Sayt Üçün Web Hosting Şirkəti Seçimində 15 İpucu

Sayt Üçün Web Hosting Şirkəti Seçimində 15 İpucu

Sayt Üçün Web Hosting Şirkəti Seçimində 15 İpucu

Daha öncəki bloq yazılarımızda domen adı seçməkweb hostinq xidmətinə olan tələblərin müəyyən edilməsini araşdırdıq.

Websayt üçün ən uyğun hostinq xidmətinin seçilməsi xərclənəcək pul və itiriləcək vaxt baxımından önəmlidir. Web hostinq saytın işləməsinə birbaşa təsir edir. Tez-tez provayderlərin dəyişdirilməsi isə artıq zaman itkisinə gətirib çıxarar. Buna görə də uzun müddət güvənli çalışa biləcəyiniz hostinq şirkəti tapmağınız üçün 15 faydalı ipucuna baxaq:

1. Müştəri Xidmətini Öncədən Analiz Edin

Web Hostinq xidmətində müştəri xidmətinin önəmli olmasından danışmayacağıq. Əgər hostinqdə bir problem yaranarsa onda nə olar? Əgər provayder şirkət yerində olmasa siz hər ikisini – ziyarətçiləri və gəlirlərinizi itirəcəksiniz. Buna görə qərar verməzdən öncə müştəri xidmətinin bilik səviyyəsinə əmin olmaq üçün texniki sahəyə aid 1-2 sual verin..

2. Downtime (Durdurulma) Vaxtını Yoxlayın
Server üçün faktorlardan biri Downtime deyilən durdurulma vaxtıdır. Bunu Pingdom kimi xidmətlərin köməyilə ölçə bilərsiniz. Serverlər üçün maksimum Downtime vaxtı 0,5 %-dən çox olmamalıdır. Söhbət saytdan, ziyarətçilərdən və satışdan gedirsə tanışlığa üstünlük verməyin heç yeri yoxdur!

3. Rəyləri Oxuyun, Dəyərləndirmələrə Gözucu Baxın
Yadınızda saxlayın ki, internetdə dəyərləndirmələrin böyük hissəsi ödənişlidir. Bir çox hostinq dəyərləndirmə saytlarının da necə işləməsi şübhə doğurur. Hələ fərqli platformalarda gözəl sözlər yazması üçün müəyyən məbləğdə pul və ya güzəşt əldə edən istifadəçilər də var. Bu o demək deyil ki, heç kəsə inanmaq olmaz – əksinə kiçik bir araşdırma üçün provayder haqqında rəyləri oxuyun, sadəcə çox da ciddiyə almayın.

4. Provayder Seçimində Geniş Hostinq Xidmətləri Önəmlidir
Kiçik bir hostinq şirkətini seçmək ən böyük xəta ola bilər. Provayder şirkət sizin saytınız üçün lazım olan bütün hostinq xidmətlərini təklif edə bilməlidir. Biznesinizin inkişafı ilə birlikdə provayderiniz də böyüməli, gələcək planlarınızı dəstəkləyə bilmək üçün hər zaman xidmətlərinin sayını artırmağa çalışmalıdır.

5. Ən Böyük Yoxlama Vaxtı Təklif Edən Provayderi Seçin
Əslində isə, 14-günlük yoxlama vaxtı (trial period) işə yaramır – axı 14 günə hostinq şirkətinin xidmətlərini sınaya bilmərik! Əmin olun ki, provayder heç olmasa 30-günlük yoxlama dövrü söz verir və əgər xidmətlərdən məmnun qalmasanız pullarınızı geri qaytaracaq.

6. Program Yeniləmələri və Uyğulama (Application) Dəstəkləri
Hostinq şirkətindən danışırıqsa qeyri-profesionallıq yolverilməzdir. Son versiyalara yeniləməni unutmaq provayderin ən böyük səhvi olar. Provayder öz platformasını yeniləyə bilmirsə sizə necə xidmət edəcək? Seçim sizdə olmaq şərti ilə 1-tıklamaya uyğulamaların yüklənməsi xidməti artıq olmazsa olmaza çevrilmişdir.

7. Domen Adını Üçüncü Qeydiyyatçıdan Almağa Çəkinməyin
Saytın domen adını başqa qeydiyyatçı şirkətdən almaq bir çox provayderlərin marketinq kampaniyalarından yayınmağa kömək edər. Bu ən önəmli məsləhətlərimizdən biridir: gələcəkdə hostinq provayderinizi dəyişmək istəyərkən gözlənilməyən çətinliklərlə qarşılaşmamaq üçün domeni hostinqdən ayrı tutmaqda fayda var.

8. Limitsiz Hostinq Düşüncəsiylə Çox Planlar Qurmayın
Bu ən çox qarşılaşdığımız bir durumdur: Limitsiz (Unlimited) hostinq ancaq nağıllarda ola bilər, əsasən də əgər bu inanılmaz aşağı qiymətədirsə. Düzdür, böyük web hosting şirkətləri var ki, serverlərinin yer tutumunda çətinlik çəkmirlər. Ancaq bu o demək deyil ki, həcm heç bitməzdir.

9. Təhlükəsizlik Üçün Kiçik Hərflərlə Yazılmış Yazıları Diqqətlə Oxuyun
Başqa bir önəmli ipucu – hostinq xidmətindən məmnun qalmadıqda ödənişin geri qaytarılmasında qoyulan gizli şərtlər ola bilər. Yoxlama vaxtı varmı, əgər varsa bu nə qədərdir? Gələcəkdə arzuolunmaz çətinliklərdən yayınmaq üçün belə detalları kiçik hərflə yazılmış sözlərin arasında axtarın.

10. Necə Backup Xidməti Olduğunu Yoxlayın
Mən öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, backup xidməti çox önəmlidir. Özəlliklə yaddaşdakı faylların sayı və həcmi çox böyükdürsə. Sizin hostinq provayderinizin gündəlik backup xidmətləri varmı? İtirəcəyiniz vaxta və ödəyəcəyiniz pula uyğun hostinqi tapmaq üçün backup xidmətinin qaydalarını oxumaq üçün zaman ayırın və diqqətlicə oxuyun.

11. İstədiyiniz Xidmətlərin Siyahısını Provayderin Təkliflərində Axtarın
Web hostinq geniş kompleks xidmətləri özündə cəmləyir. Saytınız və biznesiniz üçün lazım olacaq xidmətlərin olub-olmadığını öyrənin. Gələcəkdə ehtiyacınız olabiləcək 3 əsas xidmətlər arasında tanınmış CMS-lərin quraşdırılması, gizli SSL və ayrılmış IP ola bilər! Bu və başqa əlavə ödənişli xidmətlər məsələsini öncədən dəqiqləşdirin.

12. Daha Qısa Müddətli Müqaviləni Seçin
Çalışın hostinq şirkəti ilə müqaviləni qısa müddətlik bağlayasınız. Bununla da 12 ay sonra əgər xidmətlərdən razı qalarsınızsa, onu 24 və ya 36 aylıq uzada bilərsiniz. Aşağı qiymətə və endirimlərə uyaraq 12 aydan uzun müddət üçün müqavilə bağlamayın.

13. Web Hostinq Şirkətinin Qara Ləkəli IP Ünvanı Varmı?
Bəsi provayderlərin “Black holed IP” ünvanı ola bilər. Sizin hostinq şirkətin ünvanlarını Spamhaus Block List xidmətinin köməyilə asanca yoxlaya bilərsiniz. Bu əlverişli alət IP ünvanı analiz edir və onun haqqında detallı məlumatlar verir.

14. Paypal Kimi Başqa Yollarla da Ödəniş Seçimi Olmalıdır
Bəzi hallarda hostinq şirkətləri sifariş olunan xidmət müddəti bitdikdən sonra da avtomatik olaraq hesabınızdan pul çıxa bilər. Buna nə zaman icazə verdiyinizi unutmuş ola bilərsiniz. Belə haldan yayınmaq üçün ən yaxşı yol ödənişi Paypal hesabından etməkdir ki, sonda xidmətləri Paypal üzərindən asanlıqla silə bilərsiniz.

15. Gözlərinizi Qiymətlərdən Çəkməyin
Aşağı qiymətlərə qaçmayın, bununla da hostinq şirkətlərinin gizli surprizlərindən yayınmış olarsınız. Başqa tərəfdən baxsaq çox bahalı qiymət o demək deyil ki, təklif olunan xidmətlərin səviyyəsi ən yüksəkdə olacaq. Əgər web hostinq şirkəti inanılmaz qiymətlər təklif edirsə, onda yaxşı olar ki, inanmayasınız. Hostinq üçün qiymətlər ortalama olaraq aylıq 3$ və 8$ aralığında dəyişə bilər. Bu qiymət sizin saytınızı pis hadisələrdən qoruya bilər!

QEYD: Qiymətlər və xidmətlərin səviyyəsi beynəlxalq hostinq şirkətlərinin təklifləri əsasında araşdırılmışdır. Çox təəssüf ki, Azərbaycan provayderlərini qiymət və xidmət baxımından xarici şirkətlərlə heç müqayisə etmək mümkün deyil. Səhvimiz varsa rəyinizi bildirin.

Sonuc

Araşdırmalara son olaraq onu bildirək ki, internetdə web hostinq xidmətləri təklif edən şirkətlər çoxdur və heç də onların hamısı saytınız üçün güvənli deyil. Buna görə də hostinq xidmətlərindən yararlanmağa başlamazdan öncə həmin şirkət haqqında yazılanları, rəyləri gözdən keçirin və ən önəmlisi – təklif olunan xidmət və məhsulları dərindən araşdırın, qaydalarını diqqətlə oxuyun. Nə qədər çox araşdırsanız saytınız və biznesiniz üçün daha uyğun provayderi tapmağa bir o qədər də yaxın olarsınız.

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar