WEB Dizayn Studiyası haqqında

WEB Dizayn Studiyamızın göstərdiyi xidmətlər

WEB Dizayn Studiyamızın göstərdiyi xidmətlər

Dizayn Studiyamızı WEB adlandırmağımız heç də təsadüfi deyil. Bu sözün açıqlamasını elə dizayn studiyanın saytından da öyrənə bilərsiniz. Bizim çalışdığımız gələcəkdə internetə girən hər bir azərbaycanlı işadamının başlanğıc səhifəsini qurmaqdır. Çünki, Azərbaycan informasiya texnologiyaları sahəsinə dövlət səviyyəsində də böyük önəm verməsinə baxmayaraq durum ürəkaçan deyildir.

Hədəfimiz: Sadəcə internet saytların düzgün və uğurlu yaradılması deyil, eyni zamanda kiber müdafiə, sosial marketinq, İT-həllər, yeni texnologiyaların çatdırılması, baza sistemləri, web-audit bazarının yaradılması, mobil texnologiyalarla ayaqlaşma və bu kimi bir çox strateji yollar olacaqdır.

Məqsədimiz: Bütün bu işlərlə istədiyimiz insanlarımıza lazım olan Azərbaycan dilində informasiyanı çatdırmaqdır. Nə qədər çox biləriksə, o qədər silahlanmış olarıq.

Göstərdiyimiz Xidmətlər

WEB Dizayn Studiyasının göstərdiyi xidmətlər marketinqin bütün sahələrini əhatə edir. Əsasən internet marketinq üzrə ixtisaslaşmış yaradıcı mərkəzimizdə öz işinin sirlərini bilən, ən kiçik nyuansa böyük önəm verən professional kollektiv çalışmaqdadır.

Biz sizə hazır heç nə satmırıq, istəklərinizi tam öyrəndikdən sonra sizə özəl marketinq həlləri təklif edirik:

  • Qrafik Dizayn (loqo, baner, firma stili, biznes kartı, buklet və flayerlərin hazırlanması)
  • Kontent Menecment (düzgün reklam və uğur gətirəcək tekstlərin yazılması)
  • İnternet Marketinq (internet tanıtım strategiyası və kampaniyalarının planlaşdırılması)
  • Domen və Hostinq (domen adlarının satışı və hostinq xidmətləri)
  • Web Dizayn (saytların dizaynı)
  • Proqramlaşdırma (individual proqramlar)
  • Mobil Marketinq (mobil telefon uyğulamaları və reklamlar)
  • E-Ticarət (elektron ticarət lazım olan çıxış yolları)
  • SEO (axtarış sistemlərində ilk sıralarda çıxmaq üçün sayt üzərində işlər)
  • Sayt Promo və Qeydiyyat (saytların 10.000-dən çox kataloqda və bütün axtarış sistmelərində indeksləşməsi)
  • SMM (sosial media üzərindən kanalların yaradılması və çalışdırılması)
  • SEM (axtarış sistemlərində ödənişli reklamlar)
  • Web-Audit (saytların gəlirlik dərəcələrinin araşdırılması)
  • Avto Reklamlar (yol banerləri, nəqliyyat vasitələri və metrolarda reklam)
  • Mass Media Reklam (TV-Radio reklamlar)
  • İT-Həllər (kompyuter təmiri və şəbəkə qurulması, 1C və b. çox sayda proqramların yüklənməsi)
  • Video Fotoqrafiya (video təqdimatların çəkili və fotosessiyaların təşkili)
  • Təşkilatçılıq (hər növ görüş, toplantı və tədbirlərin təşkili, qonaqların qarşılanması və biznes səyahətlərin planlaşdırılması)

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar