Nə üçün qeydlər aparmalıyıq?

Nə üçün qeydlər aparmalıyıq?

Dünyanın ən qədim texnologiyalarından biri qələmdir. Düşünün, insanlığın yaratdığı haradasa bütün fikirlər öncə qələmlə forma tapdı; sonra kağız üzərində qeydlərə çevrildi və sonunda dünyanı dəyişdirdi. Bir başqa baxış yönüylə belə də deyə bilərik: Qeyd alınmayan fikirlər üzündən kim bilir nə qədər çox dəyərli düşüncə silinib getdi. Ona görə qeyd aparmaq – şişirdəcəyəm indi – haradasa antik bir sənətdir!

İndi sizə kiçik bir sualım var. Hazırsınızmı? Bu qeydlərin kimə aid olduğunu təxmin edə bilərmisiniz? Bir az daha ipucu verim: Dünyanın ən başarılı iş adamlarından biri olaraq qəbul edilen Riçard Bransona. Özü yazdığı bloq yazısında qurduğu Virgin Holdingin ən başarılı şirkətlərindən bəzilərinin çox əlaqəsiz anlarda yarandığını bildirmiş. Əgər qeyd dəftərlərimizi açıb o anlarda gələn fikirləri yazmasaydıq bəlkə də bunlar heç gerçəkləşə bilməyəcəkdi deyir.

İndi etiraf zamanı! Mənim universitetə getdiyim illərdə sinifdə çox gözəl qeyd tutan yoldaşlarımız vardı və bunların çoxusu da qızlar idi. Onların tutduğu qeydlər kopalanraq çoxaldılır, imtahan zamanından öncə də bir gözəl çalışılırdı. İndiki ağlım olsa qeyd tutma işini başqalarına dövr etməzdim. Bu alışqanlığı çox kiçik yaşlarda qazanmaq istərdim.

Məzun olub iş həyatına atıldım. Gözlədiyim bu “qeyd tutma alışqanlığı” heyif ki, çox yayılmış deyil. Toplantıdan toplantıya ağla gəlir və yenə maraqlıdır ki, bu qeydləri də başlıca olaraq xanımlar tutur. Oysa qeyd tutmağın cinsiyyəti olmaz. Ağlınızdakı fikirlərin yazıya dönüb forma tapması kimi önəmli bir işi başqalarına dövr etmək məncə ən başda özünə zərər verir. “Gerçək bir kəşf yolçuluğu üçün yeni yerlərə ulaşmaq gərəkməz…” deyir Marsel Proust “yeni gözlərə sahib olmaq yetərlidir.” İşdə o yeni gözlərlə daha yaxşı görə bilmək üçün gördüklərini qeyd etmək son dərəcə önəmlidir. Sonucda hamımız oxuyub-yazırıq. Qismən oxuyuruq, amma iş yazmağa gəlincə… “Katib arzu halım yaz yara belə.”

Sonucda məktəb illərində deyil, ancaq bir az gec də olsa qeyd tutmağın önəmini anladım. Mənə görə bunun aşağıdakı 4 şeyə faydası var:

  • Öncəliklə düşünməyə və dolayısıyla fikir yaratmağa;
  • Bu fikirləri düzənləməyə və dolayısıyla aralarında bağlantılar qurmağa;
  • Önəmli olan fikirləri daha sonra xatırlamağa;
  • Və bütün bunların sonucunda daha yaxşı öyrənməyə faydası var.

Qələm beynimizin və bədənimizin ən təbii uzantısı kimidir. Onu işlətməkdən çəkinməyin. Mənə görə, bədəni inkişaf etdirmək istəyənlər bu işə öncə barmaqlarından və biləklərindən başlamalıdır. Çünki yazı yazma və qeyd tutma bacarığınızı yaxşılaşdırsanız əslində bir anlamda bədəninizin ən dəyərli orqanlarından birini də inkişaf etdirmiş olursunuz: beyninizi!

Çünki qeyd almaq çatdırmağın ən böyük yardımçılarından biridir. Ancaq qeyd almağı qarşındakının söylədiyi hər şeyi qeyd etmək olaraq anlamamaq lazımdır. Xatırlayırsınızsa, daha öncə “qələm klaviaturadan kəsgindir” adında bir bloq yazımızda danışmışdıq. Qeyd almaq, qələmlə yazı yazmaq sadəcə qeyd etmək demək deyildir, demişdim. Bu çox passiv bir davranış tərzi olar. Ondansa gerçəkdən qeyd tutmağa çalışsanız, qarşınızdakını gerçəkdən dinləməyə başlarsınız, aktiv bir öyrənmə zamanı yaşayarsınız. Çünki qeyd tutmaq, teoriyanı praktikaya çevirməkdədir. Teoritik bilginin beyniniz tərəfindən daha yaxşı anlaşılmasını və sonradan praktik bir uyğulamaya, ya da davranışa çevrilməsini sağlayar.

İstəsəniz belə bir yoxlama aparın. Bir məsələni öyrənməyə çalışarkən, oxuyarkən, dinləyərkən, izləyərkən bir yandan da özünüzə görə qeydlər tutun. Sonradan o qeydlərə baxmasanız belə çox daha yaxşı xatırladığınızı görəcəksiniz.

Özünüzə görə dedim, çünki hər kəsin özünə görə bir qeyd tutma siçimi var. Bunlar kağız-qələm işlətməkdən başlayır, yenilikci teknologiyalardan faydalanmağadək davam edir. Məsələnin çox önəmli olduğunu düşündüyüm üçün bir başqa videoda da analoq və digital qeyd tutma texnikalarından danışacağam.

Ağlınıza hər hansı bir anda gələn fikir nə qədər kiçik, böyük, asan, ya da qarmaşıq olursa olsun, onu heç vaxt itirmədən yazıya keçirin. Yatdığınız yatağın baş ucunda hər zaman bir dəftər-qələm saxlayın. Unutmayın, “Söz forma tapar” ancaq “uçub getməməsi” üçün öncə yazılması gərəkdir. Gördüyünüz yuxuları belə qeydə alın. Çünki arzularınızın nə zaman gerçəkləşəcəyini heç bilmək olmaz.


Nə üçün qeydlər aparmalıyıq?

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar