Leonardo Da Vincinin Mona Lizası Dünyanın Ən Məşhur Rəsmidir

Leonardo Da Vincinin Mona Lizası Dünyanın Ən Məşhur Rəsmidir

Dünyanın ən tanınmış rəsm əsəri – Mona Liza. Hardasa 500 yaşında. Bir çox yöndən gizliliyini qoruyur. Mənim üçün ən sirli tərəfi isə ona baxdıqda nə gördüyümüz…

Mona Liza. Kimdir bu kadın? Niyə gülümsəyir? Bu gülümsəmə nə üçün bu qədər təsirlidir? Sualların sayını rahatlıqla artıra bilər, hətta spekulyasiyalar edib, tam teoriyalar da yarada bilərik. Ancaq bunlara heç gərək yoxdur. Mənim əsil maraqlandığım niyə hər il 6 milyon insan bu rəsmi görməyə gedir? Bir əsər necə olur ki, bu qədər çox gözü öz üzərində toplayır və bəyənilir. Həm də 500 il boyunca…

Leonardo Da Vinci - Mona Liza

Rəssam Leonardo Da Vincinin “Mona Liza” əsəri

Bunun üçün öncə qədim dizaynlara baxmaq lazımdır. Misal üçün, 5000 ildir insanların gözünü alan piramidalara. Bir piramidaya baxdığımızda üçucaq şəklində fiqurlar görürük. Təsviri incəsənətdə üçbucaq forması bir kompozisiyada bizə tarazlıq, stabillik, sakitlik gimi hisslər verir. Baxdığımızda bizdə güvən duyğusu oyandırır. Məncə rəsmi çəkən Leonardo Da Vincinin də axtardığı duyğular bunlardı. Rəsminə çox sağlam bir geometrik təməl atdı və bunun üçün dünyanın ən sağlam düzülüşlərindən, piramidalardan ilham aldı. Mona Lizanın əlləri bu piramidanın oturacağında. Yuxarıya doğru uzanan çizgilər istər istəməz baxışlarımızı onun üzünə yönləndirir. Üzündəki gizli gülümsəməyə… Yoxsa, xoşbəxtliyin rəsmi beylə bir şeydirmi? Ona baxdıqca bunu görməliyikmi?

 

Mona Liza və Piramidalar

Mona Liza və Piramidalar

Rəsmi künclərindən ikiye bölüb iki üçbucaq əldə etdiyimizdə bunların içindəki kompozisiyalar dəngəli qalmağa davam edir. Başqa künçdən də bölüb dört üçbucaq əldə etdiyimizdə sonuc dəyişmir. Rəsmin içindəki üçbucaqları nə qədər artırırsaq artıraq, hər zaman anlamlı kompozisiyalar əldə edirik.

Maraqlıdır, əsəri görmək üçün Luvr muzeyinə gedənlər bu şəkilləri çox yaxşı xatırlayacaqdır. Çünki muzeyin girişində öncə üçbucaq şüşələrdən yaradılmış bir piramida görəcəklər.

Misirlilər piramidaları qurarkən qızıl nisbətdən çox yararlanmışlardı. DaVinci də estetikanın, gözəlliyin bu nisbətini rəsmine daşıdı. Az öncə üçbucaqlarla etdiyimizi bu dəfə qızıl nisbətli dördbucaqlarla təkrarlayaq. Həyatı boyunca ölüləri incələyən və onlardan insan anatomiyasını və ondakı bu qızıl nisbəti öyrənən DaVinci, Mona Lizanın hər detalında bundan yararlandı. Hər şey başqa nələrləsə bağlantılıdır. Təbiətdəki balıqqulaqlarından qalaksiyalara qədər gördüyümüz qızıl spiral, bu düzbucaqlı dördbucaqlarin, dolayısıyla rəsmin içində də gizlədildi. Həm də hər yerində… Təbiətdəki gözəllik, dünyadakı ahəng. Ona baxdıqca bunu görməliyikmi?

Qızıl Spiral və Mona Liza

 

Piramidalar, üçbucaqlar, qızıl nisbətli düzbucaqlılar, spirallar…

Bu xanımın bizə söyləyə biləcəyi başqa nələr ola bilər? Söylədiklərini daha yaxşı anlaya bilmək üçün bu dəfə ağzına tuşlanaq. Dodaqlarını mərkəz alaraq bir çevrə cizək. Sonra daha böyük bir dənə və bir dənə daha… Bu çevrələrin çənəylə, gözlərlə, baş və qeyimlərlə olan uyğunluğunu görə bilirsinizmi? Çevrələri klonlayaraq çoxaltdığımızda rəsmin parçalarının necə də uyğun bir şəkildə yerlərinə oturduğunu görürük. Çevrə, dairə nəyi simvolizə edir? Bütünlük, davamlılıq? Ona baxdıqca bunu görməliyikmi?

İç-içə keçmiş geometrik şəkillər tam da DaVincinin tərzidir. Günlük qeydlərinin arasında qurduğu bu şəkil bəlkə də dünyanın ən tanınmış infoqrafikasıdır: Vitruvius adamı.

Vitruvius adamı

İnsanın nisbətləri. Nisbətlər qanunu.

Çünki Leonardo “insan vücudunun kainatın dönməsinin bir analoqu olduğunu” düşünürdü. Maddə varlığı kvadrat, ruh varlığı isə dairə ilə simvolizə edirdi. İnsanın iki yönünü tək bir şəkildə beləcə birləşdirdi.

O halda Mona Lizaya baxdıqca arxa planında bütün bunları görməyimiz heç də abartılı olmaz. Arxa plan demişkən… Bu rəsmin arxa planına baxdıqca nədənsə Bob Rossu düşünmədən keçə bilmirəm. Görəsən Da Vinci çalışarkən əlinə rəngli fırçasını alıb “buraya xoşbəxt bir ağaç çəkək, ancaq bunun canı sıxılar, yanına da axan bir dərə, üstünə də insanların geçə biləcəyi bir körpü düzəldək” deyirmiydi? Bunu heç bir zaman bilməyəcəyik. Amma Bob Rossun bu dediklərinə haqq verəcəyinə əminəm.

“Rəsim çəkərək ətrafınızdakı əşyalar və şəkillərlə bütünləşə bilərsiniz.”

Davamlı olaraq ətrafımıza baxmağımıza rəğmən bir çox şeyi gözdən qaçırırıq. Rəsim çəkmək, ya da ən azından Mona Liza kimi sənət əsərlərinə baxmaq, bəlkə də bunları daha yaxşı görməyimizə gətirib çıxardar.

Rəsmin sərgiləndiyi Luvr muzeyinin kuratoru Jean-Pierre Cuzinin də dediyi kimi:

“Problem bu: Mona Liza o qədər populyardır ki, artıq gerçəkdə onu görmürük.”

Dünyanın ən məhşur rəsminə baxarkən kimilərimiz sadəcə baxır, kimilərimiz görür. Fərqli şeyləri, fərqli dərinliklərdə…


Mona Lizaya baxarkən siz nə görürsünüz?

Oxumağa Dəyər:

Bu Mövzuya Uyğun Başqa Yazılar