Biznes və Brendin Facebookda Nə İşi Var

0
Facebook Biznes (Facebook Business) Nə İşə Yarayır?

Facebook Biznes (Facebook Business) Nə İşə Yarayır?

Sosial Mediada Marketinq (SMM) – internet şəbəkələrdə brendin/biznesin adından kommunikasiya qurmaq və tanıtım kampaniyaları aparmaqdır. Ən böyük sosial şəbəkə isə Facebookdur. Buna görə də ən kiçikdən böyük bizneslərə qədər, gənc oğlan və qızdan tutmuş orta yaşlı iş adamına gədər hər kəsin Facebookda səhifəsi var.

Bəs Biznesin Facebookda İşi Nədir?

Bilirik ki, kimsə hər hansı məhsulu almaq istədikdə, ya da xidmət sifariş verməzdən öncə onun haqqında məlumat toplamağa başlayır. Bu çox vaxt dostlar, tanışlar olur. Ən çox dostumuz isə Facebookdadır.

Maraqlıdır ki, real həyatda hətta 1 dost tapa bilməyən insanın sosial şəbəkələrdə ən azı onlarla dostu var. Hamısına inanmırıq, ancaq çox sevdiyim bir aforizmdə deyildiyi kimi, “özünüzü daha çox tərifləyin, çünki mənbə unudulur, informasiya qalır.”

Bu gün bizneslərin Facebookda olmasının başlıca səbəbi özlərini sevdirməkdir. Kim nə dərəcədə düzgün yolla edir, kim yanlış hərəkət edir – bunları qoyaq bir kənara. Ancaq hansısa biznes Like sayı çox olan səhifə yaratmağı düşünürsə, ya da kimsə gülməli bir video paylaşıb bəyənmə sayını artırmaq istəyirsə, bütün bunların hamısı sevilmək və sevildiyini başqalarına göstərmək üçündür.

Bütün Bizneslər Facebookda Like Toplamağa Çalışır

Deməli, biznesin Faceookda ən önəmli işi özünü sevdirməkdir. Bu yolda biznes üçün önəmli olanlar nədir:

  • Brendə/Biznesə olan inamı artırmaq, onu sevdirmək;
  • Biznesin/Brendin nüfuzunu artırmaq, neqativ düşüncələri aradan qaldırmaq;
  • Biznesin/Brendin tanınmasını artırmaq, reklam etmək.

Bütün bunları Facebookda etməyin bir neçə üstünlükləri var:

  1. İndi hər kəsin Facebook profili var və ən azı bir neçə gündən bir onu yoxlayırıq. Bu isə çox böyük auditoriyadır.
  2. İnsanlar Facebooka yaxşı zamanlarını keçirmək üçün girirlər. Ona görə də paylaşdığınız istənilən gözəl kontent yaxşı qarşılanacaq.
  3. Facebookdakı reklamlar insanları qıcıqlandırmır. Hətta onlar özləri maraqlı və gülməli reklamları paylaşmağa hazırdırlar.

Like sayının artırılmasının nə qədər xeyirli olduğunu burada araşdırmaq fikrində deyilik. Doğrudur, artıq Facebookun yeni alqoritmləri ilə bunun o qədər də önəmi qalmamışdır, ancaq ziyanı da yoxdur.

WEB Dizayn Studiya olaraq bizim üçünsə brend və biznesin Facebookda olmasının daha bir önəmli cəhəti – Facebook səhifələrinin axtarış sistemlərində ilk sıralarda tapılmasıdır.

Əgər saytınızın SEO-da uğur qazanmasını istəyirsinizsə, bunu SMM plansız, ən azından Facebook səhifəsi açmadan etmək çox çətin olar.

Deməli axtarış nəticələrində asanlıqla tapılmasını istədiyiniz hər bir markanızla birlikdə, hətta hər bir məhsul üçün də yeni Facebook səhifəsi açmağına dəyər və sosial şəbəkə bu imkanı verir.

Facebookun İşimizə Ziyanları

Sadəcə Facebooka çox yüklənib əsas işinizi yaddan çıxarmayın. Unutmayın ki, araşdırmalara görə, iş vaxtının ən böyük itkiləri Facebookdan istifadədə görülür.

Sosial şəbəkələr arasında kompyuterlərin güvənliyini qorumağa imkan verməyən virus proqramlarını ən çox yayan da Facebookdur. Şirkətin maliyyə hesabatları və şirkət işçilərinin özəl həyatına müdaxilə etməklə onlara ən çox ziyan verən sosial şəbəkə kimi də Facebook ilk sırada göstərilir.