Saytın Google Cəriməsinə Düşməsinin 50 Səbəbi

0
Saytın Google Cəriməsinə Düşməsinin 50 Səbəbi

Saytın Google Cəriməsinə Düşməsinin 50 Səbəbi

Websaytınızın Google kimi axtarış sistemlərinin cəriməsinə düşmə səbəbini bilmək istəyirsinizmi? Ümumiyyətlə, saytın hansısa cəzası varmı və bunu necə aradan qaldırmaq olar? Bu, bloq yazımızın mövzusudur.

Google-un heç bir güzəştə getmədiyi, hətta bu yolda saytları cəzalandırdığı bir tələbi var: onun kimi bütün axtarış sistemləri çalışır ki, öz istifadəçilərinə uyğun axtarışa görə ən yaxşı yazarların ən unikal yazılarından toplanmış ən böyük məlumatı çatdırsın. Bu yolda durmadan çalışır, öz alqoritmini yeniləyir və genişləndirir ki, internetdəki ən yaxşı sayt öz layiq olduğu nəticəni alsın.

Axtarış sistemlərinin gözündə gözəl görünəcək sayt yaratmaq üçün content (içərilik) yaradan mütəxəssislərlə birlikdə web-dizaynerlər də çalışmalıdır. Dizaynerlər sayt üzərində texniki işlər aparmaqla onu motorlar üçün oxunuşlu edir, onun gərəkli parçalarını motorların gözündə şişirdir və saytı bütün internetə yaymağa çalışır.

Ancaq bəzən Google-un haqsızlıqları da ola bilər. Birincisi, əgər siz SEO işləri aparmamısınızsa, ya da ən sadəsi – Google Search Console-u (Google Webmasters Tools-un yeni adı) işlətməmisinizsə, onda saytınız axtarışda heç tapılmaya da bilər. İkincisi – ola bilər ki, siz SEO işlərinə həddindən artıq yüklənib nəyisə gərək olduğundan çox etmisiniz.

Saytın Google cəriməsinə layiq olub-olmamasından asılı olmayaraq bu baş vermişdirsə, yanlışlıqları düzəltməyə çalışmalısınız.

Google Cəriməsi Nədir?

Google dəyərləndirmə alqoritmini sonuncu dəfə 2000-ci ilin dekabrında dəyişdirdi. Bu yenilənmə saytların SEO-sunda yeni bir dalğa yaratmış oldu. Faktiki olaraq PageRank ilk dəfə anlamlı və yararlı formada yayımlanmış oldu.

Google artıq gözəl anlamlı yazıları mənasız söz yığıncağından ayırmağı örəndi. Zaman-zaman axtarış nəticələrinin ilk səhifələrində anlamlı yazarların yazılarını görməyə başlayırıq. Google cəriməsi də elə burada işə yarayır.

2012-ci ildə Pinqvin (The Penguin) yeniləməsi işə başladı: bu alqoritm bir gecədə bütün axtarış nəticələrini dəyişdirdi. Zəif content yayımlayan bir çox saytları axtarış nəticələrinin son səhifələrinə, ya da naticələrdən tamamilə bayıra atdı. Bundan sonra SEO professionalları Google-un planları ilə ayaqlaşmağa, content strategiyasına daha dərindən diqqət ayırmağa başladılar.

Saytımın Çəriməsi Varmı?

Cərimələr avtomatik, ya da manual ola bilər. Manual cərimələndikdə böyük ehtimal ki, bu sizə bildiriləcək. Ancaq avtomatik cərimələnmə zamanı sizin bundan xəbəriniz olmaya da bilər. Bu cərimələr SEO professionallar, ya da yeni başlayanlar üçün gözlənilməz surprizlər gətirə bilər.

Avtomatik cərimə (başqa sözlə alqoritmik cərimə də deyilə bilər) olmasına aşağıdakı bir neçə siqnal ola bilər:

  • Saytınız brend adınızın axtarışında asanlıqla tapılmırsa, bu Google cəriməsinə siqnal ola bilər. Baxmayaraq ki, sizin saytın Google axtarışlarında elə də yaxşı nəticələri yoxdur, heç olmazsa sadəcə bir başlıca açarsözü üçün yüksək qiymətləndirilməlidir.
  • Sizin tərəfinizdən heç bir müdaxilə olmadan səhifələrdən biri bir, ya da bir neçə yer geriyə sürüşdürülərsə.
  • Saytınızın PageRank göstəricisi birdən-birə 2, ya da 3-dən 0-a enmişdir.
  • Bir gecədə saytın bütün səhifələri Google axtarış nəticələrindən silinmişsə.
  • Belə axtarış apardıqda: site:sizinsayt.com açarsözü– heç bir nəticə alınmırsa.
  • Saytı axtardıqda Google ev səhifəsindən başqa səhifələri göstərirsə.

