İş Dünyasında Yaradıcılıq: Dizayn və Texnologiya

1
İş Dünyasında Yaradıcılıq: Dizayn və Texnologiya

İş Dünyasında Yaradıcılıq: Dizayn və Texnologiya

Atəş və barıt. Yağ və su. İş və kreativiti. Bir-biriylə qarışa bilməyən, qarışmaması gərəkən yanaşmalar kimi durur. Amma deyəsən son ikiliyə bir istisna etməyin vaxtı gəldi. İş dünyasının əsil ehtiyacı kreativ bir DNA ola bilərmi?

Dizayn və texnologiya dünyasının kəsişdiyi nöqtədə “sənət” yaradabilən çox az şirkət vardır. Bunların içində ən bəyəndiklərimdən biri Pixar-dır. Uşaqlara və böyüklərə animasiya yaradır. Şirkəti quranlardan biri, Ed Katmul eyni zamanda onu hələ də yönəldir. Üstəlik təcrübələrini bir kitabda sıraladı.

Çox az insan iş dünyasında uğurun inanılmaz fikirlərdən gəldiyini düşünür. Məncə də elədir. Ən azından çox vaxtlarda. Ancaq bu inanılmaz fikirlərdən, tapıntılardan daha önəmli, daha çox diqqətə alınması gərəkən bir faktor var: insan.

Doğru insanları və bunlar arasında doğru kimyanı tuta bilmək, doğru fikri tapmaqdan çox daha önəmlidir.

Yaxşı bir fikri ortalama bir komandaya verərsəniz yəqin ki, batırarlar. Ortalama bir fikri yaxşı bir komandaya verərsəniz onu ya düzəldərlər, və ya zibilliyə atıb daha yaxşı bir fikirlə gələrlər.

Fikirlər insanlardan gəldiyinə görə, insan fikirdən daha önəmlidir. İnsan fikirdən daha önəmli olduğuna görə insana güvənmək gərəkməzmi? Tez-tez bilgisayar ekranınızı yoxlayan, nəfəsini arxanızda hiss etdiyiniz bir müdiriniz varsa nə kədər kreativ ola bilərsiniz ki? Kreativiti güvən torpaqlarında yetişən bir ağaç kimidir. Yönəticilər bu ağacı sulaya bilər, hətta budaya bilər. Amma köklərində güvən, səmimiyyət və yaxşı niyyət olmaq şərtilə.

Örnək üçün, Pixar-da “braintrust” adında “güvənilən beyinlərdən” qurulmuş 4-5 kişilik bir üst məclis varmış. Çalışanlar üzərində çalışdıqları proyektlər haqqında zaman-zaman bu üst məclisə danışır, fikirlərini öyrənirmiş. Buraya qədər hər şey normal və standart. Maraqlı və fərqli olansa bu dəyərli beyinlər, yönəticilər nə qədər üst olursa olsun verdikləri tövsiyyələri uyğulamaq məcburiyyət deyilmiş.

Yaxşı insanları tapmaq, onları inkişaf etdirmək və dəstəkləmək, yaxşı fikirlərin tapılmasına və inkişaf etməsinə gətirər. İş dünyasındakı yönəticilərin bu mövzunu bir dəfə daha gözdən keçirmələrində fayda var. Sonuçda bir yönətici niyə komandası üçün birini işə alır? O sahədə özündən daha usta olduğu üçün əlbəttə. Nədənsə yönəticilərin çoxunun münasibətini incələdiyinizdə heyif ki, bunu görərsiniz. Əslində hər mövzuda komandasında daha usta, amma vaxtı olmadığı üçün özündən çox daha az bacarıqlı başqa insanları işə almaq məcburiyyətində qalmış və indi də buna dözür!

Keyfiyyət, ən yaxşı iş planıdır.

Aşırı planlama etmək sadəcə qarşıda gözlənilən səhvlərin buraxılmasını gecikdirir. Dolayısıyla çox səhv et, tez səhv et.

Kitabda Pixar-la maraqlı çox maraqlı və əyləncəli bilgilər də var. Misal üçün, çalışma yerindəki fiziki şərtlərın dəyişdirilməsi doğrudan da performansa təsir edir. Bununla maraqlı bir toplantı masası örnəyi verilmiş. Bilirsiniz, bizdə də masalar son dərəcə önəmlidir. Hətta ən önəmli masalar ən böyükləridir. Nəysə biz Pixar-a geri dönək. Başlanğıcda toplantılarını uzuuun bir dördkünc masada və bir protokol sıralamasıyla masaların üzərində ad kartları olacaq şəkildə qururdular. Bu durumda masanın ən sonunda oturan fikirlərini ifadə etmək məsələsində istər-istəməz bir çekingənlik hiss edə bilirdi. Bunu duyan yönəticilər masanın şəklini çevrə formasına salıb ad kartlarını yığışdıraraq hərkəsin istədiyi yerə oturmasını sağlamışlar. Beyləcə toplantılar daha verimli hala gəlmiş. O saat ağlıma gəlmişkən kitabdan bir gülməli parça daha… Belə bir qayda varmış: hər toplantıda ən çox bir dəfə Star Wars-u xatırlatmaq olarmış :)

Sənət, dizayn və texnologiya hekayələrini anlatmağa davam edəcəyəm; izləmək üçün abunə ola bilər, qatqı sağlamak üçünsə rəy yaza bilərsiniz.