İnternetdə Pul Qazan: Online Biznesə Başlamağın 9 Yolu

İnternetdə Pul Qazan: Online Biznesə Başlamağın 10 Yolu

İnternetdə Pul Qazan: Online Biznesə Başlamağın 9 Yolu

Hər kəs bilir, ya da eşidib ki, internetdə pul qazanmaq çox asandır. Bəs necə? İnternetdə online biznesə başlamaq üçün olduqca böyük kapitala gərək yoxdur, həm də kiçik kapital da olsa, onun itirilməsi riski qat-qat aşağıdır. İmkanlar isə sonsuzdur: sizin biznesiniz online olduğuna görə internetə girən hər kəs sizin potensial müştəriniz ola bilər. Həm də siz virtual olaraq dünyanın hər bir yerində işləyə bilərsiniz.

Məncə bunu eşitməyən yoxdur, yenə də “axı, bəs necə?” sualını verirsinizsə, bu bloq yazımızda internetdə pul qazanmağın başlıca 9 yolu haqqında danışacağıq. Bu o demək deyil ki, bu 9 yoldan birini seçəsiniz. Sadəcə olaraq bu işlər online biznesdə çox geniş yayılmışdır və siz də internetdən pul qazanmağı düşünürsünüzsə, ən azından bunlardan xəbərdar olmağınız işinizə yaraya bilər.

Beləliklə, online biznesin qurulması üçün böyük məbləğdə pula eyhiyac yoxdur, çünki siz şəhərin mərkəzində mağaza, ya da ofis götürmürsünüz, xadimə, gözətçi, kassir kimi işçilər də lazım olmayacaq. Sizin biznesin internetdə yerləşdirilməsi üçün yaxşı düşünülmüş domen adıetibarlı hostinq xidməti lazım olacaq. Ancaq bunların olması çox önəmli və qaçılmazdır. Düşünmək ki, “Heç xərc çəkmədən Facebook səhifəmdən satışlar edəcəyəm”, ya da “Instagram səhifəmdə reklam xidmətləri göstərəcəyəmsə sayt nəyimə lazımdır?!” – bu çox yanlışdır. Heç düşünməyək ki, sosial şəbəkələr bir gün qaydalarında edilmiş dəyişikliyə görə səhifənizi tamamilə bağlaya bilər (Belə hallar isə çox ola bilər, məsələn, Youtube kanalında 2 dəfə başqasının videosunu öz adınızdan yayımlasanız, Instagramda bir anda çox insanı izləməyə başlasanız, ya da Facebook səhifəniz çox şikayət olunarsa, bağlana bilər). Ümumiyyətlə, bu heç kirayəyə kiçik bir köşk götürməyə də bənzəmir, çünki siz yalnız həmin platformanın qaydalarına uymalı, onu reklam etməli, ordakı imkanlarla çərçivələnməli və ən əsası isə alıcılarınızı yalnız həmin platformadan axtarmalı olacaqsınız.

Beləliklə, heç bir online biznesə domen adıweb hostinqsiz başlanmaq düzgün deyil. Websayt yaratmaq üçün baza bilikləri və kommunikasiya qurmaq bacarığınızla ildə 365 gün, həftədə 7 gün, gündə 24 saat fasiləsiz çalışan ofis aça bilərsiniz.

 

ONLINE BİZNES İDEYALARI: İNTERNETDƏ PUL QAZANMAĞIN 9 ASAN YOLU

Yenidən xatırladım ki, biz burda ən çox yayılmış 9 internet biznes tipindən danışacağıq, onların necə başladığını açıqlayacağıq. Bunlar biznes plan, ya da pul qazanmaq üçün 100%-lik çıxış yolu deyil. Sadəcə Beyin Fırtınası (Brainstorm) olsun deyə sizə ipucları veririk. İnternetdə də həyatda olduğu qədər biznes növləri var və bəlkə də daha çoxdur. İnternetdə də pul qazanmaq üçün nələrisə başqalarından daha üstün etməyi bacarmalısınız. Və hər kəsin başqalarından daha yaxşı gördüyü işlər var. Uğur qazanmaq üçün siz də öz bacarığınıza uyğun sahəni seçsəniz daha asan olar (örnək, əgər polis işçisi qanunvericiliyi gözəl bilirsə, onlayn hüquq məsləhətçisi kimi çalışa bilər). Beləliklə, bacarığınızı nəğd pula çevirmək üçün 9 yol:

1. Online Vasitəçilik

Online Vasitəçilik
İnternetdə tez bir zamanda asanlıqla pul qazanmağın ən sadə yollarından biri vasitəçilikdir. Heç bir mal-məhsul yaratmırsınız, müştəri məmnuniyyəti də sizi düşündürməyə bilər. Sadəcə vasitəçi olmaqla başqa şirkətlərin məhsullarını satmasına yardım edərək komisyon haqqları qazanın. Fərqi yoxdur siz alıcıları birbaşa satış edən şirkətin saytına yönləndirəcəksiz, yoxsa misal üçün, eBayda başqa bir kanalla satacaqsız. Vasitəçilik proqramlarının Affiliate Program) axtararkən The Resellers Network bazasına da baxın. Bu çox asan görsənə bilər, ancaq hər bir asan iş kimi çox zəhmət istəyir. Vasitəçi ola bilmək üçün həmin sahə üzrə çox şeyləri bilməlisiniz. Vasitəçilik biznesini öyrənmək üçünsə Affilorama.com saytı işinizə yarayacaq. Ən çox yayılmış Reseller program isə web hosting sahəsindədir. Resellers Panel-ə qoşulmaqla bir neçə dəqiqəyə web hosting satışına başlaya bilərsiniz.

2. Öz Brendini Sat

Öz Brendini Sat
Öz işlərini sat. Deyək ki, yaxşı şəkil çəkilrsiniz, ya da fotoaparatınızla gözəl kadrlar yarada bilərsiniz. Ola bilər ki, qrafik proqramları yaxşı bilirsiniz və sizin işləriniz çoxlarının xoşuna gəlir. CafePress kimi saytlara öz işlərinizi yerləşdirin. Əgər kimsə şəkillərinizi bəyənsə, saytın sahibləri sizin işinizi çap edib müştəriyə çatdıracaq. Satılmış hər məhsula görə komisyon gəlirləri əldə edəcəksiniz. Kalendar, kitab, gödəkçə, çanta, papaq, təbrik kartları kimi bir çox dizaynlar yaratmaq üçün həmin saytlarda Zazzle, Teespring and Lulu xidmətlərindən yararlanmaq olar.

3. Mobil Uyğulamalar (Apps) Yarat

Mobil Uyğulamalar (Apps) Yarat
Smartfonlar artıq hər yerdədir. Bundan sonra da daha geniş yayılacağı prognoz edilir və buna görə də mobil uyğulamalara (applications) tələbat durmadan artmaqdadır. Google-un Android və Apple şirkətinin iPhone marketində hər gün saysız yükləmələr edilir. Heç lazımsız uyğulamalarla da maraqlananlar tapılır, yüklənilir. Mobil uyğulama yaradıcıları heç bir əlavə xərc çəkmədən öz işlərini pula çevirə bilər. Bu biznesin heç bir anbar, çatdırılma, quraşdırma, zəmanət və başqa xərcləri yoxdur. İşlərinizdən uğurlu alınan olarsa ödənişli edə bilərsiniz və əslində bu çox kiçik məbləğ olacaq. Ancaq doğurdan da lazımlı program yarada bilsəniz, misal üçün, 1 dollar gəlir əldə etdiyiniz uyğulamanı 1 milyon insan yükləyərsə 1 milyon qazana bilərsiniz. Ödənişsiz yayılmış uyğulamalarınızda Google AdMob reklamları yerləşdirmək də qazanc yollarından biridir. Şirkətlər üçün uyğulama yaratmaqla ən dəbdəbəli peşə sahiblərindən birinə çevrilərsiniz.

