İlk Saytımı Necə Qurum: Yeni Sayt Yaratmağın Yolları

Yeni Bir Sayt Yarat: Saytlar Necə Qurulur

Yeni Bir Sayt Yarat: Saytlar Necə Qurulur

Hər bir kəs özü üçün sayt yarada bilər. Bunun necə asan bir iş olduğunu bilsəniz siz də özünüzə yeni bir sayt qurmaq fikrinə düşə bilərsiniz. Bəs nədən başlamalı? İnternetdə hər gün minlərlə yeni saytlar yaradılır. Bunun üçün o qədər də dərin biliklərə gərək yoxdur. Sadəcə doğurdan istəmək yetərlidir. Bu bloq yazımızda isə sizə yeni sayt yaratmağın 3 fərqli yolundan danışacağıq.

WordPress, ya da Blogger ilə 100% Pulsuz Sayt Yarat

Yeni bir sayt qurmağa başlamağın ən sadə yolu WordPress.com və ya Blogger.com-dan istifadə etməkdir. Onların hər ikisi sayt və bloq yaratmaq üçün istifadə olunan internet nəhənglərdir. Beləliklə, siz tamamilə pulsuz, heç bir ödəniş etmədən (hətta qeydiyyat zamanı kredit kartınızı da göstərmədən) ilk saytınızı qura bilərsiniz. WordPress bu işdə daha böyük usta sayılsa da, Blogger Google-un məhsuludur. Hansı sizə xoş gəlirsə, ikisindən birini seçə bilərsiniz.

WordPress ilə 100% Pulsuz Sayt Yarat

WordPress ilə 100% Pulsuz Sayt Yarat

 

Sayt / Bloq yaratmaq üçün olan bu internet xidmətləri tamamilə ödənişsiz olduğuna görə bəzi məhdudiyyətlər olacaq. Misal üçün, sizin yeni saytın domen adının sonunda həmin saytların ünvanları olacaq: www.sizinsayt.wordpress.com

Başqa bir çatışmamazlıq bu ola bilər ki, siz yalnız həmin sayt yaratma xidmətlərinin qaydalarına uyğun olaraq icazə verilmiş içərilikli saytlar yarada bilərsiniz. Həm də istənilən zaman qaydaları pozduğunuzda, ya da başqa hər hansı bir səbəbdən saytınız tamamilə bağlana bilər. Qayda-qanunları isə istədikləri zaman dəyişmək hüququnu özlərində saxlayırlar.

Ən pis cəhəti isə yəqin budur ki, bu yolla yaratmış olduğunuz saytlardan kommersiya məqsədləri üçün istifadə edə (yəni ki, pul qazana) bilməzsiniz. İndi özünüz düşünün və qərar verin ki, sizə bu platformalarda tamamilə ödənişsiz sayt yaratmaq lazımdır, yoxsa yox?!

Yeni Sayt Yaratmağa Öz Domen və Hostinginlə Başla!

Əgər çox kiçik ödəniş edə bilərsinizsə, bu zaman özünüzə domen adı və hosting alın. Beləcə gələcək saytınızın 100%-lik sahibi özünüz olun. İllik ödəniş qarşılığında gələcək biznesinizi, lap olsun kiçik sayt və ya bloqunuzu heç kiminlə paylaşmağına dəyməz. .Com zonasında domen almaq üçün sizə illik 10 $ ödəniş etmək lazım gələcək. Əgər .Az zonasında domen almaq istəsəniz birinci il üçün 40 AZN, ikinci ildən başlayaraq 20 AZN texniki xidmət haqqı ödəyəcəksiniz. Hosting xidmətləri üçün ödəniş satıcıdan, saytın böyüklüyündən, xidmət səviyyəsindən və genişliyindən asılı olaraq dəyişə bilər. İnternetdə hosting xidmətləri təklif edən şirkətlər də çoxdur. Onlardan biri olan Hostinq1.com-da həm yeni bir domen adı qeydiyyatdan keçirə bilər, həm də aylıq 3,75 $ ödəyərək limitsiz həcmdə disk sahəsi (hosting) ala bilərsiniz. Domeni hostinglə birlikdə eyni saytda qeydiyyatdan keçirdiyinizə görə onları bir-biri ilə əlaqələndirməkdən yazmırıq. Artıq sizə verilmiş Control Panel-də (İdarəetmə Lövhəsi) saytınızın domenini də seçə bilərsiniz.

Öz domeniniz / hostinginiz olduqdan sonra saytı qurmaq üçün proqramlar axtarmağa başlaya bilərsiniz. Bu işdə də sizə WordPress platforması yardım edə bilər. Bunu asanlaşdırmaq üçün demək olar bütün hosting şirkətləri one-click (bir tıklama ilə) WordPress quraşdırma təklif edir.

Saytınızı “Drag&Drop Website Builder” ilə Qurun / Yaradın

Əgər hər hansı bir səbəbdən WordPress sizin üçün çətin görsənirsə, alternativ olaraq “Drag&Drop Website Builder” platformalardan yararlana bilərsiniz. Adından da görsəndiyi kimi Drag&Drop Website Builder (ing: Çək və Burax Sayt Quran) asandır.

Əvvəllər öz saytını qurmaq üçün hər kəs veb dizayn proqramları öyrənməli, HTML kodları yazmalı və saytda nəyisə dəyişdirmək üçün FTP ilə yükləməli idi. Bu çalışmalar isə olduqca yorucu və çətin işdir.

Bu gün bütün hosting şirkətləri Drag-and-Drop Builder xidmətləri ilə sayt qurmağı da təklif edir ki, bu doğurdan da çox asandır və heç bir program öyrənməyə gərək yoxdur. Sayt yaratmaq üçün bu formada xidmətlər təklif edən platformalar arasında ən tanınmışlar: WeeblyWix və IM Creator-dur.

Bu platformalar pulsuz olaraq drag-and-drop editor ilə təmin etmələri qarşılığında sonrakı mərhələlərdə başqa xidmətlər üçün ödəniş istəyə bilərlər. Misal üçün, pulsuz hosting xidməti göstərdiyi saytların aşağısından onların saytına keçidi silmək üçün, 2-ci saytı qoşmaq üçün və öz domeninizi artırmaq üçün ödəniş tələb edəcəklər.

Bu 3 platformadan hansını seçsəniz çox asanca və tezliklə öz saytınızı qurmağa başlaya bilərsiniz. Öyrənmək üçün çox şey yoxdur: çək-burax prinsipi ilə işləyən bu sistemlərin hər birində sayt qurmaq olduqca asandır.

İndi İlk Saytımı Necə Açım ki, İnternetdə Tam İşləməyə Başlasın

İndi siz sayt və blog yaratmağın 3 ən sadə yolları ilə tanış oldunuz. Bu çıxış yollarından hər hansı birini seçib öz saytınızı qurmaq üçün işə başlaya bilərsiniz. Əgər indi sayt yaratmaq fikrinə düşmüsünüzsə mən sizə WordPress/Blogger-dən başlamağı məsləhət görürəm. Ya da “drag-and-drop builder” təklif edən platformaları da yoxlaya bilərsiniz, çünki onların hər biri xidmətin keyfiyyətinə, programların işləmə prinsipinə baxmağınız üçün ödənişsiz planları var.

Saytı qurmağın ilk addımları ilə tanış olduqdan sonra Domen və Hosting alaraq öz saytınızın tam sahibi olmağınızı məsləhət görərdim. İndi nəysə yaratmaq üçün növbə sizindir!

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar