İnternet Marketinq Planda Email Marketinq də Yer Almalı

0
İnternet Marketinq Planda Email Marketinq də Yer Almalıdır

İnternet Marketinq Planda Email Marketinq də Yer Almalıdır

İnternet Marketinq planınızda yer almalı olan ən önəmli iş Email Marketinqdir. Biz bu bloq yazımızda Email Marketinqin yaradılmasının vacibliyindən yazacağıq.

Email Marketinq Nədir?

Email Marketinq ilə biz öncədən bizi seçmiş insanlardan aldığımız ünvanlar siyahısına emaillər göndəririk. Öz emaillərini könüllü şəkildə göndərmiş oxucularınız (ziyarətçi və ya alıcılarınız) sizi eşitmək istəyir. Email marketinqdə hədəfiniz onları yeniliklərinizlə tanış etmək, bilgiləndirmək və faydalana biləcəkləri xəbərləri çatdırmaqdır. Bununla da siz onlara öz qayğınızı göstərir, professionalığınızla inamını qazanaraq hələ də aktiv şəkildə çalışdığınızı göstərirsiniz. Bundan başqa qalan şeylər spamdır (tullantı). Əgər özünüz üçün email siyahı hazırlamırsınızsa bu böyük səhvdir! Bəs nə üçün?

Nəyə Görə Email Marketinq Vacibdir?

Aşağıda göstərdiyimiz 6 səbəbi oxuduqdan sonra email marketinqin önəmliliyiylə bağlı düşüncələrinizi dəyişəcəksiniz. Eyni zamanda yeni email marketinq planı qurarkən və toplu məktublar göndərməzdən öncə bu özəllikləri gözdən keçirin.

1. Yenilikləri Çatdırın

Email marketinqlə saytda olan yenilikləri asanlıqla öz izləyicilərinizə çatdıra bilərsiniz. Yeni səhifələrin yaradılmasını bildirməyin ən asan və tez yolu budur.

2. Heç Kimi İtirməyin

Websayt üçün hər yeni bir qonağın qazanılması böyük zəhmət istəyir. Onlar gəlir, sayta baxır, sizin işlərinizi bəyənir və çıxıb gedirlər. Bu gedən ziyarətçilərin yenidən sayta dönüb-dönməyəcəkləri sual altındadır. Ola bilər ki, bununla da çox vacib bir alıcını, ziyarətçi, oxucu və ya sadəcə dostu itirə bilərsiniz. Ancaq emailini alabiləcəyiniz qonağı itirməzsiniz və gərək olduğunda ona yenilikləri özünüz emaillə çatdırarsınız.

3. Hədəf Auditoriya

Onlar artıq bir dəfə saytınıza gəlmişlərsə və yetərincə bəyənərək öz emaillərini sizə etibar ediblərsə, bundan gözəl auditoriya necə olmalıdır ki?! Onlar sizə inanır və sizdə olan nələrsə onlara maraqlıdır.

4. Çatdırılma Yolları

İnsanlar, daha doğrusu alıcılar təkrarı sevir, ancaq bir şərtlə ki, eyni cür söz-söz yox, təkrar olunan anlam olsun. Çatdırılma yolları fərqli olarsa bu heç də bezdirici görsənmir. Daha yaxşı olar ki, söz deyilən gələn dəfə vizual olaraq qrafik təsvir edilsin və ya video ilə göstərilsin. Çatdırılma yolları nə qədər çox olarsa satış da bir o qədər çox olar. Siz təklif edin, alıcılar hazır olduqda, istədikləri zaman alacaqlar.

5. Email Heç Zaman İtirilmir

Bu gün Facebookda paylaşdığınızı bir çoxları görə bilər, ancaq sabah həmin statusu tapmaq çətin məsələ olacaq. Emaillərdə isə belə deyil, onlar itmir, hər zaman gələnlər qutusu Inboxda oxunulmasını gösləyir.

6. Sizin Email Siyahınız Sizindir

Facebookda və ya başqa sosial şəbəkələrdə minlərlə fanatınız ola bilər, ancaq bir gün hər hansısa bir səbəbdən hesabınız itirilərsə hər şey itiriləcək. Emaillərlə isə belə deyil, çünki asanlıqla email siyahısını öz kompyuterinizə endirə, ya da backup edə bilərsiniz.

Email Marketinq Planın necə yazılması, bu işin aparılması yollarıyla bağlı (emailləri necə toplamalı, hansı proqramlar lazımdır, nə qədər tez-tez yayınlanmalı) sıradakı bloq yazılarımızdan oxumağı unutmayın. Bunun üçün emailinizi bizə göndərməklə saytdakı yeniliklərə abunə olun.

Bəs sizin nə üçün hələ də Email Marketinq Planınız yoxdur?