Video Marketinq Nədir? Video Marketinqin Üstünlükləri

0
Video Marketinq Nədir?

Video marketinqin açıqlamasını vermək heç də çətin deyil. Faktiki olaraq bu çox asandır: Video Marketinq – brend, məhsul, ya da xidmətinizi videoyla bazarda tanıtmaqdır.

Güclü marketing kampaniyası videodan müxtəlif sahələrdə yararlana bilər: məhsulun istifadə qaydaları, alıcı rəyləri, tədbirlərdən canlı görüntülər, öyrədici, ya da əyləncəli viral videolar — siyahı getdikcə uzana bilər.

Video Marketinqin Üstünlükləri

Video SEO üçün Qızıl Yatağıdır

Axtarış apardığımızda həmin açarsözünə uyğun sayt və şəkillərlə birlikdə video nəticələr də göstərilir. Bu isə o deməkdir ki, siz videolarla axtarış sistemlərindən daha yüksək nəticələr əldə edə bilərsiniz.  

Bildiyimiz kimi, YouTube Dünyanın ikinci ən böyük axtarış sistemidir (Google-dan sonra). Eyni zamanda Google YouTube-un sahibidir. Bu isə o deməkdir ki, düzgün yerdə yaxşıca yerləşdirilmiş video həm axtarışda tapılacaq, həm də SEO-da böyük uğurlar qazanmağınızda yardımçınız olacaqdır.

Videolar Dönüş Nisbətini Artırır

Son zamanlarda aparılan bir araşdırmaya görə, internet istifadəçilərin 57 %-nin, bir məhsulun tanıtım videosunu izlədikdən sonra satın almağı düşündükləri bir məhsulu satın alma ehtimalının daha yüksək olduğu öyrənilmişdir. Aşağıdaki bir örnək məsulun açıqlayıcı videosuna baxaq.

Chanel İdman Ayaqqabıları – You Are Chic

Videoda sadəcə məhsul göstərilir. “Burada nə var ki?!” deyə bilərsiniz. Ancaq videodakı məhsulu alıb-almayacağı haqqında düşünən bir insan bu videoya baxdıqda ala biləcəyi informasiya hər hansı bir foto, ya da açıqlayıcı yazıdan çox daha tez qavranılandır.

Birincisi, açıq-aydın görünür ki, məhsul ucuz geydirməsi deyil. İkincisi, məhsulun nə qədər yüngül olduğunu başqa cür anlatmaq çətin ki, mümkün olardı. Məhsulun sağını-solunu, qabarıtlərini çox gözəl şəkildə gördükdən sonra alıcıda heç bir sual qalmadığı üçün müsbət qərar verəcəkdir. 

Video Asanlıqla Tapıla Bilər

Video marketinq üçün sonsuz sayda platformalar vardır: Televiziya kanalları, gün boyunca TV kanallarından daha çox izlədiyimiz YouTube video paylaşım platforması və onun alternativləri, mobil uyğulamalar, ictimai yerlərdəki monitorlar və küçə reklamları — saymaqla da qurtarmaz.

İndi potensial alıcılarınız smartfonla onlayn videonuzu istənilən vaxt, Dünyanın istənilən nöqtəsində olarkən tapıb baxa bilər. Həm də video marketinqin yardımıyla siz ən uzaqdakı müştərinizə çox ucuz qiymətə, hətta bəzən heç bir xərcsiz yetişə bilərsiniz. Ənənəvi marketinqdə, yəni çap olunmuş reklam vasitəsiylə isə bu belə deyil.

Video Çox Effektivdir

Araşdırmalar göstərir ki, insan görüb-eşitdiyi informasiyanı 80 % yadda saxlayır. Ancaq yalnız gördüyümüz informasiya 20 %, sadəcə eşitdiyimiz informasiya isə 10 % yadda qalır. Buna görə də əminliklə deyə bilərik ki, visual və audio reklam çox daha güclüdür.

Videoda Emosiyalar Daha Çox Ötürülür 

Video musiqinin köməyi ilə insanların birbaşa ağlına işləməyə imkan verir. Eyni zamanda videoda biz ümumi konseptə üz cizgilərini də əlavə edə bilirik. Bir faktın yazılı halda oxunmasındansa, onun videoda insan amili ilə birlikdə ötürülməsi daha effektivdir. Örnək olaraq aşağıdakı reklam çarxına baxaq.

Xəyal Edincə – Türk Hava Yolları

Bir Video Marketinq Kampaniyasına Necə Başlamaq Olar

YouTube kanalının açılması üçün heç də böyük bacarıqlarınızın olması gərəkməz. Ancaq Video Marketinq kampaniyası sadəcə videoların çəkilib internetə yüklənməsindən ibarət deyildir.

Video Marketinq kampaniyasına başlamazdan öncə bazar araşdırılmalı, analiz aparılmalı və hədəf bazarın statistikası öyrənilməlidir. Bundan sonra siz ötürəcəyiniz mesaj üçün strategiya hazırlamağa başlaya bilərsiniz.

Video Marketinq üçün Önəmli Olanlar

Sizin auditoriya sizdən nələri eşidib-görməsini, hiss etməsini istəyirsiniz? Hansı mesajı vermək istəyirsiniz? İnsanları sizin ardınızca aparacaq (Call to Action) sözlər nədir?

Özünüz üçün bu sualların cavabını tapdıqdan sonra artıq bütün bunları necə videoya köçürəcəyiniz haqqında düşünməyə başlaya bilərsiniz. Əlbəttə, hər kəs öz smartfonuyla kiçik videolar çəkib hazırlaya bilər. Ancaq keyfiyyət həlledici faktordur. Professional çəkilmiş video sizin məhsulun kremidir və yalnız keyfiyyətli kremin dadı damaqlarda qalacaq.