Əgər bunlardan birini, ya da bir neçəsini görürsünüzsə, deməli saytınız Google cəriməsi ilə üzləşmişdir.

Nə Üçün Google Mənim Saytımı Cərimələdi?

Öncə saytı Google axtarış sisteminə göndərib-göndərmədiyinizi yadınıza salın. Bəlkə bu heç cərimə deyil.

Google vaxtaşırı saytları dəyərləndirmə göstəricilərini çoxaldır və genişləndirir.

Alqoritmində olan yeniləmələri yayımladıqca, saytların dəyişikliklərə uyğunlaşdırılmasında çətinliklər olmur. Sizi saytınızın Google cərimələməsinə düşməsinin 50 səbəbi ilə tanış edirik. Demək olmaz ki, cərimələnməmək üçün səbəblərin hamısı bunlardır, ancaq burası dəqiqdir ki, aşağıdakı 50 faktorun hamısı cəza almaq üçün yetərlidir:

  1. Həddindən çox keçidlər (Links) almaq. Bəziləri and içir ki, belə etməyiblər, ancaq səbəb qarışıq ola bilər. Əlbəttə, siz saytın PageRank göstəricisini yüksəltmək üçün linklər ala bilərsiniz, ancaq çox sayda pis (keyfiyyətsiz və cəzalı saytlardan) linklərin olması sizin ziyanınıza olacaq.
  2. Həddindən çox bənzər keçidlər (Linklər). Əvvəllər yoldaş saytlarla link dəyişdirilməsi yaxşı sayılırdı. İndi isə bənzər keçidlərin yoldaşlarla həddindən artıq dəyişdirilməsi PageRank-a təsir etmək kimi dəyərləndirilə bilər.
  3. Duplikat content.Saytınızdakı hər hansı duplikat content (eyni başlıqlı 2 səhifə, eyni açıqlaması olan səhifələr, eyni keywords olan səhifələr, ya da eyni içərilikli səhifələr) onu Google-un gözündə daha az yararlı görsənə bilər. Bu da saytın cərimələnməsinə gətirib çıxara bilər. Copyscape və CopyGator kimi alətlərin yardımı ilə saytdakı dublikat yazıları tapa bilərsiniz.
  4. H1 taglarının həddindən artıq işlədilməsi. Öncəki bloq yazılarımızda da dediyimiz kimi saytın hər bir web-səhifəsində 1 dənə h1 başlığı olmalıdır. Əslində isə hər bir səhifənin yalnızca 1 dənə h1 ola bilər. Halbuki, düzgün istəfadə olunmaqla h1 SEO-da böyük yardımçınıza çevrilə bilər. Çox sayda, ya da uzun h1-lərin olması açarsözlərinin sayının şişirdilməsinə çalışmaq kimi dəyərləndirilə bilər.
  5. Sayt daxilində 404 səhifələrə keçidlərGoogle saytın içindəkilərə diqqət ayırdığınızı, xəta və problemləri aradan qaldırmaq üçün çalışdığınızı görmək istəyir. Əgər özünüz saytın içində çalışmayan səhifələrə linkər paylaşırsınızsa, bu ziyarətçilərin axtardığı məlumatları ala bilməyəcəyinə işarədir.
  6. Başqa dillərdəki saytlardan keçidlər. Bu sizə də düzgün gəlmir, elə deyilmi? Başqa dillərdə olan saytlardan dürüst şəkildə linklər ala bilərsiniz, ancaq Google başqa düşüncədədir: istifadəçilər başlıca olaraq yalnız bir dilə üstünlük verir, buna görə də xarici dildəki saytlar faydalı olmaya bilər.
  7. Keywords (Açarsözləri) ilə dolu sayt. Sayt içəriliyində keywords sıxlığının ölçülməsi üçün çox sayda inanılan və inanılmaz qaydalar var. Həqiqət isə budur ki, onlardan heç birinə tam yoxlanıldı deyə bilmərik və həddindən çox sıx açarsözləri olan sayt zəif yazılmış content kimi dəyərləndirilə bilər. Əgər Google açarsözlərinin sayının çox olduğunu düşünərsə, sizin saytı cərimələyəcək – haqqlı və ya haqqsız olaraq.
  8. Footer linklər. Bəzi web dizaynerlər saytın altlığında – footerdəki linkləri naviqasiya kimi, bəziləri isə keçidlərin gücünü artıraraq PageRank göstəricisini aldatmaq üçün istifadə edirlər. Bəzi hallarda bunun pis nəticəsi ola bilər.
  9. Sitemap faylındakı çatışmamazlıqlar. Google saytların XML xəritələrindən yararlanaraq onun düzülüşü, strukturu və daxili keçidləri haqqında məlumat toplayır. Buna görə də çalışın sitemap.xml faylı hər zaman yenilənmiş olsun və onu Webmaster Tools hesabınızdan göndərin.
  10. Gizlədilmiş linklər. Saytınızdakı bütün linklər istifadəçilər üçün görsənən və faydalı olmalıdır. Gizlədilmiş hər şey isə aldatmağa çalışmaq kimi şübhəli sayılır. Buna görə də heç vaxt keçidlərin və düymələrin (button) rəngini arxa fonun rəngində etməyin. Hətta bunun üçün özəl səbəbləriniz olarsa belə.
  11. Qırıq xarici linklər. Əgər saytınızdakı linkləri vaxtaşırı yeniləmirsinizsə, Google bunu diqqətsizlik kimi dəyərləndirər və qırıq keçidlərə görə sayta olan inamı azalar.
  12. Köçürülmüş content. Bir çox hallarda website menecerləri başqa saytların contentini götürərək öz bazalarını böyütməyə çalışırlar. Hətta bu çox gözəl formada və razılaşdırılaraq edilsə belə, istifadəçilərə faydalı olmasına baxmayaraq Google bunu sadəcə köçürmə kimi dəyərləndirə bilər. Google gözündə faydasız dublikata bənzəməsinin qarşısını almaq üçün həmin contenti öz sözlərinizə dəyişin.
  13. Gizlədilmiş content. Saytda heç nəyi gizlətməyə çalışmayın. İstənilən gizli contentin pis nəticəsi ola bilər. Ölçüsü çox kiçik (misal üçün, 1×1 pcs), ya da ümumiyyətlə 0 olan şəkillərin çox pis nəticəsi ola bilər.
  14. Anchor textdən həddin artıq istifadə. Bir zamanlar SEO ekspertlər anchor textlərin köməyi ilə saytın müəlliflik göstəricisini artırmağa çalışırdılar. 2012-ci ildə Penguin yeniləməsindən sonra artıq anchor tekstlərlə keçidlərin yaradılmasında daha ciddi olmaq, doğru-düzgün istifadə etmək lazımdır.
  15. Hreflang haqqında tamamilə unutmaq. Nəyi unutmuşuq? “Hreflang” saytdakı dublikat contentin başqa-başqa dillər, ya da yerləşmələr üçün bilərəkdən dizayn edildiyini Google-a bildirmək üçündür. Bunun nə qədər yardımçı olduğunu təyin etmək asan olmasa da, yararlanmağımızda fayda var.
  16. Websaytdakı fasilələr və qırılmalar. Saytda fasilələr olarsa, ya da bir ara heç açılmazsa, hər kəs üzüləcək: webmasterlər, ziyarətçilər və eyni zamanda axtarış sistemləri. Əgər Google saytı tapa bilmirsə, sorğu aparanları ölü sonluğa göndərməməyə çalışacaq.
  17. Açarsözlə domenlər. Baxmayaraq ki, domen adları özlüyündə riskli deyil, domenin adındakı açarsözləri təhlükəli ola bilər. Əgər bizim domenə olan keçidlər, anchor textlər tamamilə eyni olarsa, bu aldatma kimi dəyərləndirilə bilər.  Hələ bu anchor tekst domen adındakı açarsözüdürsə bu hər kəsi axmaq yerinə qoymaq kimi görsənə bilər. Bu halda həmin açar sözü üçün ən böyük contentin bizim saytda olması gərəkdir.
  18. İcarəyə götürülmüş keçidlər. Bir çox ekspertlər icarəyə götürülmüş linkləri yararlı sayır və SEO-da bundan geniş yararlanırlar. Onlar aylıq ödənişlərlə keçidlər alır və zaman-zaman həmin keçidləri başqalarına dəyişirlər.
  19. Bloq şəbəkələrindən yararlanma. İnternetdə qurduğumuz bütün şəbəkə növləri axtarış sistemlərinin nəticələrini aldatmağa çalışmağın bir yoludur və Google da öz növbəsində bunu SERP (Search Engine Result Pages) üçün təhlükə kimi dəyərləndirilir. Bütün linklərin silinməsinə imkan yoxdursa, bloqu tamamilə pozmaq haqqında düşünsəniz yaxşı olar.
  20. Hər yerdə vasitəçilik keçidləri (affiliate links). Əlbəttə, Google vasitəçilik işinə qarşı deyil, ancaq bütün sayt boyunca bu işlə məşğul olmaq saytın kontentinə şübhə yaradacaq. Həmin linkləri qısaltmaqla yönləndirmək istəsəniz bunu da məsləhət görmürük, çünki yaxında bu taktika ilə də tutula bilərsiniz.
  21. Sayt-boyu linklər. Bütün keçidlərimizin bir yerdə toplanmasında hamımız istəkliyik, ancaq Google bunu heç istəmir. Hər səhifədə 100-dən az linkin olmasına baxmayaraq, yenə də bu yetərli olmaya bilər. Buna klassik nümunə olaraq saytın zirzəmisindəki (footer) linklərini göstərmək olar. Onları nofollow etmək yerinə birdəfəlik silməyiniz yaxşı olar.
  22. Həddindən çox meta keywords. Meta keywords əmri geniş danışıqların mövzusudur. Qara SEO-çuların da tez-tez əl atdığı yoldur. Çalışın hər səhifə üçün beş açarsözü yazasınız.
  23. Yavaş sürət. Saytın yavaş sürətdə işləməsi – səhifələrin gec açılması istifadəçiləri yorur. Buna isə hostinqin keyfiyyəti ilə birlikdə bir çox faktorlar təsir edir.
  24. Fırlanan content. Google başlanğıcı ilə sonunun haradasa eyni olan, heç nə danışmayan söz yığınına və mövzu yazılışındakı başqa hiylələrə fırlanan content deyir. Contentin fırlanması oğurluqdur. Əgər inanılmaz çox aşağı qiymətə content almısınızsa, bu həmin contentin fırlanan məqalə olmasına işarədir.
  25. Spam rəylər. Bir çox rəyyazma sistemlərinin tullantıya qarşı qorunmaları var, ancaq bəziləri onların arasından da keçə bilir. Rəyləri moderator baxışından keçirin, spam rəylərin çoxalmaması üçün gözünüz üstündə olsun. Bunu etməyə zamanınız yoxdursa, onda rəylər bölümünü birdəfəlik bağlayın.
  26. Qara SEO məsləhətləri. Məsləhətlərinizə fikir verin: Əgər siz axtarış sistemlərinin nəticələrini aldatmağı öyrədən yazılar yazırsınızsa, onda Google da sizi cərimələyəcək.
  27. Hack olunmuş content. Əgər saytınız hack olunmuşdursa, Google onu axtarış nəticələri səhifələrindən siləcək. Daha çox ziyan görmədən hackdən gələn tullantıları silin və saytın backupı ilə onu restore edin.
  28. Sürətli link building. Saytınızın sürətlə tanıdılmasını istəməyiniz normal haldır. Ancaq birdən-birə eyni linklərlərin alınması avtomatlaşdırmaya işarədir. Əvvəllər biz də link building işini avtomatlaşdırılmış şəkildə yürütməyə çalışırdıq, ancaq indi Google-un buna baxışı dəyişmişdir.
  29. Spam bildirmələri. Google spam saytların bildirilməsi üçün bir online forma yaratmışdır.  Sizin saytınız səmimiyyətdən, ya da pis niyyətlə spam təhlükəsi ilə Google-a şikayət edilmiş ola bilər.
  30. Forum linking. Biz hamımız forumlarda imza kimi öz saytımıza keçidləri paylaşırıq. Bəzi hallarda bu normal sayı aşır, hətta paylaşmalardan, bildirilən rəylərdən daha qabarıq olur. Bu isə əsl istəyin forumda qoyulmuş mövzunun müzakirəsi deyil, axtarış sistemlərini aldatmaq olduğuna işarədir.
  31. Sponsorlarınızın gizlədilməsi. Sponsorla çalışmaq heç də pis iş deyil. Saytların çoxu mailiyyə dəstəyi olmadan inkişaf edə bilmir. Ancaq sponsorların gizlədilməsinə çalışmayın, sadəcə qaydalara uyun: sponsor keçidlərini nofollow edin və Google yeniliklər botunun həmin linklərin olduğu səhifələri toplamadığından əmin olun.
  32. txt çatışmazlıqları. Saytın robots.txt faylı axtarış sistemlərinə sizin saytı necə oxumalı olduğunu bildirir. Burada blokların həddini aşmayın ki, cəriməyə səbəb olmasın.
  33. Şübhəli saytlara keçidlərHər zaman çalışın ki, qanunsuz, ya da etikadan kənar saytlarla əlaqələr qurmayasınız. Keçmişdə cərimələnmiş, ya da hal-hazırda cəriməsi olan saytlara keçidləri silin.
  34. Landing pages – qonma səhifələri. Axtarış nəticələrində daha çox və asanlıqla tapılması üçün biznesə aid bir neçə qonma səhifəsi (landing page) yaradılır. Hatta bəzi biznesmenlər hər bir açarsözü üçün yeni qonma səhifəsi yaradaraq axtarış üçün optimallaşdıraraq öz saytlarına alıcılar toplamağa çalışırlar. Bu isə Google-lu aldatmağa çalışmaqdır, elə deyilmi?
  35. Həddindən çox optimallaşdırma. Google hər şeyin ən yaxşısını bir arada görməyi sevmir. Öz sahənizdə olan saytların arasında ən güclü SEO qurursunuzsa, onunla birlikdə çox dəyərli və eyni zamanda geniş content yaratmağı unutmayın.
  36. Ödənişli reklamlar. Penguin 2-yə qədər bu böyük mübahisələrin mövzusu idi. İndi isə sadəcə reklam məqsədi ilə açılmış, məzmunun bir neçə yerində ödənişli keçidlərin yerləşdirildiyi aqressiv səhifələrin daha asanlıqla təsbit edildiyi söylənilir.
  37. Həddindən çox outbound linklər. Başqa saytlara keçidlər erərkən səliqəli olun. Həddindən çox keçidlər sizing SEO nəticələrinə görə başqaları ilə sözləşərək link dəyişdirdiyinizə işarədir..
  38. Redirection (Yönləndirmələr). Əgər saytınıza cəza kəsibsə, onda siz 301 yönləndirməsi ilə həmin cəzanı yeni ünvana da köçürmüş olursunuz. Sonradan yönləndirməni silsəniz belə yeni ünvandan cəzanın silinməsi yubana bilər. Güvənlik üçün yaxşı olar ki, bunu etməyəsiniz.
  39. Error codes. Bildiyimiz 404 error səhifəsi ilə birlikdə bir neçə xəta səhifələri də var ki, Google onları görməyə nifrət edir. 302 (qısa anlıq başqa yerə daşındı) çox da yaxşı deyil; əgər siz doğurdan da nəyisə yönləndirməyə çalışırsınızsa, 301-dən yararlanın. Eyni zamanda, əgər 500 error xətaları görürsünüzsə, bacardığınız qədər kökünə gedin. Görünməyən errorlar üçün bu WebConfs HTTP Header Check alətindən ararlanın.
  40. Duplikat metadatalar. Bir çox bloq yaratma alətləri və CMS platformaları yanlışlıqla eyni olan səhifələr qurmamaq üçün yardım edir. Baxmayaraq ki, dublikat metadalar eyni səhifə demək deyil, yaxşı olar ki, belə halları tapıb aradan qaldırasınız.
  41. Şübhəli backlinklər. Ola bilər ki, sizing websaytınız HEÇ cərimə layiq deyil – ancaq siz bunu bilməlisiniz ki, etikadan uzaq rəqibiniz sizin saytınız üçün keçidlər toplayırsa, bu çox da yaxşı deyil. Ya dabəlkə siz özünüz backlink kampaniyasını düzgün aparmırsınız.
  42. Hədəflənmiş açarsözləri. Elə açarsözləri var ki, onlarla ən çox tullantı ilə dolu saytlarda qarşılaşdığından, Google onlara qarşı savaş açmışdır. Buna örnək, “Payday loans” göstərmək olar. Əgər saytınızın hədəfindəki açarsözlər belə spam keywords ilə üst-üstə düşürsə, nəysə dəyişiklik lazımdır.
  43. Oğurluq keçidlər. Script fayllarındakı original backlinkləri pozub yerinə başqalarını yazmağa çalışmayın. Google scriptləri analiz etməkdə ustadır və orada olması gərəkən keçidlərin yerində əlaqəsi olmayan keçidlərin olması oğurluğa işarədir.
  44. Mobil websaytların zəifliyi. Google satınızın mobil və normal versiyalarını asanlıqla ayıra bilir. Mobil saytlar çox sürətli açılmalıdır və b.b. Mobil qurğudan girənlərin websaytın mobil ersiyasına yönləndirildiyindən əmin olun. Hətta bir çox web-dizaynlerlər saytın mobil versiyası üçün ayr;ca subdomenini olmasını önəmli sayırlar.
  45. Çox az xarici keçidlər. Google istəyir ki, hər bir sayt başqa oxşar saytlarla əlaqədə olsun. Əgər sayt heç bir başqa saytlarla yoldaşlıq etmirsə, bu tafiki yalandan artırmaq üçün görülmüş işlərə işarədir.
  46. Domenin pis reputasiyası. Ola bilər ki, bilmədən pis keçmişi olan bir domen alasınız. You may have innocently purchased a domain with a bad history, and that could cause you problems when you try to build a new site around it. Unfortunately this is often a dead end street; you may be best cutting your losses and buying another domain rather than throwing more money at the problem.
  47. Oğurluq content. Hətta heç vaxt content oğurlamasanız belə, başqası sizdən nəysə oğurlaya bilər. Bu xoşagəlməzdir və uzun sürən məhkəmə işlərini də sevməsəniz də, əgər saytınız  oğurluq contentə görə cərimələnərsə, Google-dan oğurluq contentin silinməsini sorğulamağa çalışın.
  48. Gözdeşən reklamlarSaytlarda reklamın olması normaldır, ancaq dərəcəsində. Reklamlar hər zaman ikinci planda qalmalı və saytın başlıca yazılarından üstün tutulmamalıdır.
  49. Content bazalarından yararlanmaq. Panda yaradılandan bu yana 2 ildir ki, content bazarındanyazılar almaq zəif saytların işi sayılır. Əgər sizing saytınızın səhifələri axtarışda çox az tapılırsa, həmin səhifələrin yenidən yazılması üçün professionallara üz tutun.
  50. Qısa zamanda cəlbedici nəticələrdən uzaq durun. Axtarış sistemlərinin nəticələrinə düzgün yolla təsir etməyi söz verən ustalardan uzaq qaçın. Axtarışda ən yuxarılarda tapılmağın tək doğru yolu – uzun sürən ağır çalışmalardır.