4. Domen Adlar Al-Sat

Domen Adlar Al-Sat
İnternetdə bir çox insan domen adları alır və satır. Bunun üçün böyük bacarıq, ya da maliyyə kapitalı tələb olunmur. Hər kəs qeydiyyat qiymətinə domen adı ala bilər və onu daha baha qiymətə sataraq asan gəlir əldə edə bilər. Sadəcə  lazım olan vaxtda, lazım olan boş domen adı tapa bilməlisiniz. Misal üçün, Baku2021.com domeni boşdur. Əgər bu domeni alsanız və 2021-ci ildə Bakıda hansısa dünya əhəmiyyətli yarış keçirilərsə, bu domeni asanlıqla baha qiymətə sata bilərsiniz.

Domen adları alıb-satmaq üçün Afternic.com, Sedo.co.uk, ya da başqa domen auksiyonu saytlarına qoşulun. Ən yaxşı domen adı tapmağın yolları, ideyalar və domen adlarında populyar olan açarsözləri öyrənmək üçün həmin saytlarda da öyrədici məqalələr, tapşırıqlar var. Bu zamana qədər dünyada satılmış ən bahalı domen adlarının siyahısı: https://www.domaining.com/topsales/

5. E-Ticarət Saytı Yarat

E-ticarət üçün online shopun olması çox önəmlidir. PrestaShop, OpenCardShopify və Woocommerce kimi asan proqramların köməyilə böyük investisiya qoymadan tez bir zamanda öz online dükanınızı özünüz qura bilərsiniz. Bundan sonra Dropship Commerce kimi xidmətin sayəsində siz nə məhsulun yerləşdirilməsi üçün anbar, nə də son müştəriyə çatdırılması üçün daşıma problemlərini düşünməyə bilərsiniz.

6. Sosial Media Marketinq (SMM) Meneceri Ol

Böyük şirkətlər Facebook, Twitter, Facebook, Instagram və GooglePlus kimi sosial şəbəkələrdəki hesablarına nəzarət üçün ayrıca vakansiya aça bilərlər. Ancaq kiçik şirkətlər adətən bunu başqa işçilərin gücü hesabına edir. Onların isə başqa məsuliyyətləri olduğu üçün və bu sahədə profesional olmadıqlarından çox vaxt gözlənilən nəticəni vermir. Əgər sosial səhifələrdə aktivsiniz və çox şeyi bilirsinizsə öz xidmətlərinizi eyni anda bir neçə şirkətə təklif etməklə işi böyütmək olar. Zəhmətinizin nəticəsi görsənərsə onların biznesi uğur qazanar və sizin də gəlirləriniz arta bilər.

7. Professional Freelancer Xidmətləri

İnternet üzərindən Freelancing professional bacarıqları nəğd pula çevirməyin daha bir çıxış yoludur. Freelancer bazası, ya da əlavə işçilər axtaran özəl proyeklərin siyahısını toplayan saytlar var. Onlardan biri Upwork web-dizaynerlər, mobil uyğulama yaradıcıları, proqramçılar, İT və şəbəkə mühəndisləri, araşdırmaçılar, analitiklər, memarlar, arxitektorlar, qrafik dizaynerlər, rəssamlar, content yazarlar, tərcüməçilər, hüquqşünaslar, administratorlar, mühasiblər, marketoloqlar, satış və müştəri məmnuniyəti işçilərinin qeydiyyatını aparır. Öz iş qrafikini özün seçirsən və gördüyün işdən qazandığın gəlirin 2%-ə qədərini sayta xidmət haqqı kimi ödəyirsən.

Ya da sırf tərcümə üzrə ixtisaslaşmış saytlardan tərcüməçi kimi uyğun işlər tapa bilərsiniz. Onlardan ən tanınmışlar kimi Translated.com, Translation Cloud və TransPerfect saytlarını göstərə bilərik.

