Yeni İdeyanız Var? Təbriklər! Siz İşin 1 %-ni Həll Etdiniz, Qaldı 99 %
Yeni İdeyanız Var? Təbriklər! Siz İşin 1 %-ni Həll Etdiniz, Qaldı 99 %

Vizontele filmini izləmişdinizmi? Bir dəli Emin vardı ha orada… Kəndin dəlisi. Ancaq əlindən hər cür təmir işi gəlirdi. Qəribə icadlar edirdi. Dəli, ancaq “yoxsa bu adam dahidirmi” deyə düşünmədən keçə bilmirik. Elə filmin bir yerində əlində radiosuyla qaçıb durarkən kəndə ilk dəfə gələn televizor deyə bir cihazın xəbərini alır. Daha doğrusu vizontelenin. Xəbəri verən kişi ona bu icadı anlatmağa çalışarkən “radionun rəsimlisi” deyə açıqlayır. Elə bu “rəsimli radio” tanıtımını duyar-duymaz Dəli Eminin verdiyi qarşılıq unudulmazdır…

“Yalansa Şərəfsizəm, Mənim Ağlıma Gəlmişdi!”

Hansımız belə bir an yaşamadıq ki? Yeni bir tapıntını duyunca “vallahi mənim də ağlıma gəlmişdi” demədinizmi heç? Sadəcə texnoloji icadlar da deyil. Gördüyünüz bir dizaynı da siz öncədən düşünmüş ola bilərsiniz. Sənətdə də qarşınıza çıxar bu. Bir kitab oxuyar, ya da bir film izlərsiniz və çaşqın duruma düşərsiniz. Çünki o məsələ daha öncə sizin də ağlınıza gəlmişdir. Ancaq gəl gör ki, bunu söylədikdə yoldaşlarınız sizə inanmaz. Hətta kiçildici bir baxış da atarlar. Elə bu bir az uzun, ancaq sıxıcı olmayan, çünki inanılması çətin hekayələrlə dolu bugünkü videomda sizə bunun nə qədər doğru olduğunu anlatacağam.

Hə, eyni parlaq fikir birdən çox insanın ağlına gələ bilər. Gəlir də… Elm və texnologiya tarixinə baxdığımızda eyni anda edilən kəşflərə çox tez-tez qarşılaşırıq. Bu fenomenə “çoxlu kəşf” deyilir.

Bu məsələ üzərinə haradasa 100 ildir elmi araşdırmalar edilir. Baxın indi sizə daha televiziya belə icad edilmədən öncə 1922-ci ildə yazılmış bir məqaləni göstərim. “Tapıntılar qaçılmazdırmı?” başlıqlı bu məqalənin sonunda tarixdəki 148 kəşfin ən az iki insan tərəfindən edildiyi sıralanmışdı. Hətta “günəş ləkələri” kimi bəzi kəşfləri 4 insan eyni anda tapmışdır. Bir-birindən xəbərsiz olaraq.

Bu siyahıdakı ən çarpıcı örnəklərdən bir dənəsi telefonun icadıdır. Telefonu kim icad etdi deyə soruşsam təbii ki, Aleksandr Graham Bell deyərsiniz. Bu siyahıda da 1876-cı ildə onun icad etdiyi yazılır. Ancaq yanında bir ad da var: Gray. Tam adı Elisha Gray. O da telefonu 1876-cı ildə icad etdiyini söyləyir. Hətta bu iki kişinin eyni gün (tam olaraq 14 fevralda, sevgililər günündə) 3 saat arayla patent ofisinə baş vurduqlarını bilirik. Bu məqalənin yazıldığı 1922-ci ildə bilinməyən şeysə o dönəmdə daha çox sayda kişinin telefonu icad etdiyidir. Hə, o dönəmdə hətta bu patent başvurmasının edildiyi ildən çox daha öncə başqaları işlək telefon modelləri düzəltmişdi. 16 il öncə, 1860-cı ildə Antonio Meucci deyilən biri “teletrofono” adında bir cihazın patentini aldı. Ancaq adamın gərək bəxti ola. Özünün İngiliscəsi çox zəyif idi. Mən boş yerə sizə tez-tez İngiliscənizi gücləndirin demirəm ki. Ən az bir xarci dil öyrənin deyirəm. Meucci icad etdiyi şeyi dünyaya anlata bilmədi. Bundan başqa çox yoxsul idi. Aldığı patenti 10 $-a yeniləyəcək qədər belə pulu yox idi. Elə ona görə biz bu gün birisinə teletrofono etmirik, telefon edirik.

“Bəxt ola” dedim ha. Bunu sadəcə mən demirəm. Sosial psixoloq Dean Simonton icadlarda üç təməl faktorun etkili olduğunu söyləyir: daha, bəxt və zeitgeist, yəni zamanın ruhu yəni “vaxtsız banlayan xoruzun başını kəsərlər”. Parlaq bir fikrinizin olması yetərli deyildir. Bu fikrin tam zamanında gəlməsi önəmlidir. Nə çox erkən, nə də çox gec. Örnək istəyirsinizmi? Telefonun yaradıcısı kimi tanınan Aleksandr Graham Bell daha qısa şalvarla ortalarda dolaşarkən, yəni 13 yaşındaykən Frankfurtda Johann Philipp Reis adında bir müəllim (hə, soyadı rəis) oradakı elm insanlarına icad etdiyi taxta bir qulağı göstərirdi. Tapın baxaq bu qulaq nə edirdi? Başqa bir otaqda danışan kişinin səslərini tellərlə uzadaraq sizin duymağınızı sağlayırdı. Yəni rəis də telefonu icad etmişdi. Ancaq bu fikir o qədər erkən ortaya çıxmışdı ki, onu izləyənlər nə işə yarayacağını belə anlaya bilməyib, bu icada uşaqlar üçün bir oyuncaq gözüylə baxıb güldülər. Aradan 100 il keçdikdən sonra adamcığazın icadına “rəis telefonu” deyib adına pullar basdırdılar, ancaq boş yerə. Dahi tək başına yetərli deyildi. Doğru zamanda doğru yerdə də olmaq gərək idi. Əgər sən olmazsan başqa birisi orada olub eyni icadı edəcək.

Yəni icadlar bir anlamda “vaxtı gələn fikirlər” kimidir. Neptun deyə 8-ci planet olması gərəkdiyi fikri eyni anda iki kişinin ağlına gəldi. Riyaziyyatda loqarifmi iki ayrı riyaziyyatçının Napier və Brigsin icad etdiyi söylənir, ancaq onlardan 3 il öncə tapan Burgiyə nə deməli? Dünyanın bu ilk fotosunu Niepcenin çəktiyi bilinir, ancaq fotoqrafçılığı onunla aynı dönemde 4 kişi icad etmiştir. Teleqrafın icadında bu sayı 5 kişiye çıxır. Teleqrafın tellərinə quşlarmı qonar bilinməz, ancaq bir fikrin vaxtı gəlmişsə o fikir elə, ya da belə icad ediləcək. Teleqrafın tellərinə yağan yağış kimi.

Niyə belə bir bənzətmə etdim? Çünki vaxtı gələn fikirlər sanki havada sıxlaşmağa başlayır. Mədəniyyət atmosferimizdə bir fikir buluduna çevrilir. O buluda mən də baxıram, sən də baxırsan, Qaliley də baxır. Mən baxdıqda balıq görürəm, sən baxdıqda dovşan görürsən, Qaliley baxdıqda havanın istiliyini ölçmə fikrini görüb termometri icad edir. Gəlki onunkinə termoskop deyilir, ancaq üç aşağı beş yuxarı eyni şeyi, istiliyi ölçən bu aləti toplam 6 kişi icad etmişdir. Sizə daha bu məsələdə 1546 ayrı örnək verə bilərəm. Bu ana qədər təsdiq edilən çox sayda kəşf sayı budur. Elə buna görə icadların qaçınılmaz olduğundan söz edilir.

Havada bir fikir buludu varsa hər an icad yağışı başlaya bilər.

1992-ci ildə -yağışlı bir gündə- Nyu Yorkdakı kiçik bir teatrda “Frank’s Life – Frankın Həyatı” deyə bir oyun səhnəyə qoyuldu. Oyunu yazan Mark Dunn 6 il sonra sinemada “The Truman Show” adlı filmi izləyincə gözlərinə inana bilmədi, çünki öz yazdığı oyuna çox bənzəyirdi. Bu arada əgər hələ izləmədinizsə bu filmi mütləq izləyin. Baxın, bəlkə izləməmisiniz deyə teması haqqında heç bir şey söyləmirəm indi, ancaq Mark Dunn öz yazdığı teatr oyunuyla bu filmin senariyası arasında 149 bənzərlik tapmış və tabii ki, dava açmış bənim ən sevdiyim yazar və yönətmənlərdən biri olan Andrew Niccola. Yaxşı, o nə etmiş bu oğurluq iddiaları qarşısında? Filmin senariyasını 1991-ci ildə yazıb müəllif haqqlarını aldığını söyləmiş. Necə olur? Detallarını açıqlaya bilmirəm, ancaq izləyənlər bilər, gerçəkdən də heç sıradan olmayan maraqlı bir teması var filmin. Buna baxmayaraq haradasa eyni zamanlarda eyni temada bir teatr oyunu və bir film senariyası yazılır. Və aralarındakı bənzərlik tamamilə təsadüfdür. Görəsən elədirmi? Yoxsa sənət dünyasının atmosferində də ilham buludları dolaşır?

Life of Pi (Pinin həyatı) filmindən 20 il öncə Braziliyada Atlantik okeanını bir pantera ilə keçən kişi haqqında Portuqalca bir hekayə yayımlanmışdı. Bir də Harry Potterlə Larry Potter hekayəsi var ki, onu heç soruşmayın. Çünki Larry Potter o məşhur kitablardan və filmlərdən 15 ilə qədər öncə yayımlanmış yetim bir sehirbazın hekayəsidir. Ancaq bu hekayə çox az sayda və sadəcə ABŞ-da çap olunmuşdu. Harry Potterı yazan və İngiltərədə yaşayan J.K.Rowling isə kitabları yazmağa başladıkdan çox sonralar ilk dəfə ABŞ-a ayaq basmışdı. Və unutmayın, o dönəmlərdə internet daha yeni-yeni ortaya çıxırdı. Yəni bir-birilərindən görmə ehtimalları çox azdır.

İnandırıcı gəlmədimi? Madəm fərqli qitələrdə yazılan bənzər kitablar sizi ikna etmədi, o zaman bənzər silahlardan söz edək: bu gördüyünüz üfürmə borusundan. Sol tərəfdəkini bir Amazon yerlisi işlədir. Sağ tərəfdəkiniysə bir Borneo yerlisi. Biri Şimali Amerikada icad edilmiş, o birisi Cənubi Asyada. O zamanlar internetin heç olmadığını söyləməyimə gərək yoxdur, hər halda. İki uyğarlığın bir-biriylə heç qarşılaşmadığını da… Tam olaraq kimin icad etdiyini bilmədiyimiz, ancaq insanlıq üzərində çox böyük etkilər yaradan odun, təkərliyin, yazının icadı da bu şəkildə haradasa eyni dönəmdə dünyanın fərqli yerlərində gerçəkləşdi.

Adətən havada dolaşan fikir buludları, yağışlarını eyni anda dünyanın fərqli qitələrinə, coğrafiyalarına boşaltdı. Oraları suladı, yaşıllaşdırdı.

Yaxşı, bu buludların yaranmasını və yağmasını gözləmək yerinə işi sürətləndirməyin bir yolu ola bilərmi? İşi şansa buraxmaq yerinə planlı və proqramlı hərəkət edərək daha çox sayda icadlar edilə bilərmi?

Bəziləri bu suala hə cavabını verir. Misal üçün, keçmiş bir Microsoft çalışanı olan Nathan Myrvold işindən ayrılıb Intellectual Ventures deyə bir şirkət qurmuşdur. Bir çeşid fikir fabriki də deyə bilərik. Çünki fərqli dissiplinlərdən gələn insanları adətən bir fabrikin istehsal parçaları kimi bir araya gətirir və hər zaman birlikdə oturub düşünürlər. Başımıza icad çıxartırlar. Sonra da bunların patentini alıb satırlar. Hədəfləri sistemli olaraq ildə 1000 patent almaqdır.

Mənim yağış örnəyindən yola çıxaraq anlamağa çalışacaq olursaq belə düşünür olmalılar. Necə olsa bu anda dünyanın bir yerlərində yağış yağır, yəni bir fikir icada çevrilir. Əgər hər gün yağışın yağdığı yerə gedib damlaları toplasaq hər gün bir şeylər icad etmiş olarıq.

Belə düşünərək qurulan başqa şirkətlər də var. Misal üçün, Applied Minds. Qurucusunun kim olduğunu bilirsinizmi? Sizə bir videomda 10000 il çalışacaq bir saatdan danışmışdım. Elə o saat fikrini də düşünən Danny Hillisin belə bir fikir fabriki var. Bir-biriylə əlaqəsiz kimi görünən onlarca fərqli alanda yüzlərcə icadlar edirlər. Tarixdə minlərcə örnəyinə qarşılaşdığımız bu “çoxlu kəşf” olayını ən yaxşı bilənlərdən biridir özü. Hətta bunu formullaşdırmış. Huni metaforuyla açıqlayır. Dəli ağlına yerləşdirdiyimiz növdən bir huniylə.

Elektrik icad edildikdən sonra onun işıqlandırma üçün işlədilməsi fikri 10000 kişinin ağlına gəlmişdir. Yəni havada bir fikir buludu oluşmuşdur (elektriklə işıqlandırma buludu) və 10000 kişi o buluda baxdıqda bizim gördüyümüzdən fərqli olaraq “bir icad fikri” görmüşdür. Elə bunların o buludun altına bir huni qoyduğunu xəyal edin. Yağış başlayınca icad damlasını tuta bilmək üçün.

Bu 10000 kişidən ancaq 1000 dənəsi bu olacağı bir az daha irəli götürüb, “necə?” sualının cavabını verməyə çalışır. Elektriki neçə işığa çevirə bilərəm? Bağlı bir süşənin içinə bir kabel qoyaraq! Hə, 1000 kişi bunu düşünər. Ancaq içlərindən 100 dənəsi məsələni detallandırar. Necə bir kabel işlədilməli? O süşənin forması necə olmalıdır? İçindəki hava necə boşaldılmalıdır? 100 kişi bunu geniş düşünür düşünməsinə, ancaq sadəcə 10 kişi daha da irəli gedərək bunun çalışan bir örnəyini düzəldər. Bir prototip hazırlayır. “Proof of Concept” deyilən fikrin həyata geçirilə biləcəyini isbat edən bir model uyğulama düzəldər. Nitekim Swann, Latimer, Edison və Davy kimi kişilərin hazırladığı lampa prototipləri var. Ən sonunda bir kişi icadını qəbul etdirir və yayğınlaşmasını sağlar. Və bizlər də lampanı icad edən kişinin Edison olduğunu söyləyərik. Çünki dünyanı öz tapıntısı konusunda ikna etməyi bacarmış və o tapıntını yayğınlaşdırmışdır.

Bu anda sizin də başınızın üstündə bir fikir buludu var. Heç şübhəniz olmasın. Heyif ki, bir çox insan başını qaldırıb o buluda baxmır belə. Baxanlar onu bir şeylərə bənzədib keçirlər. O buludun bir fikir buludu olduğunu ancaq 10000 kişi anlayır. İçlərindən 1000 dənəsi onu necə tuta biləcəyi üzərində düşünür. 100 dənəsi qeyrətli çıxır, çalışıb bir proyektə çevirir. Ancaq bunların heç biri yetərli deyil. İsrarla, vazkeçmədən işin üstünə əyilən 10 kişi o fikrin bir icada dönə biləcəyini, layihəsinin işə yaraya biləcəyini isbat etmək üçün pendir gəmisini gərçəkdən yürüdər. Çalışan bir örnək düzəldir. Foto çəkir. İstini ölçən bir alət qurur. Ya da ağlına gələn fikri bir kitaba, bir musiqiyə, bir filmə çevirir. Bizlər bütün bunları edib bir də üstünə fikrini yayğınlaşdırma bacarığını göstərə bilən o bir kişini tanıyırıq. Ona dahi deyirik.

Oysa Edisonun da dediyi kimi dahiliyin 1 %-i ilham, 99 %-i tərdir. Sıx çalışmağın yerini heç bir şey ala bilməz. Ona görə bir gün “şərəfsizəm mənim ağlıma gəlmişdi” deyən birini görsəniz ona dəli gözüylə baxıb gülməyin. “Sən işin 1 %-ni həll etdin” deyin. Sırada geri qalan 99 %-i var. 

Şerefsizim benim aklıma gelmişdi

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar