Qələm Klaviaturadan Kəsgindir

Qələm Klaviaturadan Kəskindir

Qələm Klaviaturadan Kəskindir

Qeyd almaq üçün nədən yararlanırsınız? Cib telefonu, səs qeydetmə cihazı, kompyuter? Bugünə qədər bir çox qeydalma cihazı və proqramı yoxladıqdan sonra nəhayət ən yaxşı texnologiyanı tapdım: qələm və kağız.

Yararlandığım uyğulamalarla alış-veriş siyahısını belə internetdə “bulud platformasında” tuturam. Paylaşma və işbirliyi özəllikləri sayəsində xanımım son dəqiqədə öz cihazından siyahını yeniləyə bilir və mən də beləliklə “süd almağı” unutmuram :)

Beləcə bu və buna bənzər praktik özəlliklərindən dolayı hər keçən gün kağız və qələmdən daha da uzaqlaşırıq. Kompyuter klaviaturasını işlətmək, qələmi tutmaqdan daha asan hala gəldi.

Bu gedişə bir dur deyərək bundan belə qeydlərimi qələm kağızla tutmağa qərar verdim. Nə üçün komputerdən çok daha sürətli qeyd almaq varkən, ən yavaş kayız yolunu tərcih etdim? Çünki qeyd almaq, yazı yazmaq sadəcə qeyd etmək demək deyildir. Yavaşlıq bir avantajdır. Söylənən hər şeyi eynilə yaza bilməyəcəyimizə görə, daha diqqətli dinlər, anlamağa çalışar və yenidən anlamlandırıb yazarıq. Hər şeyi deyil, özəti, özü. Biz kompyuter deyilik. İşimiz bilgini alıb depolamaq olmamalıdır. Duyduqlarımızı sonradan xatırlamaq üçün, öyrənmək üçün qeyd alırıq. Sonradan baxmasaq belə, kağız və qələmlə qeyd aldığımızda, beynimiz bilgini sadəcə axtarmaq/saymaq yerinə işləməyə başlayar. Öyrənməyin ən yaxşı yolu öyrətməkdir deyərlər. Qələmlə qeyd alarkən, yazarkən əslində o an öyrəndiyimizi özümüzə öyrətməyə başlayırıq.

Kalemle not alırken, yazarken aslında o an öğrendiğimizi kendimize öğretmeye başlıyoruz.

Kağız qələmlə qeyd alarkən yaratdığnız bir dizayn var: əl yazısı. Bu dizaynda çox yaxşı olanlara kaliqraf və ya həttat deyilir. Hərkəsin əl yazısına sənət diyə bilməsək də The Missing Ink (İtmiş Mürəkkəb) kitabı əl yazısına itmiş bir sənət diyer. “Yazılı sözlər”in yavaş ölümündən və qələmlə kağızın həyatımızdakı vazkeçilməz önəmindən söz edilir.

Sonuçda önəmli olan “yazmaq”dırsa əllə yazılmış, rəqəmsal yazılmış fərq edərmi? Əl yazısının, rəqəmsal olaraq yazılmış bir yazıyla qarşılana bilməyəcək özəl bir dəyəri varmı? Var. Əl yazısı, yazılı bilginin içərisindən o yana bəzı anlamlar, üst bilgilər (meta etiketlər) daşıyır.

Əl yazısı şəxsiyyət olaraq özəlliyimizin bir parçasıdır. Eynilə barmaq izimiz kimi, sadəcə bizimdir. Həm də buna görə məhkəmə işlərində əl yazısı analizi edilə bilər və tapılmış izlər dəlil olaraq qəbul edilə bilər. Mübahisəli bir sahə olmaqla birlikdə əl yazısından xarakter təhlili etməyə çalışan qrafoloqlara görə, eynilə bədən dili, vücud dili kimi bir əl yazısı dili də var və insanın şəxsiyyəti haqqında bilgi verir.