8. Ekspert Bloqqer

Maraqlı və qramatik cəhətdən düzgün yazmağı bacarırsansa onda özünü bloqqer kimi də sınaya bilərsən. Bu da çox asan görsənən işlərdən biridir, çünki bloq yazmaq üçün böyük texniki və ya proqram bilikləri tələb olunmur. Yalnız yaxşı xəbərdar olduğun sahə üzrə gözəl bloq yazıları yazaraq böyük pullar qazanmaq olar. Bu ilk baxışdan çox asan görsənsə də hər kəsdə alınmaya bilər: 1-ci tapşırıq çox sayda oxucu kütləsi toplaya bilməkdir. Əgər bunu etməyi bacaracaqsansa, ondan sonrası asandır. Aşağıdakı üsullardan birindən, ya da bir neçəsindən birlikdə istifadə etməklə ziyarətçi sayını pula çevirmək olar:

  • Google AdSense Reklamları – bu reklamlar tematik olduğuna görə eyni zamanda bloqun kontentini genişlətmək üçün də yararlıdır.
  • Vasitəçilik (Affiliate) Proqramları – sizə inanan ziyarətçilərə doğru məsləhətlər verməklə onları partnyorluq etdiyiniz şirkətlərin saytına yönləndirirsiniz. Şirkət sizə hər bir gətirilmiş alıcının alışlarına görə komisyon ödəyir. Belə əməkdaşlıqdan həm bloqqer, həm satış edən şirkət, həm də oxucu razı qalır.
  • Reklam Xarakterli Ödənişli Bloq Yazıları – Müəyyən kiçik ödənişlər qarşılığında növbəti bloq yazınızda hər hansısa brendi yada salmaqla, ya da dərindən incələməklə reklam xidməti göstərə bilərsiniz.
  • Reklam Banerlərinin Yerləşdirilməsi – birbaşa olaraq tanınmış marka sahibləri ilə də görüşə bilərsiniz. Əgər bloq saytınızda reklam yerləşdirmək istəyən sahibkar tapsanız bu stabil gəlir ola bilər.
  • Member Areas – Üzvlük sataraq saytın müəyyən hissəsini yalnız ödənişli şəkildə görə bilən izləyicilərdən qazanmaq üçün doğurdan da dəyərli bloq yaratmaq lazımdır.

Azərbaycanda belə təcrübə olsa da çox güclü olmayacaq, ancaq misal üçün, bu evdar qadın özünün Dooce.com saytında uşaqları və ev heyvanları haqqında gündəlik olaraq bloq yazıları yazaraq qazanc əldə edir.

Bloq yaratmağa bir domen almaq, hostinq xidməti ilə internetdə yerləşdirmək və tanınmış CMS-lərdən (Content Management System) birini qoşmaqla (misal üçün, ən məşhur və geniş yayılmış olan WordPress ilə) başlamaq olar.

9. WordPress üçün Tema və Qoşmaların Yaradılması

Web dizayn bacarıqlarınız var və HTML kodlarından anlayırsınızsa onda WordPress və websayt temaları (themes) yaradaraq bunu daha da inkişaf etdirə bilərsiniz. Onları ThemeForest və TemplateMonster kimi platformalarda yerləşdirərək pul qazanmaq olar. Hətta qoşmalar (plugins) da yaradıb satmaq olar. Hər şey bacarıqdan asılıdır.

Bu 9 biznes istiqamətləri internetdə çox geniş yayılmışdır, ancaq yenə də biz reytinq siyahısı yaratmaq üçün araşdırma aparmadıq. Ya da bir zamanlar uğur qazanılması o demək deyil ki, bu yolla hər kəs asanlıqla öz biznesini qura bilər. Bonus olaraq daha 7 biznes ideyası da yazırıq ki, onlar da bu siyahıda ola bilərdi:

10. Forex Trading

Mənim kimi bir çoxları bu sahəni çox riskli sayır. Ancaq çox kiçik məbləğlə başlayıb bilik səviyyənizi yoxlamaq olar.

11. Content Yazarlar

Yaxşı yazırsan, ancaq bloq yaratmaq üçün vaxt və SEO biliklərin yoxdursa PayPerPost, Textbroker, ya da Helium kimi saytlar üçün yazmaq olar. Eyni zamanda e-kitablarların da çap və başqa xərcləri yoxdur.

12. Araşdırma Apar

Dizayn, kod və bloq işlərini sevməyənlər şirkətlər üçün internet araşdırmalar apara bilər (xaricdə belə sifarişlər də olur).

13. Online Marketing

Ödənişli SEO (Search Engine Optimization) və SEM (Search Engine Marketing) xidmətləri göstərə bilərsiniz.

14. Fotolar Sat

Boş vaxtlarında gözəl foto çəkməyi sevənlər sonradan onları Shutterstock və Fotolia kimi saytlarda sata bilər.

15. Virtual Köməkçi

Telefon, email, ya da Skype-la professional xidmətlər təklif etmək olar. Belə köməkçilər çay gətirmək işində bacarıqsız olur.

16. Online Müəllim və ya Təlimçi

Yaxşı təlimçinin leksiyalarını istənilən anda dinləyə bilməkdən yaxşı nə var?! Skype-la dərslər deyin, ya da Youtube kanalınızı açın.

Bloq saytı açmaq və ziyarətçilərin sayını artırmaq üçün bizim saytı izləməyi unutmayın. Gələcək online biznesinizdə uğurlar!

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar

28 Açıqlamalar

  • Yayımlandı:  February 10, 2016

    Pervin

    Azerbaycanda bu cur sayt gormek nece de xosdur. Paylasimlarini goslzeyirem. Ugurlar sene.

    • Yayımlandı:  February 10, 2016
      WEB Dizayn Studiya

      WEB Dizayn Studiya

      Çox sağ olun, Pərvin! Çoxdan idi ki, rəy almırdıq ;) Daha faydalı ola bilmək üçün rəyləriniz dəyərlidir

  • Yayımlandı:  February 26, 2016

    Heydər

    Salam. Sizin saytın vasitəsilə çox şeylər öyrənmişəm. Mən sizin köməkliyinizlə sayt qurmaq istəyirəm. Godaddy.com-dan domen almışam. Sayt daşınmaz əmlak və digər pulsuz və pullu elanlar verilməsi üçün nəzərdə tutulub. Düşündüyüm saytın http://www.2el.az, yeniemlak.az, http://www.tap.az saytları səviyyəsində (əlbətdəki bəzi əlavə və dəyişikliklərlə) olmasını istəyirəm. Bununla bağlı bəzi məsələləri bəri başdan dəqiqləşdirmək istəyirəm:
    1. Belə bir saytın hazırlanması mənə neçəyə və neçə günə başa gələcək?
    2. Saytdan pul qazanmaq üçün pullu elanlar, google adsens, səhifədə reklam yerləşdirmək və sairə populyar metodlar aydındır. Bilmək istədiyim odur ki, gün ərzində saytda elanların verilməsinin sayına, saytın səhifələrinin tıklanılma sayına, trafikin həcminə görə necə pul qazanmaq olar? Və buna görə domenimin .com və ya .az olmasının əhəmiyyəti varmı?

    Çox xahiş edirəm suallarıma mümkün qədər aydın cavab verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.

    • Yayımlandı:  February 27, 2016
      WEB Dizayn Studiya

      WEB Dizayn Studiya

      Salam, Heydər bəy.
      1. Biz hazırlasaq 5 min manat qarşılığında 3 aya hazır edərik və daha 2 ay da nəzarət edərik. Vaxt və məbləğ görüləcək işin genişliyi və səviyyəsinə bağlıdır. Misal üçün, 1 aya 1000 AZN qarşılığında da bənzər sayt qura bilərik.
      2. Əgər sayt Azərbaycanca olacaq və Azərbaycana aid olacaqsa .az domeni ilə Google axtarışlarından daha çox nəticə əldə etmək və bununla da daha çox pul qazanmaq olar. Domen adın qısalığı, anlamlığı, açar sözləri olması da önəmlidir. Saytda pul qazanmaq yolları: ödənişli banner yerləşdirmək, ödənişli elan yerləşdirmək, Google AdSense-lə işləmək və b. ola bilər. Gəlir isə birbaşa saytın trafikindən asılıdır.

      Saytımız da elə bu suallar üzərində qurulub və birmənalı, aydın şəkildə cavab vermək çətindir.
      Bizə burada da, web@ web.com.az ünvanına da yaza bilərsiniz.

