Bu bloq yazımızda sizin məşhur dünya şirkətlərinin loqo tarixçəsi ilə tanış edirik.
Nike
“Nike” şirkətinin məşhur loqosunu universitet tələbəsi Karolin Devidson 1971-ci ildə cəmi 35 dollar qarşılığında dizayn etmişdir.
Apple
“Apple” şirkətinin ilk loqosu 1976-ci ildə İsaak Nyutonun ağacın altında oturduğu fotoya uyğun dizayn edilmişdir. Daha sonra 1977-ci ildə rəngli alma ilə loqoda dəyişiklik edilmişdir. Günümüzdə işlədilən loqo isə 2001-ci ildə dizayn edilmişdir.
Coca-Cola
134 illik tarixi olan “Coca-Cola” şirkətinin ilk loqosu 1886-cı ildə bugünkü loqonun eynisidir, lakin ağ-qara rənglərdə olmuşdur.
1890-1891-ci illərdə şirkət loqoda dəyişiklik etdi, lakin dəyişiklik çox uğursuz oldu və satışlar azaldı.
Loqo bir il istifadə olundu və yenidən şirkət əvvəlki loqosuna geri döndü. 1958-ci ildə isə “Coca-Cola” indiki ağ və qırmızı rənglərdə olan loqosu ilə müştərilərin qarşısına çıxdı.
Nestle
“Nestle” şirkətinin ilk loqosu 1868-ci ildə Henri Nestle tərəfindən dizayn edilmişdir. Loqonun üzərində təsvir olunan balalarına yem verən quş fotosu daha sonra silinmişdir.
Starbucks
Şəkillərdə məşhur qəhvə şirkətinin loqo tarixçəsini görürsünüz.
Metro-Goldwyn-Mayer
Qısaca “MGM” adlanan şirkətin şir loqosu yəqin ki, hər birimizin yaddaşına həkk olunmuş loqodur. 1924-cü ildə günümüzdə olan texnoloji imkanlar olmadığı üçün loqonun çəkimlərində real şirdən istifadə edildiyi bildirilir. Çəkilişlər zamanı müxtəlif illərdə 7 müxtəlif şirdən istifadə edilmişdir.
Mercedes
1901-ci ildə satışa çıxan ilk “Mercedes” loqosu qara fonda ağ rənglə brendin adı yazılan loqo ilə satışa çıxmışdır.
Daha sonra 1909-cu ildə günümüzdə məşhur olan 3 guşəli loqosu dizayn edilmişdir. Bu tarixdən sonra “Mercedes” 3 guşəli ulduzu özünün brend simvoluna çevirmişdir.
Gucci
Lüks marka “Gucci” 1921-ci ildə fəaliyyətə başlayanda hazırlanan loqoda qurucusu Quccio Quccinin adının baş hərfləri əks edilmişdi. Loqo bir-birinin güzgüdə əksi olan G hərfləri şəklində dizayn edilmişdi. Logonu Qucci ailəsindən olan Aldo Qucci dizayn etmişdir.
2015-ci ildə “Gucci” şirkəti öz loqosunda kiçik dəyişiklik edərək GG hərflərini eyni istiqamətdə öz loqosunda əks etdirdi.
Shell
Balıqqulağını özünə simvol seçən “Shell” şirkətinin 1900-cu ildən yəni yarandığı gündən loqosu balıqqulağı olmuşdur. Loqoya sadəcə 1915-ci ildə qırmızı və sarı rəngləri əlavə edilmişdir.
Amazon
“Amazon” 1995-ci ildə ilk fəaliyyətə başladığı zaman mavi rəngli fonda Amazon çayının fotosunu öz loqosu kimi istifadə etmişdi. Loqonun üzərində isə “Earth’s biggest bookstore” yəni “Dünyanın ən böyük kitab mağazası” yazısı var idi.
“Amazon”un ilk kitab satışı və özünün istehsalı olan Kindle ilə fəaliyyətə başlması yəqin ki, heç kim üçün yeni xəbər deyil. Bu səbəbdən də loqoda da bu yazıdan istifadə edilmişdi.
Harley-Davidson
Tanınmış motosiklet istehsalçısı “Harley-Davidson” şirktəti isə düz 1903-cü ildən günümüzə qədər eyni loqodan istifadə edir.