GIF Necə İnternetin Ən Uğurlu Şəkil Formatı Oldu?

GIF Necə İnternetin Ən Uğurlu Şəkil Formatı Oldu?

GIF-mi? Jifmi? Bu qısaltmanın açılışı və anlamı nədir? 2018-ci il olmuş, nə üçün  hələ bunları işlədirik? GIF sənəti olurmu? Son soruşduğum sualla əslində ilk sualımın cavabını da vermiş oldummu? Bu gün texnologiyanın yaratdığı bir dizayn konseptinin mədəniyyətimizə necə təsir etdiyini görəcəyik. Və sonra da necə sənətə çevrildiyini…

GIF bir fayl formatıdır. Graphics Interchange Format sözlərinin baş hərflərindən düzəlir. 15 iyun 1987-ci ildə yaradıldı və 90-lara damğasını vurdu. O illərdə internetə girənlər web saytlar yerinə belə bir şey görürdülər. Bütün internet bir tikinti sahəsi kimiydi. Daha da pis yanı, belə bir dizayn və animasiyayla qarşılaşanlar həyatdan soyuyurdu. Tam belə bir ortamda Flash yardımımıza yetişdi və bizi bu GIF istilasından qurtardı. Mən də ilk web saytlarımı Flash-lə dizayn etdim. Çox mutluydum. Bütün qısaltmalar ortadan qalxmış kimiydi. GIF formatı sonsuza qədər yox olacaq deyə düşünürdük. Bu dəfə də bütün internet bir sənət galereyasına çevrilməyə başladı. Bir zamanlar tikinti halındakı o web saytlarına yenə girə bilmirdik. Çünki hər saytın girişində bizi bir neçə dəqiqəlik havalı Flash intro animasiyaları qarşılayırdı. Web saytlar özlərini qısa film zənn edirdilər. Nəysə ki, Web 1.0 günləri də çox sürmədi. 2000-ci illərdə özümüzü Web 2.0-də tapdıq. Sosial media çağı başladı. Və Flash ölürkən GIF xortladı. Yaxşı, nə üçün?

Buna bir neçə texniki açıqlama gətirirlər. Ancaq məncə səbəbi texniki olmaqdan çox, mədəniyyətdir. GIF bir çatdırılma dilinə çevrilməyə başladı. Eynilə smayliklər kimi. Bilgi çağının görüntü atomları halına gəldilər. Çox tanınmış bir söz vardır ha “1 şəkil 1000 sözə dəyər” deyə. Buraxın 1000 sözü 140 simvolla (o zamanlar eləydi) sınırlı Twitterdə insanlar özlərini daha yaxşı ifadə edə bilmek üçün GIF-lərə sarıldı.

İndi bu örnəyə bir baxın. Sosial mediada birinin söylədiyi sözləri gördünüz. Çox bəyəndiniz. Hətta altına imzamı ataram dediniz. Hətta bu sözü alqışlaram mən deyə düşündünüz. Bütün bunları sözlərə tökmək əlbəttə gözəl ancaq bəlkə də o sırada tualetdəsiniz. Bir əlinizdə cib telefonu, o biri əliniz önəmli deyil, 140 simvolla sınırlı bir ortamda “Gözəl söz. Çox bəyəndim. Hətta altına imzamı ataram. Hətta bu sözü alqışlaram mən.” deyəmi yazarsınız, yoxsa belə bir şeymi qoyarsınız? Buna sadəcə bir alqış olaraq baxmayın. Misal üçün, alqış smayliki ilə bu alqış GIF-i arasında fərq var. Yurtdaş Keyn (Citizen Kane) filmindən alınmış və sonsuz bir döngəyə çevrildilmiş olan bu alqış səhnəsi bizəe bir neçə sözün daşıya bilməyəcəyi qədər çox duyğunu göndərir. Üstəlik bu duyğunu o filmi izləyərkən belə almamış ola bilərik. 1,5 – 2 saatlıq görüntülü bir hekayə anlatılmasından seçilmiş 1,5-2 saniyəlik bir parça, bir atomik görüntülü bilgi qırıntısı, adətən altı cizgili bir cümləyə çevrilir. Kitablardan qopardığımız sözlər bizi necə düşündürürsə, GIF-lər də bizi duyğulandırır.

Deməli bu, texnologiyanın və onunla birlikdə gətirdiyi bir sıra qısaltmaların bağlantılarımıza və dolayısıyla mədəniyyətimizə olan təsiridir. Buna görə 2012-ci ildə GIF sözü ilin sözü olaraq seçildi.

Sözlərin maraqlı yanı necə tələffüz ediləcəyi məsələsində bir görüş birliyinin olmamasıdır. İnsanların 70 %-i GIF olarak tələffüz edir. Fayl formatının ixtiraçısı Steve Wilhite isə JIF olduğunda israrlıdır. Mən gördüyünüz kimi GIF deməyə üstünlük verirəm. Çünki İngiliscə və elə Türkcə də grafik deyirik. Jirafics deyə bir şey yoxdur. Bəlkə Qaradənizdə var, bilmirəm. Baxın, belə bir mübahisə belə bizi əlaqədə önəmli olan şeydən bizi qoparmağa bəs edir. Nəysə ki, onu ilin sözü seçən sözlük rəsmiləri iki variantın da doğru olduğu qərarına gəlmişlər.

Bəlkə də GIF-in tələffüzü məsələsində də bir GIF-ə ehtiyacımız vardır. Çünki hər məsələdə var. Ən anlamsız, ən qəribə məsələlərdə belə GIF-lər var. Maraqlı sınamalar. Ancaq bu sınaqlardan çox fərqli yerlərə çıxanlar da var: GIF-lərin bir sənət forması olma potansialını tapanlar. Bunlardan biri Davidope. Bəziləri onu internet dünyasının ən tanınmış GIF sənətçisi olaraq tanıdır. “Hər şeyin bir sonu vardır. Ancaq çevrilən lineer animasiyanın bir başlangıcı və sonu yoxdur.” deyir Davidope. Eynilə yanan bir od kimi, ya da axan bir su, tökülən şəlalə. Təkrar edən naxışlar, bizi tilsimlər, içində olduğumuz zaman parçasından qopardır və bir anlığına bizi sonsuzluqla tanış edir.

GIF-i qısa bir film kimi də düşünə bilərsiniz, uzun bir foto kimi də.

Bu düşüncənin ən gözəl örnəkləri “sinemagraf”lar olaraq qarşımıza çıxırlar. Fotoqraf Kevin Burg və Jamie Beckin inkişaf etdirdiyi bu texnika əslində çox kiçik bir parçası hərəkətli olan fotolar görürük.

Bəs GIF-lər gələcəkdə də var olmağa davam edəcəkmi? Yoxsa modası keçəcəkmi? Bunu zaman göstərəcək. Ancaq bu gün üçün danışdığımızda onun hələ online söhbətlərin katalizatoru olmağa davam etdiyini söyləyə bilərik. Gerçək həyatda sosiallaşma məsələsində yadsınızmı? Mimikalarınıza, ya da zarafatlarınıza güvənmirsinizmi? Digital ortamlarda açın “giphy.com”u, tapın söhbətdə qarşınızdakını düşürmək istədiyiniz durumu və göndərin getsin GIF-inizi. Əslində tək başına bu sayt belə GIF-in həyatımızdakı önəmini vurğulamağa yetər. Çünki New York mərkəzli bu startup, 70 kişinin çalışdığı, 300 milyon dollar dəyərində bir şirkətə çevrilmiş durumdadır. Hər gün 200 milyon kişi həyatın anlamını buradakı GIF-lərin arasında tapmağa çalışır.

Təbii ki, həyatın anlamını axtarmırlar. Şişirtdim. Bağlantı qurmağın yeni bir formasını axtarırlar. Duyğularını ifadə etməyin yeni bir yolunu tapmağa çalışırlar. Gülmək, ağlamaq, həyacanlanmaq, utanmaq, çaşmaq kimi duyğularını bu sözlərin üstündən tərif etmək istəyirlər. Üstəlik bu elə bir tərif olsun istəyirlər ki, 7-dən 77-yə hər kəs anlasın. Dilini bilməsə də o duyğunu paylaşsın. Xoşbəxtliyi tərif etmək istəyirlər. Hər birimiz kimi xoşbətliyi axtarırlar. Mən yenə şişirtdim ancaq yeri gəlmişkən soruşum. Onu GIF-lərdə tapa bilərikmi? Mənə xoşbətliyin GIF-ini düzəldə bilərsənmi, Abidin?

GIF nasıl internetin en başarılı resim formatı oldu?

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar