Sosial Media Marketinq ilə Biznes Çalışmalar

3
Biznesiniz Üçün Sosial Media Marketinq Çalışmaları

Biznesiniz Üçün Sosial Media Marketinqdə Çalışmalar

Bütün dünyada olduğu kimi Azərbaycanda da online alış-veriş edənlərin sayı artmaqdadır. Sosial şəbəkələr də artıq hər kəsin gündəlik həyatına girib. Hər bir biznesin də bu axına qoşulmağında fayda var. Hətta sosial media marketinq planın olması vacibdir. Fikrimcə çağdaş yaşamımızda – yaşadığımız rəqəmsal dünyada bunu etməyən biznesin tədricən çökməsini gözləyə bilərik. Ancaq bunu etməmək üçün hər hansı bir səbəb tapmaq çox çətindir.

Sosial Media Beznesə Nə Verir

Hər birimiz bilirik ki, biznes dünyası sosiallaşmağa doğru gedir və buna görə də hər bir işin müzakirələrə, danışıqlara ehtiyacı var. Müştərilər artıq adət etdiyimiz mediaya inanmır. Alıcılar özlərinə nə lazım olduğunu, almağı düşündükləri haqqında bilgiləri öyrənmək üçün internetə üz tutur. Son müşahidələr göstərir ki, hər bir istehlakçı məhsul və ya xidmətin reklamından daha çox başqalarının onun haqqında danışdıqlarına, sosial şəbəkələrdəki rəylərinə inanır. Buna görə də insanları sosial media vasitəsilə sizin bizneslə tanış etmək sadəcə reklam deyil, həm də biznesin inkişafı üçün yeni bir alətdir.

Sosial Media Pulsuz Reklamdır

Bu gün çox kiçik bizneslərin belə sosial media səhifələri var. Bir çox işadamları yeni biznesə başlayarkən Facebook səhifəsi açır və müştərin bir hissəsini onun üzərindən toplayacağına inanır. Deməli, sosial şəbəkələr reklam üçün çox əlverişlidir, həm də ən üstün cəhəti budur ki, pulsuzdur. Facebook, Twitter, LinkedIn, Pinterest, YouTube, GooglePlus, VKontakte, Instagram kimi sosial şəbəkələrin hər biri tamamilə ödənişsiz sizə biznesiniz üçün səhifə açmağa imkan verir.

Doğru İstiqamətə Yönəlməkdə Yardımçınız

Sosial şəbəkələrdəki səhifələrinizi diqqətlə oxusanız oradakı rəylərdən, ziyarətçi bazasından və b. göstəricilərdən öz biznesinizin zəif və üstün cəhətlərini öyrənərsiniz ki, bu da sizə istiqamət götürmək üçün yardımçı olacaqdır.

Bir neçə ay düzgün düşünülmüş sosial media marketinqindən sonra izləmələrinizi bir dostunuz/yoldaşınız kimi görəcəksiniz. Paylaşmalarınıza baxaraq oradakılardan nəyin daha çox bəyənildiyini, nəyin heç bəyənilmədiyini, hansı görülmüş iş və ya xidmətlərə maraq göstərildiyini, hansıların isə heç kimdə maraq oyatmadığını görə biləcəksiniz.

Müştərilərinizi Tanımağın Yolu Sosial Media Marketinqdən Keçir

Demək olar ki, bütün sosial media saytları detallı şəkildə analiz olunmuş statistika təqdim edir. Bütün bu statistikalar özünüzü yalnız hiss etməyə qoymayacaq, işinizdə tək olmadığınızı görəcəksiniz. İzləyicilərin hansı ölkədən neçə nəfər olmasını, öz kompyuterini hansı dildə işlətməsini, yaş qruplarını, cinslərin qarşılıqlı nisbətini, mobil telefondan, yoxsa kompyuterdən girməsini, həftənin hansı günü hansı saatlarda aktiv olduqlarını xırdalıqlarına qədər öyrənə bilərsiniz. Alıcılarınızın internetdə olan qismi ilə tanış olmağın daha asan yolu necə ola bilər ki?!

Komunikasiya və Müştəri Məmnumiyyəti üçün Çox Yararlıdır

Sosial media gördüyünüz işin nəticəsi barədə ani rəylər almağınıza kömək edəcək. İzləyiciləriniz başqaları ilə sizin haqqınızda danışacaq, qoyduğunuz müzakirələrdə iştirak edəcək və ya sizə birbaşa mesaj yaza biləcəklər. Bütün bu müzakirələri, rəyləri və mesajları oxuyub cavablamağınız bir anda sizin haqqınızda müsbət fikirlər yaradacaq. Brendinizlə bağlı bütün yazıları izləməyinizi görənlərdə öz brendinizə qarşı diqqətli və cavabdeh olduğunuz (bunları oxuyursunuzsa, mən əminəm ki, siz beləsiniz) təəsuratını verəcək və onlarda sizə qarşı inam qazandıracaq.

Bütün bu saydıqlarımız doğurdan da gözəldir və brendinizlə/biznesinizlə bağlı yaxşı imaj yaradacaqdır. Ancaq bütün rəylər yaxşı olmaya da bilər. Belə hallarda çətinliklə qarşılaşmış müştərilərə vaxtında cavab verməklə narazılıqların daha da genişlənməsinə və əsassız şəkildə genişlənməsinə yol verməyə biləcəksiniz. Problem həll olunduqdan sonra neqativ yazıları da sonradan başqalarının oxumaması üçün silə biləcəksiniz. Unutmayın: sizin səhifənizdə hər şey gözəl olmalı, hər kəs gördüyünüz işdən razı qalmalıdır. Yaranmış çətinliklərin isə asanca aradan qaldırıldığını və çıxış yollarını da görmək eyni problemlə qarşılaşan alıcılarınıza ipucu olacaqdır.

SMM Çox Effektiv Dəyərləndirilməlidir

Baxmayaraq ki, artıq sosial şəbəkələrdə ödənişli xidmətlər dövriyyəyə buraxılmışdır, yenə də sosial media marketinqi adət etdiyimiz medialarla müqayisədə çox effektiv saya bilərik. Əslində isə sosial şəbəkələrdə ödənişli xidmətlərin göstərilməsi ilə işadamlarına yeni imkanlar qazandırmışdır.

Misal üçün, bu gün Facebook dünyanın ən böyük reklam şəbəkələrindən biridir və marketoloqlara müəyyən hədəf üçün iş zamanı gözəl imkanlar verir. Eyni zamanda geniş auditoriya statistikası olan Twitter də ödənişli reklam xidmətlərini işə salmışdır. Və bütün bu saydıqlarım sosial şəbəkələrdə aparılmış böyük əməliyyatların kiçik bir parçasıdır. Sosial media marketinq çox sürətli addımlarla inkişaf edən, rəqabətlərlə dolu bir arenadır.

Yəqin anladınız ki, sosial şəbəkələr sadəcə olaraq ödənişli reklam xidmətləri verir. Reklamların düzgün yaradılması, planlaşdırılması və hədəflərin doğru qoyulması işlərini özünüz, ya da WEB Dizayn Studiyası kimi internet marketinqlə məşğul olan şirkətlərə həvalə etməlisiniz. Sosial media marketinqin planlaşdırılılması isə əvvəlcədən baxdığımızda sadə görsənsə də, çox incəlikləri olan, profesionallıq tələb edən və kifayət qədər vaxt aparan işdir.

Bəs sizin biznesinizin sosial şəbəkələrdə səhifəsi varmı? Əgər varsa, bunu nə üçün etmisiniz? Gözlədiyiniz nəticəni ala bilirsinizmi? Rəylərinizlə bunu bizə bildirin.