  • Yayımlandı:  March 18, 2016

    LuxElectronics

    1 ya 3 ay çox gecdir, saytı ən tez nə qədər vaxta hazır edə bilərsiniz? Maksimum tez olsun, əlavə ödəniş edə bilərəm

    • Yayımlandı:  March 18, 2016
      WEB Dizayn Studiya

      WEB Dizayn Studiya

      1 həftəyə (yəqin ki, internet mağaza olacaq) 300 AZN
      Tez olması istəklərinizi bizə göndərməyinizdən (saytın contenti) və işlərin ağırlığından asılıdır. Tez olacaqsa əlbəttə ki, ucuz olacaq (əlavə ödənişsiz). Çünki tez olduğu halda bir sıra istəmədiyiniz işlər təxirə salına bilər.

  • Yayımlandı:  August 2, 2016

    Abbas

    Salam,mən özüm wordpresslə lazım olanda şəxsi saytımı qururam. Amma mənə indi onlayn satış lazımdı bir neçə məhsulumu satmağs. Woocommerce öyrəndim, amma ödənişi paypal deyil də, kredit kartının nömrəsi ilə etmək istəyirəm. İnternetdə araşdırdım vöen, bundan sonra isə azericardla danışmalıymışam. Bəs bunu wo necə uyğunlaşdıracam?

    • Yayımlandı:  August 2, 2016

      Abbas

      Woocommercede de nece uyğunlaşdırılması qaydasını bilmirem. Ya da ayrı bir metod teklif ede bilersinizmi mene?

      • Yayımlandı:  August 3, 2016
        WEB Dizayn Studiya

        WEB Dizayn Studiya

        WordPress-də ən geniş yayılmış uyğulama WooCommerce-dir. Çox istifadəçinin olması isə daha çox dəstəyin olması deməkdir.
        Sırf online satış saytı qurmaq üzrə ixtisaslaşmış sistemlərdən isə PrestaShop və OpenCard var.

    • Yayımlandı:  January 12, 2017

      ELITE GROUP

      goldenpay sistemi ile emekdasliq etsez onlar sayta redirect – yonlendirme sehifesini ozleri yerlesdirir. yenni sizin alicilar sadece olaraq odemek duymesine basdiqda goldenpay odeme sisteminin odenis sehifesine kecir , odenisden sonra ise yene saytiniza geri redirect- verir.

  • Yayımlandı:  December 12, 2016

    Inci

    Salam ölkəmizdə belə bir saytlar haqqında nəyisə basa salan belə gözəl yazıları gormek necədə xoshdur.inanın neçə ildir özümə biznes sayt açmaq istəyirəm və hardan nece başlayacağımı bilmriem.ınshallah yazdıqlarınız mənə faydasi olar.bir daha teshekkur edirem.

    • Yayımlandı:  December 13, 2016
      WEB Dizayn Studiya

      WEB Dizayn Studiya

      Sizə gələcək biznesinizdə uğurlar diləyirəm!
      Məncə sual belə qoyulmamalıdır ki, görəsən necə bir iş qurum?! Əslində yuxarıda da yazdığımız kimi, hərkəs başqalarından daha çox bildiyi və daha çox sevdiyi sahə üzrə işini qurarsa, istəyinə çatmaq şansı o qədər çox olar. İnternet sadəcə bazarı genişləndirmək və işi asanlıqla yarada bilmək üçün vasitədir. Qalanı işin görülməsindən və həmin işin başqalarına faydalı olmasından asılıdır.

  • Yayımlandı:  March 29, 2017

    Shahin

    Hamiya salam. internetden pul qazanmaq isdeyenler bu http://hotlogo.net/p465214/ linke daxil olub qeydiyatdan kechsinler. chox asandi sadece beyendiyiniz logolari sechirsiz gunde 10-15$ qazanmaq imkani var 2 gune 24$ qazandim.. pulu istediyiniz vasite ile hesabiniza kochururler..

    • Yayımlandı:  May 9, 2017

      NATİK

      Nece olur menide oyredin zehmet olmasa degig odeniş verilir?

    • Yayımlandı:  15 days ago

      Flora

      Salam men hotlogoda qeydiyyatdan kecdim 10isi yerine yetirdim 10,50$ qazandim ama indi ne edim bilmirem 20 30 50 is yerine yetirmek isteyirem ama bacarmiram mene komek ede bilersiniz?

  • Yayımlandı:  April 15, 2017

    Gökhan

    Türkçe bilirsənsə buraya məqalə yazıb pul qazana bilərsiniz; https://www.faydalari.com/

  • Yayımlandı:  April 21, 2017

    turkan

    Salam men nece men qeydiyyatdan kece bilmirem meni qeydiyyata sala biler siniz

  • Yayımlandı:  April 24, 2017

    Nicat

    günde 1 saat işlemekle 100$ qazanmağın en asand yolu, bu saytda hem reklam edirsiniz, hem reklam izleyirsiniz, her click 1$ edir, çox rahatdır, ancaq pulunuzu 5000$ olduqdan sonra götüre bilersiniz, size öyredim, ilk 4500$ çatdıqdan sonra accountu aktivleştirmek üçün 7.5$ ödeyin, hesabınız aktiv olmasa pulu götüre bilmeyeceksiniz, qaydalarını mütleq oxuyun, şertlerini bilmeden bu işe girmeyin, http://www.mysteryptc.com/index.php?ref=nicat9617

  • Yayımlandı:  April 24, 2017

    Nicat

    Bu arada türkcemde superdi ruscamda ingiliscemde, mektebde oxumamışam universitetdede…

  • Yayımlandı:  May 16, 2017

    Adem

    Aman Allahım bu inanılmaz. İki güne 20 dollar kazadım. İnnamıyorsanız sadece 1 kez deneyin. Çok mutluyum yehuuuuuuu. Denemkde fayda var/ http://hotlogo.net/p691033/

  • Yayımlandı:  May 16, 2017

    Peyman

    Internetden pul azanmagin en asan yolu http://hotlogo.net/678219. 2gune 20$ azanmaq olur. Ve ayda iki defe karta kocurulur

  • Yayımlandı:  June 6, 2017

    Tebriz

  • Yayımlandı:  June 13, 2017

    Abdurahmanov Vusal

    Men youtubeda zadda baxdim en cox danisilan bu linkdeki saytdir https://goo.gl/nRUof5 reklam gelir her reklama gorede 5 rubl gelir elde edrisen 7000 rubl cixartmisam bu gun de 7000 rubl vurmusam webmoney hesabima.bu linke girib qeydiyyatdan kecin ve 7000 rubl gelir elde etdikden sonra pulunuzu cixara bilirsiniz 2 gune hesabiniza kocur men 195 manat cixartmisam bankdan inanmirsiz birce defe baxin gorun olur yoxsa yox hedden artiq ezyetsizdi birce defe qeydiyyatdan kecin baxin

  • Yayımlandı:  June 27, 2017

    Qiyaseddin Calalov

    Hamiya salam. internetden pul qazanmaq isdeyenler bu http://hotlogo.net/p723651/ linke daxil olub qeydiyatdan kechsinler. chox asandi sadece beyendiyiniz logolari sechirsiz gunde 10-15$ qazanmaq imkani var 2 gune 20$ qazandim.. pulu istediyiniz vasite ile hesabiniza kochururler..

  • Yayımlandı:  July 17, 2017

    cindy moore

    Təbrik edirik
    Hörmətli cənab Cindy Moore, nə bir borc olduğunu ictimaiyyətə məlumatlandırmaqdır
    Kreditiniz, hər kəsə ehtiyacı olan hər kəs üçün maliyyə imkanı təqdim etmişdir
    Maliyyə yardımı. 2% faiz dərəcəsi krediti alırıq
    Bireyler, şirkətlər və müəssisələr uyğun olaraq uyğun
    Qaydalar. E-poçt ilə bu gün bizə müraciət edin:
    Cindymoore8182@gmail.com

  • Yayımlandı:  August 3, 2017

    Senan

    Dostlar / Bu saytda coxlu pul qazana bilersiz:http://3031.sacdengi.top/472357025111/

Bir Cavab Yaz