Veb Saytın Hostinqinin Başqa Provayderə Köçürülməsi

0
Veb Saytın Hostinqinin Başqa Provayderə Köçürülməsi

Veb Saytın Hostinqinin Başqa Provayderə Köçürülməsi

Saytınızın veb hostinqini dəyişmək üçün səbəblər müxtəlif ola bilər. Sonunda pulsuz və ya ucuz hostinq xidmətinin işinizə yaramadığına əmin oldunuz? Ya da deyək ki, Azərbaycanda veb hostinq xidmətləri üçün təklif olunan qiymətlərin od tutub yandığından xəbər tutdunuz. Əslində bu o qədər də dözülməz olmamalıdır, çünki ödəniş çox kiçik, həm də illikdir. Veb hostinq məsələsi isə çox ciddi işdir. Düşünün ki, saytınız bir dəqiqə işləmədi və həmin anda bəlkə də bütün biznes həyatınızdakı ən önəmli alıcı sizin saytı açmaq istəyirdi.

Buna görə də sizə veb hostinq şirkətini düzgün seçə bilmək üçün 15 ipucu verdik. Hostinq paketini seçmək məsələsində ağlınızı çox dərindən işlətməyin. Əgər siz doğru-düzgün provayder şirkəti ilə işləməyə başlasanız, sonradan qiymət fərqini ödəməklə plan paketini dəyişmək çox asandır.

Deyək ki, çox uğursuz, ya da normaldan çox baha bir provayderlə işləməyə başlamısınız. Ödənişsiz hostinq xidmətindən də yararlanmış ola bilərsiniz. İndi isə hər şeyin dəyişdirilməsi zamanı gəldi.

Saytı Bir Veb Hostinqdən Başqa Hostinqə Necə Köçürək?

Öncəliklə onu deyək ki, saytı bir histinqdən başqasına özünüz daşımayın. Qoy bunu yeni provayderiniz sizin üçün etsin. Əlbəttə ki, əgər yeni tapdığınız hostinq şirkəti doğurdan da öncəkindən yaxşıdırsa, bunu heç bir ödənişsiz – pulsuz edəcək.

Bu qədər asan. Ancaq yenə də düşünülməmiş və gözlənilməz çətinliklərlə qarşılaşmamaq üçün köçməyə başlamazdan öncə mütləq aşağıdakı işləri addım-addım görməlisiniz:

  1. Saytın Backupını Kompyuterin Yaddaşında Saxlayın

    Müqaviləni pozmaq istədiyinizi bildirən 4 sözlük məktubu yazmaqdan qabaq mütləq bütün faylların kopyasını, data base-lərin backupını öz kompyuterinizdə tutun.

  2. Yeni və Daha Yaxşı Veb Hostinq Provayderi Tapın

    Bütün backup faylları əlinizdə tutduqdan sonra yeni hostinq şirkəti axtarmağa başlayın. Yeni provayder sadəcə daha ucuz olması ilə deyil, xidmətlərin genişliyikeyfiyyətiylə də üstün olmalıdır.

  3. Domen Adının Qeydiyyat İnformasiyasını Alın

    WHOIS saytının yardımı ilə domenin administrasiya bilgilərinə baxın: doğrudanmı domenin sahibi sizsiniz. Əgər domenin administrativ bilgilərində sizin adınız göstərilməyibsə, köçməyiniz elə də asan olmayacaq. Ola bilər ki, siz hostinq şirkətinizlə ağır şərtlər altında müqavilə bağlamısınız. Bəlkə yeni provayderlə əlaqə saxlayıb hüquqi məsələlərlə bağlı məsləhətləşəsiniz?!

  4. Saytın Bütün Fayllarını Yeni Hostinqə Köçürün

    Bütün fayllarınızı və database-ləri yeni hostinqin serverinə yükləyin və yoxlayın. Bunun üçün ola bilər ki, sizə qısa müddətlik bir boş domen versinlər. Emaillərin qısa müddətlik işləməyəcəyi halda ehtiyyat ünvanlarınızi xəbər verin.

  5. Domenin WHOIS və DNS Məlumatlarını Yeniləyin

    Əgər domen qeydiyyatçınız və veb hostinq şirkətiniz eyni olarsa, domen məlumatlarının yenilənməsində provayder şirkəti tam dəstəkçiniz olacaqdır. Domeni bir şirkətdən, veb hostinqi başqa bir provayderdən aldığınız halda da köməksiz qalmayacaqsınız. Yaxşı hostinq provayderi hər bir çətin durumda yardımınıza yetməlidir.

  6. Keçmiş Veb Hostinq Planını və Anlaşmanı Pozun

    İndi saytınız yeni hostinqin serverində yerləşdirildi və tam yoxlamadan keçirdiniz. Bir daha yenidən bütün linkərin işləyib-işləmədiyini test edin. Artıq anlaşmanı pozmaq üçün 4 sözlük məktubu yaza bilərsiniz.