Cəriməni Necə Aradan Qaldırmaq Olar

Saytınızın Google cəriməsinə düşmə səbəbi aydın oldu? Onda problem aradan qaldırmaq üçün yolun yarısını getmisiniz – əgər aradan qaldırmaq mümkündürsə..

Hər bir çətinliyin öz çözüm yolu vardır. Sizə sadəcə çalışmaq qalır:

  • Panikaya düşməyin. Hətta nəhəng saytlar cərimələrlə qarşılaşır.
  • Problemli linkləri disavow edin. Problemli keçidlərin disavow edilməsi üçün Google-a sorğu göndərin: Disavow Tool.
  • Bir neçə keçidləri (links) silin. Disavow nə qədər yaxşı olsa da, tam deyil. Şübhələndiyiniz keçidlərin bir neçəsini silməyə çalışın.
  • Əgər cərimələnmə manualdırsa, saytınıza yenidən baxılması üçün sorğu göndərin.
  • Bir az da gözləyin. Google-un sizin etdiyiniz dəyişikliklərə baxması bir az zaman istəyir, ondan sonra bir də saytın göstəricilərini yeniləmək üçün də gözləmək gərək olacaq.

Bir çox hallarda Google cəriməsi ilə savaşmaq çox enerji aparır: əgər saytın üzərinə qara ləkə düşübsə edəcək çox iş yoxdur. Ancaq bəzi cərimələr kiçik, bəziləri isə uzun sürən ağır işlərlə aradan qaldırıla bilər. Ən yaxşı yolu isə saytın yenidən qurulmasıdır.

Qaynaq və yazar: Kler Brodli (Claire Broadley, Kissmetrics Blog)