Əl yazısı dilinin də fərqli ləhcələri, aksentləri, şivələri var. Bunu göstərə bilmək üçün Facebook səhifəmdən əl yazısı örnəkləri topladım. Uzman olmağa gərək yoxdur. Bu yazılar, insan olmağın bütün özəlliklərini, rənglərini, çeşidliliyini daşıyır. Mükəmməl qüsurluluq! Heç birisi eyni deyil. Hətta 8 yaşında yazdığınız bir yazı ile indi yazdığınız yazı; hirsliykən, sevincliykən yazılan yazılar belə bir-birindən fərqli amma eynidir. Sizinlə birlikdə dəyişir. Xarakterinizdən izlər daşıyır. Fərqli əllərlə yazsanız da, farqli yazmağa çalışsanız da, siz sizsiniz, özünüzü gizlədə bilməzsiniz. Bir də bu yazıların sadəcə klaviaturada yazıldığını düşünseniz. Nə qədər çox şey itiririk…

Başqalarının əl yazılarını incələmək istəsəniz, internetdə ödənişsiz olaraq tapa biləcəyiniz “Əl yazısının fəlsəfəsi” kitabı, tanınmış yazarların əl yazılarının analizlərini toplamışdır. Bəhs etdiyim kimi bu mövzular mübahisəyə açıq və əl yazısından fal baxmağa qədər gedər,  ancaq bu bir gerçəkdir ki, hərkəsin əl yazısı fərqlidir.

Mən yazmağı əllə öyrəndim, amma 2016-dan etibarən Finlandiyadakı uşaqlar klaviaturada öyrənməyə başlayacaqlar. Dünyanın ən uğurlu təhsil sisteminə sahib ölkələrindən biri əl yazısını seçməli hala gətirir. Bu dövrdə klaviatura ilə yazmağı öyrətmək son dərəcə düşüncəlidir. Hətta bu belə yetərli deyil uşaqlarımıza ibtidai sinifdə kompyuter proqramları yaza bilməyi öyrətməliyik, ancaq bütün bunlar olarkən əl yazısını ikinci plana atmağa gərək yoxdur. Çünki əllə yazaraq öyrənmək daha asan və qalıcıdır.

Davranış psixoloqlarına görə əllə yazdığımızda beynimizdəki özəl bir sinir devrə aktiv hala gəlir. Əllə yazılmış kəlimələr adətən beynimizdə bir simulyasiya yaradır. Bu da öyrənməyi asanlaşdırır.

Bu xanım Doktor Karin James. 2012-də bir elmi iş yazaraq əl yazısının beynin inkişafına olan etkilərini araşdırmışdır.  Karin JamesOxuma yazmağı hələ öyrənməmiş uşaqlara hərflər və şəkillər göstərilmiş. Bir grup uşaq “nöqtələri birləşdirmə” yoluyla gördüklərini təkrar edərkən başqa bir grup kompyuter klaviaturasından gördüyü hərfə basmış. Sonuncu grupsa ağ bir kağıza gördüyünü çizmiş. Daha sonra bir beyin skaynerindəykən uşaqlara eyni hərflər və şəkillər göstərilmiş. Əllə yazaraq hərfləri öyrənən uşaqlar eyni hərfi görüncə beyinlərinin üç fərqli nöqtəsi aktiv hala gəlmişdi.

Bu mövzuda aparılan başka elmi işlər də var. Bunlar əllə yazma və fikir genişlətmə arasında yaxın bir bağlılığın olduğunu ortaya qoyur. Universitetdə gerçək siniflərdə aparılan bir araşdırma əllə yazaraq qeyd alan tələbələrin klaviaturada yazanlara görə daha yaxşı öyrəndiyini ortaya qoymuşdur.

“Qələm klaviaturadan kəsgindir” deyərkən əslındə analoq yöntəmlə rəqəmsal yöntəmi qarşı-qarşıya gətirmiş oluruq. Hər iki yöntəmin də özünə görə üstünlüyü və çatışmamazlıqları var. Evernote da işlədə bilərsiniz, Moleskine də. İkisini birliktə niyə işlətməyəsiniz? Texnologiyaları qarşı-qarşıya gətirib çarpışdırmaq yerinə bunları yan-yana, yerli-yerinde işlətmək ən doğrusu. Amma fikir açmaq üçün kəsgin olanı işlətmək lazımdır.

Sonuç olaraq mən alış-veriş siyahımı tutmaq üçün daha inkişaf etmiş qeyd alma uygulamalarını yoxlamağa, işlətməyə devam edəcəyəm. Ancaq yaradıcı işlərimi, dizaynlarımı, fikir yaratdığım yazılarımı dünyanın ən keçmiş və yayılmış texnologiyasıyla, “qələm”lə başlatmağı düşünürəm. Siz hansını tərcih edirsiniz, qələmimi, yoxsa klaviaturanımı?

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar

Bir Cavab Yaz