İş Görüşməsində Soruşula Biləcək Qəribə Suallar

İş Görüşməsində Soruşula Biləcək Qəribə Suallar

Həyatda ən az bir dəfə iş görüşməsində olmusunuz. Hələ olmadınızsa gələcəkdə olacaqsınız. İstər masanın işverən tərəfində, istərsə də başvuran tərəfində oturun, bir iş görüşməsinin özü suallardır. Birisini gerçəkdən tanımaq üçün ona nə soruşardınız?

Özünüzü 5 il sonra harada görürsünüz? Verilən ən klassik suallardan biridir. Nə bilim harada? Qismətsə burada görmək istəyirəm :) Zarafat bir yana, belə bir sualdakı istək açıq bir karyera hədəfinizin olub-olmadığını öyrənməkdir. Mən bu klassik sualların deyil, fərqli sualların heyranıyam. Onların izinə düşdüm. Misal üçün, “Nə qədər qəribəsiniz?” sualı. Bəli, bu gerçək bir müsahibə sualıdır və bir online alış-veriş saytında çalışmaq istəyən namizədlərdən soruşulurmuş. Buna necə cavab vermək olarki? Budur, bir başqası: “Özünüzü tək bir sözlə tanıda bilərmisiniz?”

İş Görüşməsində Soruşula Biləcək Qəribə Suallar

Elektrikli alət Tesla və kosmos daşınmalarıyla məşğul olan SpaceX kimi çox başarılı şirkətlərin qurucusu Elon Musk işə alacağı adamlarlə birbaşa özü görüşən birisidir. Görüşmədə soruşduğu sualsa bir tapmacadır: “Dünyanın üzərində durursan. Bir mil cənuba, bir mil qərbə və bir mil şimala gedirsən. Sonunda başladığın yerə geri dönürsən. Sən haradasan?” Cavab üçün video/yazının sonuna qədər düşünün.

HootSuite-in yönəticisi Ryan Holmesun soruşduğu sual: “Super gücünüz, ya da sevimli heyvanınız nədir?” Bu suala aldığı ən gözəl cavabsa “ördək” olmuşdu. Çünki ördəklər suyun üstündə çox sakit görünürlər, amma suyun altına baxdığınızda ayaqlarının böyük bir sürətlə hərəkət etdiyini, çılğın kimi gördükləri işləri tamamlamağa çalışdıqlarını görərsiniz. Bu cavabı verən kişi indi də şirkətində çalışır.

İş Görüşməsində Soruşula Biləcək Ən Maraqlı 11 Sual

Virgin Grup-un qurucusu Richard Branson, liderlik haqqındakı kitabında ənənəvi işəalma zamanlarını çox bəyənmədiyini söyləyir. Hər kəs təbii olaraq çox gözəl CV-lər hazırlayır və işə başvuran adamın bacarıqları kağız üstündə çox gözəl durur. Buna görə Bransonun sevimli sualı buymuş: “Təcümeyi-halına yaza bilmədiyin şey nədir?” Oxşar bir sual bu ola bilərmi? “Nəyi pis edirsən? Bacarmadığın iş nədir?”

Yəqin ki, bütün suallar içində ən qəribə olanı budur: “Bir zombi qiyaməti yaşasaydıq necə davranardın?” Daha da qərib olan bu sualın “Walking Dead” qorxu filmində deyil də, bir sandviç dükanına işə girmək istəyənlərə soruşulması. Sualı soruşan adamın öyrənmək istədiyi şey “içinizdəki ümid duyğusunun nə qədər güclü olduğu. Sizin üçün nəyin önəmli olduğu.” Olaya belə baxdığınızda sual çox da qəribə görsənmir.

“Bir restoranda işləsəydin hansı rolda işləyərdin?” sualını da bir restoranda çalışmaq istəyənə deyil, bir analitik proqram firmasının işə alma müsahibəsində soruşurlar. Fərqli bir baxış üçün bu suala veriləcək cavabı analiz edib öz işlərinə yarayıb yaramayacağını tapırlar hər halda.

Karen Davis, tanınmış oyuncak firması Hasbroda işləyir və firmanın yardım fondlarından cavabdehdir. Yəni verməkdən cavabdeh. Yardım ediləcək qurumları, adamları seçərkən soruşduğu sualsa budur: “Ən sevdiyiniz söz nədir?” Bir kişinin ilham qaynaqlarını öyrənə bilmək üçün soruşula biləcək doğru suallardan biridir.

Animotonun yönəticisi Brad Jeffersonın maraqlandığı şeysə motivasiya qaynaqlarıdır. İş dünyasının çalxalanmaları arasında itməmək üçün güçlü bir motivasiyaya sahib olmaq şərtdir. Ona görə də Brad bunu soruşurmuş: “Səhərlər səni yataqdan qaldıran şey nədir?”

Bilsəniz də cavab vermək istəməyəcəyiniz bir sual gelir indi: “Səndən xoşlanmayan birisi sənin haqqında nə deyər?”

Yenilikci gözlük firması Warby Parker-da “Son geyindiyiniz paltar nəydi və niyə giyinmişdiniz?” deyə soruşurlar. Çünki şirkət “işə, həyata və tamam hər şeyə əyləncə və əcaiblik qata bilən” insanlar axtarır.

İş Görüşməsində Soruşula Biləcək Ən Maraqlı 11 Sual

Bəzən birisini tanımaq üçün belə qəribə suallar soruşmağınıza çox da gərək yoxtur. Misalçün, Vehbi Koç şirkətlərindən birinə yönətici vəzifəsinə birisini alacaqmış. Holdinqin insan qaynaqları ön görüşmələri aparmış. Seçtikləri namizədlə görüşmə üçün bir restoran ayrılmış. Başlanğıc olaraq ikisi də şorba istəmiş. Adam dadına baxmadan şorbaya duz tökmüşdü. Vehbi bəy də bunun üzərinə “Öncədən qərar verən bir yönəticiyə ehtiyacının olmadığını” bildirərək masadan qalxmışdı.

Bu arada Elon Musk-ın soruşduğu “Haradasan?” sualının cavabı “Qütblərdəyəm” olacaq.

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar