Email Marketinq Kampaniyasının Uğurunu Ölçən 6 Əsas Göstərici

Email Marketinq Kampaniyasının Uğurunu Ölçən 6 Əsas Göstərici

Email Marketinq Kampaniyasının Uğurunu Ölçən 6 Əsas Göstərici

Söhbət uğurlu Email Marketing Kampaniyası aparmaqdan gedəndə, danışmağa çox mövzu yaranır. Email kampaniyanızı optimallaşdırmağın onlarla yolundan, tez-tez edilən səhvlərdən danışa bilərik. Ancaq əgər günün sonunda əldə etdiyiniz nəticəni analiz edib, təhlil etməyi bacarmırsınızsa, bunlar heç bir işə yaramayacaq.

Beləliklə, bir sonrakı Email kampaniyazı yollamazdan öncə dayanın və özünüzə sual verin: Mənim email marketing kampaniyamın hədəfi nədir? Bu müştəri data-bazamı artırmaq üçündürmü, yoxsa daha çox satış gətirmək üçünmü?
Bu zaman hədəfinizin (bir və ya birdən çox) nə olmasından aslı olmayaraq öncə Email marketing kampaniyanızın uğurunu ölçmək üçün əsas göstəriciləri müəyyənləşdirməlisiniz.

Gəlin Email Marketinq kampaniyanızın uğurunu ölçmək üçün lazım olan əsas göstəriciləri gözdən keçirək.

Email Marketinq Kampaniyasının Uğurunu Ölçən 6 Əsas Göstərici

1) Clickthrough Rate

  • Bu nədir: Maildə göndərilən linkə tıklayanların mail alan ümumi müştəri sayına nisbətinin faizlə ifadəsi 
  • Necə Hesablanılır: (Bütün Tıklamalar ÷ Göndərilən email sayı) * 100
  • Nümunə: Məsəlçün, əgər reklam maili 10000 nəfərə göndərilibsə və bunlardan sadəcə 500 nəfər maili tıklayıbsa, o halda clickthrough belə tapılır:

500 ÷ 10,000 * 100 = 5%

CTR (Clickthrough rate CTR) mənim ən sevdiyim və gündəlik yoxladığım metrikdir, çünki hər yolladığım emailin ayrı-ayrılıqda fəaliyyətini analiz etməyimə imkan verir.

A/B testinq zamanı da CTR-dan çox tez-tez istifadə olunur. Beləcə, hansı email formasının və ya məhsulların istifadəçiləri daha çox cəlb etdiyini anlamağa yardım edir.

2) Conversion Rate

  • Bu nədir: Emaildəki linkə tıklayaraq arzu olunan əməliyyatı (məhsul alımı, forma doldurulması və b.) yerinə yetirən istifadəçi sayının emaili alan ümumi istifadəçilərin sayına nisbətinin faizlə ifadəsi
  • Necə Hesablanılır: (Hədəflənən hərəkəti edən istifadəçi sayı ÷ Yollanan ümumi email sayı) * 100
  • Nümunə: Məsəlçün, bir e-ticarət saytı 10000 nəfərə email yollayıbsa və 400 nəfər maildəki brendin paltarlarını bəyənərək, mailə tıklamış və saytdan alış-veriş etmişsə, o halda Conversion Rate belə hesablanlıır:

(400 ÷ 10,000) * 100 = 4% conversion rate

Mail alan müştəri maili açdıqdan sonra sizin əsas hədəfiniz onun sizin ondan istədiyiniz əsas hərəkəti etməsidir – online alış-veriş, səhifənizi bəyənmək, proqramınızı endirmək, dostuna sizi məsləhət görmək və s. Qısacası, hər mailin bir hədəf(lər)i var. Conversion Rate yolladığınız mailin sizin hədəfinizə nə dərəcədə xidmət etmiş olduğunu ölçməyə imkan verir.

Bu göstəricini analiz etmək üçün, çox zaman şirkət üçün istifadə etdiyiniz email platformunu Google Analitik (və ya hər hansı başqa analitik proqramı) ilə inteqrasiya etməlisiniz. Bu barədə daha detallı məlumatı istifadə etdiyiniz email platformundan əldə edə bilərsiniz.

3) Bounce Rate

  • Bu nədir:  Göndərilən emaillər bəzən müştərinin bizdəki mail ünvanına uğurlu şəkildə çatmır və bu göstəricinin faizlə ifadəsi Bounce Rate adlanır.
  • Necə Hesablanılır: (Çatdırıla bilinməyən email sayı (Bounces) ÷ Toplam göndərilən mail sayı) * 100
  • Nümunə: Məsəlçün, tutaq ki, mail bazamızda 10.000 qeydiyyatdan keçmiş müştərinin e-poçt ünvanı var. Biz bir mail kampaniyasında bütün müştərilərə email yollayırıq. Lakin, istifadə etdiyimiz email platforması bizə bildirir ki, bu mail ünvanlarından 75-i yolladığımız məlumatı müxtəlif səbəblərdən almayıb. O zaman, Bounce Rate belə hesablanır

75 ÷ 10,000  * 100 = 0.75% bounce rate

Bounce Rate iki formada ola bilər: “ağır” və “yüngül”.

“Yüngül” Bounce müvəqqəti problem nəticəsində meydana çıxır, məsəlçün, istifadəçinin inboxu doludursa və ya alıcının serverində hər hansı bir problem mövcuddursa. Lakin “ağır” Bounce göstəricisi müştərilər saytda səhv, artıq istifadə edilməyən və ya heç vaxt mövcud olmayan email ünvanları ilə qeydiyyatdan keçdiyi zaman formalaşır. Bounce Rate göstəricilərini də sizə istifadə etdiyiniz email platformasını (Mailchimp, Hubspot və b.) avtomatik olaraq verəcək.

4) List Growth Rate

  • Bu nədir: Biznesinizin müştəri bazasının neçə faiz artdığının göstəricisi
  • Necə Hesablanılır: ([(Yeni üzv/abunələrin sayı) minus (abunəlikdən imtina edənlərin sayı + email/spam şikayətçiləri)] ÷ bütün müştəri bazası]) * 100
  • Nümunə: (500 new subscribers – 100 unsubscribes and email/spam complaints) ÷ 10,000 email addresses on the list * 100 = 4% list growth rate

Bu göstərici sizin istifadəçilərinizin artıımını əks etdirir və hər hansı bir sağlam biznesdə ən az 22.5% illik artım olmalıdır.

5) Email Sharing/Forwarding Rate

  • Bu nədir: Bu göstərici email alan istifadəçilərin neçə faizinin bu maili basqalarına yolladığı, ya da paylaşdığını göstərir.
  • Necə Hesablanılır: (Maildə “share” (paylaş) və/ya “forward”(yolla) düyməsinə klikləyənlərin sayı ÷ göndərilən ümumi mail sayı) * 100
  • Nümunə: Məsəlçün, toplamda 10000 email göndərilibsə və “share” (paylaş) və/ya “forward”(yolla) düyməsinə 100 dəfə kliklənibsə, o halda  Email Sharing/Forwarding Rate belə hesablanılır:

100 ÷ 10,000 * 100 = 1% email sharing/forwarding rate

Bu niyəmi belə vacibdir? Çünki bununla yeni abunələr və istifadəçilər qazanıla bilər, haqqınızda öyrənənlərin sayı arta bilər. Bunun sayəsində müştəriləriniz sizin əvəzinizə müştəri gətirir.

6) Overall ROI

  • Bu nədir:  ROI (return on investment) göndərilmiş kampaniyanın sizə gətirdiyi gəlirin, kampaniyaya çəkdiyiniz xərcə nisbətidir.
  • Necə Hesablanılır: [(AZN ilə əldə olunmuş gəlir – kampaniyaya çəlimiş xərclər AZN) ÷ kampaniyaya invest olunmuş məbləğ AZN] * 100
  • Nümunə: Məsəlçün, yolladığımız email kampaniyasındakı linkər və ya promo koddan istifadə edən müştərilər, bizdən 1000 AZN-lıq alış-veriş edibsə, və kampaniyaya 100 AZN xərc çəkmişiksə, o halda ROİ aşağıdakı şəkildə hesablanacaq:

(1,000 AZN satış-100 AZN kampaniya xərci ÷ 100 AZN kampaniya xərci) *100 = a 900% ROİ

(Qeyd: Bu ROİ-ni hesablamağın ən sadə üsuludur, lakin şirkətin fəaliyyət sferasından aslı olaraq ROİ hesablanmasına onlarla fərqli yanaşma ola bilər.) ROİ-ni bütün marketinq kanalları üzrə hesablamağı bacarmalısan.

Etibarsız Email Marketing Metrikləri

Qeyd edim ki, marketinq kampaniyasından aldığımız bəzi statistik göstəricilər etibarsızdır və onlar sizə heç bir gəlir gətirmir.

Open Rate

Bu nədir: Email kampaniyamızı alan şəxslərdən neçə faizinin emaili açıb oxuduğunu göstərir.
Bir çox digital marketing mütəxəssisləri hələ də bu göstəriciyə görə yollanan emailin başlığını optimallaşdırmağa çalışırlar. Bu daha çox müştərinin emaili açmasına səbəb olsa da, marketoloqlar daha çox yuxarıda qeyd etdiyim CTR göstəricisinə fokuslanmalıdırlar. Bəzi baxımlardan əhəmiyyətli olmasına baxmayaraq, bu göstərici çox zaman aldadıcı da ola bilir. Misalçün, müştəri email platforması sisteminə görə o zaman maili açmış hesab edilir ki, maildəki şəkilləri də aça bilsin. Amma çox istifadəçinin, xüsusilə şirkət emaili istifadəçilərinin mail serveri kənar ünvanlardan aldığı şəkli blok edir və sadəcə istifadəçi təsdiqlədikdən sonra açır. Lakin, bu “Open Rate”-də öz əksini tapmır.

Unsubscribe Rate

Open rate ilə birlikdə Unsubscribe Rate də email siyahınızın sağlamlığını əks etdirməyən digər bir etibarsız göstəricidir. Çünki bir çox müştəri sizdən email alaraq narahat edilmək istəmir, ancaq bu o demək deyil ki, onlar sizdən alış-veriş etmir. Bu səbəbdən də, CTR və Conversion Rate kimi göstəricilərdən isifadə etmək daha məntiqlidir. Amma yenə də bir gözünüz bu göstəricidə olsun ;)

Yazar: Gülçin Hüseynli – Rəqəmsal Marketinq mütəxəssisi və biznesin inkişafı üzrə məsləhətçi

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar

Bir Cavab Yaz