını əsas götürdük. Yoxladığımız vaxtda nədənsə bir çox startupların saytı açılmadığına görə siyahıya sala bilmədik. Hətta siyahını hazırlayıb bitirənə qədər artıq 2 startupın saytı açılmırdı. Buna görə də nə qədər gec deyil, yayınladıq. Buyurun, 2016-ci ilin əvvəlinə Azərbaycan Startuplarının ən çox tanınmışları ilə siz də tanış olun:
- NamoMedia.com – Doğma Mobil Reklam
- Azerdict.com – Azərbaycan-İngiliscə Lüğət
- Banco.az – Banklar Haqqında Hər Şey
- BethClip.com – Cloud Clipboard Sync
- Keepface.com – Influencer Marketinq Platforması
- Xercim.az – Xərclərinə Nəzarət Et
- Sup.az – Startup Sürətləndirici
- Alkredit.az – Kreditləri müqayisə et, ən sərfəlisini al!
- TexnoTrend.az – Texnoloji Yeniliklərdən Xəbərdar Olun
- Musicbeez.com – Hər Hansı Bir Mahnını Professional Müğənnidən İstə
- Mobex.az – Mobil Reklam və Marketinq Həlləri
- Appoll Ustad – Öyrən və Öyrət
- KinoTap.com – Kinoteatrlarda Göstərilən Filmlərin Afişaları
- Kitabsiz.az – Kitabsız Qalan Az Olsun
- MobChannel.com – Android Uyğulaması
- BakuParking.com – Vaxtına vəZamanına Qənaət Etmək İstəyənlər Üçün Çıxış Yolu
- Hostinq1 – Domen Adların Qeydiyyatı və Veb Hostinq Xidmətləri
- Bilboard.az – Elanınızı Hamı Görsün!
- YogaShahi.az – Bakıda İlk Yoqa Studiyası
- Shopera.az – Online Alış-Veriş Mərkəzi
2015-ci ilin sonlarından başlamış WEB Dizayn Studiyamız da startuplar sırasına daxil edilə bilər.